Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rejans
Kafe de la Rejans - məşhur Paris kafesi, XVII-XVIII əsrlərdə şahmat oyununun mərkəzi kimi məşhurlaşmışdır. Bu kafedə öz dövrünün ən tanınmış şahmatçıları olmuş və şahmat partiyaları oynamışdılar. Parisdə ilk kafelərdən biri 1681-ci ildə fr. Café de la Place du Palais-Royal adlı kafe olmuş və 1715-ci ildən sonra öz adını dəyişmişdir. Kafenin yeni adı azyaşlı kral XV Lüdoviqin əvəzinə ölkəni idarə edən Orleanlı II Filippin dövru sayılan Regentlik dövrünün ( 1715-1723) adı ilə adlandırılmışdır. Lakin kafe öz adını saxladı. 1740-cı ildən başlayaraq Paris şahmatçıları əvvəllər şahmat partiyası oynadıqları “Prokop” kafesinə yox, məhz bura gəlməyə başladılar. Kafenin daimi müştəriləri sırasında Deni Didro, Jan-Jak Russo, Fransua-Andre Fillidor, Napoleon Bonapart və Bencamin Franklin kimi məşhur şəxslərə rast gəlmək olardı.Didro özünün “Le neveu de Rameau” ( “Qardaş oğlu Ramo” ) kitabında bu kafenin təsvirini vermişdir. Kafe uzun illər 1798-ci ildə Napoleonun oynadığı mərmər şahmat stolu ilə fəxr etmişdir. Bu kafedə şahmatdan əlavə bilyard və dama oyunu da oynanılmışdır.
Remiks
Remiks — orijinal versiyada yazılmış mahnının versiyası yeni varianta gətirilərək, oynaq şəkildə səsləndirlir. İlk dəfə "Remiks" Yamaykada 1960-cı illərdə hazırlanmışdır. Müasir "Remiks" isə 1970-ci illərdə hazırlanmağa başlanılır. == İstinadlar == ^ http://www.jahsonic.com/WalterGibbons.html ^ Interviewed by The Paris Review, Burroughs explained the following: "A friend, Brion Gysin, an American poet and painter, who has lived in Europe for thirty years, was, as far as I know, the first to create cut-ups. His cut-up poem, Minutes to Go, was broadcast by the BBC and later published in a pamphlet. I was in Paris in the summer of 1960; this was after the publication there of Naked Lunch. I became interested in the possibilities of this technique, and I began experimenting myself. Of course, when you think of it, The Waste Land was the first great cut-up collage, and Tristan Tzara had done a bit along the same lines. Dos Passos used the same idea in 'The Camera Eye' sequences in USA. I felt I had been working toward the same goal; thus it was a major revelation to me when I actually saw it being done." Cf. Knickerbocker, Conrad, Williams S. Burroughs, 'The Paris Review Interview with William S. Burroughs' in A Williams Burroughs Reader, ed.
Romans
Romans (isp. romanse – roman dilində, yəni ispanca)- 1) instrumental müşayiətlə solo səs üçün yazılan lirik mahnı, 2) kamera–vokal musiqinin əsas janrlarından biri, 3) Vokal musiqidən iqtibas olunmuş lirik xarakterli instrumental pyes. == Tarixçə == Romans orta əsrlərdə İspaniyada meydana gəlib, sonra başqa ölkələrə yayılmışdır. XX əsrin sonlarından başlayaraq bu janra meyl azalmağa başlamışdır. XV–XIX əsrlərdə geniş yayılmış bu janr Azərbaycan musiqisində gəncdir. Onun ilk nümunələrini milli musiqidə Üzeyir Hacıbəyov və Asəf Zeynallı yaradıb. == Növləri == Ballada (provans. ballada – rəqs etmək) ilkin mənada rəqslə müşayiət olunan provansal mahnısı; sonradan – lirik rəvayət, əfsanə xarakterli, dramatik və fantastik məzmunlu ədəbi əsər. XIX əsrdən vokal və instrumental musiqi pyesi. Elegiya (yun.
