Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Richea
Craspedia (lat. Craspedia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Lionel Richie
Layonel Brokmen Riçi (ing. Lionel Brockman Richie; 20 iyun 1949, Alabama, ABŞ) — amerikan müğənni, şair, prodüser və aktyor. O, 1968-ci ildən "Commodores" adlı musiqi qrupunda faəliyyət göstərirdi. Riçinin solo karyerasında "Lionel Richie" albomuyla debüt edərək böyük uğur qazanmışdır. == Erkən həyatı == Riçi, Alabama ştatının Taskigi şəhərində, Alberta R. (Foster) və Layonel Brokmen Riçinin ailəsində doğulmuşdur. Taskigi Universitetində təshil alarkən o həmçinin tennislə maraqlanmış bir çox nailiyyət əldə etmişdir. == Karyera == 60-cı illərin ortasında o, Commodores qrupunda solist olmaqla yanaşı, saksafonda da ifa edirdi.70-ci illərə kimi o müxtəlif mahnılar bəstələmişdir. 1980-ci ildə onun bəstəsi olan Kenni Rocersin oxuduğu Lady mahnısı həmin ildə hit paradlarda birinci yerə kimi yüksəlmişdir. == Diskoqrafiya == Lionel Richie (1982) Can't Slow Down (1983) Dancing on the Ceiling (1986) Louder Than Words (1996) Time (1998) Renaissance (2000) Just for You (2004) Coming Home (2006) Just Go (2009) Tuskegee (2012) == Filmoqrafiya == Scott Joplin (1977) Thank God It's Friday (1978) Running with the Night (1990) Truth or Dare (1991) The Preacher's Wife (1996) Pariah (1998) The Simpsons (epizodik) (2007) Who Do You Think You Are?
Zaedyus pichiy
Cırtdan zirehli (lat. Zaedyus pichiy) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Zaedyus cinsinin yeganə nümayəndəsidir. == Görünüşü == Bədənin uzunluğu 26 ilə 33 sm arasındadır. Bunun 10–14 sm quyruğudur. Təxminən 12 sm hündürlüyə malikdir. Qulaqları 13 mm-dir. Çəkiləri 900 qramdır. Tünd qəhvəyi zirehə və yaxşı inkişaf etmiş pənçələrə malikdir. Təhdid edildikdə zirehli balaca qabığına sıxılır.
Rich.
Lui Klod Rişar və ya Lui Klod Mari Rişar (fr. Louis Claude Richard və ya fr. Louis Claude Marie Richard, 19 sentyabr 1754 — 6 iyun 1821) — fransız botaniki. == Elmi əsərləri == Flora Borealis Americana, 1803. Analyse du Fruit, 1808. Demonstrations botaniques, Париж, 1808. De Orchideis Europaeis Annotationes, Париж, 1817. Observations on the Structure of Fruits and Seeds; en colab. con Lindley, John. 1819.
Rihey Sano
Rihey Sano (21 sentyabr 1912 - 26 mart 1992) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Frans Riçelt
Frans Riçelt (1879, Şteti[d] – 4 fevral 1912, Paris) — Avstriya doğumlu dərzi, ilk paraşütün ixtiraçısı. Bəzən özünün düzəltdiyi paraşütlə Eyfel qülləsindən tullanaraq həyatını itirdiyi üçün uçan dərzi ləqəbi ilə də yad edilir. Riçelt təyyarəçilərin təyyarələrini tərk etmək məcburiyyətində qalması halında onların sağ-salamat yerə enməsini təmin edəcək bir alət düzəltməyə çalışırdı. binanın 5-ci mərtəbəsindən kuklalar ilə testlər uğurlu olsa da sonrakı əlavələrində bəzi uğursuzluqlar oldu. Kifayət qədər hündür test platformasının olmamasını ən böyük problem hesab edən Riçelt dəfələrlə icadını Eyfel qülləsində test etmək üçün Paris polisindən icazə istəmişdi. Nəhayət 1912-ci ilin əvvəllərində icazə almasına baxmayaraq Fevralın 4-də artıq test üçün qülləyə çatanda testi kukla yerinə özü edəcəyi qərarını aldı. Dostlarının və onu izləməyə gələnlərin Riçelti qərarından daşındırmaq istəməsinə baxmayaraq o Eyfel qülləsinin ilk mərtəbəsindən tullandı. Paraşüt müvazinətini itirdi və Riçelt buz kimi yerə yapıştı. Yerə dəyərək öldüyü aşıq-aydın görünməsinə baxmayaraq Riçelti ən yaxın xəstəxanaya aparıb həkimlər tərəfindən ölü olması elan edildi. Ertəsi gün qəzetlər talehsiz ixtiraçının hekayələri ilə dolmuşdu və onun testini çəkməyə gələn jurnalistlərdən birinin onu nlentı aldığını bəyan etdilər.
Rıçal-su
Rıçal-su - xloridli-hirdokarbonatlı müalicəvi mineral süfrə suyudur. Suyun mənbəyi Cənubi Dağıstan dağlarıdır. Suyun hündürlüyü 1120 m Çnal Xiv rayonu kəndi yaxınlığındadır. Suyu 1862-ci ildən istehsal olunur. == Rıçal-su == Rıçal çayı özü mənbəyini bu sudan götürür. Çay Dağıstanın [[Xiv rayonu] rayonunun mərkəzindən keçir. Çayın eni 25-50 m, dərinliyi isə 1,75 m-dir. Çayın ətrafı meşə ilə örtülmüşdür. Suyun mənbəyində sahəsi 500 ha olan təbii qoruq mövcuddur. Burada diametri 200-250 km-də heç bir yaşayış yoxdur.
Rıçal çayı
Rıçal çayı — Mənbəyi Cənubi Dağıstan dağlarındakı Tsmur kəndində – 1120 metr hündürlükdə yerləşir. Su 1862-ci ildən axır. Bulaq sularının axıb töküldüyü Rıçal çayı (hazırkı rəsmi adından fərqli olaraq, çayın əsl adı “Rçal-vats”dır) Dağıstanın Süleyman-Stalski rayonunun təxminən mərkəzindən keçir.