İZOXƏT

is. [ yun. isos və ər. xətt] geofiz. Coğrafiya xəritəsində: müəyyən fiziki kəmiyyət (təzyiq, temperatur, rütubətlilik və s.) göstəricisi olan yerləri birləşdirən xətt.

Этимология

  • İZOXƏT yun. isos – bərabər + ər. – xətt
İZLƏTMƏK
İZOLƏ
OBASTAN VİKİ
İzoxətt
İzoxət (yun. isos-"bərabər") — hər hansı bir kəmiyyətin coğrafi xəritədə, şaquli kəsikdə və ya qrafikdə eyni qiymətlərini göstərən xətt. Xəritədə bu və ya digər meteoroloji kəmiyyətin amplitudasının bərabər olduğu nöqtələri birləşdirən xətlər. Xəritədə küləyin ortaillik sürətinin müxtəlif qiymətini göstərən xətt. İzobarlar (yun. isos — "bərabər" və baros — "ağırlıq") — xəritədə, müxtəlif diaqramlarda eyni barometrik təzyiqli məntəqələri birləşdirən xətlər. İzobatlar (yun. isos — "bərabər" və bathis — "dərinlik") — xəritədə su hövzələrinin (göl, dəniz, okean) eyni dərinlikdə olan nöqtələrini birləşdirən xətlər. İzotermlər — iqlim xəritələrində müəyyən vaxt içərisində orta temperaturu eyni olan yerləri birləşdirən xətlər. İzotermlər orta, illik, yanvar və iyul temperaturlarını göstərir.

Значение слова в других словарях