Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurdbulaq
Qurdbulaq, Qurdlubulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Kəndin digər adı "Qurdbulaq"dır. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. == Toponimi == Kənd Qurdlu bulağın yanında salındığı üçün Qurdlubulaq kəndi adlandırılmışdır. Toponim mənsubluq bildirən -lu şəkilçisi qəbul etmiş "yumşaq bədənli, uzunsov, ayaqsız, sürünərək hərəkət edən heyvan" mənasında işlənən qurd sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "Qurdlu bulaq yanında salınan kənd" mənasını ifadə edir. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Krasar qoyulmuşdur. Bu toponimdə "qurd" sözünün mə'nasını müəyyən etmək çətindir. Onun Azərbaycan dilində qurd (canavar), yaxud qurd (böcək) sözlərindən ibarət olması ehtimsl olunur.
Qurdqulaq
Qurdqulaq (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğaqnadzor) rayonunda kənd. Qurdqulaq (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Qurdqulaq — İrəvan quberniyasının Şərur-Dərələyəz qazasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay.
Qurdqulaq (Dərələyəz)
Qurdqulaq, Boloraberd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğaqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4–5 km məsafədə, Arpaçayın sol qolu olan Qurdqulaq çayının sahilində yerləşir. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. Azərbaycan dilində qurd (canavar) və türk dillərində kulak "dərə", "çuxur", "çökək" (bax: Qulaqsız) sözlərindən ibarətdir. XIX əsrdə Kars əyalətində Kürd-kulax dağ adı ilə mənaca eynidir. == Toponimi == Toponim qurt //qurd türk etnoniminə "dərə, təpələr arasında düzənlik, təpə, yüksəklik" mənasında işlənən qulaq (kulak) sözünün birləşməsindən əmələ gəlmişdir. "Qurd tayfasına mənsub dərə, təpə yanındakı kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin 10.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Boloraberd (Qurd qala) qoyulmuşdur.
Qurdqulaq (Gorus)
Qurdqulaq (erm. Վանանդ — Vənənd) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur. == Tarixi == Kəndin 1865-ci ildə Qubadlı rayonunun Hacılar kəndindən köçən adamlar tərəfindən salındığı güman olunur. Qurdqulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir. 1918-ci ildə Qurdqalaq kəndi ermənilər tərəfindən dağıdılmış, kənd camaatının bir hissəsi qətlə yetirilmiş, bir hissəsi isə (təxminən 70-80 ailə) Qubadlı və Cəbrayıl rayonlarına qaçmışlar. Sovet hökuməti qurulduqdan sonra Qurdqalaq camaatından 35-40 ailə yenidən Gorusa qayıdaraq, öz kəndlərini bərpa etmişlər. 1988-ci ilin noyabr ayının sonlarında qurdqulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar. == Mədəniyyəti == Kənddə 1934-cü ildə ibtidai məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur. Kəndin klubu, məktəbi, kitabxanası, tibb məntəqəsi, mağazası, su dəyirmanı, idarə binası və s.
Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq (kitab)