Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qum
Qum (farsca: قم) — İranda bir şəhərdir. Qum ostanının mərkəzidir. İranda ən qədim şəhərlərdən biridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957,496 nəfər və 241,827 ailədən ibarət idi.
Qum (Qax)
Qum — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Qum kəndi qədim tarixə malikdir. Kəndin tam mərkəzində ucalan V əsrə aid Qum məbədi, kəndin yuxarı başında yerləşən, XVIII əsrə aid mudafiə məqsədi ilə tikilmiş Sirt qalası, dağların qoynunda yerləşən Taxta qaya adlı abidə buna əyani sübutdur. Kəndin sakinləri olan saxurlar Qafqaz Albaniyası dövründə yaşayan 26 tayfadan biri olub. Onlar haqqında ilk dəfə eramızdan əvvəl 80-60-cı illərdə Lukull ve Pompeyin Qafqaza yürüşlərində rast gəlinir. Qədim gürcü mənbələrində onlara suci, ölkələri isə Suceti və ya Tsuketi adlanır. Onlara həmçinin eri ,ölkələrinə isə Ereti deyirdilər. Qum kəndi Qafqaz Albaniyası dövləti süqut etdikdən sonra Saxur xanlığının (VII-XVI əsr) tərkibində olub. 1562-ci ildə Saxur xanı Adıgörklü bəyə I Təhmasibin sultan titulu verməsindən sonra dövlət İlisu sultanlığı adlandırılmağa başlayıb. İlisu sultanlığının süqutundan sonra ərazilər Rusiya imperiyasının təsirinə keçib.
Qum (Salmas)
Qum (fars. كوم‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 333 nəfər. yaşayır (64 ailə).
Qum (ada)
Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan adadır. Bəzən onu Qum adası da adlandırırlar. Qum adası 3.21 km uzunluğa,maksimal eni isə 0.27 km təşkil edir.
Qum (ostan)
Qum ostanı — İranın mərkəzində ostan. Mərkəzi Qum şəhəridir. Ostanın ərazisi 11.237 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.046.737 nəfər əhali yaşayır . Əhalinin 91,2%-i şəhərlərdə yaşayır ki, onların da əksəriyyəti Azərbaycanlılar, farslar və lurlardır. 24 oktyabr – 13 noyabr 2011-ci il sa. əsasən Qum ostanının əhalisi 1.151.672 nəfərdir (587,661 nəfəri kişilər, 564,011 nəfəri qadınlar).
Qum (süxur)
Qum — xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsində əmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral (əsasən, kvars, çöl şpatı və s.) və süxur qırıntılarından ibarətdir. Qum əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Qitələrin iç tərəflərində və tropik olmayan sahillərdə qum kvars şəklində silis (silikon dioksit və ya SiO2) olur. Ən yayılmış ikinci qum növü isə kalsium karbonatdır. Qumda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s. ola bilər. Bütün qumlar I dərəcə radioaktivliyə malidirlər (təbii radionuklidlər 370 Bk/kq, radiasiya təhlükəsi yoxdur və tikintidə məhdudiyyətsiz istifadə edilə bilərlər.
Qum (torpaq)

Qum (İran)
Qum (farsca: قم) — İranda bir şəhərdir. Qum ostanının mərkəzidir. İranda ən qədim şəhərlərdən biridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957,496 nəfər və 241,827 ailədən ibarət idi.
