AŞIQ-HÜSEYNİ

сущ. муз. “Ашуг-Гусейни” (одна из вокально-инструментальных форм ашугской музыки, названная по имени ашуга Гусейна Шемкирли)
AŞIQ-GÜŞ
AŞIQBOYLU
OBASTAN VİKİ
Hüseyni
Hüseyni (üzüm) — Üzüm növü.
Hüseyni (üzüm)
Hüseyni — Üzüm növü. Sortun vətəni Orta Asiyadır. Hüseyni ərəb sözü olub "gözəl" və "yaxşılıq" deməkdir. Ən çox Özbəkistanda və dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanın əksər rayonlarında və ən çox Şəmkirdə yayılmışdır. Bir çox variasiyaları vardır. Ağ Hüseyni gilələri boğmalı olan, boğulma gilənin ortasındadır; Hüseyni Lyunda – gilələri silindrikdir, ağdır, gəlinbarmağı gilələri ensiz və nazikdir; çəhrayı Hüseyni – Hüseyni Lyunda kimidir, ancaq çəhrayıdır. Bunların içərisində Hüseyni Lyunda geniş yayılmışdır. Təsvir də buna görə aparılmışdır. Kolları güclü böyüyəndir. Kordon formaları bu sorta uyğun gəlir.
Hüseyni sülaləsi
Hüseyni sülaləsi — 1705-1881-ci illərdə Tunisi idarə edən türk sülaləsi. Qurucusu Hüseyn bin Əli ət-Türkidir.
Hüseyni Əbülfəzl
Hüseyni Əbülfəzl Aslan oğlu – şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). == Həyatı == Hüseyni Əbülfəzl 1925-ci ilin baharında Cənubi Azərbaycanda, Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclık dövründən onda şerə maraq oyanmış, ilk şerlərini yazmışdır. == Azadlıq uğrunda döyünən ürək == Milli azadlıq Hərəkətına qoşulmuş, Cənubi Azorbaycanda demokratik Hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik qurluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbəycanda siyasi sığınacaq tapmışdır (1946). == Həyatında yeni səhifə == Burada Bakı Tibb texnikomunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin fılologiya fəkültəsinin axşam şöbəsinə daxil olmuş, ikinci kursdan əyani şöbəyə dəyişilmiş. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra əvvəl Qaradağ qəsəbə orta məktəbində (1954-1957), sonar isə Bakı şəhərində 160 nomrəli orta məktəbdə müəllimlik etmişdir (1954-1957). 1958-1959 cı illərdə “Göyərçin” uşaq jurnalı redaksiyasında işləmişdir.
Həsən Hüseyni
Həsən Xalıqverdi oğlu Hüseynov (Hacı Həsən Hüseyni; 25 aprel 1970, Sobu, Zəngilan rayonu) — Azərbaycanlı publisist, tədqiqatçı, ilahiyyatçı, islamşünas; "Həkəri" qəzetinin dini işlər üzrə şöbə müdiri (2019); Qarabağ müharibəsi qazisi; Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və "Dirili Qurbani" məclisinin üzvü. == Həyatı == Hacı Həsən Hüseyni 1970-ci ildə aprel ayının 25-də Zəngilan rayonunun Sobu kəndində dünyaya gəlmişdir. 1985-ci ildə Sobu kənd səkkiz illik məktəbi bitirərək, elə həmin il təhsilini Bakı şəhər 5 nömrəli Kimya-biologiya respublika təmayüllü internat məktəbində davam etdirməyə başlayır və 1987-ci ildə təmayülü bitirir. 1990-cı ildə xidmətini birtirib qayıtdıqdan sonra Bakı Poladəritmə zavodunda ilk əmək fəaliyyətinə başlamışdır. Daha sonra H. Z. Tağıyev adına Toxuculuq Fabrikində çalışmışdır. 2003–2008-ci illərdə Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsində ali təhsil alıb. 2006-cı ildə müqəddəs Həcc ziyarətini ziyarət edib. == Hərbi xidməti == Tam orta təhsilini bitirdikdən sonra 1988-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Altı ay serjant məktəbində oxuduqdan sonra hərbi xidmətini Almaniyadakı sovet qoşunları kontingentində davam etdirmişdir. 1992-ci ildə Xətai rayonu Hərbi Komissarlığına könüllü cəbhədə döyüşmək üçün müraciət edir.
