Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hüseyin
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Bu adı olan tanınmış şəxslərHüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Arabul — Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) —Hüseyn HüseynovHüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) —Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov —Hüseyn QuliyevHüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) —Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru,İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini,professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1]Aşıq HüseynAşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–? Aşıq Hüseyn Cavan — 1916–1985 Aşıq Hüseyn Saraçlı — 1916–1987DigərHüseyn (Əbyəlil) — Bığlı Hüseyn — Ermənistanda kənd. .
Hüseyin Bodaninski
Hüseyin Bodaninski (d. 1 dekabr 1877, Simferopol Rusiya imperiyası – v. 17 aprel 1938, SSRİ) — Krım Tatarı əsilli tarixçi, arxealoq, etnoqraf, incəsənət xadimi və siyasi aktivist. Bağçasaray şəhərindəki Krım xan sarayı muzeyinin ilk direktoru. == Həyatı == Hüseyin Bodaninski 1 dekabr 1877-ci ildə Rusiya imperiyasının Simferopol bölgəsindəki Badana kəndində anadan olmuşdur. 1888-ci ildə dövlət məktəbini bitirmiş, 1888-1895-ci illərdə Simferopoldakı Tatar müəllim məktəbində, 1895–1905-ci illərdə Moskvadakı Stroqanov məktəbində oxumuşdur. Stroqanov məktəbini bitirdikdən sonra 1907-ci ilə kimi Simferopol Ticarət məktəbində qrafika müəllimliyi etmişdir. 1907-ci ildən sonra Stranqov məktəbinin müdiri kimi işləmişdir. 1911–1917-ci illərdə Sankt-Peterburqda dekorativ işləmişdir. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir.
Hüseyin Cavid
Hüseyn Cavid (doğum adı: Hüseyn Abdulla oğlu Rasizadə; 24 oktyabr 1882, Naxçıvan, İrəvan quberniyası, Rusiya imperiyası – 5 dekabr 1941, Tayşet rayonu[d], İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir.İbtidai təhsilini Naxçıvan molla məktəbində, orta təhsilini M. T. Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899–1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlər yazır. 1920–1930-cu illərdə Hüseyn Cavid "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi bir sıra tarixi dramlar yazmışdır.
Hüseyin Cəfərov
Hüseyin Cəfərov () — Azərbaycanlı şəhid. == Həyatı == Cəfərov Hüseyn Səməd oğlu 1915-ci ildə Gədəbəy rayo-nunun Göyəlli kəndində doğulmuşdur. == Hərbi xidməti == 1941-ci ildən 1945-ci ilə qədər müharibədə olmuşdur. Müharibədən gələndən sonra Yamən Həmid qızı ilə evlənmişdir. Bir oğlanları olmuşdur. O da 13 yanvar 1980-ci ildə vəfat etmişdir. 13 mart 1990-cı ildə Cəfərov Hüseyn Səməd oğlu meşə-dən odun gətirərkən ermənilər onu diri tutaraq Krasno-selski rayonuna aparmışlar. Bu günə qədər Hüseyn Səməd oğlu itgin düşmüşdür. == İstinadlar == http://www.gedebey-ih.gov.az/page/77.html.
Hüseyin Həmidzadə
Həmidzadə Hüseyn Akif oğlu (15 oktyabr 1995, Bakı şəhəri - 1 noyabr [2020], Xocavənd rayonu) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Həmidzadə Hüseyn Akif oğlu - 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. Əslən Şəki rayonu Oxud kəndindəndir. 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirmişdir. 2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil almışdır. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olmuşdur. 27 sentyabr 2020-ci ildə başlamış İkinci Qarabağ müharibəsi zamanı Vətənə olan bağlılığı, düşmənə olan nifrəti onu sakit dayanmağa qoymur və könüllü olaraq Cəbrayıl rayon Komissarlığına yazılaraq, qısa müddət ərzində ön cəbhəyə yollanır. == Şəhadətlik zirvəsi == Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində misli görünməmiş qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır. 25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn 01 noyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub.
