Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəhmətulla Müqəddəm
Rəhmətulla Müqəddəm Marağayi (fars. رحمت‌الله مقدم مراغه‌ای‎; 1921, Qoşaçay – 2012, Tehran) — İran Milli məclisinin üzvü. Rəhmətulla Müqəddəm 1921-ci ildə Marağa şəhərində doğulumuşdur. O, orta məktəbi bitirdikdən sonra Paris şəhərində coğrafiya və jurnalistika fakültəsində ali təhsil almışdır. Müqəddəm Marağeyi mədəni şəxsiyyətdən daha çox, siyasi bir şəxsiyyət sayılır. O, birinci şəxsdir ki, böyük yazıçı Sadiq Hidayətin Parisdə cənazəsi başında hazır olmuşdur. Yəni Parisdəki İran səfarətinin göstərişi ilə o, səhər tezdən 1951-ci aprel ayının 10-da O görkəmli yazıçının cənazəsi başında bir fotoapartla hazır olur və bu faciəli hadisədən şəkil götürür. Müqəddəm hələ Parisdə olarkən orada nəşr olunan jurnallarla əməkdaşlıq edirdi. Onun çəkdiyi şəkillər Sadiq Hidayətin cənazəsindən çəkilən yeganə şəkillərdir. Ola bilsin ki, Fransa polisinin də əlində bu cənazədən fotolar olsun.
Zöhrə Rəhmətullina
Zöhrə Yıhanur qızı Rəhmətullina (doğ. 26 avqust 1961, BMSSR. Aşağı Lemez kəndi) — fəlsəfə elmləri doktoru, professor; Başqırdıstan Respublikası Təhsil Naziri (2004-2006); Rusiya Federasiyasının VI çağırış Dövlət Dumasının (2011-2016-cı illər); Rusiya Federasiyası VII çağırış Dövlət Dumasının deputatı (2016-cı ildən). 1985—1986 illər. laborat, baş laborant, Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü mühəndisi. 1986—1991 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü aspiranturasında təhsil almışdır. 1991—1996 illər. Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü kafedrasının asistenti, baş müəllim, dosent. 1996—1999 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü doktoranturasında təhsil almışdır.
Nemətulla
Nemətulla — ad. Nemətulla Vəli — ərəb şairi, sufi, alim. Ağa Nemətulla — SSRİ neft sənayesi yenilikçisi, SSRİ dövlət mükafatı laureatı. Nemətulla bəy Heydərov — Rusiya ordusunun generalı.
Rahmetullah Berişbek
Rahmetullah Berişbek (22 mart 1999) — Türkiyə Super Liqası təmsilçilərindən olan Giresunspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. Berişbek Gənclərbirliyi akademiyası vasitəsilə inkişaf etmişdir. Berişbek öz peşəkar karyerasında debütünü 6 fevral 2018-ci ildə Beşiktaş klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Petar Skuletiçi əvəz etmişdir. Həmin görüşdə Gənclərbirliyi kubok görüşündə rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. 8 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Türkiyə Superkuboku görüşləri daxildir.
Ağa Nemətulla
Ağa Nemətulla (1896, Sərab, Şərqi Azərbaycan ostanı – 1 yanvar 1958, Bakı — SSRİ neft sənayesi mühəndisi, SSRİ dövlət mükafatı laureatıdır. SSRİ neft sənayesində etdiyi yeniliklər ilə məşhurdur. == Həyatı == Ağa Nemətulla 1896-cı il fevralın 15-də Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Dörd yaşında ikən anasını itirən Ağa atası ilə birlikdə mülkədar Sultan bəyə məxsus kənddə çalışmışdır. Atası Sultan bəyin torpaq sahələrində işləmiş, Ağa isə bəyin mal-qarasını otarmışdır. O uşaqkən dayısının "böyüyəndə gələrsən yanıma, soruşarsan Balaxanıda Cavanşirov mədənini" sözlərini xatırlayaraq və Bakıya getməyi qərara alır. Onun dayısl Podryadçik Cavanşirova məxsus neft mədənlərində işləyirdi. Ağa imkanı olmadığı üçünMir Ağa adlı bir kişi ilə tanış olur və bu xeyirxah insanın köməyi ilə İran Astarasından gəmi ilə Bakıya gəlir. 1915-ci ildə Bakıda Ramana neft mədənlərində işləməyə başlamışdır. 1932-ci ildə qazma ustası olmuş, sonralar Putada sahə rəisi, qazma kontorunun direktoru, TRES müdiri, 1956–58-ci illərdə Azərbaycan dəniz neft kəşfiyyatı TRESTinin 1 nömrəli Gürgən qazma kontorunda buruq ustası işləmişdir.
