Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rapin itburnusu
Rapin itburnusu (lat. Rosa rapinii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == İranda, Türkiyədə, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-2 m, qövsvarı əyilmiş budaqlı koldur. Cavan budaqları tünd qırmızı qabıqlı örtülüdür. Yarpaqları 5-7 sm uzunluqdadır, 7-9 ədəd uzunsov-tərs yumurtavarı formada, üstdən çılpaq, altdan yapışıq tüklə örtülü, kənarı ikiqat dişli, qaidəsi pazvarı, 9-18 mm uzunluqda, 5-10 mm enində yarpaqcıqlardan ibarətdir. May və iyun aylarında çiçək açır. Çiçəkləri tək-təkdir. Çiçək saplağı 3-3,5 sm uzunluqdadır. Ləçəkləri ağımtıl-sarı və ya parlaq sarı rəngdə, bir qədər oyuqlu, tərs yumurtavarıdır.
Daphne
Canavargiləsi (lat. Daphne) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Thymelaea All.
Praline
Praline (fr. praliné, praline)- Ovulmuş badamların şəkər tozuna qarışığından ibarətdir. == Haqqında == Onlardan tortların, kekslərin, kremlərin bəzədilməsində istifadə edirlər. 1671-ci ildə aşpaz Plessi-Pralin tərəfindən hazırlanmışdır.İlk əvvəl ovulmuş badam digər çərəzlərlə qarışaraq, bala qarışdırılmış və içərisinə şokolad ovuntuları tökülmüşdür. Üzərinə karamel tökülərək süfrəyə təqdim olunmuşdur. Çexiya və Polşada pralina 20-30 sm-lik vaflinin içərisində olur, üzərinə sirop əlavə edilir.
Raphinae
Drontlar (lat. Raphinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Ryapina
Ryapina (est. Räpina, Vıru dilində Räpinä) — Estoniyanın cənubi-şərqindəki Pılvamaa bölgəsində şəhər. Şəhər Vıhandu çayının sahilindədir.
Rafin
Rafin (q.yun. Ραθiνηs lat. Rathínēs или Rathánēs) — kadusilərin başçısı və III Farnabazın generalı. == Tarixi == Ksenofon öz yazılarında eramızdan əvvəl 396-cı ildə Daskileionda baş vermiş atışmanın timsalında fars süvari sütunlarının taktiki istifadəsinin tam təsvirini belə vermişdi: Sparta kralı Agesilaus Daskileionun yaxınlığında olanda,qarşıda bir şey olub olmadığını görmək üçün önündəki atlıları təpənin başına çapdılar. Və təsadüfən III Farnabazın generalı, Rafin öz qeyri-qanuni qardaşı Baqoy ilə iş üstündə olduğu zaman Farnabazın tərəfindən və eyni təpəyə göndərildi. Hər iki dəstə bir-birini 120 m-dən çox olmayan məsafədə görəndən sonra əvvəlcə dayanıb, daha sonra isə hücuma keçdilər. Döyüş başlayandan sonra yunanlar döyüşdə uduzmağa və zəifləməyə başladılar və qaçıb canını xilas etməyə hərəkət etdilər. Lakin Agesilaus hoplitlərlə birlikdə köməyə gələndə barbarlar yenidən geri çəkildilər və onlardan biri öldürüldü.
Ramin
Ramin — Azərbaycan kişi adı. Ramin Hacılı — Azərbaycanlı siyasi aktivist Ramin Şıxəliyev — Azərbaycan aktyoru. Ramin Mahmudzadə — Ramin Hacıyev — Azərbaycan rejissoru, aktyor. Ramin Musayev — Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti.
Aechmea racinae
Aechmea racinae (lat. Aechmea racinae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Al Kapone
Al Kapone, tam adı Alfons Qabriel "Böyük Al" Kapone (it. Alphonso Gabriel "Great Al" Capone; 17 yanvar 1889 — 25 yanvar 1947) — Amerika Birləşmiş Ştatlarında 1930-cu illərdə fəaliyyət göstərmiş məşhur mafiya rəhbəri. Yeddi il Çikaqo Outfit klanına rəhbərlik etmişdir. Amerika Birləşmiş Ştatları iqtisadiyyatının çətin günlər yaşadığı 1930-cu illərdə güc qazanmağa başlamış, ən əsası içkilərə qoyulan qadağalardan məharətlə istifadə yayınmış, bununla öz maddi imkanını dəfələrlə artırmışdır. Al Kapone 17 yanvar 1899-cu ildə Nyu-Yorkun Bruklin məhəlləsində anadan olub. Onun valideynləri — atası Qabriel Kapone (12 dekabr 1864 — 14 noyabr 1920) və anası Teresina (28 dekabr 1867 — 29 noyabr 1952) İtaliya köçkünləri idi. Onun atası, Qabriel, Neapol ətrafındakı Kastellammare-di-Stabia şəhərində bərbər, anası Teresina isə dərzi idi. Qabriel və Teresinanın doqquz uşaqları var idi: Alfons, Ceyms, Rafael, Salvatore, Con, Albert, Metyu, Roza və Mafalda. Kapone ailəsi 1893-cü ildə Amerika Birləşmiş Ştatlarına, Nyu-Yorkun Bruklin məhəlləsinə köçür və Qabriel Kapone bərbər dükanı açır. Alfonsun 11 yaşı olanda ailə yenidən köçərək Bruklinin başqa bir hissəsində məskunlaşır.
