Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saaditlər
Səədi sultanlığı və ya Səədilər (ərəb. سعديون‎ — sa‘adiyūn‎) 1509-dan 1659-a qədər Məğribdə (Mərakeş) hökmranlıq etmişdilər. 1509-1554-cü illərdə Mərakeşin cənubunu, sonra 1603-cü ilə qədər bütün Mərakeşi, daha sonra yalnız Fəs və Marakeş bölgələrini idarə etmişdilər. Saadilər əsillərinin Məhəmməd peyğəmbərdən gəldiklərinə inanırdılar. Saadilərin əcdadı Yambu şəhərindən Məhəmməd an-Nafsa az-Za-kiyidir - Məhəmməd peyğəmbərin nəvəsi İmam Həsənin nəvəsi. XVI əsrin əvvəllərində Dra çay vadisində Taqmadertdə yaşayırdılar. Onların ata yurdu Zaqoradan 10 km şimalda yerləşən Ksar Tiji qalası hesab olunur . Saadilərin siyasi rəqibləri onların İmam Həsənin nəslindən olmasını qəbul etmirdilər. Onların əcdadlarını Məhəmməd peyğəmbərin südanası Həlimə bint Abi Zu'ayb'a bağlayırdılar . Saadilər Məğribdə sufizmi yayırdılar.
Fiziki sabitlər
Fiziki sabitlər — çoxdur və onlardan çox rastlaşdıqlarımız bunlardır: Sərbəstdüşmə təcili - Yerin səthi yaxınlığında və orta coğrafi enlikdə cisimlərin havasız fəzada düşmə təcilidir,g ilə işarə olunur və g=9,81m/san2-dır.Bu kəmiyyət cismin kütləsindən asılı deyil və bəzən qravitasiya sahəsinin intensivliyi adlanır. Qravitasiya sabiti - ədədi qiymətcə kütlələri 1kq, aralarındakı məsafə 1m olan iki bircins kürə arasındakı qravitasiya qüvvəsinə bərabər olan sabitdir,G ilə işarə olunur və G=6,67·10-11Nm2/kq2Habbl sabiti-bir-birindən 1Mpk(meqaparsek)məsafədə olan qalaktikaların vir-birindən uzaqlaşma sürətinə bərabər olan sabitdir,H ilə işarə olunur və H=75 km/Mpk·san. Avoqadro sabiti - bütün maddələrin 1mol-dakı molekulların sayidir, NAilə işarə olunur və NA=6,02·1023mol-1-dir. Bolsman sabiti - ideal qazın temperaturu 1K artanda bir molekulun enerji artımına uyğun gələn enerjidir,k ilə işarə olunur və k=1,38·10-23C/K. Universal qaz sabiti-1mol ideal qazın temperaturunu 1K yüksəltdikdə onun daxili enerjisinin artımına uyğun olan enerjidir, R ilə işarə olunur və R=8,31 C/mol·K Kulon sabiti - yükləri 1Kl aralarındakı məsafə im olan iki nöqtəvi yük arasındakı qarşılıqlı təsir qüvvəsinə bərabər olan sabitdir,k ilə işarə olunur və k=9·109N·m2/Kl2. Elektrik sabiti - ε0=8,85·10-12Kl2/N·m2/ Elementar yük - təbiətdə rast gəlinən ən kiçik elektrik yükünün moduludur,e ilə işarə olunur və e=1,6·10-19Kl. Elektronun xüsusi yükü - elektronun yükününmodulunun kütləsinə olan nisbətidir və e/m=1011Kl/kq. Faradey sabiti - elektroliz zamanı elektrod üzərində 1 qram ekvivalent maddə ayrılması üçün elektrolitdən keçən yükdür və F=96500Kl/mol. İşıq sürəti - İşığın vakuumda 1san-də getdiyi yoldur və c=3·108m/san. Plank sabiti - h=6,63·10-34C·san. Ridberq sabiti - R≈1,097373143·107m-1.
Riyazi sabitlər
Riyazi sabit — qiyməti dəyişməyən ölçü. Fiziki sabitlərdən fərqli olaraq, riyazi sabitlər hər hansı fiziki ölçülərdən asılı olmayaraq müəyyən edilmişdir. İxtisarlar: İ — irrasional ədəd, C — cəbri ədəd, T — transsendent ədəd, ? — məlum deyil; riyaz.— adi riyaziyyat, ƏN — ədəd nəzəriyyəsi, XN — xaos nəzəriyyəsi, komb — kombinatorika, AMT — Alqoritmik məlumat nəzəriyyəsi.
Zabitlər parkı
Zabitlər parkı – Azərbaycanın paytaxtı Bakı şəhərində, Nəsimi rayonunda yerləşən park. Sahəsi 4 hektardır. Şəhərin ən köhnə parklarından biri, əvvəllər bulvar adlanan Zabitlər parkı faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanovun adı verilib. 2009-cu ildə parkda abadlaşdırma işlərinə başlanılıb və Zabitlər parkı 16 mart 2011-ci ildə yenidən açılıb. Yenidən açılışında İlham Əliyev və Mehriban Əliyeva iştirak edib. Bəzi köhnə cizgilərini çoxillik ağacların kölgəsində gizlədən 4 hektar sahəsi olan Zabitlər parkının siması tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bu gün Bakının mərkəzi parklarının vizit-kartına çevrilmiş bürünc heykəllər qoyulub: fikrə dalan və gedişini planlaşdıran şahmatçı, çayxana girişində gülərüz çayçı və s. Fəvvarənin yaxınlığında, skamyaların birində yorğun bürünc fotoqraf heykəli, bir az aralıda çiçək satan qız heykəli yerləşir. Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi "buz" kafesi var.
Valent rabitələr nəzəriyyəsi
Valent rabitələr nəzəriyyəsi (VRN) - kompleks birləşmələrin öyrənilməsinə tətbiq edilən ilk kvant mexaniki nəzəriyyədir. Valent rabitələr nəzəriyyəsinin əsası əsrimizin 30-cu illərində Amerika kimya alimi L.Polinq tərəfindən qoyulmuşdur. VRN bütün digər kvant mexaniki nəzəriyyələr kimi dəqiq olmayıb, məsələni müəyyən yaxınlaşmalarla həll edir. Bu nəzəriyyə kimyəvi rabitəni adi hallarda olduğu kimi iki elektronlu rabitə kimi qəbul edir və bunu kompleks birləşmələrə də aid edir. Kompkleks birləşmələrdə kimyəvi rabitə bir qayda olaraq, kompleksəmələgətiricinin müxtəlif yarımsəviyyələrinin (s-, p- və d-yarımsəviyyələrin) iştirakı ilə əmələ gəlir. Buna əsasən bir kompleks birləşmədə hətta eyni növ liqandlar olduğu halda belə kimyəvi rabitələr eyni təbiətə malik olmamalıdır. Məsələn, sferik simmetriyaya malik olan s- elektronun əmələ gətirdiyi rabitə, elektron buludunun sıxlığı tamamilə başqa cür paylanan p-elektronun əmələ gətirdiyi rabitə ilə eyni olmamalıdır. Lakin təcrübədə əldə edilən nəticələr bunun əksini göstərir. Müəyyən edilmişdir ki, liqandlar eyni olduğu halda onların kompleksəmələgətirici ilə əmələ gətirdiyi bütün rabitələr eyni təbiətə malik olur. Yəni rabitələr möhkəmlik dərəcəsinə, valentlik bucağı və uzunluğuna görə bir-birindən fərqlənmir.
Azad zabitlər (İraq)
Azad zabitlər (ərəb. تنظيم الضباط الوطنيين ‎ — İraqda monarxiyanı devirən və respublika idarə etmə formasını quran 14 iyul inqilabını həyata keçirən ordu daxilində qeyri-qanuni qasımçı təşkilat. Təşkilat 1949-cu ilin sonunda Misirdə eyni adlı təşkilatın təsiri altında yaradılmışdı. Təşkilatın liderləri arasında Əbül Salam Arif, Əbdülkərim Qasım, Mühəmməd Nəjib əl-Rubai, Mişel Aflak olmaqla yanaşı digər İraq ordusu zabitləri də vardı. == İrsi == Təşkilat Əbdülkərim Qasımın qətlindən sonra dağılmışdır. Uzun illər sonra onun prototipi olaraq 1996-cı ildə Səddam Hüseynə qarşı çıxan briqada generalı Nəcib əs-Salihinin rəhbərlik etdiyi Azad Zabitlər və Mülki vətəndaşlar Hərəkatı yaradılmışdır. == İstinadlar == == Ədəbiyyat == Batatu, Hanna. The Old Social Classes and the Revolutionary Movements of Iraq: a Study of Iraq's Old Landed and Commercial Classes and of its Communists, Ba'thists, and Free Officers. Princeton: Princeton University Press. 1978.
Zabitlər (film, 1971)
Zabitlər(rus. Офицеры)- rejissoru Vladimir Roqovi olan dram janrında Sovet filmi. Film ilk dəfə 1971-ci il 26 iyulda nümayiş etdirilmişdir. Film 53.4 milyon nəfər tərəfindən izlənilmişdir.
Zabitlər evi (Tbilisi)
Zabitlər evi (gürc. ოფიცერთა სახლი) – Tbilisi şəhərində, Rustaveli prospekti 16 ünvanında yerləşən tarix-memarlıq abidəsi. Neoklassik üzlublu Zabitlər evi binası 1916-cı ildə memar David Çisliyevin layihəsi əsasında inşa edilmişdir. Binanın interyerlərinin həll olunmasında məşhur Gürcüstan heykəltəraşı Yakov Nikoladze də iştirak etmişdir. Həmçinin binaın üçüncü mərtəbəsinin künc eyvanını bəzətən kariatidlər də onun tərəfindən hazırlanmışdır. 1918-ci ildə binanın zirzəmisində yaradılmış tarixi “Arqonavtlar qayığı” (rus. Лодка аргонавтов) kafesi gürcü rəssamlarının görüş yerinə çevrilmiş, Kirill Zdaneviç, Lado Qudiaşvili, Aleksandr Bajbeuk-Melikov kimi sənətkarlar tez-tez burda göüşmüşlər. Hazırda binada Galleria TMS və “Erisoni” Dövlət Akademik Gürcü Xalq Mahnı və Rəqs Ansanblı gəaliyyət göstərir. Şahmat üzrə dünya çempionu Tiqran Petrosyan uşaqlıq illərində - 1929-1946-cı illərdə bu binada yaşamışdır. Binanın üzərində idmançının xatirəsini əbədiləşdirən xatirə lövhəsi vurulmuşdur.
Azad zabitlər hərəkatı (Misir)
Azad zabitlər hərəkatı (ərəb. الضباط الأحرار‎‎, ad-Dübbat əl-Əxrar) — Misirdə monarxiyanı devirən iyul inqilabını həyata keçirən ordu daxilində gizli təşkilat. Üzvləri əsasən kiçik rütbəli zabitlərdən ibarət olmuşdur. Polkovnik-leytenant Camal Əbdül Nasir tərəfindən 1949-cu ilin yayında Misirin 1948-ci il Ərəb-İsrail müharibəsində məğlubiyyətindən bir müddət sonra qurulmuşdu. Əvvəlcə Camal Əbdül Nasir, Hüseyn Hamouda, Xalid Mohəddin, Kamal əl-Din Hüseyn, Salah Nasr, Əbdül Hakim Amer və Saad Tefikin daxil olduğu kiçik bir üsyançı qrup idi. Məhəmməd Naqib müharibədən sonra 1949-cu ildə Azad Zabitlər hərəkatına qoşuldu. O, müharibə zamanı qazandığı qəhrəmanlıq statusu və orduda nüfuzu səbəbi ilə respublika qurulana qədər təşkilatın rəsmi lideri oldu. == Tarixi == Birinci dünya müharibəsindən sonra İngiltərənin protektoratlığı olan Misirdə milli-azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. 1919-cu ilin mart-aprel aylarında və 1921-ci ilin sonlarında Misirin müxtəlif sosial təbəqələrini və ərazisinin böyük bir hissəsini əhatə edən güclü üsyanlar baş verdi. Bu üsyanlar amansızlıqla yatırılsa da, müstəmləkəçilərə onlara hakimiyyətinin dayaqsız və etibarsız olduğu nümyiş etdirildi.