Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Murtaza Quluxan Zəfər
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlı təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629–1642) və II Şah Abbasın (1642–1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə. Nəvai, Ş. İ. Xətai və M. Füzuli təsiri görünür. Zəfər divanının dibaçəsi, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi. Rübai: Ul kim, çü cahon xilqətin oğoz etti, Süni kilmini naqş pardoz etti. İnson xaylin nutq ila mumtaz etti, Nutq ahlini nazm ila sanafroz etti". Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir.
Qulucan
Qulucan (Ərtik) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.
Qulucan (Ərdəbil)
Qulucan (fars. گلي جان‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 435 nəfər yaşayır (89 ailə).
Qulucan (Ərtik)
Qulucan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon mərkəzindən 8 km məsafədə yerləşir. Urartu yazısında Kuliaini formasında göstərilib.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim VI–VII əsrlərə aid Çin mənbələrində göstərilən tayfalarında olan quliqan etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q-c (qan~can) səs dəyişməsi qanunauyğun haldır. q-c səsdəyişməsi Azərbaycan toponimində də (Adərbadqan > Adirbadqan > Adərbayqan > Azərbaycan) özünü göstərmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31. V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Spandaryan qoyulmuşdur. Burada ermənilərlə yanaşı 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 16 nəfər azərbaycanlı yaşamışdır. 1878-ci ildə azərbaycanlılar deportasiya olunmuşdur.
Gülüzan (Salmas)
Gülizan (fars. گلعذان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 657 nəfər yaşayır (176 ailə).
Aşağı Gülulan (Bükan)
Aşağı Gülulan (fars. گلولان سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 464 nəfər yaşayır (76 ailə).
Yuxarı Gülulan (Bükan)
Yuxarı Gülulan (fars. گلولان عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 204 nəfər yaşayır (30 ailə).
Bulutan
Bulutan — Azərbaycan Respublikasının Xocavənd rayonunun Bulutan kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Bulutan kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == 1823-cü ilin məlumatına görə, kənd cəmi bir ailədən ibarət məntəqə olmuşdur. Etnotoponimdir. Bulutan 1828-ci ildə İrandan köçürülmüş ermənilər yerləşdikdən sonra ermənicə Plıtans adlandırılmışdır. Ermənistanda İrəvan xanlığının Karbibasar mahalında Aratan kənd adı ilə mənaca eynidir. Türk dillərində "tanq" "xaraba" sözündəndir. Azərbaycanda bir sıra yer adlarında "tan" sözü var. Məsələn, Xırxatan, Şəki rayonunda Xırxatala kəndinin digər adı.
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Qulan
Qulan (lat. Equus hemionus) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulanlar Afrika eşşəklərindən fərqli olaraq heç zaman əhlilləşdirilməmişdir. Növ olaraq 1775-ci ildə qeydə alınmışdır. Onlar ilk dəfə olaraq pleytosen dövründə Mərkəzi Asiya ərazisində yayılmışdır. Onların qalıqlarına Şimali Qafqazdan tutmuş Yaponiyaya və Arktik Sibir zonası (Böyük Beqiçev adası) ərazisinə qədərki bölgədə rastlamaq mümkündür. Qulanın bədən uzunluğu 175—200 sm, quyruğunun uzunluğu 40 sm, hündürlüyü 125 sm, çəkisi 120—300 kq təşkil edir. Bu göstəricilərlə qulan adi ev eşşəyindən böyükdür. Erkəklərlə dişilər arasında fərq olduqca azdır.
Buludxan Xəlilov
Buludxan Əziz oğlu Xəlilov (25 iyul 1966, Ellərkənd, Amasiya rayonu – 26 sentyabr 2021, Bakı) — publisist, dilşünas, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999), professor. B.Xəlilov 2021-ci il sentyabrın 27-də Bakı şəhərində vəfat etmişdir. == Həyatı == Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1983-1990). Ordu sıralarında Uzaq Şərqdə hərbi xidməti borcunu yerinə yetirmişdir (1985-1987). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlamışdır. 1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor və­zifəsində çalışıb. Xəlilov 2001-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaradılmış Dədə Qorqud elmi-tədqiqat la­bo­ratoriyasına rəhbərlik etmişdir. 2006-cı ildə Filologiya fakültəsinin dekanı seçilmiş, 2011-ci ildə yenidən dekan vəzifəsinə təyin olunmuşdur.
Buluğan Xatun
Buluğan Xatun, Buluqhan, Bolqana və ya Bulugan — XIII əsrdə yaşamış şahzadə və Elxani hökmdarı Abaqa (1234–1282) xanın əsas arvadı. == Həyatı == O, monqol tayfalarından biri olan Bayautlara mənsub idi. O, Abaqa xanla onun doqquzuncu arvadı kimi evlənmişdi. Xatun olaraq o, sarayda çox güclü təsirə malik idi. 1282-ci ilin sentyabrında öz vəzirinin həyatını xilas etmişdir. Beləki vəzir Xacə Vəcih əl-Din Faryumadi xana qarşı sui-qəsd təşkil etməkdə ittiham edilirdi, lakin Buluğan Xatun onun həyatını xilas edir. Abaqa xanın 1282-ci ildə ölümündən sonra o, Arqun xanla levirat evliliyinə daxil oldu. Hətta Əhməd Təkudarın hakimiyyəti zamanı belə onun sarayda təsir gücü hələ də güclü idi və onunla hörmətlə davranırdılar. == Ailəsi == Onun Abaqa xandan doğulma Məlikə Xatun adlı qızı var idi və Noqay Yarquçinin oğlu Tohcam Buğa ilə evləndirilmişdi. Onun özünün oğlanları olmasa da, ilk əri Abaqanın oğlu Arqunun oğlanlarını, yəni özünün ögey nəvələrini böyütmüşdü.
Quludaş (zirvə)
Quludaş - Azərbaycan Respublikasında Talış silsiləsinin yüksək zirvələrindən biri. Hündürlüyü 2,203 m-dir. Qayalıq və çöl landşaftı var. Yardımlı rayonu ərazisindədir. Viləşçayın mənbəyini təşkil edir.
Qurucan (Məlikan)
Qurucan (fars. قوريجان‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,378 nəfər yaşayır (611 ailə).
Mavi qalxan
Beynəlxalq Mavi Qalxan Komitəsi və ya qısaca Mavi Qalxan (ing. The Blue Shield, daha əvvəl; International Committee of the Blue Shield, abreviatur; ICBS) — silahlı münaqişələr zamanı mədəni irs və dəyərləri qorumaq məqsədilə 1996-cı ildə yaradılmış beynəlxalq təşkilat. Mədəniyyət sərvətlərinin "Qırmızı Xaçı" olaraq qəbul edilən komitənin simvolu silahlı qarşıdurma vəziyyətlərində mühafizəsi tələb olunan binaların işarələnməsi üçün istifadə edilən Mavi Qalxandır. 1954-cü ildə Haaqada imzalanmış "Silahlı münaqişə vəziyyətlərində mədəni irsin mühafizəsi" konvensiyasının 2-ci Protokoluna uyğun olaraq yaradılmışdır. Qərargahı Haaqadadır.
Qalxan (bürc)
Qalxan (lat. Scutum) — göyün şimal yarımkürəsində bürc.
Qalxan aorta
Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Ulaxan-Arı
Ulaxan-Arı (saxa dilindən tərcümədə "Böyük ada" mənasını verir) — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Qərb sahillərini Ulaxan-Ues, şərq sahillərini isə Kubalax-Uesya qolu yuyur. Qonşu adalar: şərqdə — Kyersese-Arıta, qərbdə — Oçuqquy-Arı və Oqonnyor-Arıta, şimalda — Ot-Arı və Boldyor-Arıta. Ən hündür nöqtədi 4 metrdir. Şimalında isə 3 metrlik yüksəklik vardır. Adada elədə böyük olmayan Ulaxan-Arı-Kyuele gölü vardır.
