Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nisbi və mütləq rütubətlilik
== Rütubətlilik == Atmosferdə 13 min km3 həcmində su vardır.Havadakı suyun əsas hissəsi buxar halında,qalan isə su damcıları və buz halında olur.Havadakı suyun 86%i okean və dənizlərdən , 14%ə qədər isə quru səthdən daxil olur.Havada olan suyun miqdarı rütubətlilik göstəriciləri ilə təyin edilir.Havanın rütubətliliyi onun əsas elementlərindən biridir.Ona görə də havada olan suyun miqdarı nisbi və mütləq rütubətlik göstəriciləri ilə təyin edilir. == Mütləq rütubətlilik == Mütləq rütubətlilik 1 m3 havada olan suyun miqdarı mütləq rütubətlilik adlanır.O,qramlarla və ya parsial təzyiqin vahidləri ilə ölçülür.Mütləq rütubətlilik temperaturdan asılıdır.Temperatur artdıqca havada olan suyun miqdarı da artdı.Çünki isti havada daha çox buxar saxlamaq qabiliyyətinə malikdir. == Nisbi rütubətlilik == Nisbi rütubət - verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturada doyan su buxarının sıxlığına nisbətinə bərabər olan fiziki kəmiyyətdir. φ = ρ p ρ 0 ⋅ 100 % {\displaystyle \varphi ={\frac {\rho _{p}}{\rho _{0}}}\cdot 100\%} Burada ρ p {\displaystyle {\rho _{p}}} — havadakı doyan su buxarının sıxlığıˌ φ {\displaystyle \varphi } — havanın nisbi rütubətidir. Nisbi rütubətlilik havanın su ilə neçə faiz doymasını göstərir .Havanın rütubətini ölçmək üçün hiqrometrdən və psixometrdən istifadə olunur. == Həmçinin bax == Rütubət dövranı, Rütubət == Xarici keçidlər == Su buxarı.
Havanın rütubətliyi
Havanın rütubəti havada olan su buxarının miqdarına deyilir. Su buxarı, əsasən atmosferin aşağı qatlarında cəmlənmişdir. Bütün qazlar kimi onun da təzyiqi var. Havada olan su buxarının limit qiyməti olaraq doymuş buxarın elastikliyi götürülür. Havanın temperaturu nə qədər çox olarsa, onun doymuş halda təzyiqi də bir o qədər çox olar. Məsələn, -20°C temperaturda o, 1,0mm, +20°C temperaturda isə 17,5mm təşkil edir. Havanın rütubətliyi mütləq və nisbi rütubət olaraq iki əsas göstərici ilə səciyyələnir. === Mütləq rütubət === Mütləq rütubət(a) – 1m3 havadakı su buxarının kiloqramla miqdarıdır. === Nisbi rütubət === Nisbi rütubət(f) – Su buxarının e elastikliyinin doymuş buxarın E elastikliyinə olan nisbətinin faizlə ifadəsidir: f = p / p 0 ∗ 100 % {\displaystyle f=p/p0*100\%} == Su buxarının elastikliyi == Su buxarının elastikliyi meteoroloji budkadakı quru və yaş termometrlərin göstəricilərinə əsasən Psixrometrik cədvəldən tapılır.Havanın rütubətinin növbəti xarakteristikaları vardır: Su buxarının elastikliyi(e) – verilən temperaturda havadakı su buxarının parsial təzyiqidir. Hektopaskalla ifadə olunur.
Havanın mütləq rütubətliyi
== Havanın mütləq rütubətliyi == Havanın mütləq rütubətliyi-vahid hava həcmində (1m3-də) olan su buxarı kütləsinin qramlarla istifadə olunmuş sıxlığına (q/m³) deyilir. Havanın mütləq rütubətliyi temperatur ilə düz mütənasib olub, temperatur artdıqca onun da miqdarı artır.