Nemətulla Kişvəri
Nemətullah Kişvəri (XV əsr, Salmas, Qərbi Azərbaycan ostanı – XVI əsr, Təbriz) — XV əsrin ortalarında Cənubi Azərbaycanın Dilməqan (indiki Səlmas) şəhərində anadan olmuş, 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldürüldükdən sonra saraydan uzaqlaşdırılmışdır. Onun adı Nemətullah, təxəllüsü isə Kişvəridir. O, Təbriz ədəbi mühitində formalaşmışdı. Saray şeir ənənələrinə əməl etmək məcburiyyəti qarşısında qalmış istedadlı şair məddahlığa alışa bilməmiş, Ağqoyunlu sarayını tərk edərək 6 divan yaratmış özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvaiyə pənah aparmışdır. Kişvəri Azərbaycan (türk) və fars dillərində "Divan" yaratmış, əsasən lirik qəzəllər müəllifi kimi tanınmışdır. Kişvərinin həyat və yaradıcılığı haqqında məlumatlar natamam və pərakəndə haldadır. Təəssüf ki, orta əsr mənbələrində şairin anadan olduğu il və yer barədə məlumata rast gəlinmir. Lakin şairin hansı illərdə yaradıcılıqla məşğul olduğunu təxmin etmək mümkündür. Sam Mirzə "Töhfəyi-Sami" təzkirəsində sənətkardan danışarkən aşağıdakı məlumatla kifayətlənir: "Mövlana Kişvəri Qəzvin çaybasarı ətrafındandır. Nəstəliq xətti ilə yazılmış çoxlu şeirləri var.
Nemətulla Vəli
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Nemətulla Vəli türbəsi
30°03′35″ şm. e. 57°17′24″ ş. u. Şah Nemətulla Vəli türbəsi-İranın Mahan şəhərində yerləşən tanınmış İran mistik şairi Nemətulla Vəlinin məqbərəsindən tarixi kompleks.
Nemətulla bəy Heydərov
Nemətulla bəy Hacı Qasım bəy oğlu Heydərov (1827–1901) — Rusiya ordusunun generalı. Nemətulla bəy Hacı Qasım oğlu Heydərov 4 oktyabr 1827-ci ildə Dərbənddə anadan olub. İbtidai dünyəvi təhsilini Dərbənd qəza məktəbində alıb. 1843-cü ildə Qazıqumuq atlı milis dəstəsində qulluğa təyin edilib. Sonrakı illərdə Qafqazdakı rus qoşunlarının tərkibində Şamilə, dağlılara qarşı çoxlu savaşlara qatılıb. 1854-dəki savaşda fərqləndiyinə görə 1857-də ştabs-kapitan çini alıb. Salavatiyadakı 1857-dəki fərqlənməyə görə 1857-də generallara verilən 3-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilib (sonralar 4-cü dərəcəni də alıb). O, bu ordenə layiq görülən ilk müsəlmandır. Sonrakı illərdə yenə çoxlu ordenlər qazanıb. 1880–1881-də Axal-Təkə yürüşündə, Göytəpə qalasının alınmasında istirak edib.