Şulxan Arux
Şulxan Arux (ivr. ‏שולחן ערוך‏‎) – yəhudi məcəlləsi Arоn Briman 1885-ci il iyulun 6-da saxtakarlıqda günahlandırılaraq Vyana məhkəməsi tərəfindən ikiaylıq həbs cəzasına məhkum olunmuş və sonra Avstriya ərazisindən qovulmuşdur. Səbəb onun 1883-cü ildə "Yustus" təxəllüsü ilə yəhudi məcəlləsi sayılan "Şulxan Arux"un uydurma versiyasını nəşr etməsi idi. Qısa müddət ərzində kitab antisemit dairələrdə məşhurlaşmış və böyük əks-səda doğurmuşdur. Vəziyyət qanun keşikçilərini əsərlə bağlı istintaq aparmağa vadar etmişdir. Aparılan araşdırma zamanı müəllifin şəxsiyyəti müəyyənləşmiş və maraqlı faktlar ortaya çıxmışdır. Məlum olmuşdur ki, kitabı yazan rumıniyalı yəhudidir. О, dinini dəyişərək, protestantlığı, sonra isə katolisizmi qəbul etmiş və antisemit qruplarla əlaqə saxlamışdır. Əsərin müəllifi iddia edirdi ki, İudaizmin mühüm kitablarından olan "Şulxan Arux"da yəhudilərin üstünlüyündən bəhs edən, digər millət və dinlərin nümayəndələrini, xüsusilə xristianları aşağılayan, onları öldürməyə, aldatmağa, əmlaklarını oğurlamağa və qəsb etməyə icazə verən 100 hökm var. Bu qaydalarda yəhudi olmayanlar "akum" adlandırılır və heyvan səviyyəsinə endirilirlər.
Duran Qalxan
Duran Qalxan (türk. Duran Kalkan), həmçinin Səlahəddin Abbas (türk. Selahattin Abbas) və ya Səlahəddin Ərdəm (türk. Selahattin Erdem; 14 avqust 1954, Qaraisalı, Adana ili) — Kürdüstan Fəhlə Partiyasının (PKK) yüksək rütbəli komandiri. PKK-nın hazırkı üç lideri olan Duran Qalxan, Murad Karayılan və Cəmil Bayık ABŞ Maliyyə Nazirliyi və Türkiyə Hökuməti tərəfindən azyaşlıları hərbi xidmətə cəlb etməkdə, narkotik ticarəti ilə məşğul olmaqla, Türkiyə hökumət rəsmilərini, polisi və təhlükəsizlik orqanlarının qüvvələrini hədəfə almaqda, ayrı-seçkilik etmədən mülki şəxsləri yaralamaq və öldürməkdə ittiham olunurlar. == Narkotik ticarəti == 20 aprel 2011-ci ildə Türkiyənin tələbi ilə ABŞ Maliyyə Departamenti PKK-nın qurucuları Cəmil Bayık, Duran Qalxanın və digər yüksək rütbəli üzvlərin Xarici Narkotiklərin Kinqpin Təyinatı Qanununa uyğun olaraq Xüsusi Təyin olunmuş Narkotik Alverçiləri kimi təyin olunduğunu elan etmişdir. Qanuna uyğun olaraq, təyinat təyin edilmiş şəxslərin ABŞ yurisdiksiyasında ola biləcək hər hansı aktivlərini dondurur və ABŞ şəxslərinin bu şəxslərlə maliyyə və ya kommersiya əməliyyatları aparmasını qadağan edir. Buna baxmayaraq, illər sonra Almaniya Konstitusiyanı Müdafiə Federal İdarəsi bildirmişdir ki, PKK-nın təşkilati strukturlarının Almaniyada narkotik ticarəti ilə birbaşa məşğul olduğuna dair heç bir sübut yoxdur.
Artak Qulyan
Artak Qulyan (erm. Արտակ Ղուլյան; 28 dekabr 1958, Gülüstan, Şaumyan rayonu) — Ermənistan memarı və dizayneri, memarlıq elmləri doktoru, dosent, Beynəlxalq Memarlıq Akademiyasının professoru. 2013-cü ilin sentyabrında "Ermənistan Respublikasının əməkdar memarı" adını almışdır. O, 2013-cü ilin dekabrında Müqəddəs Üçkilsə Ana Taxtında Vatçe və Tamar Manukyan adına Əlyazmalar Kitabxanası binasının layihəsinə görə Ermənistan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Qulyan bir çox mülki binaların və abidələrin müəllifidir, lakin onun şöhrəti əsasən yeni erməni kilsələrinin təkamül dizaynlarına əsaslanır. == Həyatı == Artak Qulyan 1958-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Şaumyan rayonunun (indiki Goranboy rayonunun bir hissəsi) Gülüstan kəndində erməni ailəsində anadan olmuşdur. Valideynləri kənd məktəbində müəllim olmuşdular. 1976-cı ildə doğulduğu kənddə orta təhsilini fəxri fərmanla başa vuran Qulyan İrəvana köçmüşdür. O, burada Ermənistan Milli Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində təhsil almışdır. 1981-ci ildə universitetdən məzun olmuşdur.