Remakes (albom)
Remakes – Azərbaycan müğənnisi Aygün Kazımovanın yığma albomu. Alboma 9 mahnı daxildir. Albom Xalq artisti Aygün Kazımovanın əməkdaşlıq etdi SS Production şirkətinin prodüserliyi ilə işıq üzü görmüşdür. == Hazırlanması == Alboma 2001-ci ildən 2020-ci il də daxil olmaqla Aygün Kazımovanın ifasında SS Production şirkətinin prodüserliyi ilə təqdim olunan mahnıların yeni versiyaları daxildir. Albomdakı Günah adlı ifa, Aygün Kazımovanın 2016-cı ildə ifa etdiyi Yalana Bax adlı mahnısının remiks versiyasıdır. Mahnının remiksini Azərbaycanlı DJ Jay Aliyev etmişdir. Albomdakı Пусть adlı mahnı, Pop Divanın S.U.S. sinqlının rusca versiyasıdır.
Romain Mahiyeu
Romain Mahiyeu (17 fevral 1995) — Fransalı peşəkar kişi BMX velosipedçisi. Romain Mahiyeu Fransanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Romain Mahiyeu 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.294 saniyəlik nəticəsi ilə 29-cu yeri tutdu.
Romain Rikkardi
Romain Rikkardi (26 iyul 1988) — İtaliyalı peşəkar kişi BMX velosipedçisi. Romain Rikkardi İtaliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Romain Rikkardi 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.074 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu.
Sənsiz (romans)
Sənsiz — 1941-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin "Sənsiz" qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. == Yazılma tarixi == Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı, lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Sənsiz romansını öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər. == Sözləri == Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz! Sənin ol cəlb eləyən vəslinə and içdim, inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz! Başqa bir yarı necə axtarım, ey nazlı mələk, Bilirəm, sən də dedin: "Yox yarə hacət sənsiz!" Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz! Nə gözüm var – arayım mən səni, bəxtim də ki yox, Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Romain Del Kastillo
Romain Del Kastillo (fr. Romain Del Castillo, d. 29 mart 1996; Lyon, Fransa) — Liqa 1-də oynayan Olimpik Lion klubunda hücuma meylli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == Del Kastillo Lion akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lion klubu ilə 20 noyabr 2015-ci ildə etmişdir. O, 64-cü dəqiqədə Serji Darderi əvəz etmişdir. Həmin görüşdə Lion Liqa 1 görüşündə Nitsaya 3-0 hesabı ilə məğlub olmuşdur.
Music Al Remas TV
«Music Al Remas TV» (ərəb. «قناة ميوزك الرماس»‎) — Qərargahı Bağdad şəhərində yerləşən İraq peyk televiziya kanalı. Telekanal 2013-cü ildən ingilis və ərəb dillərində yayım edir.
Sen-Moris-de-Reman
Sen-Moris-de-Reman (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Rəmiş
Rəmiş (əsl adı Rafiq Hüseyn oğlu Hüseynov; 14 noyabr 1944, Gülablı, Ağdam rayonu – 5 aprel 2021, Bakı) — azərbaycanlı elektrogitara ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2014). == Həyatı == Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində almışdır. Üç dəfə ailə həyatı qurmuşdur. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır. Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib. == Yaradıcılığı == Rəmiş Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət etmiş və başqa şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak etmişdir. Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.
