QURULUQ – BATAQLIQ Adanın quruluq hissəsində oturub dənizə baxırdıq. Gəl danışaq ki, bataqlığa gedən namərddir (M.İbrahimov).
QURULUQ – CANLILIQ Əsərin dilində quruluq var. Roman canlılığı ilə oxucunu razı salır.
QURULUQ – KÖKLÜK Onun quruluğunu zahiri görünüşündən təyin etmək olur (“Ulduz”); Dayıdostum anasının köklüyünə işarə ilə söhbətə qarışdı (S.Qədirzadə).
QURULUQ – NƏMLİK O, köksündə nə isə tənglik, bundan başqa boğazında da bir quruluq hiss edirdi (Ə.Əbülhəsən); Qar az yağdığından torpağın nəmliyi kifayət deyil (Ə.Vəliyev).