Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əli Bardakoğlu
Əli Bardakoğlu - 1952-ci ildə Türkiyənin Kastamonu vilayətinin Tosya rayonunda doğulub. 1970-ci ildə İstanbuldakı İmam-Xətib məktəbini, 1974-cü ildə İstanbul Ali İslam İnstitutunu, 1975-ci ildə isə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət müəllimlik və stajor hakimliklə məşğul olduqdan sonra 1977-ci ildə Kayseri Ali İslam İnstitutunda Fiqh (İslam Hüququ) assistenti olub. 1982-ci ildə Atatürk Universitetinin İslam Elmləri fakültəsində "İslam hüququnda icarə müqavilələri" adlı dissertasiya işi müdafiə edib. Ərciyəz Universiteti İlahiyyat fakültəsində İslam Hüququ yardımçı dosentliyinə təyin olunub. 1986-cı ildə dosent elmi dərəcəsi alıb. Ərciyəz Universiteti İlahiyyat fakultəsində bölmə sədri və dekan müavini vəzifələrində çalışıb. 1993-cü ildə Mərmərə Universiteti İlahiyyat fakültəsinə ezam olunub. 1994-cü ildə həmin universitetin İslam Hüququ kafedrasında professor elmi dərəcəsi alıb. Mərmərə İlahiyyat Ali Məslək məktəbi müdir müavini və dekan müavini vəzifələrində çalışıb.
Xəzər qarasolu
Xəzər qarasolu (lat. Vimba vimba persa) — Qarasol növünə aid yarımnöv. == Yayılması == Əsasən Cənubi və Orta Xəzərdə yayılmışdır. Samur çayının aşağı axarında Vələmir və Qusar çaylarında, Kürün aşağı axarında, Azərbaycanın cənub çaylarından Viləş, Qumbaşı və Lənkəran çaylarında yayılmışdı. Böyük və Kiçik Qızılağac körfəzlərində nisbətən çoxsaylıdır. Aqraxan və Araqum su hövzələrində, Türkmənbaşı körfəzinə qədər Həsənqulu rayonunda, Xəzərin qərb sahili çaylarından Terekdə, Rubasçayda qeydə alınmışdır. == Morfoloji əlamətləri == Bədən nisbətən alçaqdır. Beli göyümtül-boz, qarnı gümüşü-ağ, bədənin aşağı hissəsindəki üzgəclər solğun-sarımtıldır. Ağzı alt aypara formasındadır. Bel üzgəcində 8, anal üzgəcində 16–19 şüa var.