Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Registr
Registr (ing. Register) — mikroprosessorun, yaxud hər hansı elektron qurğunun yüksək sürətli yaddaşının verilənləri ikilik formada yaza bilən böyük olmayan, adlandırılmış sahəsi. Registr, adətən, yalnız bir neçə bayt informasiya saxlaya bilir və proqramda AX, SP kimi adlarla göstərilir; o, xüsusi, bəzən sistemin fəaliyyəti üçün həlledici verilənləri saxlamaq üçün istifadə olunur. Adi xanadan fərqi odur ki, registr ikilik kodu saxlamaqla bərabər onu çevirməyə də imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Reliker
Relikviya – məşhur müqəddəslərin və şəhidlərin geyindikləri geyimlərin qalıqlarının, istifadə etdikləri əşyaların və əksər hallarda sümüklərdən ibarət reliklərin saxlanıldığı qutu. Relikviyaların mərmərdən və ya əhəng daşından olanlarının dam örtüyünə oxşayan bir qapağı olur və sarkofaq forumuna oxşadılaraq istehsal olunurdular. Digər materiallarla istehsal olunan relikeviyalar isə daha çox düzbucaqlı, kvadrat, oval və ya kilsə modelləri şəklində istehsal olunurdular. Əsasən sadə olan əsərlərdə bəzən bəzək materialı kimi xaçdan istifadə olunurdu.
Rejisor
Rejissor (fransızca régisseur, idarəetmə deməkdir) — tamaşa, film, estrada konsert proqramlarının, sirk səhnələrinin qoyuluşuna rəhbərlik edən şəxsdir. İlk rejissor kimi Sesil Balunt de Mill sayılır. O, ilk dəfə olaraq tamaşalara öncədən baxış keçirmiş, film ulduzlarını reklam etmiş, ən başlıcası isə o ilk dəfə olaraq çəkiliş meydançasında meqafonla görünmüşdür. Rejissorun əsas vəzifələri bunlardan ibarətdir: Əsərin müəlliflə birlikdə dramaturji cəhətdən hazırlığı Aktyorların seçilməsi Texniki avadanlığın seçilməsi, xərclərin hesablanması və istehsalın planının tutulması Səhnələr ardıcıllığı üçün çəkilişin hazırlığı Səhnələr üçün yerlərin seçilməsi Kütləvi səhnələrin və xüsusi effektlərin təyini Əsas aktyorlarla danışıqların aparılması Əsər üçün musiqi konseptinin işlənməsi Çəkilişin aparılması (işin həcminin təyini) Arxiv materiallarının seçilməsi Çəkilmiş filmin incə emalı Son variantın hazırlanması Filmin reklam edilməsində istehsalçılarla birlikdə çıxış etmək == Xarici keçidlər == Aydın Dadaşov. Rejissorluğun üslub problemləri. Bakı: "Elm və təhsil", 2010.
Reise, Reise
Reise, Reise (alm. Səyahət, səyahət‎/ing. Artım) — Rammstein qrupunun dördüncü albomudur. Çıxışdan bir müddət sonra albom platinalı olub.
Troglostrongylus brevier
Troglostrongylus brevier (lat. Troglostrongylus brevier)- dəyirmi qurdlar tipinin nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Erkəklərin bədənlərinin uzunluğu 5,2 mm, bədənin orta hissəsinin maksimal eni 0,198 mm, quyruq hissəsindəki isə 0,176 mm-dir. Bağırsaq düz olub, cinsi boru ilə paralel uzanır. Bursa yaxşı inkişaf etmişdir. Spikulalar nazik, qəhvəyi rəngdə olub, bərabərdir. Uzunluğu 0,517 mm-dir. Spikulalar bütün bədən boyu dartılmış membran ilə əhatə olunmuşdur. Hər spikulanın distal hissəsindən nazik çıxıntı çıxır. Dişilərin uzunluğu 0,428 mm, anus ətrafında maksimal eni 0,110 mm-dir.