Qum Fırtınası
Qum fırtınası və ya toz fırtınası - quraq və yarı quraq bölgələrdə məşhur olan meteoroloji hadisə. Qum fırtınası, Bora cəbhəsinin zəif qum və tozun uçurulduğunda ortaya çıxar. Hissəciklər, uçurulma və dayandırılma ilə nəql edilər və bir yerdə torpaq erozyonuna və başqa yerdə depozisyona səbəb olar. Səhra və Ərəb Yarımadası ətrafındakı quraq torpaqlar, İran, Pakistan və Hindistandan gəlib Oman dənizində yığılan bəzi qatqılar ilə birlikdə, havadan enən qum və toz başlıca mənbədir. Çindəki fırtınalar isə Böyük Okeana tozları yerləşdirər. Səhra və Ərəb Yarımadasının xaricində ABŞ ilə Kanadada Rocky dağlarının şərqi boyunca uzanan Böyük Düzlüklər, Çinin Daxili Monqolustan Muxtar bölgəsindən Monqolustan Respublikasına uzanan Qobi səhrasına və Çinin Sincan Uyğur Muxtar Bölgəsində olan Təkləməkan Çölündə meydana gələn qum fırtınası bilinər. Qum fırtınası termini əksəriyyətlə səhradakı qum fırtınası məzmununda istifadə və xüsusilə Səhrada görünürlüğünü salan incə hissəciklərin yanında, əhəmiyyətli bir miqdarda daha böyük qum parçacıqlarının səthə yaxın yerlərdə uçurulduğunda istifadə edilir. Toz fırtınası termini isə daha incə hissəciklərin uzun məsafələrdə uçurulduğunda və xüsusilə şəhər sahələrində yoluxanda istifadə edilir. [1] Elm adamları ScientificAmerican.com 10 Avqust 2007 qasırğalar Afrika toz linki araşdırmaq http://www.earth-policy.org/Books/Seg/PB2ch05_ss3.htm Arxivləşdirilib 2007-06-29 at the Wayback Machine azalır TORPAQ Lester R. Brown Səth toz konsentrasiyaları 12 saatlıq ABŞ xəritəsi 'Səth Toz konsentrasiyaları üçün sətirdə bir saat blok Mouse-over' Slide Show of a Dust Storm Arxivləşdirilib 2004-06-23 at the Wayback Machine Lubbock, Texas dekabr 15, 2003 Dust in the Wind Al Asad İraq, 27 aprel 2005-ci ildə bir toz fırtına Video Arxivləşdirilib 2007-09-02 at the Wayback Machine Photos of the April 14 1935 and September 2 1934 dust storms in the Texas Panhandle hosted by the Portal to Texas History.
Qum adası
Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan adadır. Bəzən onu Qum adası da adlandırırlar. Qum adası 3.21 km uzunluğa,maksimal eni isə 0.27 km təşkil edir.
Qum bazilikası
Qum bazilikası — Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV–V əsrlərə aid üçnefli, günbəzli alban məbədi. Qədim Bizans memarlığındakı bazilika (latın dilində basilevs-hökmdar bazilika isə hökmdarın evi mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası adlandırılır. Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunmuş və bərpa işləri aparılmışdır. Moisey Kalankatuklunun "Albaniya tarixi" əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir. Abidə də ilkin elmi tədqiqat işləri Qafqaz ekspedisiyası zamanı A.S.Xaxanov tərəfindən aparılmışdır. Daha sonra Qum bazilikası P.D.Baranovski tərəfindən tədqiq edilmiş və öyrənilmişdir. P. Baranovski abidəni VI əsrə aid etmişdir. Sonradan Q.N.Çubinaşvili və D.A.Axundov da Qum bazilikasında tədqiqat işləri aparmışlar. Məbədin qalıqları Qum kəndinin mərkəzində yerləşir.
Qum bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qum cüllütü
Qum dəniz
Qum dəniz yatağı Bakı şəhərindən cənub-şərq istiqamətdə 21 km məsafədə dənizdə yerləşən neft-qaz yatağıdır. "Qum dəniz" neft yatağı 1955-ci ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı və Qala lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinə 491 quyu qazılmışdır. Yatağın ərazisi 145 km²-dir. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 28 993 min ton olmuşdur.