Alpine Hotel
Alpine Hotel — 1914-cü ildə Britaniyanın çay plantatorların evi kimi tikilmiş və Şri-Lankada yerləşən mehmanxanadır. Sonralar ziyarətçilər üçün otaqları icarəyə götürən Dodampa Qamace ailəsi tərəfindən alınmışdır. Hal-hazırda otel köhnə müstəmləkə gözəlliyini və onun arxitekturasını, keçmiş Britaniya Dövrünün neçə-neçə davamlı dəlillərini özündə saxlayır. Oteldə 30 nömrə, restoran, bilyard zalı, bar və iki istirahət zalı və kofe mağazası fəaliyyət göstərir. 2006-ci ildə Alpine Mehmanxanası böyük miqyasda xidmət sahəsinin olmasına görə Mərkəzi Əyalətdə ən yaxşı yerinə yetirən antropometriya olan "Star Mükafatı"na layiq görülmüşdür. == Yerləşməsi == Otel Nuvara Eliya Cıdır Kompleksinin önündə duran və Badulla istiqamətində yerləşən Magistral Yolda olan oteldir. Otel Nuvara Eliya şəhərindən kilometrlərlə uzaqda yerləşmişdir.
Carine noctua
Dam xarabaçılı (lat. Athene noctua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin xarabaçıl cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 25 sm, kütləsi 150-170 q-a çatır. Erkək və dişilərinin rəng çalarları oxşardır: beli açıq qəhvəyi və ya qumsal, kürək lələklərində dairəvi ağ xallar var. Mərkəzi və Cənubi Avropada, Şimali Afrikada və Asiyada (Asiyanın şimalı istisnadır) yayılıb. Oturaq həyat tərzi keçirir. Kiçik gəmiricilərlə, həşəratlarla, nadir hallarda isə kiçik quşlarla qudalanır.
Daphne albiflora
Daphne florida
Daphne houtteana
Daphne lateriflora
Daphne liottardi
Daphne mezereum
Adi canavargiləsi (lat. Daphne mezereum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın meşə zonasında, Avropanın şimalında, Qərbi Sibirdə, Şimali Qafqazda, Zaqafqaziyada və Dağıstanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m, möhkəm gövdə və budaqlı, yarpağı tökülən, az budaqlanan koldur. Yarpaqları növbəli, qısa saplaqlı, tünd yaşıl, alt tərəfi göyümtül, kənarları tükcüklü, uzunsov, uzunluğu 3-8 sm, eni 1-2 sm-dir, əks lansetvari, sadə, kənarları bütöv, zoğların uclarında yerləşmişdir. Tumurcuqları növbəli, çoxsaylı, spiral formasında yerləşmiş pulcuqlu, haşiyəlidir, ucda olanların uzunluğu 5–7 mm-dir, yanda olanlar xırdadır. Çiçəkləri ikicinsli, çox vaxt çəhrayı, bəzən ağ və digər çalarlı, ətirli, balvericidir, əsasən keçən ilki tökülən yarpaqların qoltuqlarında, çılpaq zoğlarda dəstələrlə - iki-beş və ya tək oturur. Çiçək yanlığı sadə, dörd bölümlü, diametri 1-1,5 sm-dir, boruvari bitişmiş, ləçəkvari kasayarpaqlardan əmələ gəlmişdir. Çiçək tacı dörd ləçəklidir. Erkəkcikləri 8 ədəd oturaqdır.
Daphne mucronata
Ensizyarpaq canavargiləsi (lat. Daphne mucronata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz, Türkiyə, İran, Əfqanıstan, Pakistan və Hindistanda təbii arealı vardır. == Azərbaycanda yayılması == Təbii halda Naxçıvan MR-də, 2000 m yüksəkliyində və Göyçay rayonunda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU D2. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1–2 (3) m olan budaqlı koldur. Budaqların qabığı bozdur; cavan zoğları qırmızımtıl-qonurdur.
