Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şaxtyor Qarağandı FK
Şaxtyor Qarağandı – Qazaxıstanın futbol klubu.
Karağandı
Karağandı (qaz. Қарағанды) — Qazaxıstanda şəhər, Karaqanda vilayətinin mərkəzi. Bir zamanlar böyük sənaye, elm və mədəniyyət mərkəzi olmuşdur. Şəhər statusunu 10 fevral 1934-cü ildə almışdır. Şəhərin sahəsi təxminən 550 km2 təşkil edir. Coğrafi yerləşməsi: 49°53′ şm. e. 73°10′ ş. u.. == Əhalisi == Əhali sayına görə Karağandı şəhəri Karağanda vilayətində birinci yerdə durur — 480 075 nəfər (2012).
Qaramanlı
Yaşayış məntəqələri Azərbaycanda Qaramanlı (Yevlax) — Yevlax rayonunda kənd. Oxşar toponimlər Aşağı Qaramanlı — Neftçala rayonunda kənd. Yuxarı Qaramanlı — Neftçala rayonunda kənd.
Qaraxanlı
Qaraxanlı (Sərab) — Qaraxanlı (Ağcabədi) — Qaraxanlı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Qaraxanlı (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd.
Qarayanlıq
Qarayanlıq — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq qəsəbəsindən qərbdə arxeoloji abidə. Yaşayış yerinin sahəsi 2250 m2-dır. Onun mərkəzi hissəsindən su kanalı keçir. Abidənin ərazisinin bir qismi qazılıb dağı- dılmışdır. Mədəni təbəqə 1–1,5 m qalınlığında saxlanmışdır. Mərkəzi hissədə daş tikintilərin qalıqları nəzərə çarpır. Yaşayış yerinin yaxınlığında orta əsr qəbirstanlığı vardır. Lakin qəbirstanlığın ərazisi əkin sahəsinə çevrildiyindən qəbirlərin izi tamamilə itmişdir. Arxeoloji materiallar başlıca olaraq keramika məmulatından ibarətdir. Keramika məmulatı Son Antik dövrdən başlayaraq Son Orta əsrlərədək olan bir dövrü əhatə edir.
Qaraçanlı
Qaraçanlı (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Orta Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd. Aşağı Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd. Baş Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd. Mozqaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd.
Qarayazı
Qarayazı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Qarayazı (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Qarayazı (Gürcüstan) — Gürcüstanın Qardabani rayonunun keçmiş adı. Qarayazı (Meşə) — Azərbaycan və Gürcüstanda yerləşən meşə zolağının adı Karayazı (Türkiyə) — Türkiyədə yer adı. Qarayazılı — Soyad və ya ləqəb.
Karağandı vilayəti
Karağandı vilayəti — Qazaxıstanın vilayətlərindən biri. Vilayətin əhalisi 1.375.000 nəfərdir. Mərkəzi Karağandı şəhəri. Şimalda Aqmola, şimal-şərqdə Pavlodar, şəqdə Şərqi Qazaxıstan, cənub-şərqdə Almatı, cənubda Cambul, Cənubi Qazaxıstan və Qızılorda, qərbdə Aqtöbe, şimal-qərbdə isə Qostanay vilayəti ilə həmsərhəddir == Coğrafiya == 428.000 kv km sahəsi olan Karağandı Qazaxıstanın ən böyük vilayətidir. Heç bir ölkə ilə sərhəddi yoxdur.
Mehmet Qaramanlı
Mehmet Qaramanlı — Osmanlı imperiyasında xidmət etmiş, Osmanlı Tripolitaniyası və Liviyanın hakimi. Əhməd Qaramanlının oğludur. == Hakimiyyəti == Mehmet Qaramanlının hakimiyyətinin ilk illərində dəniz quldurluğu aktivliyi az idi, lakin xəzinə azaldıqca Neapol və Siciliya gəmilərinə hücuma icazə verməyə başladı. Daxili siyasət sakit idi. İngiltərə və Fransa ilə sazişlər imzalamışdı. Ölümündən sonra yerinə qardaşı Əli Qaramanlı keçdi.
Orta Qaraçanlı
Orta Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. Orta Qaraçanlı kəndi Uluxan çayinın (Tərtər çayının qolu) sahilində, Dağətəyi ərazidədir. XIX əsrdə Zəngəzur qəzasında mövcud olmuş Qaraçanli adlı kəndin əsasında yaranmiş Baş Qaraçanlı (Laçın rayonu), Aşağı Qaraçanlı və Orta Qaraçanlı (Kəlbəcər rayonu) adlı yaşayış məntəqəlarindən biridir. Oykonim “ortada, mərkəzdə yerləşən Qaraçanlı kəndi” mənasındadır. Rayon mərkəzindən 9–10 km aralı, Kəlbəcər-İstisu yolunun sol tərəfində, Uluxan çayının sahillərində yerləşir. 3 kənddən, bir inzibati vahiddən ibarətdir. Bir orta məktəb, bir kitabxana, bir tibb məntəqəsi var idi. Buz bulaqları, gözəl yaylaqları, uca dağları, qonaqpərvər insanları var idi.
Qaramanlı (Yevlax)
Qaramanlı — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Qaramanlı bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaramanlı eli
Qaramanlı eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş Qızılbaş ellərindən biri. Bəzi alimlər Qaramanlı soyunun Anadoludan, Qaraman bəyliyindən gəldiyini güman edirlər. Əslində belə deyil. XIV yüzilliyin sonlarında Bərdə və Gəncəni idarə edən Tərəkəmə kələntərlərindən birinin adı Qaraman bəy idi. Qaraman bəy Qara Yusif bəy Baranlı-Qaraqoyunluya qulluq edirdi. Vəfat edəndən sonra vilayəti oğulları idarə etməyə başladılar. Elə bu dönəmdə Əmir Teymur Barlasın yürüşləri başlandı. Qaraman bəyin oğulları Yarəhməd bəy və Şirzad bəy Əmir Teymura qarşı çıxdılar. Lakin yenilib qaçdılar. Əmir Teymur Qarabağı özünün xas qışlağına çevirdi.
Qaramanlı oymağı
Qaramanlı eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş Qızılbaş ellərindən biri. Bəzi alimlər Qaramanlı soyunun Anadoludan, Qaraman bəyliyindən gəldiyini güman edirlər. Əslində belə deyil. XIV yüzilliyin sonlarında Bərdə və Gəncəni idarə edən Tərəkəmə kələntərlərindən birinin adı Qaraman bəy idi. Qaraman bəy Qara Yusif bəy Baranlı-Qaraqoyunluya qulluq edirdi. Vəfat edəndən sonra vilayəti oğulları idarə etməyə başladılar. Elə bu dönəmdə Əmir Teymur Barlasın yürüşləri başlandı. Qaraman bəyin oğulları Yarəhməd bəy və Şirzad bəy Əmir Teymura qarşı çıxdılar. Lakin yenilib qaçdılar. Əmir Teymur Qarabağı özünün xas qışlağına çevirdi.
Qaramanlı türkcəsi
Qaramanlı türkcəsi (türk. Karamanlı Türkçesi, yun. Καραμανλήδικα) — həm yazılı türkcənin bir formasıdır, həm də Osmanlı Türkiyəsindəki türkdilli pravoslav xristianları olan Qaramanlılar icmasının danışdığı türkcənin bir ləhcəsidir. Rəsmi Osmanlı türkcəsi ərəb qrafikası ilə yazılmışdır. Lakin Qaramanlılar türkcə formalarını yazmaq üçün yunan əlifbasından istifadə etmişdilər. Qaramanlı türkcəsinin öz ədəbi ənənəsi var idi və XIX əsrdə çap olunmuş çoxsaylı əsərlər, bəziləri Anatoli və ya Misailidis nəşriyyatı, Yevangilinos Misailidis tərəfindən nəşr edilmişdir. 1923-cü ildə Türkiyə-Yunanıstan əhali mübadiləsi çərçivəsində Qaramanlı yazıçı və natiqləri Türkiyədən köçürülürlər. Bəzi natiqlər diasporada öz dillərini qoruyub saxlaya bilirlər. Türkiyə latın əlifbasını qəbul etdikdən dərhal sonra yazılı formada istifadəsi dayandırılır. Qaramanlı dilində yazılmış əlyazmanın bir parçası da Qahirə Genizasında tapılmışdır.
Qaraxanlı (Ağcabədi)
Qaraxanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaraxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Boyat kənd inzibati-ərazi vahidinin Qaraxanlı kəndi Hacılar kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaraxanlı kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır. Qaraxanlı oykonimi qaraxanlı nəslinin adı ilə bağlıdır. Tarixi sənədlərin verdikləri məlumata görə, oğuz tayfalarından biri olan bayat tayfasına mənsub olan qaraxanlılar (qaraxanlı tirəsi) 1865-ci ildə burada məskən salmış və məntəqəsi də bu tirənin adı ilə adlandırılmışdır. Bəzi araşdırıcılar toponimi 927–1212-ci illərdə Mərkəzi Asiyada Qaraxanilər dövlətini idarə edən qaraxanilər müsəlman-türk sülaləsinin adı ilə eyniləşdirir. Məlumdur ki, onların ilk xanı Əbdülkərim Satuk Qaraxan olub. Qaraxanilər sonuncu nümayəndəsi olan Qılıc Arslan İbn Xarəzm Məhəmməd tərəfindən 1212-ci ildə öldürülmüşdür. 1728-ci il sənədində İrəvan əyalətinin Zarzəmin nahiyəsində Qaraxanlı adlı qışlaq qeydə alınmışdır. Əhalisinin sayı 882 (01.01.2007-ci il üçün) nəfərdir.
Qaraxanlı (Kəlbəcər)
Qaraxanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Qaraxanlı (Sərab)
Qaraxanlı (fars. قره كانلو‎‎‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Qaraxanlı (Tovuz)
Qaraxanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaraxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Qaraxanlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Qaraxanlı kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaraxanlı kənd inzibati-ərazi vahidi yaradılmışdır. Etnotoponimdir. Qaraxanlılar orta türk dövründə Qərbi Türküstanda yaranmış ən qüvvətli tayfa birliyi olmuşdur. Əsasən karluq və uyğurlardan ibarət idi. Bu tayfalar birləşərək 940-cı ildə Kaşqarın mərkəzində Qaraxanlılar dövlətini yaratmış, ilk hökmdan Əbdülkərim Satuk Buğra Qaraxan (940–955) olmuşdur. Tovuzda məskunlaşmış qaraxanlılar yerli oğuzlara nə qədər qaynayıb-qarışsalar da, yenə də öz ilkinliklərini qoruyub saxlamışlar. Qaraxanlı kəndinin yaranması və adlandırılması ilə bağlı müxtəlif versiyalar möcuddur. Belə ki, tarixin dərinliklərində Qaraxanlı toponiminə çox rast gəlinir.
Qaraxanlı bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraxanlı dövləti
Qaraxanlılar dövləti — 840–1212-ci illərdə Mərkəzi Asiyada mövcud olmuş türk dövləti. IX əsrdə Şərqi Türküstan, Yeddisu və Tyan Şan dağlarının şimal ətəklərində Aşina türk soyuna mənsub olan türk dilli qarluqlar yaşayırdilar. "Qarluq" türk sözü olub "qarlıq", "qar yığımı" mənasını verir. Şərqi Qaraxanlılar dövlətinə Şaş, yaxud Çaç (sonrakı adı: Daşkənd), onun şərqində Talas, şimalında İsficab (Çimkənd), Yeddisu bölgəsi, Fərqanə vadisinin böyük bir qismi, Qaragölə tökülən Qaşğar çayı üzərindəki Ordu-Kənd, yaxud Qaşqar, onun cənubunda Yarkənd, İssık-Kulun qərbindən axan Çu çayının üzərində yerləşən Kuz-Ordu, yaxud Balasaqun, onun yaxınlığındakı Qara-Ordu, Balxaş gölünə tökülən İli çayının sahilindəki Almalıq, cənub-şərqdə Cunqariya bozqırları, Alagöl gölü, İrtış çayı,Təklə-Məkan səhrası, sərhədə yaxın Xotən şəhəri, Hindiquş və Qaraqorum dağları arasındakı Gilgit şəhəri daxil idi. Xilafətin zəifləməsi Qaşqarda ilk türk-islam dövləti yaradan Qaraxanlıları da İran "şuubiya" hərəkatının açdığı yola cəlb etdi. Bu dövlətin təsisçisi Əbdülkərim Satuq Buğra Qaraxan Ərəb mədəniyyəti yerinə türk dili və mədəniyyətinin əsasını qoydu. Qaraxanlı hökmdar sülaləsi əski Türğişxaqanlarının nəslindəndir. Türgişlər, əski qərbi Göytürklərinin ən güclü və əhəmmiyətli bir boyu olup son xaqanların hamısı bu boydan gəlmişdilər. Göytürklərin yıxılmasından sonra bunların töküntüləri də Doqquz Oğuz, Uyğurlara tabe bir xan olaraq yaşamışdır. Abbasi xəlifəsi Mənsur (754 – 775) zamanında, Qaşqar və Fərqanə hökmdarı olan və adı yaxşı oxunamayıb 'Kır xan' olması ehtimal olunan hökmdar Bağdada 'Bayır Çur' adında bir elçi göndərmiş və xəlifə ilə siyasi münasibətlərdə bulunmuşdu.
