Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rezorsin
Rezorsin – Mr(C6H4(OH)2)= 110.11 (m-dioksifenol), ikiatomlufenol. Rezorsin ağ və ya zəif sarımtıl kristallik maddədir, özünəməxsus zəif iylidir. Saxlanılma qaydasına düzgün əməl edilmədikdə işığın və havanın təsirindən asan oksidləşmə nəticəsində tədricən çəhrayı-narıncı rəng alır. Suda, spirtdə, efirdə asan həll olur. Ərimə temperaturu 109–112ºC-dir. Rezorsin güclü antiseptik xassəyə malikdir. Dəri xəstəliklərində sulu və spirtli məhlullar (2–5%-li), həmçinin məlhəmlər (5–20%-li) şəklinə işlənir. Rezorsini sintez etmək üçün fenolların alınma üsullarının birindən istifadə edirlər. Məsələn, benzol m-disulfoturşunu natrium hidroksidlə 270ºC-də közərdirlər. Ərintini suda həll edib, xlorid turşusu ilə turşulandırıldıqdan sonar rezorsini üzvi həlledicilərdə (benzol, efir) ekstraksiya edirlər.
Dezertin (Alye)
Dezertin (fr. Désertines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şərqi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03098. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 4441 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2694 nəfər (15-64 yaş arasında) 1937 nəfər iqtisadi cəhətdən fəal, 757 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə bu 68.8%). 1937-ci ildə 1755 nəfər fəal işlədi (918 kişi və 837 qadın), 182 nəfər işsiz (78 kişi və 104 qadın). 757 hərəkətsiz 195 nəfər arasında şagird və ya tələbə, 339 nəfər təqaüdçü, 223 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Xəzərin hasarlanması
Xəzərin Azərbaycan sektoru
Xəzərin Azərbaycan sektoru — Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan ərazisi. 20 sentyabr 1994-cü ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında Xəzərin Azərbaycan sektorunda yerləşən neft yataqlarının birgə işlənməsi barədə sazişin bağlanması bu regiona iqtisadi marağı daha da artırmış, qısa müddət ərzində dünyanın 12 ölkəsindən 20 neft şirkəti burada aparılan işlərə cəlb edilmiş və bu Xəzər dənizinin digər sektorlarında da işlərin canlanmasına səbəb olmuşdur. Xəzər dənizinin Azərbaycan sahillərinin geomorfoloji quruluşu öz müxtəlifliyi ilə xarakterizə olunur, belə ki geoloji quruluş, tektonik rejim və hidrometeoroloji şəraitdən aslıdır və sahillərin formalaşmasında mühüm rol oynayır. Görkəmli alimlər O.K.Leontyev və A.S.Xəlilov Xəzər dənizinin qərb sahillərini üç əsas əraziyə bölür: Qərb sahilləri Terek çayı mənsəbindən Sumqayıt çayına qədər. Abşeron ərazisi Sumqayıt çayından Buta burnuna qədər. Cənubi-Qərb ərazisinin cənub hissələrinə qədər. Qərb sahilləri abrazion akkumlyativ, alçaq dağlıq relyefə malik olub, dənizdən ensiz sahə ilə ayrılır. Abşeron ərazisinin sahil zonası Xəzər dənizi sahillərinin, ən mürəkkəb quruluşa malik olanıdır. Abşeron zonası N.N.Mehdiyev tərəfindən dörd yarımrayona ayrılır bunlar: Şimali Abşeron Şimali Şərq Şah Dili Cənubi Abşeron yarımrayonu. Bu rayonlar sahillərin müasir inkişaf şəraitinə görə bir-birindən fərqlənirlər və köklü süxurlardan təşkil olunmuş akkumlyativ buxtaların abrazion burunlarla növbələşməsi ilə xarakterizə olunur.
Xəzərin sahilində (albom)
Xəzərin sahilində — Yuxu qrupunun 11 oktyabr 1993-cü ildə yayımlanmış birinci studiya albomu. Azərbaycanın ilk hard-rok albomudur. 20 sentyabr 2020-ci ildə Uzelli Müzik şirkəti tərəfindən albomun val versiyası yayımlanıb. İbrahim Emin — bass gitara, vokal (10-cu mahnıda) Cəsur Nemətov — vokal Namiq Nağdəliyev — gitara Çingiz Eyvazov — zərb alətləri İsmayıl Uzəlli (türk. İsmail Uzelli) — prodüser Yavuz Sönməz (türk.