Hüseyin Kürkçü
Hüseyin Kürkçü — krım tatar türkoloq, dilçi, pedaqoq. Filologiya elmləri namizədi olan o Krım Pedaqoji İnstitutunda dərs deyib. Ömrünün 16 ilini əmək düşərgələrində keçirdikdən sonra 1957-ci ildə bəraət alaraq azad olub. == Haqqında == Hüseyin Kürkçü 23 yanvar 1905-ci ildə Bağçasarayda anadan olub. Məktəb illərində şair, pedaqoq Yaqub Şakirəlinin şagirdi olub. Orta təhsilini bitirdikdən sonra İsmayıl Qaspıralı adına Bağçasaray Müəllimlər Seminariyasına daxil olur. 1924-1926-cı illərdə Bakı Dövlət Universitetinin tarix-filologiya fakultəsində təhsil alıb. Burada Vasili Bartold, Bəkir Çobanzadə, Əziz Qubaydullin kimi alimlərdən dərslər alır. Bakıdakı təhsilini bitirdikdən sonra Krıma qayıdaraq burada Kökköz kənd məktəbində dərs deməyə başlayır. "Okuv işleri" (Tədris işləri) jurnalında fəaliyyət göstərir.
Hüseyin Sultanov
Hüseyn Fərhad oğlu Sultanov (6 aprel 1996, Hacıqurbanoba, Xaçmaz, Azərbaycan — 21 oktyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyin Sultanov 6 aprel 1992-ci ildə Xaçmazın Hacıqurbanoba kəndində anadan olub. Hüseyn ailədə 3 qardaşın ən kiçiyi idi. 2009-cu ildə Xaçmaz şəhər 2 saylı orta məktəbi bitirib Sumqayıt Dövlət Universiteti'nin İqtisadiyyat və idarəetmə fakültəsinə daxil olub. 2013-2014-cü illərdə hərbi xidmətdə olmuşdur. Daha sonra dövlət qulluğuna qəbul olaraq Dövlət Statistika İdarəsinin Xaçmaz Rayon Şöbəsində çalışmışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hüseyn Sultanov Füzulinin azad edilməsində savaşıb. 21 oktyabr 2020-ci ildə Xocavəndin Düdüklükəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Xaçmazda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyin Sultanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyin Sultanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyin Sultanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyin Sultanov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Hüseyin Sultanov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Hüseyin Türkmen
Hüseyin Türkmen (1 yanvar 1998, Ağcaabad, Trabzon ili) — Türkiyə Superliqasında çıxış edən Trabzonsporun futbolçusu. == Karyerası == === Trabzonspor === Trabzonsporda ilk matçına 12 dekabr 2017-ci ildə keçirilən Trabzonspor-Ərzurumspor matçında çıxıb. Matç Trabzonsporun 5–1 hesablı qələbəsi ilə başa çatıb. Trabzonsporda ilk qolunu 9 fevral 2022-ci ildə keçirilən Dənizlispor-Trabzonspor matçının 8-ci dəqiqəsində vurub. Matç Trabzonsporun 1–2 hesablı qələbəsi ilə başa çatıb.