Qum məbədi
Qum bazilikası — Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV–V əsrlərə aid üçnefli, günbəzli alban məbədi. Qədim Bizans memarlığındakı bazilika (latın dilində basilevs-hökmdar bazilika isə hökmdarın evi mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası adlandırılır. Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunmuş və bərpa işləri aparılmışdır. Moisey Kalankatuklunun "Albaniya tarixi" əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir. Abidə də ilkin elmi tədqiqat işləri Qafqaz ekspedisiyası zamanı A.S.Xaxanov tərəfindən aparılmışdır. Daha sonra Qum bazilikası P.D.Baranovski tərəfindən tədqiq edilmiş və öyrənilmişdir. P. Baranovski abidəni VI əsrə aid etmişdir. Sonradan Q.N.Çubinaşvili və D.A.Axundov da Qum bazilikasında tədqiqat işləri aparmışlar. Məbədin qalıqları Qum kəndinin mərkəzində yerləşir.
Qum ostanı
Qum ostanı — İranın mərkəzində ostan. Mərkəzi Qum şəhəridir. Ostanın ərazisi 11.237 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.046.737 nəfər əhali yaşayır . Əhalinin 91,2%-i şəhərlərdə yaşayır ki, onların da əksəriyyəti Azərbaycanlılar, farslar və lurlardır. 24 oktyabr – 13 noyabr 2011-ci il sa. əsasən Qum ostanının əhalisi 1.151.672 nəfərdir (587,661 nəfəri kişilər, 564,011 nəfəri qadınlar).
Qum pişiyi
Barxan pişiyi, qum pişiyi və ya səhra pişiyi (lat. Felis margarita) — pişik cinsinə aid heyvan növü. Qum pişiyi ev pişiyi ilə, demək olar ki, eyni ölçülərə sahibdir. Digər pişik növlərindən əsas fərqləndirici xüsusiyyətlərin biri yetkin qum pişiklərinin üzlərinin bala pişik üzünə bənzəməsidir. Uzun və yumşaq tüklərə sahibdir. Tüklərinin rəngi qəhvəyi rəngdən bozumtul rəngə qədər dəyişir. Bədəninə nisbətən ən uzun qulaqlara sahib pişik növlərindəndir. Qum pişiyi əsasən gəmiricilər, quşlar, zəhərsiz ilan və kərkəntələ kimi kiçik heyvanlar ilə qidalanır. Sərt iqlimə dözümlü olan qum pişikləri ehtiyacları olan suyun əksəriyyətini ovlarından əldə edir. Barxan pişiyinin Saxara səhrasından (Əlcəzair, Mərakeş, Çad, Niger) başlayaraq Ərəbistan yarımadası, Mərkəzi Asiyaya (Türkmənistan, Qazaxıstan və Pakistan) qədər olan bir zolaqda zayılmışdır.
Qum saatı
Qum saatı — vaxtı ölçmək üçün ən sadə cihaz. Əsasən bir-biri ilə nazik boğazla birləşdirilmiş iki qabdan ibarətdir. Qum saatını insanlar qədim zamanlardan istifadə etsələr də, Avropaya bu saat növü orta əsrlərdə gətirilmişdir. Əsasən gəmi səyahətlərində gəminin sürətini ölçmək üçün istifadə edilirdi. Müasir dövrdə istifadə sahəsi daralmışdır. Qum saatı yuxarıdakı qabın içində olan qumun aşağadakı qaba endikdə vaxt zaman bitmişdir deməkdir .
Qum şəhristanı
Qum şəhristanı — İranın Qum ostanında bölgə, inzibati mərkəzi Qum şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 1,036,714 nəfər və 262,313 ailədən ibarət idi.
Qum şəhəri
Qum (farsca: قم) — İranda bir şəhərdir. Qum ostanının mərkəzidir. İranda ən qədim şəhərlərdən biridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957,496 nəfər və 241,827 ailədən ibarət idi.
Qum (dəqiqləşdirmə)
Yaşayış məntəqələri
Meridian qum siçanı
Meridian qum siçanı (lat. Meriones meridianus) , (Rodentia) dəstəsindan bir Məməli növü.Araz boyunca (Naxçıvan MR-də) nadir rast gəlir.
Mit-Əbul-Qum
Mit-Əbul-Qum — Misirdə, Nil çayı deltasında kənd.
Məlikli qum yatağı
Nima Qum Muzeyi
Nima Qum Muzeyi (仁摩サンドミュージアム, Nima Sando Myuciamu) – Yaponiyanın Şimane prefekturasının Oda şəhərində, keçmiş Nima qəsəbəsinin ərazisində yerləşən və quma həsr olunmuş muzey. Burada dünyanın ən böyük qum saatı saxlanılır. Muzeyin açılışı 3 mart 1991-ci ildə yerli bələdiyyə başçısının iştirakı ilə baş tutmuşdur. Muzeyin yaradılmasında məqsəd qəsəbə yaxınlığında yerləşən Kotoqahama çimərliyinin qumunu nümayiş etdirərək turist cəlb etmək olmuşdur. Belə ki, bu çimərliyin qumu "oxumaq" xüsusiyyətinə malikdir. Muzeyin memarı Nimada doğulmuş Şin Takamatsudur. O, muzeyin ən hündür piramidasını anasının qəbrindən görünə biləcək şəkildə dizayn etmişdir. Muzey altı şüşə piramidadan ibarətdir. Ən böyük şüşə piramidasında Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın ən böyük qum saatı saxlanılır. Bu qum saatının yuxarı kürəsinin tam boşalması və aşağı kürəsinin tam dolması düz 1 il çəkir.
Quam
Quam (ing. Territory of Guam) — Sakit okeanında Marian adaları qrupuna daxil olan ən böyük və ən cənubuda yerləşəm adası. Quam Havay adalarının 5 min kilometr qərbində yerləşir. Hüquqi baxımdan muxtar statusa malikdir, eyni zamanda Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunan Quamda ABŞ hərbi qüvvələrinin böyük bazası vardır. Portuqal səyyah Ferdinand Magellan 1521-ci ildə ispanlar tərəfindən Quama göndərilmişdir. Məqsəd ada və orada yaşayan yerlilər haqqında ətraflı məlumat toplamaq idi. Yerlilərin mənfi davranışları səbəbindən Magellan adada yaşayan xalqı Larones (vandallar) adlandırdığı ehtimal edilir. İspaniya 1565-ci ildə Quam adasının ona məxsus olduğunu rəsmən elan etdi; adada gəlmələrə qarşı başlanmış müqavimət qısa zamanda qırılıdı və 1668-ci ildən başlayaraq onlar İspaniya ağalığını tanımalı oldular. Quamda yaşayan yerli əhalinin zorla katoliklik məhzəbinə qəbul etdirilmişdir. 1898-ci ilə qədər Quam İspaniyanın nəzarətində qaldı.
GUAM
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat və ya qısa şəkildə GUAM — Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın üzv olduğu regional təşkilat. 1997-ci il oktyabrın 10-da yaradılmışdır. 1999–2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. == Yaranması == GUAM — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə, Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlamışdır. Kömmunikedə prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf elətdirilməsinin vacibliyinin vurğulamışlar. 7 iyun 2001-ci ildə Yaltada təşkil olunmuş GUAM-ın ilk zirvə toplantısı onun beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçılari tərəfindən imzalanmış GUAM-ın "Yalta Xartiyası" iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir. 22 may 2005-ci il tarixində GUAM-ın Kişinyovda keçirilmiş zirvə toplantısı üzv-dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bununla əlaqədar GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq qərar vermişlər.
Guma (Suxumi)
Guma (gürc. გუმა) - Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 380 m hündürlüktə, Suxumidən 23 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 2, თბ., 2012. — გვ. 200.
Guma (çox dəyərli)
Guma müraciət edə bilər: