Pir Hüseyin türbəsi (İrəvan)

Pir Hüseyin türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi[2]Ermənistan'in Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztinli türbə.[3][4] XV əsrə aid müsəlman abidəsi.[5] Türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilmişdir.[6][7][2]

Pir Hüseyin türbəsi
Xəritə
40°09′22″ şm. e. 44°26′23″ ş. u.
Ölkə  Ermənistan
Yerləşir Cəfərabad kəndi, Ararat mərzi
Aidiyyatı Qaraqoyunlular
Sifarişçi Pir Hüseyin ibn Əmir Səəd
Tikilmə tarixi 1413
Üslubu Naxçıvan-Marağa memarlıq məktəbi[1]
Günbəzləri 1
Material Tuf
Pir Hüseyin türbəsi (Ermənistan)
Pir Hüseyin türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qaraqoyunlu əmirinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir.[8] Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saadlu türk tayfasından olan əmirləri Pir Hüseyin və Əmir Səədin (1411 – ci ildə vəfat etmişdir) adları çəkilmişdir. Başqa sözlə kitabədə yazılıb ki,

"Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allah ... Allahdan başqa Allah yoxdur, diri (və ya) həqiqi. Nə yuxu, nə də mürgü onu tuta bilməz. Göylərdə və yerdə olan hər şeyə sahibdir. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir və bunları qorumaq onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

Bu mübarək türbə ən böyük, nəcib, səxavət və lütf sahibi, şahlar və sultanların dəstəkçisi, zəif və kasıbların sığındığı, elm adamlarının qəyyumu və elm axtaranlara, yoxsullara kömək edən , dövlətin və imanın izzəti, mərhum Böyük Əmirin – ən mərhəmətli Əmir Saadın oğlu Əmir Pir-Hüseyn əmri ilə hicri 816 – cı il rəcəb ayının 15 – də (miladi 1413 – cü il, 11 oktyabr[9]) ucaldıldı... Allahın rəhmi ona olsun ... Böyük sultan, ən səxavətli Xaqan, Şərqdə və Qərbdə sultanlar sultanı, dövlətin və imanın köməyi, Pir Budaq xan və Yusef Noyonun hökmranlığı ilində ... Allah onların gücünü əbədi etsin!" [10][11]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Qırmızı tuf daşından tikilmiş türbənin hündürlüyü günbəzsiz 12 m-dir. Günbəzin karnizinin altında 22 metr uzunluğunda, ərəb dilində, süls elementli nəsx xətti ilə Qurandan Bəqərə surəsinin 256-cı ayəsi yazılmış, abidənin Pir Hüseynin əmri ilə hicri tarixlə 816-cı (miladi 1413-cü) ildə tikildiyi göstərilmişdir.

Bir neçə il öncə erməni katolikosu və erməni alimləri Türkmənistandan alimləri dəvət edərək, türbənin erməni və türkmən xalqlarının memarlıq abidəsi olduğunu elan etmişlər. Halbuki abidənin nə türkmənlərlə, nə də ermənilərlə əlaqəsi var. Belə ki, indi Ermənistan adlanan tarixi Azərbaycan ərazisində, o cümlədən Pir Hüseyn sərdabəsinin yerləşdiyi Cəfərabad kəndində türkmənlər yaşamamışlar. Pir Hüseyn sərdabəsi yalnız azərbaycanlılara məxsus tarixi abidədir.[12]

Abidənin yanında quraşdırılmış lövhədə türbənin Qaraqoyunlu türkmənlərinə aid olması barədə məlumat verilir. Eyni zamanda, əsas stenddə türbənin türkmənlərin tarixi irsi olduğunu göstərir.[13]

  1. "Л. С. Бретаницкий, Б. В. Веймарн. Очерки истории и теории изобразительных искусств. Искусство Азербайджана. Стр. 37" (PDF). 2010-02-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-02-15.
  2. 1 2 "Əmir Səəd məqbərəsi". İrəvan.com (az.). 2016-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2018.
  3. И. Шопен – Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п., 1852, стр. 266 – 267
  4. Ə. Ələkbərli – Qərbi Azərbaycan abidələri, Bakı, 2007, Nurlan, səh 200
  5. İbrahim Bayramov. "Qərbi Azərbaycan: tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti". Bakı, "Şərq-Qərb", 2012. səh.274
  6. Floor, 2008. səh. 170
  7. Bournoutian, 1992. səh. 2
  8. С. А. Мамедов – Азербайджан по источникам XV – первой половины XVIII вв., Баку, 1993, стр. 138 – 140
  9. Ə. Ələkbərli – Qərbi Azərbaycan, II cild, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları, Bakı, 2002, səh 139
  10. М. С. Неймат – Корпус эпиграфических памятников Азербайджана, т. 3, Баку, 2001, стр. 174
  11. Папазян А. Д.- Арабская надпись на гробнице туркменских эмиров в селе Аргаванд. Издательство восточной литературы,год 1962
  12. "Ermənistanda Azərbaycan mədəni irsinə qarşı vandalism". 2011-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-28.
  13. "Caliber.az mission landed in Armenia: investigation into the footsteps of vandals - Exclusive photo facts". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-25.
  • Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 1–337. ISBN 978-1933823232.
  • Bournoutian, George A. "The Khanate of Erevan Under Qajar Rule: 1795-1828". Persian Studies Series. Mazda Publishers. 1992.