Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jan-Filippe Qatiyen
Jean-Filippe Qatiyen (16 oktyabr 1968) — Fransanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Jean-Filippe Qatiyen Fransanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Jean-Filippe Qatiyen Fransanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medalın, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Jean-Filippe Qatiyen Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Jean-Filippe Qatiyen Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub.
Katibə
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
Aleksandr Qalibin
Aleksandr Vladimiroviç Qalibin (rus. Александр Владимирович Галибин; 27 sentyabr 1955, Leninqrad) — sovet və Rusiya teatr, kino, dublyaj aktyoru, teatr və kino rejissoru, televiziya aparıcısı, Rusiya Federasiyasının xalq artisti.
Qatilin öpüşü (film, 1955)
"Qatilin Öpüşü" (ing. Killer`s Kiss) — 1955-ci ildə Stenli Kubrikin rejissorluğu ilə kriminal nuar janrında çəkilmiş ABŞ istehsalı film. Ssenari Kubrikin özü və Hovard Sakler tərəfindən yazılmışdır. Bu, Kubrikin rejissorluq etdiyi ikinci tammetrajlı filmdir, birincisi 1953-cü ildə çəkilmiş "Qorxu və tamah" filmi idi. Filmdə əsas rollarda Ceymi Smit, İren Keyn və Fren Silvera almışdılar. Film karyerasını bitirmək üzərində olan 29 yaşlı yarıağır çəkili Nyu-Yorklu boksçu Deyv Qordon və onun qonşusu rəqqasə Qloriya Pris (İren Keyn) və onun qəddar müdiri Vinsent Rapallo (Fren Silvera) ilə münasibətlərindən bəhs edir. Boksçu Deyvi Qordon rəqqasə Qloriya Pirsə hücum edən onun müdiri və məşuqu Vinsent Rapallonun qarşısını alır. Bu hadisə onları yaxınlaşdırır və onlar bir-birindən ayrılmaz hala gəlirlər, bu da Rapallonun narazılığına səbəb olur. Deyvi öldürmək üçün Rapallo qatillərə əmr verir. Ancaq səhv nəticəsində ölən Deyv yox onun meneceri olur.
Həmzə Əli əl-Hatibin ölümü
Həmzə Əli əl-Hatib (ərəb. حمزة علي الخطيب‎; 24 oktyabr 1997 – 25 may 2011, Dəra) 13 yaşında olarkən Dərada Suriya vətəndaş üsyanlarında Suriya hökumətinin nəzarəti altında həyatını itirən suriyalı uşaq. 29 aprel 2011-ci ildə nümayiş zamanı tutulan Həmzə Əli əl-Hatibin ağır dərəcədə qançır, yanıq izləri olan, üç güllə izi tapılan, cinsi orqanları parçalanmış cəsədi 25 may 2011-ci ildə ailəsinə təhvil verildi. Həmzənin ailəsi cəsədin foto və videolarını jurnalistlərə və fəallara payladıqdan sonra görüntülərdən təsirlənən minlərlə insan internetdə və küçə nümayişlərində ailəni dəstəklədiklərini bildirdilər. == Arxa plan == Dəra əyalətindəki Əl-Cize kəndində yaşayan Həmzə, 2010-cu ildə quraqlıq olduğu üçün əvvəllər olduğu kimi üzməyə vaxt sərf etmək əvəzinə bəslədiyi göyərçinlərlə məşğul olmağa başladı. Əl-Cəzirə ilə müsahibəsində əmisioğlu Həmzənin səxavətlə tanındığını və ailəsinə kasıblara kömək etməsini tövsiyə etdiyini bildirdi: "Həmzə bir dəfə kiməsə 100 suriya funtu ($2) vermək istədi, amma ailəsi bunun çox olduğunu söylədi. Amma Həmzə dedi: "Məndə bir yataq və yemək var, o adamın isə heç bir şeyi yoxdur. Və beləliklə, o, valideynlərini yoxsul kişiyə 100 suriya funtu ($2) verməyə inandırdı" deyə əmisioğlu Əl-Cəzirəyə dedi. == Həbs olunması == Həmzənin siyasətlə maraqlanmadığını bildirən əmisioğlu, Həmzənin 29 aprel 2011-ci ildə ailəsi ilə Dəra şəhərinin mühasirəsinə etiraz etmək üçün bir aksiyada iştirak etdiyini bildirdi. Əmisioğlu bu vəziyyəti "hərkəs nümayişə gedirdi.
Qatilin inancı: Mənşə (film, 2009)
Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu. Filmi kanadalı rejissor İv Simono yönəltmişdir. Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir. Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur.
Ətriyyatçı: Bir qatilin tarixçəsi (film)
Ətriyyatçı: Bir qatilin tarixçəsi (ing. Perfume: The Story of a Murderer) — rejissorluğu Tom Tikver tərəfindən edilən, əsas rollarda Ben Vişou, Alan Rikman, Reyçel Herd-Vud və Dastin Hoffmanın yer aldığı 2006-cı il istehsalı olan psixoloji-dram filmi. Patrik Züskindin eyniadlı romanı əsasında çəkilmişdir. Ssenari müəllifləri Endrü Birkin, Bernd Ayhinqer və Tom Tikverdir. Film 18-ci əsrdə Fransada cərəyan edir, mükəmməl qoxubilmə hissinə malik olan Jan-Baptistin hekayəsindən bəhs edir. Film məşhur qatil olan Jan-Batist Qrenuyun cəzalandırılması səhnəsi ilə başlayır. Edam üçün aparılmasından əvvəl fransız balıq bazarında doğulan kimi tərk edilməsiylə başlanan həyat hekayəsinə geridönüş edilir. Yetimxanada böyüyən Qrenuy hamıkından daha güclü iybilmə qabiliyyətinə sahib, qəribə və hamıdan uzaq gəzən bir uşaq olaraq yetişir. Daha sonralar dabbaq birinə satılır və uzun illər dabbaq köməkçisi olur. Günlərin bir günü yeni qoxular ilə tanış olduğu Parisə ilk təslimatı edəndə hər şey dəyişir.
Əttar: Bir qatilin tarixçəsi (film, 2006)
Ətriyyatçı: Bir qatilin tarixçəsi (ing. Perfume: The Story of a Murderer) — rejissorluğu Tom Tikver tərəfindən edilən, əsas rollarda Ben Vişou, Alan Rikman, Reyçel Herd-Vud və Dastin Hoffmanın yer aldığı 2006-cı il istehsalı olan psixoloji-dram filmi. Patrik Züskindin eyniadlı romanı əsasında çəkilmişdir. Ssenari müəllifləri Endrü Birkin, Bernd Ayhinqer və Tom Tikverdir. Film 18-ci əsrdə Fransada cərəyan edir, mükəmməl qoxubilmə hissinə malik olan Jan-Baptistin hekayəsindən bəhs edir. Film məşhur qatil olan Jan-Batist Qrenuyun cəzalandırılması səhnəsi ilə başlayır. Edam üçün aparılmasından əvvəl fransız balıq bazarında doğulan kimi tərk edilməsiylə başlanan həyat hekayəsinə geridönüş edilir. Yetimxanada böyüyən Qrenuy hamıkından daha güclü iybilmə qabiliyyətinə sahib, qəribə və hamıdan uzaq gəzən bir uşaq olaraq yetişir. Daha sonralar dabbaq birinə satılır və uzun illər dabbaq köməkçisi olur. Günlərin bir günü yeni qoxular ilə tanış olduğu Parisə ilk təslimatı edəndə hər şey dəyişir.