Həmcins üzvlər
Həmcins üzvlər — Cümlədə bir üzvlə bağlı olub, bir sintaktik vəzifə daşıyan bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Həmcins üzvlər bir sıra xarakterik xüsusiyyətlərə malikdir: a) həmcins üzvlər cümlədə eyni sintaktik vəzifədə, yəni eyni cümlə üzvü rolunda çıxış edir; b) həmcins üzvlər bir-biri ilə tabesizlik (bitişdirmə, bölüşdürmə, qarşılıq) bağlayıcıları, ya da sadalama (birləşdirici, bölüşdürücü, qarşılaşdırma intonasiyası) ilə bağlanır; c) həmcins üzvlər özləri üçün ümumi (müştərək) olan hər hansı bir cümlə üzvü ilə eyni sintaktik əlaqə və məna münasibətlərində olduğu üçün nəticədə, əsasən, eyni ifadə vasitəsinə və eyni şəklə malik olub, eyni suala cavab verir; ç) həmcins üzvlər ikidən az olmamaqla, qeyri-məhdud kəmiyyətə malik olur. Həmcins üzvlər cümlə üzvlərinə görə həmcins mübtədalar, həmcins xəbərlər, həmcins tamamlıqlar, həmcins təyinlər, həmcins zərfliklər kimi növləri var. == Həmcins mübtədalar == Həmcins mübtədalar ikiüzvlü və çoxüzvlü olur, onlar həm intonasiya əlaqəsi, həm tabesizlik bağlayıcıları, həm də intonasiya və tabesizlik bağlayıcıları ilə birgə işlənir. Həmcins mübtədalarda bəzən semantik fərqlərə görə, ardıcıllıq qorunur: a) subyektlərin ictimai vəzifəsi görə; b) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin vəzifəsinə görə; c) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin tədriciliyinə görə; ç) əşyaların keyfiyyətinə, həcminə görə, əşyaların mənasına görə; ə) hərəkətin mənasına görə; f) həmcins mübtədalardan başqa, sairə, özgə, qeyri və sair əvəzliklərlə ifadə olunanı və yaxud da bu əvəzliklərdən ibarət təyini olanı ən axırda gəlir; d) subyektlərin öz aralarında eyni münasibətdə olduqda, onlardan bu və ya digərini ayırmağa ehtiyac olmur və həmcins mübtədalar adi qaydada sıralanaraq düzülür və s. == Həmcins xəbərlər == Həmcins xəbərlər digər həmcins üzvlər kimi tabesizlik bağlayıcıları, intonasiya, tabesizlik bağlayıcıları və intonasiya ilə bağlanır. Həmcins xəbərlər ifadə vasitəsinə görə iki qrupa bölünür – həmcins ismi xəbərlər, həmcins feili xəbərlər. Bəzən ola bilər ki, bir cümlədə ismi xəbər və feili xəbər ilə həmcinslik yaransın. Həmcins feili xəbərlər cümlədə zamana, şəxsə, kəmiyyətə görə adətən uzlaşır, lakin bəzən pozulduğu hallar da olur. Cümlədə həmcins feili xəbərlərin sıralanmasına da semantik cəhətdən aşağıdakılar göstərilir: a) subyektin hərəkətinin həcminə görə; b) hərəkətlərin icrasındakı zamana görə; c) səbəb və nəticəyə görə; ç) səbəb və məqsədə görə; d) hərəkətin mühümlüyünə görə; həmcins ismi xəbərlərin semantik sıralanmasına bunlar aid edilir: a) subyektə və ya əşyaya aid keyfiyyətin dərəcəsinə görə; b) subyektə və ya əşyaya aid əlamətin dərəcəsinə görə; c) subyektə və ya əşyaya aid əlamətin hüququ dərəcəsinə görə; ç) subyektə və ya əşyaya aid əlamətin əhatə dərəcəsinə görə.
Romanş dili
Romanş dili (romanşca: , rumàntsch, ) — roman dil qrupuna daxil olan dil, İsveçrənin dörd rəsmi dilindən biri. Roman dilləri arasında ən qədimlərdən biri hesab olunan romanş dili Romanın süqutunan sonra latın dilindən ayrı olaraq müstəqil formada inkişaf etmişdir. Romanş latıncadan hərfi tərcümədə romalıya bənzər, Romaya məxsus deməkdir. == Xarici keçidlər == Website of the Lia Rumantscha organization Radio Televisiun Rumantscha Series of articles about Romansh from swissinfo Arxivləşdirilib 2007-02-18 at the Wayback Machine Lexicon Istoric Retic (LIR) – Encyclopedia about Switzerland. Partial translation of the Historical Dictionary of Switzerland in Romansh with additional articles.