Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qayola adası
Qayola adası (it. Isola la Gaiola) — İtaliyanın cənub-qərbində — Kampaniya regionunda olan Neapol şəhərinə aid ərazidə — Tirren dənizinin bir hissəsi olan Neapol körfəzində yerləşən kiçik ada. Lənətlənmiş ada kimi tanınır. == Lənət == Əslində Qayola körpü ilə birləşmiş iki balaca adadan ibarətdir. Adalardan birində böyük villa var. Uzun illərdir ki, adada heç kim yaşamır. Hesab olunur ki, o lənətlənib və bu səbəbdən adada çoxlu ölüm halları baş verib. 1920-ci ildə adanın ilk sahibi olan isveçrəli Hans Braun burada müəmmalı şəkildə ölüb: o, xalçaya bükülmüş şəkildə tapılıb. Bir müddət sonra isə onun həyat yoldaşı naməlum şəraitdə boğulub. Adanın yeni sahibi Otto Qrubnak anidən infakt nəticəsində ölüb.
Vaqula gölü
Vaqula gölü (est. Vagula järv; Vaqqola) — göl Estoniya ərazisində yerləşir. Bırumaa qəzası ərazisində, Vıru şəhərindən 2 km qərbdə qərarlaşır. 2 km aşağıda Tamula gölü qərarlaşır. Gölün sahilində Yavere, Roozizare və Yoba kəndləri yerləşir. Gölün cənubunda isə Vaqula dəmiryolu stansiyası mövcuddur. Gökün ümumi sahəsi 518,7 hektardır. Şərqdən qərbə uzunluğu 4,6 km, şimaldan cənuba eni isə 1,7 kilometrdir.. Gölün maksimal dərinliyi 11,5 metr, orta dərinliyi isə 5,2 metrdir. Sahilləri düzənlikdir, əsasən qum və gildən təşkil olunmuşdur.
Viola vagula
Viola nephrophylla (lat. Viola nephrophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Gyula Andraşi
Gyula Andraşi (alm. Gyula (Julius) Graf Andrássy von Csík-Szent-Király und Kraszna-Horka‎; 8 mart 1823[…] – 18 fevral 1890[…]) — Macar dövlət adamı. Avstriya- Macarıstan İmperiyasının qurulmasında və Avstriya-Alman ittifaqının yaradılmasında böyük pay sahibi olmuşdur. == Həyatı == Hersoq Gyula Andraşi 1823-cü ildə Koşitsedə anadan olmuşdur. Ailəsi dönəmin varlı ailələrindən biri idi. Gənc yaşlarında mülayim islahatçı Stephen Schenyini dəstəkləsə də, sonralar radikal yönümlü Macar islahatçı partiyasına üzv olmuşdur. Partiya başçısı Lajos Kossuz Macarıstanın Avstriya nəzarəti altında olmasına qarşı çıxaraq, millətçi siyasət tərəfdarı idi. == Siyasi fəaliyyəti == Siyasi kariyerasına 1844-cü ildə başlayan Andraşi, 1848-ci ildə isə Macar azadlıq hərəkatının iştirakçısı olmuşdur. 1849-cu ildə Lajos Kossuzu tərəfindən İstanbula göndərilmişdir. Eyni il Avstriyaya qarşı üsyanda bir tabora komandanlıq etdiyinə görə haqqında ölüm hökmü verilir.
Gyula Mesaroş
Dyula Mesaroş (Macarca: Gyula Mészáros; 28 mart 1883 – 25 may 1957, Nyu-York, Nyu-York ştatı) — Macarıstan türkoloqu, etnoqrafı. == Həyatı == D. Mesaroş 28 mart 1883-cü ildə Macarıstanın Sakç şəhərində anadan olmuş, burada ali-ibtidai məktəbi bitirmiş, sonra Budapeştə gələrək ötən əsrin əvvəllərində macar filologiyası ixtisası üzrə universitetdə mükəmməl ali təhsil almışdır. Məlumdur ki, XVI yüzilliyin ortalarında Avstriya-Macarıstan imperiyasının qərb əyalətləri, o cümlədən Kopan bölgəsinin Sakç nahiyəsi də Osmanlı İmperiyasının – Sultan Süleyman Qanuni hakimiyyətinin nəzarəti altında olmuşdur. Orta yüzilliklərdən üzü bəri zəngin türk mədəniyyətinin, etnoqrafiyasının, adət-ənənələrinin Macarıstanda geniş yayılması bu iki xalqı bir-birinə yaxınlaşdırmış və doğmalaşdırmışdır. Gənc Gyula Mesaroşun türk dilinə, ədəbiyyatına və mədəniyyətinə hələ yeniyetməlik illərindən dərin maraq göstərməsi təsadüfi deyildir. Bu sevgi ona ailədən və mühitdən gəlirdi. Beləliklə Mesaroş həyat və elmi yaradıcılıq yolunu qəti şəkildə müəyyənləşdirdi – türkoloq olmaq. O 1904-cü ildə Konstantinopol (indiki İstanbul – A. R) şəhərinə gələrək burada darülfünuna daxil olur, türk dilinin məziyyətlərinə və xalq yaradıcılığının incəliklərinə dərindən yiyələnməyə başlayır. G. Mesaroş təhsil illərində İstanbulda yaşayan, darülfünunda pedaqoji fəaliyyətlə məşğul olan görkəmli türkoloq alimlərlə səmimi ünsiyyət yaradır, türkologiya elminin sirlərinə böyük maraq göstərirdi. 1906-cı ildə o təhsilini bitirərək Budapeştə qayıdanda türk dilini, folklorunu və adət-ənənəsini mükəmməl bilirdi.