Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Park Inn by Radisson Berlin Alexanderplatz
Park Inn by Radisson Berlin Alexanderplatz – Almaniyanın paytaxtı Berlində yerləşən göydələn. Bina Aleksanderplatsın şimal-şərqində yerləşir və 1970-ci ildə Şərqi Almaniya dövründə tikilib. 149,5 metr hündürlüyü və 41 mərtəbəsi ilə Almaniyanın ən hündür otel binasıdır.
Kadis
Kadis (fi. Gadir, yun. Gádeira, la. Gades, ər. کادیس ) — İspaniyanın cənub-qərbində, Əndəlüs bölgəsindəki Kadis əyalətinin paytaxtı, ada üzərində yerləşən şəhər. Madriddən 651 km, Sevilyadan 124 km, Uelvadan 219 km uzaqlıqdadır. Şəhər İspaniya donanmasına ev sahibliyi edir. Eyni zamanda Kadis rayonunun paytaxtıdır. Kadis şəhəri bir çox qədim abidəyə ev sahibliyi etdiyi üçün İspaniyanın əhəmiyyətli turistik şəhərlərindən biridir. == Adı == Kadis sözü finikiya dilində olan Gadir sözündən əmələ gəlmişdir və "divarlar" və ya "divarlarla əhatə olunan müdafiə" deməkdir.
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Radius
Radius (latınca: radius — təkərin oxu, şüa) - çevrənin yaxud sferanın mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən parça, eləcə də bu parçanın uzunluğu. Radius diametrin yarısını təşkil edir. Radius sözünə ilk dəfə 1569-cu ildə Fransız alimi P. Ramusun əsərlərində rast gəlinmişdir. XVII əsrin sonlarında bu söz alimlər arasında ümumi termin kimi qəbul olundu.
Marina Radiş
Marina Radiş (rum. Marina Radiș 2 fevral 1982, Çadır-Lunqa, Qaqauziya) — Moldovalı müğənnisi (soprano). İlk fəaliyyətinə aktrisa kimi başlayır. 11 yaşında, Çadır-Lunqda Qaqauz xalq mahnı müsabiqəsində qalib gəlir. 18 yaşında hər il keçirilən "Qaqauz Sesi" mahnı müsabiqəsində Qran Pri mükafatına layiq görülür. Dəfələrlə Kişinyovda "Viktoriya" vətənpərvərlik mahnı müsabiqəsinin laureatı olur. 2000-ci ildə orta ixtisas musiqi təhsili olmamasına baxmayaraq, Kişinyovdakı Musiqi, Teatr və Təsviri Sənətlər Akademiyasının akademik vokal şöbəsinə (İ. Kvasyuva sinfi) qəbul edilir. Sonradan Marina Svetlana Popovanın opera oxuma sinfi Marinaya böyük təsir göstərir. 2003-cü ildə Breila şəhərində H. Derkle Beynəlxalq Vokal Müsabiqəsinin laureatı olur. 2005-ci ildə Violetta (Cüzeppe Verdinin La Traviata) partiyası ilə Moldova Milli Opera və Balet Teatrının səhnəsində debüt edir.
ASAN Radio
ASAN Radio — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən radio. 24 dekabr 2015-ci il tarixində 100.0 MHz tezliyində Bakı və Abşeron ərazisində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır. == Yaradılması == ASAN radionun açılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıq vermişdi. 8 sentyabr 2015-ci ildə radionun açılması ilə Milli Televiziya və Radio Şurası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində Azərbaycan üzrə teleradio yayımın aparılması üçün 6 illik lisenziya verib. Oktyabr ayında televiziya və radio sahəsində böyük təcrübəsi olan Emin Musəvi ASAN Radionun direktoru təyin olundu. 2015-ci ilin sonlarında, 24 dekabr tarixində ASAN radio test yayımına başladı. Radio ilk olaraq yalnız Bakı və Abşeron rayonları ərazisində yayımlanırdı. ASAN Radionun formalaşdırılmasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi iştirak edib.
Arctostaphylos rudis
Arctostaphylos rudis (lat. Arctostaphylos rudis) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü.
Ardis Publishing
"Ardis Publishing" — rus ədəbiyyatının orijinal dildə və ingiliscə tərcüməsinin nəşri üzrə ixtisaslaşmış ABŞ özəl nəşriyyatı. "Posev", "YMCA Press" və "Çexov adına nəşriyyat" nəşriyyatları ilə yanaşı, "Ardis" Soyuq müharibə illərində rus dilində bədii ədəbiyyat nəşr edən ən böyük SSRİ-dən kənar nəşriyyat idi. Bu dövrdə nəşriyyatın emblemi Puşkinin "Tərcüməçilər maarifçiliyin poçt atlarıdır" ifadəsini əks etdirən Vladimir Favorskinin qravürasından bir at arabası idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Лосев Л. В. Иосиф Бродский. Опыт литературной биографии. ЖЗЛ. М.: Молодая гвардия. 2008. 186–188. ISBN 5-235-02951-8.
Avto Radio
Avto Radio – 3 oktyabr 2013-cü il tarixində Avto FM adı ilə fəaliyyətə başlayıb 1 sentyabr 2016-cı il tarixində Avto Radio adı ilə yayımlanan radio kanalıdır.Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Ceryle rudis
Ceryle rudis (lat. Ceryle rudis) — ceryle cinsinə aid quş növü. Bədəninin uzunluğu 25 sm, küləsi 70–110 q-a çatır. Rəngi ağ-qara, ala-bəzək, ayaqları boz, dimdiyi və qüzei qişası qara rəngdədir.. Səsi ağacdələnin səsinə oxşayır. Erkəklərin sinəsində "aşırma qayış"abənzər iki qara zolaq olur. Sıldırımlarda cütlük şəklində, eləcə də 100 cütlüyə qədər və ya daha çox fərdlərdən təşkil olunmuş koloniyalar şəklində yaşayırlar. Çox vaxtı insan məskənlərinə yaxın yerlərdə yaşayırlar. Əsas qidasını çaylarda, gölməçələrdə tutduqları kiçik balıqlar, yengəclər, su onurğasızları, təşkil edir.
Coreopsis rudis
Coreopsis rudis (lat. Coreopsis rudis) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü. == Arealı == Meksikada yayılmışdır. == Sinonim == Epilepis rudis Benth.
Daniel Ranis
Epilepis rudis
Coreopsis rudis (lat. Coreopsis rudis) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü. == Arealı == Meksikada yayılmışdır. == Sinonim == Epilepis rudis Benth.
Eucalyptus rudis
Eucalyptus rudis (lat. Eucalyptus rudis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
FM-radio
26 dekabr 1933-cü ildə Edvin Houard Armstronq (Edwin Howard Armstrong) tezlikli modulyasiya prinsipi əsasında qurulmuş FM-radionu patentləşdirmişdir. Bu radio efirdə yaranan küyü aradan götürməyə və daha yaxşı rabitə keyfiyyətini əldə etməyə imkan verirdi. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Kadis körfəzi
Kadis körfəzi (isp. Golfo de Cádiz) — Andalusiyanın Atlantik okeanı sahilində və Kadis şəhərinin ətrafında yerləşən körfəz. Cəbəllütariq boğazı və Portuqaliyanın Sent Vinsent burnu arasında yerləşir. Kadis körfəzi 34°N və 37°15'N və 6°W və 9°45'W arasında şimal-şərq Atlantik okeanında yerləşir.
Nectandra rudis
Nectandra rudis (lat. Nectandra rudis) — dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Quo Vadis?
Quo Vadis? ( Latın: [kʷoː ˈwaːdɪs]) latınca Hara gedirsən? mənasına gələn ifadədir.Dini mənbələrdə qeyd edirilir ki,Müqəddəs Pyotr İsa peyğəmbəri görərkən ona bu sualı verib.Və "yenidən çarmıxa çəkilmək üçün Romaya" cavabını verir.
Radif Akçurin
Radif Qaley oğlu Akçurin (rus. Радиф Галеевич Акчурин; 1 iyun 1985) — kureş güləşi üzrə dünya çempionu. == Həyatı == Başqırdıstan Respublikasının Fyodorvski rayonunda anadan olmuşdur. "Batır" yeniyetmələr klubunun şagirdi, rəhbərlərindən biri atası Qaley Zaynulloviç Akçurin olmuşdur.Radif rayonlar arası keçirilən sabantuy yarışlarının bir neçə dəfə qalibi olmuşdur. 28 iyun 2008-ci ildə 90 kq-dan yuxarı çəki dərəcəsində Başqırdıstan Respublikası kureş milli güləşi üzrə turnirin qalibi olmuşdur, turnir "Batır-2008" sabantuy yarışlarının rayon və şəhər qalibləri arasında keçirilirdi.16 aprel 2010-cu ildə Başqırdıstan kənd idman oyunları hesabat yarışlarında birinci yeri tutmuşdur.24 aprel 2010-cu ildə Ufada keçirilən Böyük Vətən Müharibəsi Qələbəsinin 65-ci ildönümünə həsr olunmuş kureş milli güləş üzrə açıq respublika turnirində birinci yeri tutmuşdur.12 İyun 2010-cu ildə Başqırdıstan Respublikasının İşimbay rayonunda keçirilən Salavat Yiynı bayramında kureş güləşçiləri arasında mütləq çempion adını qazandı.
