GÜLÜNCLÜK
GÜLÜŞ
OBASTAN VİKİ
Gülüstan
Gülüstan — Fars dilindən tərcümədə gül bağı, güllük mənasını verən mürəkkəb söz. Yaşayış məntəqələri Gülüstan məlikliyi — XVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Gülüstan nahiyəsi — Osmanlı dövlətinin inzabiti vahidi Gülüstan (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd; Gülüstan (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd; Gülüstan (Gəncə) — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə. Gülüstan ostanı — İranın şimal-şərqində ostan. Mərkəzi Gürgan şəhəridir . Yuxarı Gülüstan (Marağa) Aşağı Gülüstan (Marağa) Gülüstan (Nir) Bu adı olan tanınmış insanlar Gülüstan Əliyeva — Müğənni Əsərlər Gülüstan (Sədi Şirazi) — Sədinin əsəri. Gülüstan (poema) — Bəxtiyar Vahabzadənin əsəri. Gülüstani-İrəm əsəri, müəllifi Abbasqulu ağa Bakıxanov.
Gülüstan (Culfa)
Gülüstan (əvvəlki adı: Cuğa) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Culfa şəhər inzibati-ərazi vahidi tərkibindəki Cuğa kəndi Gülüstan kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndi Culfa şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Gülüstan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Araz çayının sahilində yerləşir. V əsrə aid mənbələrdə Naxçıvana köçürülmüş midiyalıların yaratdıqları yaşayış məntəqələrindən biri kimi qeyd olunub. Kənd indi Gülüstan adlanır. Qədim Culfa şəhəri bu kəndin yaxınlığında, Araz çayı boyunca uzanan karvan yolu üzərində yerləşmişdir. Bura Cənubi Qafqaz, İran, eləcə də şərqlə qərb arasında mühüm ticarət əlaqələrinin keçid məntəqəsi olub. == Əhalisi == Əhalisi 541 nəfərdir.
Gülüstan (Goranboy)
Gülüstan — Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1813-cü il Gülüstan müqaviləsi burada imzalanıb. Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçiriblər. Lakin 1992-ci ilin iyun ayında hücuma keçən Azərbaycan Silahlı Qüvvələri kəndi erməni işğalından azad edib. Lakin kəndin Azərbaycanın nəzarətində olduğu dövrlərdə erməni ordusu bura bir neçə dəfə həmlə edərək mülki əhalini və hərbçiləri öldürməyə cəhd etmişdir. 19 sentyabr 1992-ci ildə erməni birləşmələrinin Gülüstan kəndinə silahlı basqın nəticəsində 22 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır. Qarabağ müharibəsindən sonra neytral ərazidə qalan Gülüstan kəndi xarabalıqlar içindədir və orada əhali yaşamır. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan ordusu Gülüstan kəndi istiqamətində bəzi yolları işğaldan azad edərək cəbhə xəttində irəliləyib. == Toponimikası == Gülüstan kəndi Murovdağ silsiləsinin yamacındadır. Kənd İncəçayın sahilindəki qədim Gülüstan qalasının adı ilə adlanmışdır.
Gülüstan (Gəncə)
Gülüstan — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə.
Gülüstan (Nir)
Gülüstan (fars. گلستان‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 390 nəfər yaşayır (96 ailə).
Gülüstan (kitab)
Gülüstan (fars. گلستان‎‎‎) — Sədi Şirazinin 1258-ci ildə yazdığı epik əsəri. Sədi Şirazinin "Gülüstan" əsəri 1258-ci ildə yazılmış və fars ədəbiyyatının şah əsərlərindən biri sayılan nəsr və nəzm formasında bir əsərdir. "Gülüstan" ("Gül bağı") Sədinin etik-didaktik fikirlərini, cəmiyyətin və insan həyatının müxtəlif tərəflərini tərənnüm edən bir əsər kimi tanınır. Əsər qısa hekayələr və öyüdlərdən ibarətdir və dərin mənəvi, etik dərslərlə zəngindir. "Gülüstan" səkkiz fəsildən ibarətdir və hər fəsil müəyyən bir mövzunu əhatə edir: 1. Padşahların davranışı 2. Dərvişlərin əxlaqı 3. Qənaət və razılıq 4. Sükutun faydaları 5.