Gülalan
Gülalan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Gülalan Xaçmaz-Niyazabad yolunda yerləşir. Qaraçı İnzibati Ərazi Dairəsi tərkibindədir. Qaraçı, Qaraqurdlu, Cığatay, Hacıqurbanoba, Qarabağı kəndləri ilə qonşudur. Gülalan gölü qoruğu kəndin ərazisində yerləşir.
Gülxani
Gülxani (əsl adı: Məhəmməd Şərif; 1770-ci illər və ya XVIII əsr, Gülxani[d] – 1920-ci illər) — özbək klassik şairi, yazıçısı, masalnəvilər və Özbək ədəbiyyatının satirik məktəbinin qurucularından biri. == Həyat == Gülxaniy Nəmənganda yaşamışdır. == Yaradıcılığı == Gülxaniy özbək və tacik dillərində yazırdı.
Gülüstan
Gülüstan — Fars dilindən tərcümədə gül bağı, güllük mənasını verən mürəkkəb söz. Yaşayış məntəqələri Gülüstan məlikliyi — XVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Gülüstan nahiyəsi — Osmanlı dövlətinin inzabiti vahidi Gülüstan (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd; Gülüstan (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd; Gülüstan (Gəncə) — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə. Gülüstan ostanı — İranın şimal-şərqində ostan. Mərkəzi Gürgan şəhəridir . Yuxarı Gülüstan (Marağa) Aşağı Gülüstan (Marağa) Gülüstan (Nir) Bu adı olan tanınmış insanlar Gülüstan Əliyeva — Müğənni Əsərlər Gülüstan (Sədi Şirazi) — Sədinin əsəri. Gülüstan (poema) — Bəxtiyar Vahabzadənin əsəri. Gülüstani-İrəm əsəri, müəllifi Abbasqulu ağa Bakıxanov.
Gümüşan
Gümüşan (türkm. Kümüş depe) — İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Gümüşan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,639 nəfər və 3,236 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Dəhən-i Qulaman
Dəhən-i Qulaman — İranın şərqində yerləşən Əhəməni yaşayış mərkəzi və arxeoloji ərazisinə verilən müasir ad. Drangiana satraplığının paytaxtı Zranka/Zarin kimi müəyyən edilmişdir. == Coğrafiyası == Dəhən-i Qulaman (hərf. "Qulların qapısı") kimi tanınan arxeoloji sahə təxminən müasir Zabul şəhərindən 30 km cənub-şərqdə, İran–Əfqanıstan sərhədindəki ən yaxın nöqtədən təxminən 8,5 km məsafədə olan müasir Çanimə su anbarlarından ikisini ayıran ərazidə yerləşir. == İstinadlar == == Əlavə ədəbiyyat == Gnoli, G., "Dahan-e Ḡolāmān," in Encyclopaedia Iranica, vol. 6 (1993), 582–585. Mohammadkhani, K., "Une nouvelle construction monumentale achéménide à Dahaneh-e Gholaman, Sistan, Iran," Arta (2012.1) 1–18. Scerrato, U., "Excavations at Dahaneh-e Gholaman (Sistan-Iran), First Preliminary Report (1962–1963)," East and West, n.s. 16 (1966) 9–30. Schmitt, R., "Drangiana," in Encyclopaedia Iranica, vol. 7 (1995) 534–537.
Qulan (Culfa)
Qulan (fars. قولان‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. Qulanın yaxınlığında bir qızıl yataqı mövcüddür ki Qaraçı adlanır. Bu kənd araz çayının güney sahilində yerləşərək öz yaxşı dadlı narı ilə seçilir. 2006-cı il məlumatına görə kənddə 491 nəfər yaşayır (105 ailə).
Fırat Qalxan Əməliyyatı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Qalxan-dilaltı bağ
Qalxan-dilaltı bağ, Yan qalxan-dilaltı bağ və ya Dilaltı-qalxan bağ, Yan dilaltı-qalxan bağ (lat. ligamentum thyrohyoideum laterale, ligamentum hyothyreoideum laterale) — insanın qırtlaq aparatına aid bağ. Qalxan-dilaltı bağ dilaltı sümüyünün böyük buynuzlarından başlayıb və qalxanabənzər qığırdağın yuxarı buynuzuna bağlanır və yaxud əksinə qalxanabənzər qığırdağın yuxarı buynuzundan başlayıb, dilaltı sümüyünün böyük buynuzlarına bağlanır.
Qalxan-dilaltı zar
Qalxan-dilaltı zar, Dilaltı-qalxan zar (lat. membrana thyrohyoidea, membrana hyothyreoidea) — insanın qırtlaq aparatına aid zar. Qalxan-dilaltı zar dilaltı sümüyündən başlayıb və qalxanabənzər qığırdağa bağlanır və yaxud əksinə qalxanabənzər qığırdaqdan başlayıb, dilaltı sümüyünə bağlanır. Tərkibi elastiki birləşdirici toxumadan ibarətdir.
Qalxan-çalovabənzər əzələ
Qalxan-çalovabənzər əzələ (lat. musculus thyreoarytenoideus, m. thyreoarytenoideus externus —BNA) — qırtlağın daxili qrup əzələlərindən biri.
Qalxan (geoloji termin)
Qalxan və ya Sipər –platformanın kristallik, iri müsbət strukturu. Q. daxilində kristallik süxurlardan təşkil olunmuş, qırışıq əsas səthə çıxır. Q. adətən yer qabığının qalxmış hissəsinə uyğun gəlir. Termin birinci dəfə Avstriya geoloqu E. Züss (1885) tərəfindən təklif edilmişdir.
Gülxani Pənah
Gülxani Vaqif qızı Şükürova (Gülxani Pənah; 1 iyul 1958, Kərimli, Vartaşen rayonu) — şair, ədəbiyyatşünas, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979–1985). 1975–76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976–77-ci illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977–81-ci illərdə MİB-də texnik, 1981–85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. G. Şükürova 1985–89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989–92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992–93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993–99-cu illərdə 264 saylı "Müəllif" məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000–2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir. 1974-cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir.
Gülüstan (Culfa)
Gülüstan (əvvəlki adı: Cuğa) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Culfa şəhər inzibati-ərazi vahidi tərkibindəki Cuğa kəndi Gülüstan kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndi Culfa şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Gülüstan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Araz çayının sahilində yerləşir. V əsrə aid mənbələrdə Naxçıvana köçürülmüş midiyalıların yaratdıqları yaşayış məntəqələrindən biri kimi qeyd olunub. Kənd indi Gülüstan adlanır. Qədim Culfa şəhəri bu kəndin yaxınlığında, Araz çayı boyunca uzanan karvan yolu üzərində yerləşmişdir. Bura Cənubi Qafqaz, İran, eləcə də şərqlə qərb arasında mühüm ticarət əlaqələrinin keçid məntəqəsi olub. == Əhalisi == Əhalisi 541 nəfərdir.
Gülüstan (Goranboy)
Gülüstan — Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1813-cü il Gülüstan müqaviləsi burada imzalanıb. Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçiriblər. Lakin 1992-ci ilin iyun ayında hücuma keçən Azərbaycan Silahlı Qüvvələri kəndi erməni işğalından azad edib. Lakin kəndin Azərbaycanın nəzarətində olduğu dövrlərdə erməni ordusu bura bir neçə dəfə həmlə edərək mülki əhalini və hərbçiləri öldürməyə cəhd etmişdir. 19 sentyabr 1992-ci ildə erməni birləşmələrinin Gülüstan kəndinə silahlı basqın nəticəsində 22 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır. Qarabağ müharibəsindən sonra neytral ərazidə qalan Gülüstan kəndi xarabalıqlar içindədir və orada əhali yaşamır. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan ordusu Gülüstan kəndi istiqamətində bəzi yolları işğaldan azad edərək cəbhə xəttində irəliləyib. == Toponimikası == Gülüstan kəndi Murovdağ silsiləsinin yamacındadır. Kənd İncəçayın sahilindəki qədim Gülüstan qalasının adı ilə adlanmışdır.
Gülüstan (Gəncə)
Gülüstan — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə.
Gülüstan (Nir)
Gülüstan (fars. گلستان‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 390 nəfər yaşayır (96 ailə).