Cənubi Xəzərin statistik parametirləri
Qocaman Xəzərin Gəncliyi (1972)
Təbliğat filmi dünyada ən böyük qapalı su hövzəsi, dünyanın ən böyük gölü olan Xəzər dənizindən, buranın bitki, balıq və heyvanat aləmindən, bu dənizin Xəzəryanı ölkələrin həyatında oynadığı əhəmiyyətli roldan söhbət açır. Film SSRİ Mərkəzi Televiziyasının (Moskva) sifarişi ilə çəkilmişdir.
Xəzərin Su Bioresursları Komissiyası
Xəzərin Su Bioresursları Komissiyası — 1992-ci ildə 4 Xəzəryanı ölkə (Azərbaycan, Rusiya Federasiyası, Qazaxıstan və Türkmənistan) tərəfindən təsis edilmiş komissiya. 2002-ci ildə İran İslam Respublikası bu komissiyaya qoşulmuşdur. Komissiyanın əsas məqsədi Xəzər dənizinin su bioresurslarından davamlı və səmərəli istifadə etmək, balıq ehtiyatlarının artırılması və mühafizəsi sahəsində xüsusi tədbirlər hazırlayıb həyata keçirməkdən ibarətdir. Bundan əlavə Komissiya Xəzərin su bioresurslarının vəziyyətinin (sayının, növünün, yayılmasının) elmi-tədqiqat ekspedisiyaları vasitəsilə öyrənilməsini təmin edir və dəniz üzrə ümumi ov kvotasını, habelə 5 Xəzəryanı ölkə arasında Milli ov kvotalarına bölünməsini müəyyənləşdirir və eyni zamanda CITES Konvensiyası Katibliyinə təsdiq üçün təqdim etmək məqsədilə nərəkimi balıqların ət və kürüsünün ixrac kvotalarının miqdarını təyin edir. Azərbaycan Respublikası 2001–2002-ci illərdə Xəzərin Su Bioresursları Komissiyasına sədrlik etmişdir. Bu müddətdə Bakı şəhərində Komissiyanın 5 iclası keçirilmişdir. 2003–2004-cü illərdə sədrlik Rusiya Federasiyasında, 2005–2006-cı illərdə isə sədrlik Qazaxıstan Respublikasında olmuşdur. 2007–2008-ci illərdə Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nümayəndə heyəti Komissiyanın Aşqabad şəhərində keçirilən iclaslarında iki dəfə iştirak etmişdir. Departamentin və onun struktur bölmələrinin fəaliyyəti üçün 2007-ci ildə 1,683982 büdcə vəsaiti ayrılmış, 2008-ci il üçün isə 1,682581 manat həcmində təsdiq edilmişdir.
Xəzərin qonaqları (film, 1970)
Film sərbəst güləş üzrə Bakıda keçirilən ən iri beynəlxalq yarış haqqındadır.
Xəzərin sahilində (musiqi albomu)
Xəzərin sahilində — Yuxu qrupunun 11 oktyabr 1993-cü ildə yayımlanmış birinci studiya albomu. Azərbaycanın ilk hard-rok albomudur. 20 sentyabr 2020-ci ildə Uzelli Müzik şirkəti tərəfindən albomun val versiyası yayımlanıb. İbrahim Emin — bass gitara, vokal (10-cu mahnıda) Cəsur Nemətov — vokal Namiq Nağdəliyev — gitara Çingiz Eyvazov — zərb alətləri İsmayıl Uzəlli (türk. İsmail Uzelli) — prodüser Yavuz Sönməz (türk.
Qocaman Xəzərin gəncliyi (film, 1972)
Təbliğat filmi dünyada ən böyük qapalı su hövzəsi, dünyanın ən böyük gölü olan Xəzər dənizindən, buranın bitki, balıq və heyvanat aləmindən, bu dənizin Xəzəryanı ölkələrin həyatında oynadığı əhəmiyyətli roldan söhbət açır. Film SSRİ Mərkəzi Televiziyasının (Moskva) sifarişi ilə çəkilmişdir.
Xəzərin polad adaları (film, 1974)
Xəzərin sərt kilometrləri (film, 1979)