Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurcana çayı
Qurcana çayı və ya Duruca çayı — Şəki şəhərinin mərkəzindən axan çay. Qurcana çayının uzunluğu 7 km-dir. Çay üzərində XVIII əsrdə inşa olunmuş tağlı körpülər də var. Hazırda körpülərdən dördü qalıb.
Qurcana çayı üzərində tağlı körpülər
Tağlı körpülər — XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır.Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.
Quranda Qabuniya
Quranda Georgiyevna Qabuniya (gürc. გურანდა გიორგის ასული გაბუნია, 26 avqust 1938–4 fevral 2019) — gürcü sovet aktrisası. Gürcüstan SSR əməkdar artisti (1979), Gürcüstan SSR xalq artisti (1990). Potinin Fəxri vətəndaşı (1997). Quranda Qabuniya 1960-cı ildə Şota Rustaveli adına Teatr İnstitutunu bitirib. Məzun olduqdan sonra Şota Rustaveli Teatrına daxil olur. Quranda Qaqbuniya Tbilisi Sanitar Mədəniyyət Teatrında (1961–1963), Şota Rustaveli Teatrında (1967–1970), Rustavi Dram Teatrında (1970–1975) çalışmışdır. O, 1975-ci ildən Kote Marcanişvili adına Tbilisi Akademik Teatrında çalışıb. Qabuniya yaradıcılıq üslubu incə sənətkarlıq, peşəkarlıq, səhnə temperamenti, hisslərinin sətliyi ilə fərqlənirdi. Onda fərqli çalarlar qəhrəmanlıq, dramatik-romantik, lirik və ya xarakterik şəkildə ifadə olunurdu.
Qurama tikmə
Qurama tikmə (türk. kırkyama, özb. kurok, kurama, ing. patchwork, rus. лоскутное шитьё) - qədim tikmə növüdür, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu. Məişətdə istifadə olunur və dekorativ əhəmiyyət daşıyır. Örtüklər, yorğanlar, yastıqçalar, salfetlərin və s. üzünü bu tikmə ilə bəzəmək olar. Bu növ tikmədə həndəsi elementlərdən daha çox istifadə edilib. Onlara ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlmək olar.
Gurxana (Nəqədə)
Gurxana (fars. گورخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (15 ailə).
Ayşən Gürcan
Ayşən Gürcan (1963, Burdur) — Türkiyəli bürokrat, keçmiş Ailə və Sosial Siyasətlər naziri. O, 28 avqust 2015-ci il - 17 noyabr 2015-ci il tarixləri arasında Əhməd Davudoğlunun sədrliyi ilə qurulan Türkiyə hökumətində vəzifəsini davam etdirib. O, həm də Respublika tarixində və seçki hökumətində ilk hicablı qadın nazir olub. == Erkən həyatı və karyerası == Ayşən Gürcan 1963-cü ildə Burdurda anadan olub, ibtidai və orta təhsilini də orada bitirib. === Akademik karyerası === Ayşən Gürcan 1986-cı ildə Anadolu Universitetinin Rabitə Elmləri fakültəsini bitirib. 1987-1989-cu illərdə Təhsil Ünsiyyəti və Planlaşdırılması üzrə magistr dərəcəsinə yiyələnmiş, təhsil texnologiyası mövzusunda doktorluq dərəcəsini almışdır. 1990-2005-ci illər arasında Anadolu Universiteti Təhsil fakültəsində tədqiqatçı, müəllim və əməkdaş kimi çalışmışdır. O, təhsil elmləri, tədris və təlim, təhsil ünsiyyəti, texno-psixologiya və ailə təhsili ilə bağlı çoxsaylı əsərlərin müəllifidir. Hal-hazırda İstanbul Ticarət Universitetinin müəllim heyətinin üzvüdür. === Bürokrat karyerası === 2006-2011-ci illər arasında Gürcan Türkiyə Baş Nazirliyində Ailə və Sosial Araşdırmalar üzrə baş menecer vəzifəsində çalışıb.