Hüseyin Əsgərov
Hüseyin Ramiz oğlu Əsgərov (3 iyun 1995; Gədəbəy rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyin Əsgərov 1995-ci il iyunun 3-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Hüseyin Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Hüseyin Əsgərov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 19-da Gədəbəy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyin Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyin Əsgərov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qübbənin altında (teleserial)
Günbəzin altında CBS tərəfindən yayımlanan bir Amerika elmi fantastika və qorxu serialı idi. Bu, Stiven Kinqin 2009 -cu ildə yazdığı “Günbəzin altında” kitabının bir TV versiyasıdır. == Süjet xətti == Serial Mainedəki Chester's Mill qəsəbəsinin dünyanın yerdə qalan hissəsindən əsrarəngiz bir qüvvə tərəfindən ayrılmasından sonra şəhər sakinlərinin həyatlarından və bir -birləri ilə qarşıdurmalarından bəhs edir. Dəhşət, dram və sirrlərlə zəngin olan serialdır. Hadisələr, Mainedəki Chester's Mills adlı kiçik bir şəhərdə gözəl və mükəmməl bir yaz səhərində baş verir. Şəhər birdən görünən naməlum bir qüvvə tərəfindən dağıdılır. Yer yerindən oynayaraq hərəkət edər və bunun nəticəsində yaranmış naməlum bir qalxan bütün qəsəbəni ələ keçirir və heç kim bu qalxanın necə meydana gəldiyini bilmir. Həmçinin də bu qalxanın nə vaxt yox olacağını da heç kəs bilmir. Avtomobillər yox olur, ailələr bir-birindən qaçmağa başlayır, insanlarda həyəcan baş verir, səmada uçan təyyarələrin hissəcikləri yerə düşür və bir çox başqa maraqlı hadisələr baş verir. Bu dəhşətli hadisənin sirrini başa düşmək üçün bir araya gələn İraq döyüşləri veteranı Barbie, şəhərdəki bir neçə vətəndaşı bir araya gətirmək və onlardan bir qrup yaratmaq istəyir və bu qrupa şəhərin yerli qəzetinin sahibi, fiziki terapiya mütəxəssisinin köməkçisi, 1 qadın və 3 könüllü uşaq daxil olur.
Hüseyin Emre Sakçı
Hüseyin Emre Sakçı (d. 15 noyabr 1997) — Türkiyəli üzgüçü. Hüseyin Emre Sakçı Türkiyəni 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Hüseyin Emre Sakçı birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.01 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 48-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Pir Hüseyin türbəsi
Pir Hüseyin xanəgahı — Pir Hüseyin türbəsi (Hacıqabul) — Pirsaatçay xanəgahı ərazisində yerləşən türbə. Pir Hüseyin türbəsi (İrəvan) — Qərbi Azərbaycanın (indiki Ermənistan) Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztilli türbə.
Pir Hüseyin xanəgahı
Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı – Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XI – XII əsrlərə aid sufi xanəgahı. == Tarixi == Pirsaatçay xanəgah kompleksi abidəsinin üzərindəki kitabələrdən məlum olduğu üzrə Şirvanşahların Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın zamanı, yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Abidə 1939–1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilmiş, daha sonralar, 1956–1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılmışdır. Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Şeyx Pir Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. Pir Hüseyn kaşılarının böyük bir qrupu Rusiyanın Ermitajında,Gürcüstan Dövlət Muzeyində,Moskva Şərq Mədəniyyəti Muzeyində,Avropanın Luvr,Britaniya və başqa muzeylərində və kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır. Pir Hüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pir Hüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.
Pir Hüseyin türbəsi (İrəvan)
Pir Hüseyin türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi — Ermənistan'in Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztinli türbə. XV əsrə aid müsəlman abidəsi. Türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilmişdir. == Xüsusiyyətləri == Qaraqoyunlu əmirinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saadlu türk tayfasından olan əmirləri Pir Hüseyin və Əmir Səədin (1411 – ci ildə vəfat etmişdir) adları çəkilmişdir. Başqa sözlə kitabədə yazılıb ki, "Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allah ... Allahdan başqa Allah yoxdur, diri (və ya) həqiqi. Nə yuxu, nə də mürgü onu tuta bilməz. Göylərdə və yerdə olan hər şeyə sahibdir.
Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi
Hüseyn Təbrizi, Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi — XI əsr şairi. Dövrün Azərbaycan şairlərindən ərəb dilində gözəl şerlər yazan şair Hüseyn Təbrizi peşəkar "söz ustası" idi. Mənbələrdən məlum olur ki,o, doğma şəhərin olan Təbrizdə yaşayıb-yaratmışdır. Elə ona görə də şairin təbiət təsvirinə həsr olunmuş misraları doğma diyarın zəngin gözəlliklərini əks etdiridi. Sənətkarın yaratdığı poetik mənzərə təxəyyülün deyil, gərçək həyatıi müşahidələrin nəticəsidir. Azərbaycan təbiəti ilə bu bağlılıq Hüseyn Təbrizinin şerini xalq poetik sənətinin ən qiymətli nümunələrindən biri edir.