Radik İsayev
Radik İsayev (doğum adı: Əbdürrəhim Vələddinoviç İsayev) (26 sentyabr 1989; Axtı rayonu, Dağıstan MSSR, Rusiya SFSR) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu. 2016-cı ildə Olimpiya Oyunlarının, 2015-ci ildə Dünya Çempionatının, 2015-ci ildə Avropa Oyunlarının, 2014-cü ildə isə Avropa Çempionatının qalibi olmaqla, dörd nüfuzlu turnirdə çempion olan yeganə Azərbaycan idmançısıdır. İsayev 2014-cü ilin mayında Azərbaycanda baş tutan Avropa Çempionatının qalibi olmaqla, birinci ciddi uğuruna imza atdı. Bir il sonra — 2015-ci ildə isə Rusiyada baş tutan Dünya Çempionatının qızıl medalını qazanmaqla, 14 ildən sonra bu idman növü üzrə Dünya Çempionatının qalibi olmağı bacaran birinci Azərbaycan idmançısı oldu. Həmin ilin iyununda isə o, Azərbaycanda baş tutan Avropa Oyunlarında da bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2016-cı ildə isə İsayev ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşündə Niger nümayəndəsi Abdulraza İssufu üzərində 6:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın qalibi oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadaların qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. 2018-ci ildə Rusiyanın Kazan şəhərində baş tutan Avropa Çempionatının qalibi olmaqla, Niyaməddin Paşayevdən sonra 2 dəfə həmin turnirin qızıl medalına sahib olan birinci Azərbaycan idmançısı oldu. Karyerası ərzində 66 beynəlxalq turnirdə mübarizə aparan İsayev, onların 15-də qızıl medala, 14-də gümüş medala, 16-da isə bürünc medala sahib olub.
Radik İsmayılov
İsmayılov Radik Arzuman oğlu (9 oktyabr 1979, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan jurnalisti, "ARB 24" telekanalının icraçı direktoru (2020), Sosiologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Orta təhsilə 1986-cı ildə Bakı şəhəri Nizami rayonundakı 12 saylı məktəbdə başlamış, valideynlərinin yaşayış yerini dəyişməsi səbəbindən təhsilini Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirmiş və 1996-cı ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil almış, 2001-ci ildə magistratura pilləsinə daxil olmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirmiş, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. "Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. Lider televiziyası Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini olmuş, 2016-cı ildən CBC telekanalının redaktoru, ARB 24-də baş redaktor vəzifəsində çalışmışdır.2020-ci ildə "ARB 24" telekanalının icraçı direktoru təyin olunmuşdur. == Elmi əsərləri == Hərbi konfliktlərin işıqlandırılması // Mətbuat tariximizin iftixar səhifəsi: “Şərqi-Rus”-100 (elmi praktik konfransın materialları. Bakı, 2003 Savaş jurnalistləri "ordusuna" peşəkar əsgərlər gərəkdir // Mətbuat tariximizin iftixar səhifəsi: “Şərqi-Rus”-100 (elmi praktik konfransın materialları.
Radio-operator
Radio-operator (radist, radioçu, radiorabitəçi) — radio stansiyasında mesajların ötürülməsi və qəbulu üzrə mütəxəssis. Bu müddət oxşar bir peşə, ixtisas, hərbi ixtisas, vəzifə və hərbi mövqe də adlanır. Bəzən bu peşə başqası ilə birləşdirilir, məsələn: radio-operatoru, naviqator, radio-operatoru və s. Bu peşə radio ixtirası ilə əlaqələndirilir. Radio-operatoru peşəsi insan fəaliyyətinin bir çox sahəsində — dənizdə, çayda, havada, kosmosda, quruda tələb olunur. Radio-operatoru radio stansiyasında işləyir və radio mesajları qəbul etmək, ötürmək və ona texniki xidmət göstərməklə məşğuldur. == Fərqlənmə nişanı == SSRİ-nin fəxri radio-operatoru — nişan == Filmlər == Üstümüzdə Cənubi Xaç Bütün dünyanın adamları olsa … == Kitablar == Krenkel E. T. Dörd yoldaş. M .: Bədii ədəbiyyat, 1940. — 316 s. Krenkel E. T. RAEM — çağırışım.
