Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rusudan
Rusudan — Qadın adı.
Rusudan Qoqinaşvili
Rusudan Xoperiya
Rusudan Xoperiya (d. 9 sentyabr 1972; Tbilisi, Gürcüstan) — Gürcüstanı təmsil edən batut gimnastı. Rusudan Xoperiya, 2000 və 2004-cü illərdə Gürcüstanı Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Rusudan Xoperiya, 2000-ci ildə Gürcüstan bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Xoperiya, 34.10 xal topladı və 8 idmançı sırasında 7-ci yeri tutdu. Rusudan Xoperiya növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Xoperiya, 62.50 xal topladı və 16 idmançı sırasında 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Nuh ibn Vəhsudan
Nuh ibn Vəhsudan (v. 989) — Salari şahzadəsi, bir müddət Azərbaycanın hakimi. Qardaşı İsmailin ölümündən sonra atası Vəhsudan tərəfindən Azərbaycana göndərilmiş və elə həmin il də İbrahimə məğlub olub qaçmışdı.
Vəhsudan ibn Məhəmməd
Vəhsudan ibn Məhəmməd (v. 967) — Salarilər sülaləsindən Deyləm hökmdarı. == Hakimiyyəti == İlkin həyatı haqqında məlumat yoxdur. Hakimiyyətə atası 941-ci ildə Məhəmməd ibn Müsafiri devirərək gəlmişdir. Hakimiyyət dövrü boyunca qardaşı Mərzbanla əlaqələri yaxşı olmuş, ona döyüşlərdə kömək göstərmişdir. 957-ci ildə Mərzbanın ölümündən sonra onun oğulları ilə müharibə aparmışdır. == Azərbaycanın işğalı == 957-ci ildə Mərzbanın ölümündən sonra Azərbaycana gələn Vəhsudan qala əmirlərinin ona tabe olmadığını gördü. Mərzbanın oğlu Cüstan özünü hökmdar elan etmişdi və Vəhsudanın hakimiyyətini tanımırdı. Azərbaycanı tərk etməyə məcbur qalan Vəhsudan Mərzbanın oğullarının birini Azərbaycan, digərini Arran hakimi kimi tanıyaraq Tarıma qayıtdı. 960-cı ildə Cüstan və Nasir Vəhsudana qonaq gələrkən Vəhsudan onları qəflətən həbs etdirərək öz oğlu İsmaili Azərbaycana göndərdi.
İsmail ibn Vəhsudan
İsmail ibn Vəhsudan (v. 962) — Salarilər sülaləsindən Azərbaycan hökmdarı, Vəhsudanın oğlu. == Həyatı == Haqqında çox məlumat bilinmir. 960-cı ildə Azərbaycanı işğal etmək üçün atası Vəhsudan tərəfindən göndərilmişdi. Cəmi 2 il hakimiyyətdə olmuş və 962-ci ildə vəfat etmişdir.
Rusudan (Gürcüstan çariçası)
Rusudan (gürc. რუსუდანი}) — Gürcüstan krallığının Baqrationilər sülaləsindən olan çariçası (1223–1245). Çariça Tamar və David-Soslanın qızı. Rusudanın hakimiyyəti illəri Abxaziya və Gürcüstan tarixinin qızıl dövrünün sonunu əhatə edir. == Həyatı == Monqollarla döyüşdə ağır yaralanan qardaşı IV Georqun ölümündən sonra 1223-cü il yanvarın 18 — də taxta çıxdı. Rusudanın hakimiyyətinin üçüncü ilində, 1225-ci ilin payızında, Xarəzmşah qoşunları Cəlaləddin Mənguberdinin başçılığı altında Gürcüstanı işğal etdilər. İoann Mxarqrdzelinin sərkərdəlik etdiyi gürcü qoşunları Qarnisi döyüşündə ağır məğlubiyyət uğradıldı. Bundan sonra Xarəzm qoşunlarının Tiflis, Qars və Gəncəyə yolu açıldı. Cəlaləddin Mənguberdinin Tiflisi mühasirəyə alması səbəbindən çariça və ailəsi Kutaisiyə çəkildi. 1224-cü ildə Rusudan Dmitri adı ilə xristianlığı qəbul edən Səlcuqlu şahzadəsi Məhəmməd Muğisəddin Türkan Şahla (sultan II Qılınc Arslanın nəvəsi) evləndi.