Ruslan Hüseyni
Ruslan Hüseynov (kiçik çavuş)
Şəhab Hüseyni
Şəhab Hüseyni — İran aktyoru. Yekun imtahan (1395) Lobbi (1395) Qardaşım Khosrow (1394) Çərşənbə (1394) Sun Midnight (1394) Paralel gölgeler (1394) Satıcı (film, 2016) Sevgi Çağı (1393) Qorxun Şirin ləzzəti (1393) Beş Ulduz (1392) ortada qalmaq (1392) Lovely Rubbish (1391) Rəsm rəsm (1391) Hey!
Əbülfəz Hüseyni
Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). Əbülfəz Hüseyni 1925-ci ilin baharında İranın Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Qaradağ qəsəbə orta məktəbində müəllimlik etmişdir (1954-1957). Sonra Bakıda 160 saylı orta məktəbə dəyişilmişdir (1957).
Əhəd Hüseyni
Əhəd Hüseyni (d. 14 avqust, 1944, Təbriz, İran) — Cənubi Azərbaycanlı heykəltaraş və rəssam.İtaliya və Fransada heykəltaraşlıq dərsi almışdır. Əhəd Hüseyni 1944-cü ildə Qərbi Azərbaycan ostanının Təbriz şəhərində anadan olmuşdur. 2 illik hərbi xidmətini Xəzər sahillərindəki ucqar kənddə əsgər-müəllim olaraq etmişdir. Buradakı sakit və məşğuliyyətsiz zamanı çox olduğu üçün heykəltaraşlıqla məşğul olmağa başlamışdır. Onun ilk əsərləri Albert Eynşteynin, Bertrand Rasselin, Bethovenin və doktor Albert Şveytserin heykəlləri olmuşdur. Hərbi xidmətini tamamladıqdan sonra qısa müddət Pərviz Tanavolinin Tehrandakı atelyesində çalışmışdır. 1972-ci ildə İtaliyadakı İncəsənət Akademiyasında (Accademia di Belle Arti) təhsil almışdır. Təbrizə geri döndükdən sonra mütəmadi şəkildə heykəltaraşlıqla məşğul olan Əhəd Hüseyni bu dövrdə 12 heykəldən ibarət olan və "Səfalət zəncirləri" adlanan əsərini yaratmışdır. O, bu əsərini Azərbaycan muzeyinə hədiyyə etmişdir.
Aşıq
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Aşağı Hüseyni (Çaroymaq)
Aşağı Hüseyni (fars. حسيني سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Rza Hüseyni Nassab
Ayətullah Seyid Rza Hüseyni Nassab (1959, Yəzd) — Hamburqda İslam Mərkəzi müdiri (1999–2003). 2003-cü ildən o Kanadada Ahlul Beyt Məclisi başçısıdır. 50-dən çox kitab yazmışdır.
Yuxarı Hüseyni (Çaroymaq)
Yuxarı Hüseyni (fars. حسيني عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (44 ailə).
Əbülfəz Hüseyni (Həsrət)
Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). Əbülfəz Hüseyni 1925-ci ilin baharında İranın Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Qaradağ qəsəbə orta məktəbində müəllimlik etmişdir (1954-1957). Sonra Bakıda 160 saylı orta məktəbə dəyişilmişdir (1957).
