Qurdbulaq, Qurdlubulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd.[2]
kənd | |
Qurdbulaq | |
---|---|
41°01′04″ şm. e. 43°49′24″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Ağbaba mahalı |
Rayon | Qızıl Qoç rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.995 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Kəndin digər adı "Qurdbulaq"dır[3]. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur.
Kənd Qurdlu bulağın yanında salındığı üçün Qurdlubulaq kəndi adlandırılmışdır. Toponim mənsubluq bildirən -lu şəkilçisi qəbul etmiş "yumşaq bədənli, uzunsov, ayaqsız, sürünərək hərəkət edən heyvan" mənasında işlənən qurd sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "Qurdlu bulaq yanında salınan kənd" mənasını ifadə edir. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Krasar qoyulmuşdur. Bu toponimdə "qurd" sözünün mə'nasını müəyyən etmək çətindir. Onun Azərbaycan dilində qurd (canavar), yaxud qurd (böcək) sözlərindən ibarət olması ehtimsl olunur. Bəlkə də farsca kord "su yığılan çökək yer" sözündəndir.[4]
1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir[5][6].1880-ci ilə qədər azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1879–80-ci illərdə Türkiyədən köçürülmüşdür.