Qaraxanlı (Tovuz)

QaraxanlıAzərbaycan Respublikasının Tovuz rayonunun Qaraxanlı kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Qaraxanlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[4] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Qaraxanlı kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaraxanlı kənd inzibati-ərazi vahidi yaradılmışdır.[5]

Qaraxanlı
41°02′13″ şm. e. 45°38′56″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.252 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6030[2]
Qaraxanlı xəritədə
Qaraxanlı
Qaraxanlı

Etnotoponimdir. Qaraxanlılar orta türk dövründə Qərbi Türküstanda yaranmış ən qüvvətli tayfa birliyi olmuşdur. Əsasən karluq və uyğurlardan ibarət idi. Bu tayfalar birləşərək 940-cı ildə Kaşqarın mərkəzində Qaraxanlılar dövlətini yaratmış, ilk hökmdan Əbdülkərim Satuk Buğra Qaraxan (940–955) olmuşdur. Tovuzda məskunlaşmış qaraxanlılar yerli oğuzlara nə qədər qaynayıb-qarışsalar da, yenə də öz ilkinliklərini qoruyub saxlamışlar.[6]

Qaraxanlı kəndinin yaranması və adlandırılması ilə bağlı müxtəlif versiyalar möcuddur. Belə ki, tarixin dərinliklərində Qaraxanlı toponiminə çox rast gəlinir. Bu toponimlərə hazırkı Ağcabədi rayonunda, Kəlbəcərdə, Təbriz yaxınlığında rast gəlmək olar. Tarixdə isə bu toponimə 840–1212-ci ildə paytaxtı Kaşğar şəhəri olan Qaraxanilər imperatorluğu kimi tanınan türk-müsəlman dövləti aid edilir. Bu ad özlüyündə türk dilində səslənir ki, bu da həmin toponimə aid olan insanların türk soylu olması ilə izah edilir. Bildiyimiz kimi, Azərbaycanın tarixi və hazırkı ərazisində yaşayan müxtəlif etnik qruplar əsasən türk soyludurlar və qaraxanlılar da belə türkdilli tayfalardan biri olan ayrım tayfasının bir qolu kimi nəzərdən keçirilə bilər. Tovuz rayonunun Qaraxanlı kəndi Tovuzun Əmirli elinə aid edilən bir neçə kənddən biridir və həmin kəndlər kimi (Əmirli eli – Bozalqanlı, Əlimərdanlı, Səmədbəyli, Mansırlı, Qaraxanlı, Xatınlı, Qədirli, Cilovdarlı, Mülkülü) ötən əsrin əvvəllərində Kürqırağı boyunca sıralanmaqla çox sıx sosial-mədəni birlikdə yaşayırdılar. Bu isə Əmirlilər arasında ümumi dialektin, vahid şivənin (ləhcənin), eləcə də, məişətin, digər mənəvi dəyərlərin ümumiliyinə gətirib çıxarmışdır. Heç təsadüfi deyil ki, məhz bunun nəticəsidir ki, adları çəkilən bu kəndlərin əhalisı arasında indi də bir doğmalıq hiss olunmaqdadır.

Əmirlilər öz milliliyi, türklüyü, mübarizliyi ilə nəinki Tovuzda, bütöv Azərbaycanda tanınırlar. Burada saza-sözə, sənətə və sənətkarlığa xüsusi hörmət vardır. Hətta insanları bir-birindən ayırmaq üçün onlara xüsusi ayamaların qoyulması və bu yolla pisi və yaxşını bir-birindən ayırmaq kimi qeyri-adi adətləri vardır.

Müasir Qaraxanli kəndi hazırkı məskunlaşma yerinə XX əsrin 30-cu illərində köçürülmüşdür ki, bunun da Tovuz stansiyasına (yəni mərkəzə) daha yaxın olması ilə izah edilir.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Gəncə-Qazax düzənliyində, Tovuz şəhərindən şimal-şərqə 7 km məsafə uzaqlıqda olmaqla öz tarixi qonşuları Xatınlı, Qədirli, Cilovdarlı, Əlimərdanlı kəndləri ilə eyni paraleldə yerləşməkdədir. Ərazi əsasən düzənlikdir. Suvarılma kanalı hesabına məhsuldar torpaqları vardır.

İl Daimi əhali Kişilər Qadınlar
1999[7] 3004 1502 1502
2009[8] ↗3252 ↗1650 ↗1602

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Vəlixanov Rövşən Aydın oğlu (1994–2020)[9] — İkinci Qarabağ müharibəsi şəhidi.
  • Qasımov Hacıəli Tahir oğlu (2002–2024) — İkinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanmış, 4 ay komada qalmış və 28 yanvar 2024-cü ildə şəhid olmuşdur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Yaxın keçmişə Qaraxanlı kəndində böyük üzümçülük sahələri geniş yayılmışdır. Bu sahələrin biganəlik və uzağı görə bilməmək üzündən qırılmasına baxmayaraq hazırda yeni üzüm sahələri salınmaqdadır.

Kəndin əkin sahələri 2 hissəyə bölünür — kənddən cənuba Tovuz şəhərinə yaxın sahələr (təzə məhlələr) və kənddən şimala, Kür çayına yaxın hissələr.

Qaraxanlı kəndinin aşağı hissəsindən Kür çayı axır ki, bu da o hissədə olan torpaqları olduqca məhsuldar edir. Bu ərazidə kənd təsərrüffatı məhsullarında kartof, soğan, qarpız, yemiş və s. bostan bitkiləri, eləcə də kürqırağı Tuqay meşələrində müxtəlif ağac növləri və cır meyvə kolları bitir. Bu ərazilərdə heyvandarlıq, balıqçılıq inkşaf etmişdir.

Kənddə Qaraxanlı kənd kitabxana filialı,[10] Qaraxanlı kənd Mədəniyyət Evi,[11] Qaraxanlı poçt şöbəsi (AZ6030)[12] fəaliyyət göstərir.

Kənddə Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbi fəaliyyət göstərir.[13][14]

Bundan başqa kənddə Qaraxanlı kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[15]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə Qaraxanlı kənd həkim məntəqəsi yerləşir.[16]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=108.
  2. https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 98" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-30.
  4. "Azərbaycan Respublikasının Biləsuvar, Zərdab, İsmayıllı, Yardımlı, Goranboy, Tovuz və Cəlilabad rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı". 5 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2022.
  5. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  6. Qaraxanlı (Tovuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 27. ISBN 978-9952-34-156-0.
  7. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
  8. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 212". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  9. "Vətən müharibəsi şəhidi Vəlixanov Rövşən Aydın oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
  10. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  11. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 102" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  12. "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  13. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  14. "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  15. "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  16. "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]