Qaraxanlı türkcəsi
Qaraxanlı türkcəsi — uzun illər bundan əvvəl yaranmış, türk tayfalarının ərazisində istifadə edilən və türk dilinin yaranmasında əsas rol oynayan dillərdən biri. Bəzi mənbələrə görə bu dil Qaraxanlı dövlətinin tərkibində yaranmışdır. Bu dili Mahmud Qaşqarlı "Divanü Lüğat-it-Türk" adlı əsərində istifadə etmişdir. Qaraxanlı dövləti süqut etdikdə bu dildən qalan yeganə eksponat elə məhz Mahmud Qaşqarlının əsəridir. Qaraxanlı türkcəsi və ya Hakaniye ləhçəsi türk dilinin tarixində danışılmış və yazılmış olan tarixi dillərdən biridir. Türk dilinin tarixi qədim, orta və yeni olaraq üç dövrə ayıran türkoloqlara görə qaraxanlı türkcəsi orta türkcəsinin ilk dövrünü əmələ gətirir. Belə düşünən türkoloqlara görə X-XV əsrlər arası orta türkcə dövrüdür. XIII əsrdən etibarən türk yazı dilinin şimal-şərq və cənub-qərb iki ayrı qol halında inkişaf etdiyini nəzərə alaraq bir qisim türkoloqlar qaraxanlı türkçəsini qədim türkcəyə aid edirlər. Bu günə çatan mətnləri XI və XII əsrə aid olan qaraxanlı türkcəsi qədim uyğur türkcəsi ilə eyni dövrə aiddir. V-XI əsrləri əhatə edir.
Qaraçanlı (Laçın)
Qaraçanlı — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Əsli Qaracalı olmuşdur. Keçmiş adı Qaraçanlı Zeynallıdır. Qaraçanlı kəndi dağətəyi ərazidədir. Keçmişdə burada Qaraçanlı adlı iki kənd olmuşdur. Bir-birindən fərqləndirmək üçün Zeynallı kəndi yaxınlığında yerləşdiyinə görə Qaraçanlı Zeynallı adlandırılmışdır. Kəndin adı qaraçanlı tayfasının adı ilə bağlıdır.
Qaraçanlı tayfası
Qaraçanlı tayfası — Hacısamlı camaatının qoludur. Qarabağ xanlığının Qaraçorlu mahalında qərar tutmuşdular. Qaraçanlı tayfası indiki Laçın rayonundakı Qaraçanlı-1, Qaraçanlı-2 Qorçu, Qarabəyli, Zağaaltı, Lolabağırlı, Ərikli, Güləbird, Kəlbəcər rayonundakı Qaraçanlı və başqa yaşayış məntəqələrinin əsasını, ilk daşını qoydular. Ənvər Çingizoğlu. Hacısamlı camaatı. "Soy" dərgisi, Bakı, 2009. Ənvər Çingizoğlu. Qaraçorlu mahalı. "Soy" dərgisi, 7 (51), Bakı, 2011. səh.97–106.
Qaraqanlı (Miyanə)
Qaraqanlı (fars. قره قانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (23 ailə).
Qaravanlı (Kəleybər)
Qaravanlı (fars. قره وانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 561 nəfər yaşayır (128 ailə). Əhalisi Azərbaycan türklərindan ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Əhali əkinçilik və mal-qara saxlamaqla məşguldur. Kilim, xalça və vərni toxumaq isə qadınlar arasında geniş yayılmışdır.
Qaramani
Qaramani — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Həbib Qaramani Cəbrail b. Molla Məhəmməd əl-Qaramani 1204/1790-cı - Əsəri Fransa Milli Kitabxanasında qorunur.
Qarandi
Qarandi — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qarandi Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 13 nəfər əhali yaşayır.