Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Reborn
Reborn - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı altıcı albomdur. Albom 2008-ci ildə Avropa və Macarıstanda satışa çıxarılıb. Həmçinin alboma daxil olan iki mahnıya - "Reborn" və "Prayers" mahnılarına klip də çəkilib.
Rebun adası
Rebun adası (yap. 礼文島) — Vakkanai şəhərinin qərbdə, Hokkaydo adasının şimal-qərb sahilindən təxminən 45 km məsafədə, Yapon dənizində yerləşən vulkanik ada. Yaponiyanın, Hokkaydo prefekturası, Soya dairəsi, Rebun qəzasına daxildir. Adanın sahəsi 81,33 km²-dir. Uzunluğu 29 km, eni isə 8 km-ə bərabərdir. Adanın adı Aynu dilində işlənən Rep-un sözündən götürülmüşdür. Mənası açıq dəniz adası deməkdir. Vulkanik mənşəlli adadır. Sahil qayalıqlarında andezit-bazaltların sütunlu hissələrinə tez-tez rast gəlinir. Rişiri adasından Rebun boğazı ilə ayrılır.
Round Maple
Raund Meypl (ing. Round Maple) — İngiltərənin Saffolk qraflığında kənd. Edvardston yaxınlığında yerləşir.
Round Univercity Ranking
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
Rəbənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Rəşqund (Üşnəviyyə)
Rəşqund (fars. شگوند‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (37 ailə).