Katibə Kimə nə olub? (teleserial, 2018)
What's Wrong with Secretary Kim(kor. 김비서가 왜고가) — 2018-ci ildə yayımlanmış Pak So Cun və Pak Min-yonun baş rollarda oynadığı Cənubi Koreya televiziya serialıdır. O, Cung Kyon-yunun ilk dəfə 2013-cü ildə nəşr olunmuş, daha sonra 2015-ci ildə KakaoPage tərəfindən Webtoon komiksinə seriallaşdırılan eyni adlı romanına əsaslanır. Serial 2018-ci il iyunun 6-dan iyulun 26-dək tvN-də çərşənbə və cümə axşamı günləri 16 seriya ilə yayımlanıb. == Süjet == Li Yon-cun (Pak So Cun) böyük bir korporasiyanın sədr müavinidir. Bir gün onun yüksək bacarıqlı katibi Kim Mi-so (Pak Min-yon) doqquz il Li Yon-cuna işlədikdən sonra tutduğu vəzifədən istefa verəcəyini bildirdikdə onun dünyası sarsılır. Li Yon-cun daha sonra Mi-sonun yanında qaldığından əmin olmaq üçün şirkətində idarə heyətinin direktoru olan ən yaxşı dostu ilə danışdıqdan sonra əlindən gələni etmək qərarına gəldi. Li Yon-cun bir çox şeyi planlaşdırır, Kim Mi-so isə gənc uşaq olarkən yaşadığı keçmiş travmatik təcrübədə ona kömək edən adamı tapmaq qərarına gəlir.
Matiyen
Matiyen, Matiyene, Mantiyen və ya Mantiyene — Güney Azərbaycanın qərbində padşahlıq adı idi. Strabon, Ptolemy, Herodot, Polibi və Böyük Plini də daxil olmaqla qədim tarixçilər Medianın şimal-qərbində yerləşən bir bölgəni təyin etmək üçün Mantiane, Martiane, Matiana, Matiani, Matiene, Martuni kimi adları qeyd etmişlər. == Etimologiyası == Matiyen adı, 800 il əvvəl Hurri əhalisini idarə edən Mitanni ilə əlaqəli ola bilər. Matiyen adı, Matiyen xalqının şərqində yerləşən qonşu Matianus gölünə (Urmiya gölü) də tətbiq edildi. Böyük ehtimalla Matiyen sözünün kökü "Mat" və ya "Mati", Maday və Mitan sözləriylə birgədir. == Tarixi == Ehtimal ki, Hurro-Urartu dilində danışan Mannalılar, e.ə. VII və VIII əsrlərdə İskit-Kimmerilər tərəfindən tabe edildi. Matiyen, təxminən miladdan əvvəl 609-cu ildə Midiyalılar tərəfindən fəth edildi. Matiyen, Əhəmənlərin fəthinə qədər Midiya İmperiyasının satrapına çevrildi. Saspirlər və Alaradlar qəbilələri (Urartu qalıqları) ilə birlikdə Əhəmənlər İmperiyasının XVIII satrapyasının bir hissəsi oldu.
Satıbəy
Sultan Satıbəy xatun — Elxanilər dövlətinin xatunu; Əbu Səid Bahadur xanın anabir bacısı, əvvəlcə Əmir Çoban Sulduz, ardınca Sultan Arpa xan, sonda da Süleyman xanın xatunu. Satıbəy xatunun ilkin həyatına dair məlumat azdır. 1319-cu ildə Əmir Çoban Sulduz ilə evlənmişdi. 1327-ci ildə Əmir Çobanın üsyanından sonra əmir onu boşayaraq Əbu Səidin yanına göndərmişdi. 1334-cü ildə oğlu Əmir Surğan Sulduza Qarabağ hakimliyi verilərkən, o da oğlu ilə Qarabağa getdi. 1335-ci ildə Arpa xanla evləndi. 1336-cı ildə Arpa xanın ölümü ilə yenidən oğlunun yanına qayıdan Satıbəy xatun 1338-ci ilin iyulunda Əmir Həsən Sulduzun tərəfinə keçdi. Əmir Həsən Sulduz həmin ay Satıbəyi Elxanilər dövlətinin xatunu elan etdi. Lakin bu hakimiyyət az çəkdi, 1340-cı ildə devrilərək zorla Süleyman xanla evləndirildi. Haqqında son məlumat 1345-ci ildə verilir.
Qabiden Mustafin
Qabiden Mustafin (qaz. Ғабиден Мұстафин; 26 noyabr 1902 – 20 yanvar 1985, Almatı) — Qazax Sovet yazıçısı, ictimai xadim, Qazaxıstan SSR Elmlər Akademiyasının müxbir üzvü (1958), Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. Kəndlilərin Rusiyadan köçürülməsi ilə əlaqədar olaraq, 1907-ci ildə Elibay qəbiləsinin nümayəndələrinin altmış evi (Qabiden ailəsi də daxil olmaqla) Spasski zavodunun şərqində yerləşən Koktalzharyk qəsəbəsinə köçmək məcburiyyətində qaldı. On yaşlı Qabiden savadını aul mollasından, rus dilini isə fabrik xadiməsi Cusup Maukumovdan öyrənmişdir. Spassk zavodunun beş illik rus-qazax məktəbinin dördüncü sinfinə qəbul edilmişdir. İki illik təhsildən sonra Qabiden doğma kəndinə qayıtmışdır. 1927-ci ildə Mustafinin ilk hekayəsi "Sarsen və Mukaş" və "Early Birds" jurnallarında yayımlandı. 1929-cu ildə ilk hekayələr toplusu "Er Shoyin" Qızıl-Ordada nəşr olundu. 1930-cu ildə inşası davam edən Qaragandaya köçdü. 1933-cü ilin əvvəlində yerli şuranın qərarı ilə Qabiden Mustafin "Proletariat Karaqandı" qəzetinin məsul katibi vəzifəsinə namizəd göstərildi.
İman gətirən
İman Lüğət mənası (e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənası Termin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir. Lüğət mənası «S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənası İstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir.
Sultan Satıbəy xatun
Sultan Satıbəy xatun — Elxanilər dövlətinin xatunu; Əbu Səid Bahadur xanın anabir bacısı, əvvəlcə Əmir Çoban Sulduz, ardınca Sultan Arpa xan, sonda da Süleyman xanın xatunu. Satıbəy xatunun ilkin həyatına dair məlumat azdır. 1319-cu ildə Əmir Çoban Sulduz ilə evlənmişdi. 1327-ci ildə Əmir Çobanın üsyanından sonra əmir onu boşayaraq Əbu Səidin yanına göndərmişdi. 1334-cü ildə oğlu Əmir Surğan Sulduza Qarabağ hakimliyi verilərkən, o da oğlu ilə Qarabağa getdi. 1335-ci ildə Arpa xanla evləndi. 1336-cı ildə Arpa xanın ölümü ilə yenidən oğlunun yanına qayıdan Satıbəy xatun 1338-ci ilin iyulunda Əmir Həsən Sulduzun tərəfinə keçdi. Əmir Həsən Sulduz həmin ay Satıbəyi Elxanilər dövlətinin xatunu elan etdi. Lakin bu hakimiyyət az çəkdi, 1340-cı ildə devrilərək zorla Süleyman xanla evləndirildi. Haqqında son məlumat 1345-ci ildə verilir.
Jan Qaben
Jan Qaben (əsl adı Jan Aleksis Monkorje, 17 may 1904[…], IX arondisman, Fransa – 15 noyabr 1976[…], Nöyi-sür-Sen, O-de-Sen, Fransa) — Fransız aktyor.
Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü
Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü (qeyri-rəsmi və sadəcə olaraq Ozon Günü də adlanır) — Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən elan edilmiş və 16 sentyabrda təyin olunan gün. Bu təyinat 19 dekabr 2000-ci ildə, 1987-ci ildə dövlətlərin Ozon qatını məhv edən maddələr üzrə Monreal protokolunu imzaladığı tarixin xatirəsinə verilmişdir. 1994-cü ildə BMT Baş Assambleyası 1987-ci ildə Ozon qatını məhv edən maddələrə dair Monreal Protokolunun imzalanmasının xatirəsini qeyd edərək, 16 sentyabr tarixini Beynəlxalq Ozon təbəqəsinin mühafizəsi günü elan etdi.
Ən çox gəlir gətirən filmlərin siyahısı
Ən çox gəlir gətirən filmlər — Dünya üzrə gəlir gətirməsi miqyasına görə filmlərin siyahısı. Filmlər film icarəsi, rəqəmsal satış və icarə, ticarət və televiziya yayımı və yayım hüquqları da daxil olmaqla bir çox mənbədən gəlir əldə edir. Buna baxmayaraq, filmin kommersiya uğurunun əsas göstəricisi, əsasən digər göstəricilərlə müqayisədə məlumatların mövcudluğu və tarixi təcrübə səbəbindən teatr kassası hesab olunur. Məqalədə kino tarixində ən çox gəlir gətirən filmlərin siyahısı (həm nominal dəyəri, həm də inflyasiya nəzərə alınmaqla), ilin kassa liderləri və ən çox gəlir gətirən filmlərin xronologiyası, ən çox gəlir gətirən film seriyalarının və film franşizalarının siyahısı təqdim olunur. Bütün cədvəllər, başqa bir mənbə göstərilmədiyi təqdirdə, Box Office Mojo veb saytına görə beynəlxalq icarə əsasında tərtib edilir. Ənənəvi olaraq, musiqili filmlər, Müharibə filmləri və tarixi dramlar ən populyar janrlar idi, lakin XXI əsrdə kassada film franşizaları üstünlük təşkil etməyə başladı. Hal-hazırda onların arasında lider mövqeləri super qəhrəman filmləri tutur. Marvel Cinematic Universe filmlərinin ümumi haqları 27 milyard dollardan çoxdur və "Avengers: Endgame" filmi, "Avengers" dastanının dördüncü hissəsi və seriyanın 22-ci filmi siyahıda ikinci yerdədir. Həm də görkəmli bir yer tutur " J. J.-nin sehrli dünyası. K. Roulinq", "Orta yer", "Tez və qəzəbli"və" Karib Dənizinin Quldurları".
Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
== Məzmun == Film Azərbaycanda və dünyanın müxtəlif bölgələrinin qaynar nöqtələrində, xüsusilə müharibə zonalarında çəkilişlər aparan şücaətli reportyorlardan bəhs edir. == Film haqqında == Film Çingiz Mustafayevə həsr olunmuşdur. Filmdə Çingiz Mustafayevin, ANS, BBC, WTN, CNN telekompaniyalarının videoarxivlərindən və Gürcüstan Milli Televiziyasının "Dragon's Sindrome" filmindən istifadə olunmuşdur. Filmin çəkilişlərinə Azərbaycan Dövlət Televiziyası köməklik göstərmişdir.
Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
== Məzmun == Şücaətli jurnalistlərdən bəhs edən filmin ikinci hissəsində Çingiz Mustafayev başda olmaqla ekstremal vəziyyətə düşən qorxmaz reportyorlardan danışılır. Filmdə belə vəziyyətdən çıxan jurnalistlər keçirdikləri hiss və həyəcanlarını bölüşürlər. == Film haqqında == Film Çingiz Mustafayevin xatirəsinə həsr olunmuşdur.
Bishoujo Senshi Sailor Moon SuperS Gaiden: Ami-chan no Hatsukoi
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. == Məzmun == Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.
Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist, Yaponiyada tanınan adı ilə Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai (下ネタという概念が存在しない退屈な世界, azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya‎) və ya qısaca Shimoseka (下セカ) — Eyto Şimatsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmış ranobe seriyası. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır. N' Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen" adlı manqa 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuş və 4 cildi buraxılmışdır. J.C.Staff studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmiş və Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Şimoneta (下ネタ) yapon dilindən tərcümədə "ədəbsiz zarafat" deməkdir. Antiutopik bir gələcəkdə Yaponiya hökuməti ölkənin və vətəndaşların əxlaq normasını qorumaq üçün "Sağlam Şəkildə Uşaq Yetişdirmədə İctimai Nizam və Əxlaq Qanunu" qəbul edərək bütün ədəbsiz materialları məhv etmək və insanların ədəbsiz ifadələr işlətməsinə qadağa qoymaq qərarına gəlir. Hətta vətəndaşlar işlətdikləri bütün sözləri və əl hərəkətlərini qeydə alan Peace Makers (PM) adlı xüsusi cihazları geyinməyə məcburdurlar. Nəticədə, Yaponiya dünyanın ən yüksək əxlaq normalarına malik ölkəyə çevrilir.