Tele-rejisor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Tele rejisor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Carl Reiner
Karl Rayner (ing. Carl Reiner; 20 mart 1922, Bronks, Nyu-York, ABŞ — 29 iyun 2020, Beverli-Hillz, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Princeton Review
Princeton Review — Ali məktəb üçün test hazırlığı, reptitorluq və tədris materialı təklif edən, bütövlükdə kollecə qəbul xidmətləri göstərən ABŞ şirkəti. Əsasən SAT, ACT, GRE kimi beynəlxalq testlərə hazırlıq üçün tədris materialları hazırlayan şirkət bununla yanaşı, hər il ali məktəb sıralaması da dərc edir. Həmçinin tələbələrin universitetlərə qəbul olmasında da konsaltinq xidmət göstərir.
Renier Sosa
Renier Sosa (30 aprel 1972) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Renier Sosa Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Fuad Hacıyev (rejisor)
Fuad Rauf oğlu Hacıyev (22 iyul 1942 – 31 iyul 2023) — Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, təhsil işçisi və məşhur rejissor. == Həyatı == 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gediblər. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir. Qeyd edək ki, Fuad Hacıyev SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb – Fuad Raufoğlu. Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikova böyüdüb, analıq edib.
Ümumi təyinatlı registr
Ümumi təyinatlı registr - (ingiliscə general-purpose register, rusca регистр общего назначения - çoxamaclı registr, ümumi təyinatlı registr – müxtəlif məqsədli istifadə üçün nəzərdə tutulmuş registr və ya əməliyyat sistemi tərəfindən hər hansı konkret məqsəd üçün ayrılmamış registr. (registr – mikroprosessorda saxlanma yeri kimi istifadə olunan çox da böyük olmayan yüksək sürətli sxem). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Pol Revir
Pol Revir (ing. Paul Revere; 1 yanvar 1735[…], Boston, On üç koloniya – 10 may 1818[…], Boston) — ABŞ sənətkarı, gümüşçüsü, zərgəri, oymaçısı, sənayeçisi və patriotu, "Azadlıq oğulları"nın fəal üzvü. Amerika inqilabının ən məşhur qəhrəmanlarından biri. O, 8 aprel 1775-ci ildə Boston əhalisini Britaniya qoşunlarının yaxınlaşması barədə xəbərdar etmişdir. Henri Lonqfellovun "The Horse Race of Paul Revere" balladasında əbədiləşdirilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == David Hackett Fischer. Paul Revere's Ride (иллюстрированное, перепечатанное, исправленное). Oxford University Press. 1995. ISBN 9780195098310.
New Left Review
«New Left Review» («Yeni Sol baxışı») — ingilis solçu nəzəri jurnalı 1960-cı ildə təsis edilmişdir. Perri Anderson və Stüart Hollun gənc solçu jurnalı olan «Universities and Left Review» jurnalı, Britaniya Kommunist Partiyasından ayrılan Marksist tarixçilər Con Savill və Edvard Tompson «New Reasoner» jurnalı ilə birləşməsindən yaranmışdır. O, Qərb marksizminin müxtəlif versiyalarını populyarlaşdırdı: qramşizm, Frankfurt məktəbinin humanist marksizmi, Lui Altüsserin strukturalist marksizmi və s. 350-dən çox adda kitab nəşr etdirən «Verso Books» nəşriyyatı ilə əlaqəlidir. == Tarixi == === Arxa fon === İngilis Yeni Solunda bir sıra yeni jurnallar meydana çıxdı, xüsusən də 1956-cı ilin iyulunda tarixçilər Edvard Tompson və Con Savil tərəfindən yaradılan Reasoner. Üç rüblük buraxılış buraxıldı. Jurnal daha sonra The New Reasoner adlandırıldı və 1957-ci ildən 1959-cu ilə qədər on nömrəsi nəşr olundu. Dövrün digər radikal jurnalı 1957-ci ildə əsası qoyulmuş və Britaniya kommunist ənənəsinə daha az sadiq qalan Universities and Left Review idi. Bu jurnal Soyuq Müharibənin militarist ritorikasına qarşı olduğunu ifadə edən, 1956-cı il Süveyş müharibəsinə kəskin etirazını ifadə edən və Nüvə Silahsızlanması Kampaniyasını dəstəkləyərək daha çox gənclərə istiqamətlənmiş və pasifist idi. === Yaradılması === New Left Review 1960-cı ilin yanvarında New Reasoner və Universities and Left Review arasında birləşmə nəticəsində yaradılmışdır.
