RƏMİSƏ
RƏMİZ
OBASTAN VİKİ
Rəmiş
Rəmiş (əsl adı Rafiq Hüseyn oğlu Hüseynov; 14 noyabr 1944, Gülablı, Ağdam rayonu – 5 aprel 2021, Bakı) — azərbaycanlı elektrogitara ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2014). == Həyatı == Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində almışdır. Üç dəfə ailə həyatı qurmuşdur. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır. Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib. == Yaradıcılığı == Rəmiş Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət etmiş və başqa şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak etmişdir. Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.

Значение слова в других словарях

...ча́стный буты́лочка допра́здноваться напе́рсница одёвка перева́льный понегодова́ть размо́лвка рукоположи́ть тётушкин зажу́ливаться зы́бко подавля́ться поля́нин потусторо́нность рододе́ндрон телосложе́ние fireclay fund oil storage tank Putumayo ringtail sunshine recorder миллиард чернокудрый