Gülüstan (ostan)
Gülüstan ostanı — İranın şimal-şərqində ostan. Mərkəzi Gürgan şəhəridir. Ostanın ərazisi 20.891 km²-dir. Ostan ərazisinin 16,375 km²-i etnik Türkmənsəhra (Güney Türkmənistan) bölgəsinə aiddir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.617.087 nəfər əhali yaşayır. Əhalisiniin təxminən 30%-35%-ni türkmənlər təşkil edir. Vilayətdə həmçinin başqa etnik qrupların nümayəndələri olan Azərbaycan türkləri , qazaxlar (Gürgan şəhərində), bəluclar, gürcülər, kürdlər, ermənilər və farslar da yaşayır.
Gülüstan (poema)
Xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə XX əsr Azərbaycan ədəbiyyatı tarixində görkəmli şair, dramaturq və publisist kimi məşhurdur. Yaradıcılığı mövzuca zəngin olsa da, onu gənc yaşlarından xalqa tanıdan və sevdirən "Gülüstan" (1958) poeması olmuşdur. Milli azadlıq və müstəqillik ideyaları aşılayan bu əsər ilk dəfə Şəkinin "İpəkçi" qəzetində nəşr olunmuş və qısa zaman ərzində əlyazma şəklində əldən-ələ gəzərək geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Əsərin az zaman kəsimində belə sevilməsinin bir səbəbi qadağan olunmuş mövzunun cəsarətlə işlənməsi idisə, digər səbəbi onun bədii cəhətdən dolğun olması, yüksək sənətkarlıqla yazılması idi. Poema vahid süjet xəttinə malik deyil. Cəmi 52 bənddən ibarətdir. Məlumdur ki, 1804-cü ildən etibarən Rusiya Azərbaycan xanlıqları arasındakı ixtilafdan istifadə edərək xanlıqları bir-bir zəbt etməyə başlamış və nəhayət, 1813-cü ildə Gülüstan kəndində Rusiya və İran arasında Azərbaycan torpaqları bahasına sülh sazişi imzalanmış, nəticədə Azərbaycan ikiyə bölünərək, bir hissəsi Rusiyanın ixtiyarına keçmiş, digər hissəsi İranın tərkibində qalmışdır. "Gülüstan" poemasında bu ədalətsiz tarixi hadisənin şairdə doğurduğu qəzəb və nifrət ifadə olunmuşdur. Sovet dövründə Azərbaycanın ikiyə bölünməsi və ya gələcək birliyi barədə danışmaq qadağan idi. Bu poemaya görə 1962-ci ildə şair çoxsaylı təqiblərə məruz qalmış, "millətçi" damğası ilə damğalanmış, işlədiyi universitetdən kənarlaşdırılmışdır.
Gülüstan Sarayı
Gülüstan sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində, zirvəsində Şəhidlər Xiyabanının olduğu dağın aşağı ətəklərində yerləşən ictimai binadır. Binanın daxilində çoxməqsədli təyinata malik geniş ölçülü restoran zalı yerləşir. == Tarixi == "Gülüstan" sarayı 1980-ci ildə tikinti işləri üzrə Azərbaycan SSR-nin Nazirlər şurasının sədr müavini Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Sarayın memarları olaraq Nazim Hacıbəyov və Hafiz Əmirxanov, inşaat işləri üzrə konstruktorlar isə Novruz İsmayılov və Kamil Kərimov seçilmişdilər. Binanın layihəsi "Bakgiproqor" institutunda hazırlanmışdır. 1982-ci ildə sarayın müəllif kollektivi (memarlar Nazim Hacıbəyov və Hafiz Əmirxanov, konstruktorlar Novruz İsmayılov və Kamil Kərimov, Fira Rüstəmbəyova və Teodor Şarinskinin başçılığı altında mühəndislərdən ibarət işçi qrupu, eləcə də inşaatçılar Tofiq Əhmədov və Armais Kevorkov) Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. Saray ümumşəhər, həm də respublika miqyaslı kütləvi tədbirlərin — məsələn, konsert, dövlət qəbulları və ya yeni il axşamlarının keçirilməsinə hesablanmışdır. 20 sentyabr 1994-cü ildə Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin başçılığı və təşəbbüskarlığı ilə "Əsrin Müqaviləsi" adlı neft sazişi imzalanmışdır. Böyük Britaniyanın "BP", ABŞ-nin "AMOCO", "Penzol", Rusiyanın "Lukoyl" və "TPAO" şirkətləri bir konsorsiumda birləşmişlər. Gülüstan sarayında müxtəlif illərdə Azərbaycan mətbuatının 135-yaşlı yubileyi (2010), Beynəlxalq humanitar forum (2011), Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü (2011) və digər bu kimi, önəmli tədbirlər keçirilirdi.
Gülüstan Türbəsi
Gülüstan türbəsi – Culfada türbə, o cümlədən XIII əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biridir. == Tarixi == Mərkəzi Azərbaycanın, həmçinin Naxçıvan bölgəsinin orta çağ memarlığından danışan araşdırmaçıların çoxu əsas tikinti materialının təkcə kərpic olduğunu iddia edir və yüksək daş memarlığı nümunələrinin az olduğunu qeyd edirlər. Bununla belə Gülüstan türbəsinin nümunəsində qeyd etmək olar ki, orta əsr Azərbaycan memarlarının zəngin daş memarlığı təcrübəsi olmuşdur. Atabəylərin Naxçıvandakı içqalası daşdan inşa edilmişdi. Başqa Naxçıvan qalaları, çaylar üstündən atılan körpülər, eləcə də qədim başdaşları azərbaycanlı sənətkarların həm monumental abidələrin tikintisində, həm də bədii plastika örnəkləri yaratmaqda daşdan necə bacarıqla istifadə etdiklərini nümayiş etdirir. Culfa yaxınlığında yerləşən Gülüstan türbəsi isə Azərbaycan memarlarının daş sənəti incisidir. Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinmir. Mütəxəssislər türbəni üslubi xüsusiyyətlərinə görə XIII əsrin başlanğıcına aid edirlər. == Memarlıq xüsusiyyətləri == === Konstruktiv quruluşu === Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Bu tipin formalaşmasında, türbənin ikiqatlı quruluş gələnəyini saxlamaq şərtilə, memarın yerüstü tutuma daha mürəkkəb və plastik biçim vermək istəyi, eləcə də abidənin nisbətən kiçik ölçülü olması müəyyən rol oynamışdır.
Gülüstan körpüsü
Gülüstan körpüsü — Körpü Gülüstan türbəsinin yaxınlığında Araz çayı üzərində salınmışdır. Sağ sahildəki birinci dayaq müstəsna olmaqla qalan dayaqların hamısı dağılmışdir. Salamat qalan dayaqda, su səmtinə baxan tərəfdə dörd şaquli cərgəli oval deşiklər açılmışdır. Belə deşiklər tağın oturacağında aydın müşahidə edilir. Sahil dayağının içərisində bir sıra otaqlar yerləşir. Dayağın çaya baxan tərəfində zərif və hündür arakəsmə ilə üç hissəyə bölünmüş kifayət qədər enli açırım qalmışdır. Körpünün dayaqlarında üçpilləli hörgü izləri aydın izlənir. Körpünün tikilməsində başlıca inşaat materialı möhkəm əhəng məhlulu ilə bərkidilən qırmızıyаоxşar qumdaşı olmuşdur. Tikinti massivinin bəzi yerlərində kvadrat formalı kərpic hörgü vasitəsilə bəndetmə müşahidə olunur. Körpü XII-XIII əsrlərə aiddir.
Gülüstan mahalı
Gülüstan məlikliyi və ya Talış məlikliyi — XVIII–XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur. == Tarix == Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonralar isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiya imperiyası ilhaq olundu. Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi kimi də adlanır. Məlikləri Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir. Qarabağın tarixə adlarını "Xəmsə məlikləri" kimi yazdırmış beş məliklikdən biri Gülüstan Məlikliyi olmuşdur ki, digər dörd məlikliyin əsasını qoyan şəxslər kimi bu məlikliyin də əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abassın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs olmuşdur.. Müsəlman türklər arasında "Qara Yüzbaşı", xristian türklər, yəni albanlar arasında isə "Qara Abov" adı ilə məşhur olan bu adam əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udin idi. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi.
Gülüstan müqaviləsi
Gülüstan sülh müqaviləsi ( rus. Гюлистанский договор) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətləndi. Müqavilə Dağıstanın, Gürcüstanın, bugünkü Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi. Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlandı. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzaladı. Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu. Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalandı. == Arxa plan == Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi.
Gülüstan məlikliyi

Gülüstan nahiyəsi
Gülüstan nahiyəsi — Gəncə-Qarabağ əyalətinin bölgələrindən biri. Osmanlı inzibati vahidlərindən biri == Tarixi == Gülüstan nahiyəsi 8 kəndən ibarət idi.
Gülüstan ostanı
Gülüstan ostanı — İranın şimal-şərqində ostan. Mərkəzi Gürgan şəhəridir. Ostanın ərazisi 20.891 km²-dir. Ostan ərazisinin 16,375 km²-i etnik Türkmənsəhra (Güney Türkmənistan) bölgəsinə aiddir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.617.087 nəfər əhali yaşayır. Əhalisiniin təxminən 30%-35%-ni türkmənlər təşkil edir. Vilayətdə həmçinin başqa etnik qrupların nümayəndələri olan Azərbaycan türkləri , qazaxlar (Gürgan şəhərində), bəluclar, gürcülər, kürdlər, ermənilər və farslar da yaşayır.
Gülüstan qalası
Gülüstan qalası (Şamaxı) — Azərbaycan respublikasının Şamaxı rayonu ərazisində yerləşən IX – XII əsrlərə aid qala. Gülüstan qalası (Goranboy) — Goranboy rayonunda qala; Gülüstan qalası (Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində qala.
Gülüstan-Bayatı-Şiraz
Gülüstan-Bayatı-Şiraz — Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğam. Bəstəkarın üçüncü simfonik muğamı olan “Gülüstan-Bayatı-Şiraz” əvvəlki iki simfonik muğamdan uzun illər sonra yaranmışdır. “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının uğur qazanmasından uzun illər sonra Fikrət Əmirov özünü bir daha bu janrda yenidən sınamaq qərarına gəlir. Əvvəlki iki simfonik muğamla müqayisədə, “Gülüstan-Bayatı-Şiraz”da bəstəkar muğama daha sərbəst yanaşır, onun quruluşunu və ardıcıl inkişafını saxlamaqdan daha çox, ümumi emosional mühiti, muğamın melodik-ritmik xüsusiyyətlərini saxlamağa meyl edir. Əgər əvvəlki simfonik muğamlarda bəstəkar ənənəvi əsası saxlayırsa, üçüncü simfonik muğamda bu meyil dəf olunur. Burada muğamın bölmələri göstərilmir, melodik şəklə, muğam melosuna da sərbəst yanaşılır. Əsər ilk dəfə 8 oktyabr 1971-ci ildə, UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresi çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda səsləndirilmişdir. “Gülüstan-Bayatı-Şiraz”ı Gennadi Rojdestvenskinin idarəsi ilə Ümumittifaq Televiziyası və Radiosunun Böyük Simfonik Orkestri ifa etmişdir. == Tarixi-mədəni fon == Azərbaycan musiqisində muğam sözü iki mənada: həm lad mənasında, həm də lada əsaslanan musiqi kompozisiyası mənasında başa düşülür. Birinci halda müəyyən məqama xas olan intonasiya dönümlərindən və eləcə də ritmik sərbəstlikdən müxtəlif şəkildə istifadə olunur.
Gülüstan (Sədi Şirazi)
Gülüstan (fars. گلستان‎‎‎) — Sədi Şirazinin 1258-ci ildə yazdığı epik əsəri. Sədi Şirazinin "Gülüstan" əsəri 1258-ci ildə yazılmış və fars ədəbiyyatının şah əsərlərindən biri sayılan nəsr və nəzm formasında bir əsərdir. "Gülüstan" ("Gül bağı") Sədinin etik-didaktik fikirlərini, cəmiyyətin və insan həyatının müxtəlif tərəflərini tərənnüm edən bir əsər kimi tanınır. Əsər qısa hekayələr və öyüdlərdən ibarətdir və dərin mənəvi, etik dərslərlə zəngindir. "Gülüstan" səkkiz fəsildən ibarətdir və hər fəsil müəyyən bir mövzunu əhatə edir: 1. Padşahların davranışı 2. Dərvişlərin əxlaqı 3. Qənaət və razılıq 4. Sükutun faydaları 5.
Gülüstan (ədəbi məclis)
"Gülüstan" — elmi-ədəbi məclisi XIX əsrin 30-cu illərində Abbasqulu ağa Bakıxanovun rəhbəriliyi Abdulla əl-Qadari və Əmirəli Tahircanlının iştirakı ilə Qubada təşkil olunmuşdur. Məclisin təşkil olunmasında əsas məqsəd dini elmlər (xüsusən təsəvvüf) və sufi ədəbiyyatı ətrafında müzakirələr aparmaq idi. Burada klassik şairlər, sufilər mütaliə edilir, onlara nəzirələr yazılır, yaxşı şeir yazmaq məqsədilə yarışlar təşkil olunur, fəlsəfi söhbət və mübahisələr aparılırdı.
Gülüstan mineral bulağı
Gülüstan mineral bulağı — Culfa rayonu ərazisindəki Gülüstan (Cuğa) kəndindən 2,5 km şimalqərbdə, Əlincəçayın yatağındadır. Mineral bulağın yanında 1962-ci ildə 135 metr dərinliyində qazılmış quyudan ikinci yüksəktəzyiqli mineral su çıxmışdır. "Gülüstan" mineral suyunun tərkibindəki kimyəvi mikroelementlər insan orqanizmi üçün faydalıdır. Zəif minerallaşmış suyun tərkibi Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) "Narzan" və Babək rayonundakı "Sirab" mineral sularının analoqudur. Haliyyədə sifarişçilərin rəğbətini qazanmış mineral su, sənaye üsulu ilə istehsal olaraq, "Gülüstan" markası ilə müxtəlif tutumlu plastik qablara doldurulur. Həmin sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində içilməsi faydalıdır. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
Gülüstan müqaviləsi (1813)
Gülüstan sülh müqaviləsi ( rus. Гюлистанский договор) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətləndi. Müqavilə Dağıstanın, Gürcüstanın, bugünkü Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi. Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlandı. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzaladı. Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu. Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalandı. == Arxa plan == Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi.
Gülüstan sülhü

Gülüstan Əliyeva
Gülüstan Həsən qızı Əliyeva (8 aprel 1967, Yevlax) — Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti == Həyatı == Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi olmuş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur. Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək elə həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olub və 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi olmuşdur. == Ailəsi == Həyat yoldaşı — Əhmədov Zahid Fərrux oğlu (1960, Cəbrayıl) Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1988).
Gülüstan (dəqiqləşdirmə)
Gülüstan — Fars dilindən tərcümədə gül bağı, güllük mənasını verən mürəkkəb söz. Yaşayış məntəqələri Gülüstan məlikliyi — XVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Gülüstan nahiyəsi — Osmanlı dövlətinin inzabiti vahidi Gülüstan (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd; Gülüstan (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd; Gülüstan (Gəncə) — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə. Gülüstan ostanı — İranın şimal-şərqində ostan. Mərkəzi Gürgan şəhəridir . Yuxarı Gülüstan (Marağa) Aşağı Gülüstan (Marağa) Gülüstan (Nir) Bu adı olan tanınmış insanlar Gülüstan Əliyeva — Müğənni Əsərlər Gülüstan (Sədi Şirazi) — Sədinin əsəri. Gülüstan (poema) — Bəxtiyar Vahabzadənin əsəri. Gülüstani-İrəm əsəri, müəllifi Abbasqulu ağa Bakıxanov.
Gülüstan bayatı-şiraz (film, 1972)
Gülüstan məlik sarayı
Gülüstan məlik sarayı — Ağdərə rayonunun Talış kəndində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Kompleks Gülüstan məliyi titulunu daşımış Məlik-Bəyləryanlar sülaləsi tərəfindən inşa etdirilmişdir. Qəsr-saray həm də müdafiə xarakteri daşıyırdı. Qəsrin qarnizonu ondan bir qədər şimalda inşa edilmiş kiçik qalada yerləşirdi. Kompleks qülləli qala divarları ilə əhatə olunmuş çoxsaylı tikililərdən ibarətdir. Qəsr, landa düzbucaqlı formasına malikdir. Qəsr ərazisindəki bütün tikililər şərq-qərb oxu üzərində iki sırada düzülmüşdür. == Tarixi == Sarayın xarabalıqları Ürəkvəng monastırından 100-150 metr aralıda yerləşir. Kompleks Gülüstan məliyi titulunu daşımış Məlik-Bəyləryanlar sülaləsi tərəfindən inşa etdirilmişdir. Tikilinin inşaat kitabəsində onun inşasına XVIII əsrin əvvəlində başlanıldığı qeyd edilir.
Gülüstan qalası (Goranboy)
Gülüstan qalası – Azərbaycanda qədim qala. Qala Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da müəyyən bürcləri qorunmuşdur. Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb. == Ümumi məlumat == Gülüstan qalası Murovdağın ətəyində, keçmiş Şaumyan və Mardakert (Ağdərə), indiki Tərtər və Goranboy rayonlarının sərhədində, İncəçayın sahilində, dəniz səviyyəsindən 1700 m, ətraf ərazidən 200–250 m hündürlükdə yerləşir. Gədəbəydəki Qız qalası ilə eyni dövrdə inşa olunmuşdur. Qala şərq, qərb və cənub-qərb tərəflərdən sıldırımla, şimaldan meşə, cənub-şərqdən isə yamacla əhatə olunmuşdur.

Значение слова в других словарях