Riser-Larsen dənizi
Riser–Larsen dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində Şahzadə Mod Torpağı bölgəsində yerləşir. Lazarev dənizi və Kosmonavtlar dənizi ilə əhatələnmişdir. Sahəsi 1.113.300 km², böyük hissəsində dərinlik 3000 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Dəniz haqqında ilk məlumatlar F. F. Velinhauzenə məxsusdur. Bu dənizin öyrənilməsində Sovet arktik ekspedisiyası böyük rol oynamışdır. Cənub okeanın bu hissəsi məhz onlar tərəfindən 1962-ci ildə müstəqil dəniz olması təstiqlənmişdir. Sahillərində elmi stansiya yoxdur. Daxili rayinlarda isə Yaponiyaya məxsus Asuk elmi-tətqiqat stansiyası fəaliyyət göstərir. Dəniz Antarktida araşdırmaçısı olan norveçli Y. Riser-Larsenin şərəfinə adlandırılmışdır.
Annual Review of Psychology
Annual Review of Psychology – psixologiya ilə bağlı icmal məqalələri dərc edən resenziyalı akademik jurnal. İlk dəfə 1950-ci ildə nəşr olunan jurnalın ən uzun xidmət edən redaktorları Mark Rosenzweig (1969-1994) və Susan Fiske (2000-davam edir) olmuşdur. 2021-ci ilə kimi, Journal Citation Reports jurnala 2020 impakt faktorunu 24.137 olaraq verir və onu "Psixologiya (elm)" kateqoriyasında 77 jurnal başlığı arasından birinci və "Psixologiya, Multidissiplinar (Sosial Elm)" kateqoriyasında 140 başlıq arasında ikinci yeri tutur. == Tarix == 1947-ci ildə Annual Reviews nəşriyyat şirkətinin direktorlar şurası bir sıra psixoloqlardan bu sahədə son inkişafları ümumiləşdirən illik icmal məqalələri dərc edən jurnalın olmasının faydalı olub-olmadığını soruşdu.Cavablar çox müsbət idi, beləki 1947-ci ilin sentyabrında onlar Annual Review of Psychology jurnalının birinci cildinin 1950-ci ildə nəşr olunacağını elan etdilər.1940-cı illərin əvvəllərində belə bir jurnalı yaratmaq cəhdləri beynəlxalq elmi ünsiyyətə mane olan İkinci Dünya Müharibəsi ilə dayanırdı.Onun ilk redaktoru Calvin Perry Stone idi.2020-ci ildən etibarən həm çap, həm də elektron formada nəşr edilmişdir.Onun bəzi məqalələri cildin dərc olunduğu zamandan əvvəl onlayn olaraq mövcuddur.
