Cabbar Qaryağdıoğlunun evi
Cabbar Qaryağdıoğlunun evi — Şuşa şəhərində XVIII əsrdə tikilmiş yaşayış binası. Seyidli məhəlləsində yerləşir. Xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935), Azərbaycan xanəndəlik sənətinin nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun yaşadığı ev.
== Tarixi ==
Cabbar Qaryağdıoğlunun evi Şuşa şəhərində Seyidli məhəlləsində yerləşir. Bina XVIII əsrin memarlıq abidəsidir. Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935) və Azərbaycan xanəndəlik sənətinin tanınmış nümayəndələrindən biridir. Cabbar Qaryağdıoğlunun evi şəhərin ən səfalı yeri olan "Cıdır düzü"nə yaxın yerləşirdi.
Yaşayış binası Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir.