Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaysaba
Qaysaba — Azərbaycan milli mətbəxinə daxil olan şirniyyat növlərindən biri. Qarabağ mətbəxinə aiddir. Adətən səhər yeyilir Tərkibi:Kərə yağı, qaysı (ərik və ya ərik qurusu), su və darçın. Əvvəlcə əridilmiş tavaya çəyirdəkləri çıxarılmış qaysı, xurma (istəyə görə əncir mürəbbəsi) atılır. Meyvələr yumşalana qədər bişirilir, üzərinə darçın səpilib süfrəyə verilir. Bişirilməsində müxtəlif fərqliliklər vardır. Bəzən tavada az miqdarda suda pörtlədilmiş qaysının üzərinə dağ edilmiş yağ əlavə edilir. Bişirərkən üzərinə ya şəkər tozu və ya da şərbətli su əlavə edilir.
Qaynama
Qaynama — mayenin bütün həcmində buxar əmələgəlmə hadisəsi. Qaynama zamanı doymuş buxarla dolu olan qabarcıqlar hidrostatik və atmosfer təzyiqlərinə üstün gələrək mayenin səthinə çıxıb dağılır və həmin buxarı fəzaya buraxır. Qaynama temperaturu mayenin növündən və xarici təzyiqdən asılıdır. Məsələn, su 1 atmosfer təzyiqində 100°C-də qaynadığı halda 15,5 amosfer təzyiqdə 200°C-də qaynayır. Xarici təzyiq sabit olduqda qaynama zamanı mayenin temperaturu dəyişmir və ona verilən istilik miqdarı tamamilə buxar əmələ gəlməsinə sərf olunur. Həmin təzyiq artdıqca qaynama temperaturu da artır (əksi də doğrudur) və onun ən böyük qiyməti böhran temperaturuna bərabər olur. Saf maye öz qaynama temperaturundan yuxarı temperaturlara qədər qızdırıla bilir və bu zaman qaynama baş vermir. Belə maye ifrat qızmış maye adlanır. Bu hal metastabildir. Həmin mayeni tərpətdikdə və ya ona başqa qatışıqlar əlavə etdikdə qaynama dərhal başlayır.
Qayana
Qayana (ing. Guyana) və ya rəsmi adı ilə Qayana Kooperativ Respublikası (ing. Co-operative Republic of Guyana) – Cənubi Amerika dövlət. Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Venesuela, cənub-qərb və cənubda Braziliya, şərqdə Surinamla həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Corctaun şəhəri, ümumi sahəsi 214,970 kvadrat kilometrdir. Yerli hindu dilində Qayana "çoxlu sular ölkəsi" deməkdir. Ərazisi XV əsrdə ispanlar tərəfindən kəşf edilmişdir. XVI əsrin əvvəllərindən ispan, sonradan isə ingilis müstəmləkəçilərinin diqqəti Cənubi Amerikanın şimal hissəsinin geniş torpaqlarına yönəlmişdi.
Qaysa
Qaysa — Azərbaycan Respublikasının Balakən rayonunun Qaysa kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Balakən rayonunun Qaysa kənd Soveti Qaysa kəndinin ərazisinin bir hissəsi Qabaqçöl qəsəbə Sovetinin tərkibinə verilmişdir.
Qaynama nöqtəsi
Qaynama nöqtəsi — buxar təzyiqi xarici təzyiqə bərabər olduqda mayenin əldə etdiyi temperatur. Yüksək buxar təzyiqi olan mayelər uçucudur və aşağı qaynama nöqtələrinə malikdir. Yüksək qaynama nöqtələri olan mayelərin, vakuum prosesi ilə buxar təzyiqini artıraraq otaq temperaturunda qaynadılması mümkündür.
Səhra qaysağı
Səhra qaysağı — Başlıca olaraq subtropik və tropik səhralarda süxurların və ya torpağın səthində əmələ gələn tavayaoxşar sıx və bərk qabıqdır.
Qaytana (müğənni)
Qayta-Lurdes Klaverivna Essami (ukr. Гайта-Лурдес Клаверівна Ессамі), peşəkar səviyyədə Qaytana (ukr. Гайтана; 29 sentyabr 1979, Kiyev) — Ukrayna müğənnisi və bəstəkarı. Essaminin pop musiqi üslubu caz, fank, soul və folk elementlərini ehtiva edir. O, Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı təmsil etmişdir. Qaytana burada "Be My Guest" mahnısını ifa etmiş və finalda 15-ci yeri tutmuşdur. Qaytana postsovet məkanında Litvanın "LT United" qrupunun üzvü, müğənni və gitaraçı Viktoras Diavaradan sonra Afrika əsilli ikinci Avroviziya iştirakçısıdır. Qayta-Lurdes Klaverivna Essami Kiyevdə anadan olmuşdur. Anası ukraynalı Tatyana Petrova, atası isə Konqo Respublikasından olan Klaver Essami idi.. O, körpə olanda ailə Ukraynanı tərk edərək atasının doğulduğu Brazzavil şəhərinə köçmüşdür.
Kollektiv qaynama
Kollektiv qaynama — Emil Durkhaym tərəfindən yaradılmış sosioloji konsepsiya. Durkhayma görə, bir icma və ya cəmiyyət bəzən bir araya gələrək eyni anda eyni düşüncəni çatdıra və eyni hərəkətdə iştirak edə bilər. Belə bir hadisə daha sonra fərdləri həyəcanlandıran və qrupu birləşdirməyə xidmət edən kollektiv qaynamaya səbəb olur. == Dində == Durkhaym güc anlayışını aborigen cəmiyyətlərində dinin "elementar formaları" ilə bağlı araşdırmasında qeyd etdiyi klan simvolu olan totemlə əlaqələndirir. Qəbilənin adını verdiyi üçün simvol klanın toplanması zamanı mövcuddur. Bu məclislərdə iştirakı ilə totem həm səhnəni, həm də güclü hiss olunan duyğuları təmsil etməyə gəlir və beləliklə də qrupun kollektiv təmsilçiliyinə çevrilir. Dürkheym üçün din fundamental olaraq sosial fenomendir. Müqəddəslərin inancları və əməlləri sosial təşkilat üsuludur. Bu izahat "Elementar formalar" əsərində ətraflı şəkildə verilmişdir. Dürkheymə görə, "tanrı və cəmiyyət eynidir ...
Qayana bayrağı
Qayana bayrağı — Qayananın Dövlət bayrağı
Asafa Pavell
Asafa Pavell (23 noyabr 1982) Yamaykalı atlet. Əsasən 100 metr və 4 x 100 metr idman yarışlarına qatılır. 100 metr dünya rekordunu 9.77 və 9.74 dərəcələri ilə 2005 və 2008-ci illər arasında əlində saxlamışdır. Bir neçə dəfə 10 saniyədən az bir müddətdə 100 metr qaçmış və 9.72 saniyə karyera rekordu bu idman növündə ən yaxşı 6-cı dərəcədir. Pavell, 2004 Yay Olimpiya Oyunları və 2008 Yay Olimpiya Oyunlarına qatılmış, lakin medal qazana bilməmişdir. Lakin Pekin Olimpiya Oyunlarında 4 x 100 metrdə komanda yoldaşları ilə birlikdə qızıl medal qazanmışdır.
Qaysa Hüseynov
Qaysa Hüseynov (başq. Хөсәйенов Ғайса Батыргәрәй улы; 10 aprel 1928, Karmaskalı rayonu – 27 iyul 2021, Ufa) — Sovet və rus filoloqu, Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki (1992), "Vətəndaş" jurnalının keçmiş baş redaktoru, Rusiya Federasiyasının əməkdar elm xadimi (1993), Salavat Yulayev Respublika mükafatı (1980). Şərəf ordeni kavaleri (1999). Qaysa Hüseynov 10 aprel tarixində Başqırd Muxtar Sovet Sosialist Respublikasının Ufa kantonunun (indiki Başqırdıstan Respublikasının Karmaskalı rayonu) Utyaqanovo kəndində anadan olmuşdur. 1951-ci ildə Başqırdıstan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1954-cü ildə Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirir. Namizədlik dissertasiyasını, 1970-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Başqırd ədəbiyyatşünası, 1991-ci ildə Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki seçilir. 1996–2000-ci illərdə "Vətəndaş" jurnalının baş redaktoru. Rusiya Federasiyasının (1993) və BMSSR-nın əməkdar elm xadimi (1976) olur.
Qaysa bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Azərbaycan–Qayana münasibətləri
Azərbaycan–Qayana münasibətləri — Azərbaycan Respublikası ilə Qayana Kooperativ Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Qayana Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanımışdır . == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin yanvar ayının 9-da qurulmuşdur.
Qayana Kooperativ Respublikası
Qayana (ing. Guyana) və ya rəsmi adı ilə Qayana Kooperativ Respublikası (ing. Co-operative Republic of Guyana) – Cənubi Amerika dövlət. Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Venesuela, cənub-qərb və cənubda Braziliya, şərqdə Surinamla həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Corctaun şəhəri, ümumi sahəsi 214,970 kvadrat kilometrdir. Yerli hindu dilində Qayana "çoxlu sular ölkəsi" deməkdir. Ərazisi XV əsrdə ispanlar tərəfindən kəşf edilmişdir. XVI əsrin əvvəllərindən ispan, sonradan isə ingilis müstəmləkəçilərinin diqqəti Cənubi Amerikanın şimal hissəsinin geniş torpaqlarına yönəlmişdi.
Qayana 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
Qayana — 14–26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.