Radio (dəqiqləşdirmə)
Radio —
Radio 1
Radio 1 (RTV-Moskva Region) Moskva bölgəsində ilk radio stansiyasıdır. == Tarixi == Varlığı dövründə Moskva yaxınlığında radio yayımı bir neçə dəfə yenidən təşkil edildi. Tarixinin müasir mərhələsi 1993-cü il oktyabrın 7-də Nazirlər Şurasının - Rusiya Federasiyası Hökumətinin 1993-cü il 7 oktyabr tarixli "Moskva Rayon Dövlət Radio Şirkətinin təşkili haqqında" qərarı ilə başlası . 2011-ci ildə şirkət "Moskva Regionunun Dövlət Muxtariyyəti" Televiziya və radio yayım şirkəti "RTV-Moskva Region" oldu. 2014-cü ildən 30 iyunnundan 2016-dək radio stansiyasına "Moskva vilayəti" adını adını daşıdı 2016-cı il 1 iyul tarixindən "Radio 1" kimi adlandırlır == Konsepsiya == "Radio 1" radiostansiyası əsasən məlumat proqramları yayınlayır, əsas məzmunu xəbərlər , sosial və siyasi proqramlardır . Yayım formatının seçimi Moskva vilayətində Moskva vilayətinin qubernatoru və Moskva vilayətinin Hökumətinin fəaliyyətinə yönəldilmiş tabliğatın yayım stansiyasının ehtiyacından irəli gəlir. "Radio 1" Moskva bölgəsinin baş verən hadisələri dərhal çatdırır. Radio 1 multimedia jurnalistikasının prinsiplərinə əsaslanan də yayımlar: İnternet yayımı Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine funksiyaları, YouTube-un öz video hostinq kanalı və ən populyar sosial şəbəkələrdə hesablarıfa, Facebook-da Radio 1 , Vkontakte qrupu var. == İdarəçilər == Baş redaktor - Olqa Strelkova Şef xəbərləri - Artem Artemov Proqram direktoru - Aleksandr Sadikov == Şəhərlərə görə yayım tezlikləri == Moskva və Moskva vilayətində 66.44 MHz tezliyində yayımlanır (həftədə 28 saat). Mon-Fri: 6.10-7.00, 11.10-12.00, 17.10-18.00, 10.10-19.00, 19.10-20.00, Cümə axşamı: 10.10-16.00, 10.17-18.00, Şənbə: 10.10-14.00) Şəhərlərə görə yayım tezlikləri ( MHz ): Volokolamsk - 106.8 Dubna - 95.8 Zaraysk - 106.5 Naro-Fominsk - 89.7 Kaşira - 89.8 Kolomna - 94.2 Orexovo-Zuyevo - 89.3 Podolsk - 91.7 Serpuxov - 98.2 Taldom - 106.8 Şatura - 105.1 Ruza - 107.6 Rostelecom (MO) telekanalının 3-cü kanallı yayımı == Yayım dayandırıldı == SV - 846 kHz, Yeni Psarki Elektrostal , 150 kVt; əhatə dairəsi: Moskva, Moskva regionu, Rusiyanın mərkəzi rayonları.
Rafis İsmayılov
Rafiz Rza oğlu İsmayılov (d. 30 mart 1939, Bakı) — Azərbaycan kino rəssamı, rejissor, ssenari müəllifi, rəssam assistenti, dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000). == Həyatı == 30 mart 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1966-1972-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur. R. İsmayılov bir neçə kitabin da tərtibatçı — rəssamıdır. == Mükafatları == Azərbaycan SSR Dövlət mükafatı — 1978 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1 dekabr 1982 "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 18 dekabr 2000 "Soltan Məhəmməd" mükafatı — 2006 2015-ci ildə "Sübhün səfiri" filminə görə "Ən yaxşı rəssam işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Radio Antenn
Antenn Müstəqil Teleradio Kompaniyasının radiosu - radio "Antenn" 101 FM 1998-ci ildən fəaliyyət göstərir. Şirkətin həmtəsisçiləri Rüstəm Qədim oğlu Əliyev (Prezident) və Rövşən Novruz oğlu Cavadovdur (Vitse-prezident). 2000-ci ilin fevralında radiokanal - Radio "Antenn 101 Fm" yayıma başladı. Bu vaxt ərzində radionun stabil dinləyici auditoriyası formalaşıb, əhatə coğrafiyası daha da genişlənib. İndi radiomuzun yayımladığı verilişləri Azərbaycanın bütün rayonlarında dinləmək mümkündür. Zövqdə 1-ci olan Radio "Antenn" 101 Fm sizlər üçün belə bir imkan yaradıb. Radionun yayımı dünya standartlarına uyğun avadanlığa sahib Almaniyanın "Rohde & Schvartz" və İtaliyanın “DB Elettronica” firmalarının istehsalı olan 1-2,5 kwат gücü olan 8 ötürücü vasitəsi ilə həyata keçirilir. Efirə çıxan bütün proqramlar Azərbaycan dilindədir. Şirkət xəbərlər, siyasi, tematik, musiqi proqramları yayımlayır və audio-video reklamlar hazırlayır. "Antenn" 101 FM radiosunu ANTENN.AZ internet saytında və TÜRKSAT 3A, tezlik-10,968 MHs, S/R-11200 H, FEC-5/6 dalğasında peyk yayımı vasitəsi ilə dünyanın hər yerində canlı dinləyə bilərsiniz.
Badış Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.