Həmidzadə Hüseyn Akif oğlu (15 oktyabr 1995, Bakı şəhəri – 1 noyabr 2020, Xocavənd rayonu) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.
Hüseyin Həmidzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Xocavənd |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Oxud kənd qəbirstanlığı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Həmidzadə Hüseyn Akif oğlu – 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. Əslən Şəki rayonu Oxud kəndindəndir. 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirmişdir. 2014–2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil almışdır. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olmuşdur. 27 sentyabr 2020-ci ildə başlamış İkinci Qarabağ müharibəsi zamanı Vətənə olan bağlılığı, düşmənə olan nifrəti onu sakit dayanmağa qoymur və könüllü olaraq Cəbrayıl rayon Komissarlığına yazılaraq, qısa müddət ərzində ön cəbhəyə yollanır.
Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində misli görünməmiş qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır. 25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn 01 noyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub. Subay idi.
Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə "Vətən uğrunda"[1] və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.