Daphne transcaucasica
Cənubi Qafqaz canavargiləsi (lat. Daphne transcaucasica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. == Ümumi yayılması == Cənubi Qafqaz, Türkiyə və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Təbii halda Naxçıvan MR Şərur (Qaraquş d.), Culfa (Nəhərcik, Göynük k.) Ordubad (Parağa k.) və Göyçay rayonlarında rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU D2. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. Bioloji xüsusiyyətləri: Təbiətdə qısaboylu, çoxlu budaqları olan kol bitkisidir. Budaqlarının rəngi bozumtulqonur rəngdə olur.
Elena Satine
Elena Satine (gürc. ელენა სატინი, 24 noyabr 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü əsilli amerikalı aktrisa.
Karine Ğazinyan
Karine Ğazinyan — Ermənistan Respublikası xarici işlər nazirinin müavini (2009–2011). == Həyatı == Karine Ğazinyan 1955-ci ildə İrəvan şəhərində anadan olub. 1977-ci ildə İrəvan Dövlət Universitetinin alman dili fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra 4 il Mozambikdə SSRİ səfirinin köməkçi-katibi, 1983–1988-ci illərdə Portuqaliyada SSRİ səfirinin köməkçisi vəzifələrində çalışıb. 1988–1992-ci illərdə Moskvada 31 nömrəli liseydə ingilis dili müəllimi, 1992–1994-cü illərdə İrəvan Dövlət Universitetində ingilis və portuqal dillərindən dərs deyib. Ermənistanın Rumıniyada və Almaniyada fövqəladə və səlahiyyətli səfiri olub. 2009-cu il mart ayından 2011-ci il sentyabradək Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini tutub. 2011-ci il sentyabr ayında Ermənistan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri təyin olunub. Karine Ğazinyan 57 yaşında qəflətən Los-Ancelesdə müalicə olunduğu xəstəxanada əməliyyat zamanı vəfat edib. Ermənistan Respublikasının Mxitar Qoş medalı və Rumıniya Böyük Xaç Ordeni ilə təltif olunub.
Mentha ranina
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Rainer Barzel
Rainer Barzel (20 iyun 1924[…] – 26 avqust 2006[…], Münxen) — ) Xristian Demokrat İttifaqının (CDU) alman siyasətçisi idi . O , 1983-1984-cü illərdə Bundestaqın 8-ci prezidenti olub . Barzel 1969-cu ildə partiyası müxalifətə keçməmişdən əvvəl parlament qrupunun lideri və qısa müddət ərzində federal nazir olmuşdu. Daha sonra Barzel partiyanın sədri oldu. O, 1972-ci ildə konstruktiv etimadsızlıq səsverməsi yolu ilə federal kansler olmağa çalışdı və Federal Respublikada buna cəhd edən ilk şəxs oldu. O, gözlənilmədən iki səs az qaldı. 1972-ci ilin noyabrında keçirilən növbəti ümumi seçkilərdə o, CSU/CSU-nun uğursuz əsas namizədi oldu. O, bir il sonra sədrliyini itirdi, lakin parlamentin nüfuzlu üzvü olaraq qaldı. == Həyatı == Şərqi Prussiyanın Braunsberg şəhərində (indiki Branievo, Polşa ) anadan olan Barzel 1971-1973-cü illərdə CDU-nun sədri vəzifəsində çalışıb və 1972-ci il federal seçkilərində Villi Brandtın SPD-yə məğlub olaraq CDU-nun Almaniya kansleri vəzifəsinə namizədi kimi çıxış edib . Barzel Konrad Adenauer dövründə Ümumi Alman İşləri Naziri (1962-63) , CDU/CSU-nun Parlament qrupunun rəhbəri (1964-1973), Helmut Kolda Almaniyadaxili Əlaqələr Naziri (1982-1983) vəzifələrində çalışıb.
Rasina dairəsi
Rasina dairəsi (serb. Расински управни округ) — Serbiyanın mərkəzi hissəsində dairə. == İnzibati bölgüsü == Varvarin Trstenik Çiçevats Kruşevats Aleksandrovats Brus == Əhalisi == Dairənin ərazisində 232 552 serb (96,1 %), 3265 qaraçı (1,3 %) və başqa xalqlar yaşayırlar (2011).
Sabine Postel
Sabine Postel (10 may 1954) — alman aktyor. == Filmoqrafiyası == 1982: Die Aufgabe des Dr. Graefe 1983: Engel auf Rädern 1984: The Brief 1986: Der Antrag 1986: Bankgeheimnisse 1987–1989: Ein Fall für zwei 1987: Großstadtrevier – Geleimt 1988: Wilder Westen inclusive 1988: Zwei alte Damen geben Gas 1989: Tatort: Der Pott 1989: Lindenstraße 1990: Das Erbe der Guldenburgs 1991: Leo und Charlotte 1992: Auf Achse 1992: Unser Lehrer Doktor Specht 1992: Schlafende Hunde 1993: Die schönsten Jahre unseres Lebens 1993–1996: Nicht von schlechten Eltern 1994: Ohne Schein läuft nichts 1994: Molls Reisen 1995: Alte Freunde küsst man nicht 1995: Die Kommissarin – Familienfest 1997: Frauen morden leichter 1997: Tatort als KHK’in Inga Lürsen, Folgen siehe 1998: Titus, der Satansbraten 1998: Der letzte Zeuge 1999: Pfeifer 1999: Heimatgeschichten 1999–2002: Nesthocker – Familie zu verschenken 2000: Die Cleveren 2001: Eiskalt 2001: Du bist mein Kind 2001: Ein mörderischer Plan 2004: Mein Mann und seine Mütter 2007: Erdbeereis mit Liebe 2007: Liebling, wir haben geerbt!
Kabinə
Kabinə — sərnişinlərin səyahət etdiyi kokpit və yük bölməsindən başqa təyyarələrdəki hissəyə verilən addır. Düz bir uçuş rejimi əsnasında təyyarənin qalxdığı hündürlükdə atmosfer təzyiqi çox aşağı olduğundan, sərnişinlərin oksigen dəstəyi olmadan səfəri davam etdirməsi qeyri-mümkündür. Buna görə kabinələrə süni şəkildə təzyiq edilir. Ticarət məqsədli hava nəqliyyatında kabin bütün təyyarələrdə müəyyən siniflərə bölünür. Xüsusiyyətləri aviaşirkətlərə görə fərqlənən bu səyahət siniflərindən ən çox yayılanları business class (biznes sinfi) və ekonom sinifləridir. Siniflərarası ayrılma bir panel və ya pərdə vasitəsilə həyata keçirilir. Oturma yerləri, istirahət zonaları, xidməti avadanlıqların saxlanıldığı yerlər, (mətbəx) tualetlər də kabinənin bir hissəsi hesab olunur.
Krаpinа
Krаpinа (xorv. Krapina) — Xorvatiyanın şimalındakı Krаpinskо-Zаqоrskаya vilayətinin inzibati mərkəzi olan şəhər. Şəhər mərkəzinin əhalisi 4,482 nəfər olduğu halda, şəhərin ümumi əhalisi 12,480 nəfərdir. Krapina Xorvatiyanın dağlıq Zaqorje bölgəsində yerləşir və Zaqreb və Varazdin şəhərlərindən 55 kilometr məsafədədir.
Naminə
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. == Morfoloji əlamətləri == D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Rabitə
Rabitə Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi
Kahinə
Kahinə (ərəb. الكاهنة‎; hərf. qabaqcadan xəbər verən qadın; 575 – 703) və ya Dihyə — Ores padşahlığının bərbər kraliçası, dini və hərbi lider. O, həmin dövrdə Numidiya kimi tanınan Məğribin müsəlmanlar tərəfindən işğalına qarşı yerli müqavimətə rəhbərlik etmiş, xüsusən də Meskiana döyüşündə Əməvi qüvvələrini məğlubiyyətə uğratmışdır. Kahinə döyüşdən bütün Məğribin mübahisəsiz hökmdarı olmuş, bu statusu Təbarka döyüşündə qəti şəkildə məğlub olunana qədər saxlamışdır. == Mənşəyi və dini == Onun şəxsi adı bunlardan biridir: Dəyə, Dəhiya, Dihyə, Dəhyə və ya Dəmyə. Onun titulu ərəbdilli mənbələrdə əl-Kahin' (rahib falçı) kimi qeyd edilmişdir. Bu, gələcəyi qabaqcadan görmək qabiliyyətinə görə onun müsəlman rəqibləri tərəfindən verilən ləqəb idi. O, 7-ci əsrin əvvəllərində Jrāwa Zenata qəbiləsində anadan olub. Beş il Aures dağlarından Qadames vahasına qədər (695-700) azad bir Berber dövlətini idarə etdi. Lakin Musa ibn Nusayrin komandanlığı olan ərəblər güclü bir ordu ilə geri qayıtdılar və onu məğlub etdilər.
Azərbaycan naminə
Azərbaycan naminə!