Gülüstan (kitab)
Gülüstan (fars. گلستان‎‎‎) — Sədi Şirazinin 1258-ci ildə yazdığı epik əsəri. Sədi Şirazinin "Gülüstan" əsəri 1258-ci ildə yazılmış və fars ədəbiyyatının şah əsərlərindən biri sayılan nəsr və nəzm formasında bir əsərdir. "Gülüstan" ("Gül bağı") Sədinin etik-didaktik fikirlərini, cəmiyyətin və insan həyatının müxtəlif tərəflərini tərənnüm edən bir əsər kimi tanınır. Əsər qısa hekayələr və öyüdlərdən ibarətdir və dərin mənəvi, etik dərslərlə zəngindir. "Gülüstan" səkkiz fəsildən ibarətdir və hər fəsil müəyyən bir mövzunu əhatə edir: 1. Padşahların davranışı 2. Dərvişlərin əxlaqı 3. Qənaət və razılıq 4. Sükutun faydaları 5.
Gülüstan (ostan)
Gülüstan ostanı — İranın şimal-şərqində ostan. Mərkəzi Gürgan şəhəridir. Ostanın ərazisi 20.891 km²-dir. Ostan ərazisinin 16,375 km²-i etnik Türkmənsəhra (Güney Türkmənistan) bölgəsinə aiddir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.617.087 nəfər əhali yaşayır. Əhalisiniin təxminən 30%-35%-ni türkmənlər təşkil edir. Vilayətdə həmçinin başqa etnik qrupların nümayəndələri olan Azərbaycan türkləri , qazaxlar (Gürgan şəhərində), bəluclar, gürcülər, kürdlər, ermənilər və farslar da yaşayır.
Gülüstan (poema)
Xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə XX əsr Azərbaycan ədəbiyyatı tarixində görkəmli şair, dramaturq və publisist kimi məşhurdur. Yaradıcılığı mövzuca zəngin olsa da, onu gənc yaşlarından xalqa tanıdan və sevdirən "Gülüstan" (1958) poeması olmuşdur. Milli azadlıq və müstəqillik ideyaları aşılayan bu əsər ilk dəfə Şəkinin "İpəkçi" qəzetində nəşr olunmuş və qısa zaman ərzində əlyazma şəklində əldən-ələ gəzərək geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Əsərin az zaman kəsimində belə sevilməsinin bir səbəbi qadağan olunmuş mövzunun cəsarətlə işlənməsi idisə, digər səbəbi onun bədii cəhətdən dolğun olması, yüksək sənətkarlıqla yazılması idi. Poema vahid süjet xəttinə malik deyil. Cəmi 52 bənddən ibarətdir. Məlumdur ki, 1804-cü ildən etibarən Rusiya Azərbaycan xanlıqları arasındakı ixtilafdan istifadə edərək xanlıqları bir-bir zəbt etməyə başlamış və nəhayət, 1813-cü ildə Gülüstan kəndində Rusiya və İran arasında Azərbaycan torpaqları bahasına sülh sazişi imzalanmış, nəticədə Azərbaycan ikiyə bölünərək, bir hissəsi Rusiyanın ixtiyarına keçmiş, digər hissəsi İranın tərkibində qalmışdır. "Gülüstan" poemasında bu ədalətsiz tarixi hadisənin şairdə doğurduğu qəzəb və nifrət ifadə olunmuşdur. Sovet dövründə Azərbaycanın ikiyə bölünməsi və ya gələcək birliyi barədə danışmaq qadağan idi. Bu poemaya görə 1962-ci ildə şair çoxsaylı təqiblərə məruz qalmış, "millətçi" damğası ilə damğalanmış, işlədiyi universitetdən kənarlaşdırılmışdır.
Gülüstan Sarayı
Gülüstan sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində, zirvəsində Şəhidlər Xiyabanının olduğu dağın aşağı ətəklərində yerləşən ictimai binadır. Binanın daxilində çoxməqsədli təyinata malik geniş ölçülü restoran zalı yerləşir. == Tarixi == "Gülüstan" sarayı 1980-ci ildə tikinti işləri üzrə Azərbaycan SSR-nin Nazirlər şurasının sədr müavini Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Sarayın memarları olaraq Nazim Hacıbəyov və Hafiz Əmirxanov, inşaat işləri üzrə konstruktorlar isə Novruz İsmayılov və Kamil Kərimov seçilmişdilər. Binanın layihəsi "Bakgiproqor" institutunda hazırlanmışdır. 1982-ci ildə sarayın müəllif kollektivi (memarlar Nazim Hacıbəyov və Hafiz Əmirxanov, konstruktorlar Novruz İsmayılov və Kamil Kərimov, Fira Rüstəmbəyova və Teodor Şarinskinin başçılığı altında mühəndislərdən ibarət işçi qrupu, eləcə də inşaatçılar Tofiq Əhmədov və Armais Kevorkov) Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. Saray ümumşəhər, həm də respublika miqyaslı kütləvi tədbirlərin — məsələn, konsert, dövlət qəbulları və ya yeni il axşamlarının keçirilməsinə hesablanmışdır. 20 sentyabr 1994-cü ildə Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin başçılığı və təşəbbüskarlığı ilə "Əsrin Müqaviləsi" adlı neft sazişi imzalanmışdır. Böyük Britaniyanın "BP", ABŞ-nin "AMOCO", "Penzol", Rusiyanın "Lukoyl" və "TPAO" şirkətləri bir konsorsiumda birləşmişlər. Gülüstan sarayında müxtəlif illərdə Azərbaycan mətbuatının 135-yaşlı yubileyi (2010), Beynəlxalq humanitar forum (2011), Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü (2011) və digər bu kimi, önəmli tədbirlər keçirilirdi.
Gülüstan Türbəsi
Gülüstan türbəsi – Culfada türbə, o cümlədən XIII əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biridir. == Tarixi == Mərkəzi Azərbaycanın, həmçinin Naxçıvan bölgəsinin orta çağ memarlığından danışan araşdırmaçıların çoxu əsas tikinti materialının təkcə kərpic olduğunu iddia edir və yüksək daş memarlığı nümunələrinin az olduğunu qeyd edirlər. Bununla belə Gülüstan türbəsinin nümunəsində qeyd etmək olar ki, orta əsr Azərbaycan memarlarının zəngin daş memarlığı təcrübəsi olmuşdur. Atabəylərin Naxçıvandakı içqalası daşdan inşa edilmişdi. Başqa Naxçıvan qalaları, çaylar üstündən atılan körpülər, eləcə də qədim başdaşları azərbaycanlı sənətkarların həm monumental abidələrin tikintisində, həm də bədii plastika örnəkləri yaratmaqda daşdan necə bacarıqla istifadə etdiklərini nümayiş etdirir. Culfa yaxınlığında yerləşən Gülüstan türbəsi isə Azərbaycan memarlarının daş sənəti incisidir. Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinmir. Mütəxəssislər türbəni üslubi xüsusiyyətlərinə görə XIII əsrin başlanğıcına aid edirlər. == Memarlıq xüsusiyyətləri == === Konstruktiv quruluşu === Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Bu tipin formalaşmasında, türbənin ikiqatlı quruluş gələnəyini saxlamaq şərtilə, memarın yerüstü tutuma daha mürəkkəb və plastik biçim vermək istəyi, eləcə də abidənin nisbətən kiçik ölçülü olması müəyyən rol oynamışdır.
Gülüstan körpüsü
Gülüstan körpüsü — Körpü Gülüstan türbəsinin yaxınlığında Araz çayı üzərində salınmışdır. Sağ sahildəki birinci dayaq müstəsna olmaqla qalan dayaqların hamısı dağılmışdir. Salamat qalan dayaqda, su səmtinə baxan tərəfdə dörd şaquli cərgəli oval deşiklər açılmışdır. Belə deşiklər tağın oturacağında aydın müşahidə edilir. Sahil dayağının içərisində bir sıra otaqlar yerləşir. Dayağın çaya baxan tərəfində zərif və hündür arakəsmə ilə üç hissəyə bölünmüş kifayət qədər enli açırım qalmışdır. Körpünün dayaqlarında üçpilləli hörgü izləri aydın izlənir. Körpünün tikilməsində başlıca inşaat materialı möhkəm əhəng məhlulu ilə bərkidilən qırmızıyаоxşar qumdaşı olmuşdur. Tikinti massivinin bəzi yerlərində kvadrat formalı kərpic hörgü vasitəsilə bəndetmə müşahidə olunur. Körpü XII-XIII əsrlərə aiddir.