Bulutan — Azərbaycan Respublikasının Xocavənd rayonunun Bulutan kənd inzibati ərazi dairəsində kənd.[1] 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Bulutan kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Bulutan | |
---|---|
39°32′14″ şm. e. 47°04′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1823-cü ilin məlumatına görə, kənd cəmi bir ailədən ibarət məntəqə olmuşdur. Etnotoponimdir.[3] Bulutan 1828-ci ildə İrandan köçürülmüş ermənilər yerləşdikdən sonra ermənicə Plıtans adlandırılmışdır. Ermənistanda İrəvan xanlığının Karbibasar mahalında Aratan kənd adı ilə mənaca eynidir. Türk dillərində "tanq" "xaraba" sözündəndir. Azərbaycanda bir sıra yer adlarında "tan" sözü var. Məsələn, Xırxatan, Şəki rayonunda Xırxatala kəndinin digər adı.[4]
Bulutan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
4343 | Məbəd[5] | Qeyd olunmayıb | Bulutan kəndi | Memarlıq | Yerli |
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | XXXX | XXXX | XXXX |
2009[7] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.