Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaraburğa
Qaraburğa (fars. ‎‎قره برقع‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 823 nəfər yaşayır (206 ailə).
Qaraqala
Kəndlər Qaraqala (Babək) — Babək rayonunda kənd. Qaraqala (Loru) — Tiflis quberniyasının Loru - Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Qaraqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qaraqala (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Qaraqala (Sərdarabad) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. Qaraqala (Qars) Digər Qaraqala yaşayış yeri — Qaraqala nekropolu — Qaraqala — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaraqala — İrəvan quberniyasının Aleksandropol qəzasında dağ.
Qaraqaya
Kəndlər Azərbaycanda Qaraqaya (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qaraqaya (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Qaraqaya — Babək rayonunun Alagözməzrə inzibati ərazi vahidində kənd. Ermənistanda Qaraqaya (Qaraqoyunlu) — Ermənistanın Tavuş marzında Qaraqoyunlu mahalına aid kənd. Qaraqaya (Dərələyəz) — Dərələyəz mahalında kənd. İranda ‎Qaraqaya (İcrud) Qaraqaya (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Takab) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Sina dehistanı) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Dizmar-i Mərkəzi dehistanı) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Qaraqaya (Germi) Dağlar Qaraqaya — Axta rayonunda dağ.
Qarayara
Qarayara və ya Sibir yarası (yun. anthrax - kömür) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir.
Qaraqar
Qaraqarın bağrıqara
Qaraqarın bağrıqara (lat. Pterocles orientalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü. Ümumi rəngi sarımtıl—bozdur, döşündə kiçik qara xallar var. Qarnı qaradır. Şərqi Avropa, Asiya və Şimali Afrikada yayılıb. Azərbaycanda Kür-Araz ovalığında, Şirvanda, Abşeron-Qobustanda, Acınohur-Ceyrançöldə, Naxçıvanda məskunlaşır. Yaşayış yerləri kəskin azalıb. Səhra, yarımsəhra və digər bozqır landşaftlar yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda oturaqdır.
Qaraqarın susüpürən
Qaraqarın susüpürən (lat. Sterna acuticauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Qaraarça çayı
Qaraarça, Qaraarçaçay (özb. Qoraarcha «Qara arça (giləmeyvə)») — Özbəkistanın Daşkənd vilayəti Bostanlıq rayonu ərazisində yerləşən çay. Ağbulaq çayının sol qolunu təşkil edir. Qaraarça çayı iki bulağın birləşməsindən əmələ gəlmişdir. Bu bulaqlar Karanqur dağının ətəklərindən başlayır. Yuxarı axarlarda ensiz və dərin yataqla şimal-şərq istiqamətində axır. Orta axarlarda çay çoxlu qol qəbul edir. Buradan isə çay istiqamətini qəfl qərbə istiqamətlənir. Çay orta axarlarda qayalı kanyondan keçdiyindən qarşıda Böyük Çinqan asanası yerləşir. Aşağı axarlarda çay sərhəd sonasından keçir.
Qarabağa gəzinti
Qarabağa gəzinti — Aka Morçiladzenin romanı. 2005-ci ildə film rejissoru Levan Tutberidze bu roman əsasında film çəkib.
Qaraqala (Babək)
Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir. Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri olaraq məscid qeydə alınmışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qaraqala (Dərəçiçək)
Qaraqala — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. Misxana (Marmarik) çayının sahilində, Tayçarıx kəndinin yaxınlığında yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir.1728-ci ildən mə'lumdur. Toponim rəng bildirən qara sözü ilə qala sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd ərazidəki qara daşlardan tikilmiş qalanın yanında salındığı üçün Qaraqala adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kənddə 1831-ci ildə 76 nəfər, 1873-cü ildə 140 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 261 nəfər, 1908-ci ildə 290 nəfər, 1914-cü ildə 413 nəfər, 1916-cı ildə 247 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar doğma kəndlərinə qayıda bilmişdir. Kənddə 1922-ci ildə 83 nəfər, 1926-cı ildə 132 nəfər, 1931-ci ildə 193 nəfər azərbaycanlı yaşamışdır.
Qaraqala (Loru)
Qaraqala — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Yuxarı Qaraqala və Aşağı Qaraqala kəndləri 1930-cu illərdə birləşdirilib Qaraqala kəndi yaradılmışdır. 1950-ci ilin sonlarında rayondakı İlməzli heyvandarlıq sovxozu ilə birləşdirilmişdir. Orta əsrlərə aid azərbaycanlıların tarixi ilə bağlı abidələr, qalalar, qəbiristanlıqlar var. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Noramut qoyulmuşdur. XIX əsrin ortalarında Yuxarı Qaraqaya və Aşağı Qaraqala hissələrindən ibarət olmuş, XX əsrin 30-cu illərində birləşmişdir. Yaxınlıqdakı "Qaraqala" qala xarabalığının adındandır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарагала // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998.