World Register of Marine Species
Dəniz Növlərinin Ümumdünya Reyestri (ing. World Register of Marine Species) – dəniz orqanizmlərinin adlarının səlahiyyətli və hərtərəfli siyahısını təmin etmək məqsədi daşıyan taksonomik verilənlər bazasıdır. == Tarixi == DNÜR 2008-ci ildə təsis edilib və Leyden Milli Təbiət Tarixi Muzeyində Jacob van der Land (və bir neçə həmkarı) tərəfindən tərtib edilmiş Dəniz Növlərinin Avropa Reyestrindən və UNESCO-IOC-nin Dəniz Orqanizmlərinin Reyestrindən (URMO) yaranıb. .O, ilk növbədə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Belçikanın Ostend şəhərindəki Flanders Dəniz İnstitutu (FDİ) tərəfindən keçirilir. DNÜR bir sıra digər biomüxtəliflik layihələri, o cümlədən Qlobal Biomüxtəliflik İnformasiya Vasitəsi və Həyat Ensiklopediyası ilə rəsmi müqavilələr bağlayıb. 2008-ci ildə DNÜR dəniz həyatının siyahıyaalınmasının başa çatdığı 2010-cu ilə qədər bütün dəniz növlərinin müasir qeydinə sahib olacağına ümid etdiyini bildirdi. 2018-ci ilin fevral ayına olan məlumata görə, DNÜR-də 480,931 dəniz növünün adı (sinonimlər daxil olmaqla) siyahıları var, onlardan 240,633-ü etibarlı dəniz növləridir (95% yoxlanılıb). Onların məqsədi təxminən 240.000-dən çox dəniz növünün hər biri üçün siyahıya sahib olmaqdır. VLIZ eyni zamanda ümumi infrastrukturdan istifadə edərək Dəniz və Dəniz Qeyri Nəsillərinin Müvəqqəti Reyestrinə (IRMNG) ev sahibliyi edir. World Echinoidea Database 27 fevral 2015-ci ildə Qlobal Biomüxtəliflik İnformasiya Vasitəsinin siyahısına salındı, lakin sonradan rədd edildi.
Caucasian Review of International Affairs (jurnal)
Caucasian Review of International Affairs (azərb. Beynəlxalq Münasibətlərin Qafqaz İcmalı‎) — Almaniyada nəşr edilən qeyri-kommersiya akademik onlayn-jurnaldır. Jurnal 2006-cı ildən ingilis dilində nəşr olunur. Jurnalda Qafqaz və beynəlxalq münasibətlər mövzularında tədqiqatlar çap olunur.
Interim Register of Marine and Nonmarine Genera
Interim Register of Marine and Nonmarine Genera (azərb. Dəniz və Qeyri Dəniz Nəsillərinin Müvəqqəti Reyestri‎; IRMNG) — məlumatlar bazası. Zoologiyada 1758-ci ildən (bitkilər, çiçəklər və ağaclarda 1753) indiyə qədər nəşr olunmuş elmi adlardan ibarətdir. Məlumatlar bazasında 1,7 milyondan çox növ adı var. == Haqqında == Baza 2006-cı ildə Avstraliya bioloqu Toni Ris tərəfindən qurulmuşdur. O, bu və digər nailiyyətlətinə görə Ebbe Nilsen mükafatı almışdır. == İstinadlar == == Ətraflı oxu == Rees, Tony. "18.8. IRMNG—the Interim Register of Marine and Nonmarine Genera" (PDF). The Proceedings of TDWG. 2008.
Vənisər
Vənisər (az-əbcəd. ونیسر‎, fars. ونیسر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,149 nəfər yaşayır (347 ailə).
Daniel Vişer
Daniel Vişer (16 yanvar 1950, Bazel – 17 yanvar 2017, Sürix) — İsveçrəli siyasətçi. O, Yaşıllar Partiyasını təmsil edib. Vişer 2003-cü ildə Milli Şuraya üzv seçilib. 2007 və 2011-ci illərdə daha iki dəfə seçilib. Onun fəaliyyət müddəti 2015-ci ildə başa çatmışdır. Vişel Bazeldə anadan olmuşdur. Vişer hüquqşünas Frank Vişerin (1923–2015) oğlu idi. Vişer evli idi və iki övladı vardı. Vişer 17 yanvar 2017-ci ildə 67-ci yaşını qeyd etdikdən bir gün sonra Sürixdə xərçəng xəstəliyindən vəfat etmişdir.
Rəvişt-i Böyük (Bünab)
Rəvişt-i Böyük (fars. روشت بزرگ‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.616 nəfər yaşayır (642 ailə).
Rəvişt-i Kiçik (Bünab)
Rəvişt-i Kiçik (fars. روشت كوچك‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.492 nəfər yaşayır (346 ailə).