Əmin əl-Hüseyni
Hacı Məhəmməd Əmin əl-Hüseyni (ərəb. محمد أمين الحسيني‎; 1 yanvar 1895, Qüds, Osmanlı imperiyası – 4 iyul 1974[…], Beyrut) — Qüds müftisi, Fələstindəki ərəb millətçilərinin lideri. Əmin əl-Hüseyni 1895-ci ildə Qüdsün ən zəngin və nüfuzlu ərəb ailələrindən birində anadan olmuşdur. O, Qüdsdəki Yəhudi Hərəkatı Alyansının məktəbində, sonra Qahirədə Əl-Əzhər Universitetində və İstanbulda inzibati işçilər hazırlayan məktəbdə təhsil alıb. 1914-1917-ci illərdə Osmanlı ordusunda xidmət etmişdir. Fələstinin ingilis qoşunları tərəfindən işğalından sonra hərbi idarənin rəsmisi oldu. O, Qüdsdə millətçi ərəb gənclərinin iki ən böyük təşkilatından biri olan Ərəb Klubuna rəhbərlik edib. Əl-Hüseyni 1920-ci ilin aprelində Qüdsdə yəhudilərə qarşı iğtişaşlar təşkil etdiyinə görə Britaniya imperiya məhkəməsi tərəfindən qiyabi olaraq 10 il həbs cəzasına məhkum edilmiş, lakin həmin ilin avqustunda əfv edilmişdir. 1921-ci ilin mayında Britaniyanın ali komissarı Herbert Samuel Hüseyni Qüds müftisi təyin etdi (1921-ci ilin martına qədər bu vəzifəni onun ögey qardaşı tuturdu). Hüseyni 1929-cu ildə yəhudi talanlarının təşkilində fəal iştirak edib.
Seyyid Celal Hüseyni
Seyyid Cəlal Hüseyni (3 fevral 1982-ci ildə anadan olub) müdafiəçi mövqeyində çıxış edən keçmiş İranlı milli futbolçu və məşqçidir. Peşəkar karyerasına 2002-ci ildə "Malavan" klubunda başlamışdır. Daha sonra o, "Saipa", "Sepahan ", "Perspolis", "El-Ehli", "Naft Tehran" və "Perspolis" klublarında çıxış etmişdir.
Ağ Aşıq
Ağ Aşıq Allahverdi (1754 - 1860) — Aşıq Alının ustadı, aşıq, şair. Ağ Aşıq (? - ?) — Naxçıvanlı Ağ Aşıq. Ağ Aşıq (1930 - 1995) — Sədərəkli Aşıq Yusif.
Aşıq Abbas
Aşıq Abbas Tufarqanlı
Aşıq Abbasqulu
Aşıq abbasqulu (1850, Abdalgülablı[d], Şuşa qəzası – 1932, Abdalgülablı[d], Ağdam rayonu) — XIX-XX əsrlər Azərbaycan aşığı. == Həyatı və yaradıcılığı == Aşıq Abbasqulu təxminən 1850-ci ildə Qarabağın səfalı guşələrindən olan Gülablı kəndində anadan olmuşdur. O, məşhur el sənətkarı Aşıq Valehin nəvəsidir. Aşıq Abbasqulu Aşıq Ələsgər kimi heç bir təhsili olmasa da, çox gəzmiş, məclislərdə, el şənliklərində olmuş, aşıqların çalıb-çağırmasını dinləmiş, mahnılarını öyrənmişdir. Həmin dövrdə Qarabağ məclislərində, xüsusilə kənd toy-düyünlərində Gülablı aşıqları iştirak edərdilər. Abbasqulunun da uşaqlıqdan aşıqlığa meyli vardı və bunu nəzərə alan atası onu məşhur neyçalan aşıq Nəcəfqulunun dəstəsinə qoşur. O, əvvəlcə Nəcəfqulunun dəstəsində qoşanağara çalır, sonra bir müddət dəmkeşlik edir. Lakin Abbasqulunun arzusu saz çalmaq, el aşığı olmaq idi. Buna görə də o, tezliklə saz çalmağı, oxuyub-yazmağı öyrənir. Aşıq Həsənin dəstəsinə qoşulur.
Ozan (aşıq)
Ozan — Azərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personaj, aşıqlıq sənətinin bir qolu. Ozan sənətinin Azərbaycanda çox qədim zamandan mövcud olduğunu sübut edən faktlar və dəlillər az deyildir: Göyçədə Ozanlar kəndinin mövcudluğu, Dədə Qorqudda Ozan və s. Qədim dövrlərdə "ozan", "dədə", "varsaq", "yanşaq" adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq - saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».
Sarı Aşıq
Sarı Aşıq (XVI əsr, Laçın rayonu – XVII əsr, Güləbird) — bayatı ustadı. XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur. Aşığın qəbri Zəngəzur mahalının, indiki Laçın rayonunun Güləbird kəndində, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur. Sarı Aşıq haqda ilk məlumatı Həsənəli xan Qaradaği vermişdir. Öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə Azərbaycan ədəbiyyatşünaslığı məhz Həsənəli xan Qaradağiyə borcludur. "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir". 1927-ci ildə aşığın bayatılarından ibarət ilk kitabını S.Mümtaz çap etdirmişdir. Kitab "Aşıq Abdulla"adlanırdı.
Aşıq Qızılvəngli
Aşıq Alı və ya Aşıq Qızılvəngli (1801, Qızılvəng – 1911, Qızılvəng, Yeni Bəyazid qəzası) — XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri. == Həyatı == Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun babası Haqverdinin Dərələyəz mahalının Milli dərəsindəki Gilan kəndindən qohum-əqrabası ilə birlikdə Qızılvəng kəndinə köçdüyü bildirilir. Bir neçə mənbədə, o cümlədən Fərman Kərimzadə, Şamil Əsgərov və Əli Əmirovun yazılarında onun kürd olduğu qeyd edilmişdir. Nazir Əhmədliyə görə, Aşıq Alı mənşəcə ya kürd, ya da ayrım olmuşdur. Tədqiqatçı Maşallah Xudubəyli bu fikirləri "təxribat" adlandırmış, Aşıq Alının əslən göyçəli olduğunu əlavə etmişdir. O, 16–17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb. Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən biri Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur.
Aşıq Bəhmən
Aşıq Bəhmən Göyçəli (1901–1976) — ustad aşıq, şair. Aşıq Bəhmən Ardanışlı (1960) — Azərbaycan aşığı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.
Aşıq Ağayar
Aşıq Ağayar (Ağayar Xəlil oğlu Xəlilov; 1880, Zod, Yeni Bəyazid qəzası – 1978) — Göyçə aşığı. == Həyatı == Zodlu Ağayar 1880-ci ildə Göyçə mahalının Zod kəndində anadan olmuşdur. O Aşıq Ələsgərin son şəyirdlərindən olaraq onun bütün yaradıcılığını mənimsəyib. Özünə məxsus oxu tərzi və şirin danışığı ilə seçilən Aşıq Ağayar dastanlarımızın bilicisi və mahir ifaçı kimi də böyük şöhrət qazanmışdır. 1964-cü ildə oğlu Hüseyn vəfat etdikdən sonra bir daha əlinə saz almamışdır. Sinəsi söz kürəsi olan Aşıq Ağayar özü də şeirlər yazıb. Onun üç şəyirdi olub: Qənbər, Şahkərəm və Pənah. Aşıq Ağayar 1978-ci ildə vəfat edib.
Aşıq Camal
Aşıq Camal (1850, Baş Göynük – 1907, Zəyəm, Qax rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Camal Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Daha sonra Qax rayonunun Zəyəm kəndində yaşayıb. Aşıq Camal el sənətkarı olmuş, aşıq şeirinin müxtəlif janrlarında şeirlər yazmışdır. Zəyəm kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Bəsti Səfərqızı aşığın ədəbi irsindən xeyli nümunələr və onun yaratdığı "Şahbaz və Camalşah" dastanından müəyyən parçaları toplaya bilib. Aşığın əldə olan şeirləri onun yaradıcılıq potensialının genişliyindən və zənginliyindən xəbər verir. Aşıq Camal 1907-ci ildə 77 yaşında vəfat etmişdir.