Qaraqala (Qırxbulaq)
Qaraqala — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim rəng bildirən qara sözü ilə qala sözünün birləşməsindən əmələ gəlib «qara daşdan tikilmiş qalanın yanında olan kənd» mənasını ifadə edir. Kəndin adı ərazidəki qara daşlardan tikilmiş qala adından götürülmüşdür. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 21.VI.1948-ci il fərmanı ilə dəyişdirilib Sevaberd (Qaraqala) qoyulmuşdur. Kənddə 1873 - cü ildə 403 nəfər, 1886-cı ildə 510 nəfər, 1897-ci ildə 599 nəfər, 1904 - cü ildə 759 nəfər, 1914 - cü il d 860 nəfər, 1916-cı ildə 899 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə Türkiyə və İrandan köçürülən ermənilər yerləşdirilmişdir.
Qaraqala (Sərdarabad)
Qaraqala — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. Qaraqala İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd olmuşdur. 30 - cu illərdə ləğv edilmişdir. Toponim Azərbaycan dilində rəng mənasında işlənən qara sözü ilə ərəb dilindən dilimizə keçən qala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Qaraqala (İrəvan)
Qaraqala - İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Qarabulaq kəndinin nəzdində oba kimi qeyd olunmuşdur Qala adlarında "qara" sözü çox halda qara rəngini ifadə etmir. Qalanın divarları qara rəngə çala bilməzdi. Ona görə ki, təbiətdə qara rəngli daş yoxdur. Fikrimizcə "Qaraqala"ların əksəriyyəti türk dillərində qarrı "əski", "köhnə", "qədim" sözünün danışıqda "qara" formasını kəsb etməsi nəticəsidir. Bə'zi adlarda isə "qara" sözü ərəb dilində qəryə "kənd" mə'nasındadır. Qaraqala "köhnə (qədim) qala" mə'nasındadır. (Türkmənistanda Qarrıqala qala adları ilə müqayisə edin).
Qaraqala kəndi
Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir. Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri olaraq məscid qeydə alınmışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qaraqala nekropolu
Qaraqala nekropolu — Babək rayonunun Qaraqala kəndi yaxınlığında orta əsrlərə (10-19-cu əsrlər) aid arxeoloji abidə. Nekropoldan Naxçıvanın orta əsrlər dövrü üçün səciyyəvi olan maddi mədəniyyət nümunələri aşkara çıxarılmışdır.
Qaraqaya (Dərələyəz)
Qaraqaya - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Erdəpin kəndinin yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində rəng mənasında işlənən qara sözü ilə «dağ» mənasında işlənən qaya sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873 - cü ildə 141 nəfər, 1886-cı ildə 214 nəfər, 1897-ci ildə 259 nəfər, 1904 - cü ildə 177 nəfər, 1914 - cü ildə 194 nəfər, 1916-cı ildə 303 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 193 nəfər, 1926-cı ildə 97 nəfər, 1931-ci ildə 140 nəfər, 1987-ci ildə 400 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Qaraqaya (Karvansaray)
Qaraqaya (1991-ci ildən Dzoravank) — Qаrаqоyunlu mahalında kənd. Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar. Qaraqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Qaraqaya (Kəleybər)
Qaraqaya (fars. قره قيه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 649 nəfər yaşayır (137 ailə).
Qaraqaya (Meşkinşəhr)
Qaraqaya (fars. قره قيه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,713 nəfər yaşayır (410 ailə).
Qaraqaya (Miyanə)
Qaraqaya (fars. قره قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 100 nəfər yaşayır (24 ailə).
Qaraqaya (Qaraqoyunlu)
Qaraqaya (1991-ci ildən Dzoravank) — Qаrаqоyunlu mahalında kənd. Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar. Qaraqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Qaraqaya (Sayınqala)
Qaraqaya (fars. قره قيه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (93 ailə).
Qarayara çöpü
Qarayara çöpü - elmi adı 'Bacillus anthracis' olan qrammüsbət, sporlu bakteriya. Qarayara xəstəliyinin törədicisidir. İnsanda qarayara xəstəliyi törədən mikrobun kulturası Robert Kox tərəfindən 1877 ci ildə əldə edilmişdir. Qarayaranın lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir.