Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şizoid şəxsiyyət pozuntusu
Şizoid şəxsiyyət pozuntusu — belə şəxslərin cəmiyyətdə özünü aparması, geyimləri, mimikası, jestləri və.s özünəməxsus olur. Çox danışmağı sevmirlər, mimika və jestlərlə cavab verirlər. Uşaq yaşlarından həmyaşıdları ilə əlaqədə olmurlar. Ona görə də yaş artdıqdan sonra yaxın saya biləcəkləri insanlar olmur.
Crinoid
Dəniz lalələri (lat. Crinoidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. == Haqqında == Dəniz dibinə təhkim olunmuş çətir, gövdə və köklərdən ibarət olan heyvanlar. Bədənin əsas hissəsi bir-birinə bitişən, müxtəlif saylı lövhəciklərdən təşkil olunmuş fincan (teka) içərisində yerləşir. Teka üzərində, adətən, 5 budaqlanan qol vardır. Tekanın aşağı hissəsi fincan, üst hissəsi-qolların əsasını təşkil edən disk, yaxud qapaq adlanır. Ağız dəliyi diskin ortasında, anal dəliyi mərkəzdən bir qədər kənarda, bəzən xortum üzərində yerləşir. Fincanın əsasından başlayaraq içərisindən ox kanalı keçən kalsium-karbonatlı buğumlardan təşkil olunmuş və kök şaxələri ilə substrata təhkim olunan gövdə yerəlşir. Bəzi nümayəndələrində gövdə olmur. Müasir nümayəndələri böyük dərinliklərdə məskunlaşırlar.
Rozid
Rozidlər (lat. Rosidae) — i̇kiləpəlilər sinfinə aid bitki yarımsinfi.
Rizoa
Clinopodium (lat. Clinopodium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Rikord boğazı
Rikord boğazı — Böyük Kuril adaları qurupuna daxil olan Ketoy adasının şərqini Uşişir adasının isə qərbini ayırır. Eni 26 km təşkil edir. Sakit okeanı ilə Oxot dənizini birləşdirir. Kiçik gəmilərin üzməsi təhlükəlidir. Səbəb isə boğazda güclü axınlar və su burulğanlarının olmasıdır. Boğazın tən ortasında 130 m dərinliyində sualtı Rikord vulkanı vardır. Boğaz 1811-1813-cü illərdə təşkil edilən hiroloji ekspedisiya zamanı kəşf edilir. Boğaz Admiral Petr İvanoviç Rikord tərəfindən 'Diana' gəmisində (o zaman gəmini idarə edən yükşək rütbəli zabit idi) üzərək keçilir.
Rikord burnu
Rikord burnu — İturup adasının cənub qutaracağında yerləşən burun. Uzaqdan tünd qırmızı rəngdə olması açıq şəkildə görünür. Bunun səbəbi Berutarube vulkanının sönmüş krateridən çıxan vulkan məhsullarıdır. Burun sahillərini Yekaterina boğazının suları yuyur. Boğaz İturupu Kunaşir adasından ayırır. Burun yaxınlığından, Yekaterina boğazı, Oxot dənizi və sakit okean istiqamətində hərəkət edən Soya cərəyanı keçir. Rikorda burnunda Cənubi Kuril regionunun ən böyük şimal dəniz şirlərinə aid yatağı yerləşir Burun görkəmlu rus admiralı Pyotr Rikordun şərəfinə adlandırılmışdır.
Sifoid meduzaları
Sifoidlər (lat. Scyphozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi. 200-ə yaxın növü var. Dənizdə yaşayırlar. Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.
Rişod Sobirov
Rişod Sobirov (uzb. Rishod Rashidovich Sobirov; d. 11 sentyabr 1986; Buxara, Özbəkistan) — Özbək cüdoçu, iki qat Dünya Çempionu (2010, 2011), üç qat Olimpiya üçüncüsü (2008, 2012, 2016). Sobirov 2008 Pekin, 2012 London, 2016 Rioda ölkəsini təmsil etdi. Pekində 60 kq kişilər mübarizəsində, Hollandiyalı Raben Hauks ilə bərabər bürünc medala sahib oldu. Özbək idmançının peşəkarlığı çəkiyə görə London və Rioda dəyişmədi. Sobriov Londonda 60 kq, Rioda 66 kq qarşılaşmalarında bürünc medal qazandı. Письмо от Ирины Михайловны// Контимост, г. Урумчи, КНР, 2003 г.,№ 6, с.10. Дубинина Л. Ирина Дубовицкая: «Сталинабадская симфония» — исторический роман.// Вечерний Душанбе, 2014 г., 11 сентября.
Follikulyar tiroid xərçəngi
Follikulyar xərçəng — papilyar xərçəng kimi follikulun divarlarını mənfəzdən örtən A-hüceyrələrdən inkişaf edir. Papilyar xərçəngə nisbətən bu forma az rast gəlinir (10%). Folikulyar xərçəng də yüksək differensasiyalı şişlərə aiddir.
Medulyar tiroid xərçəng
Medulyar xərçəng — qalxanabənzər vəzin yüksək differensiasiya etmiş şişidir, parafollikulyar C-hüceyrələrindən inkişaf edir. Vəzin bütün bədxassəli şişlərinin 5–10%-ni təşkil edir. 45 yaşdan sonra daha çox rast gəlir. Medulyar xərçəng hormonal aktivdur, şiş hüceyrələri müxtəlif bioloji fəal maddələr (sekretin, embrional şiş antigeni, histaminaza, somatostatin, tireoqlobulin, seratonin və s.) sekresiya edir.
Papilyar tiroid xərçəngi
Papilyar xərçəng — qalxanabənzər vəzi şişlərinin 50–72%-ni təşkil edir və qadınlar arasında kişilərə nisbətən çox rast gəlir. Proqnostik cəhətdən xoşgedişlidir. Gedişinə görə yerli, yerli-metastatik və metastatik formaları ayırd edilir. Xərçəngin bu növü boyunun sinir-damar dəstəsinin önü ilə qırtlaqönü, traxeyaönü, yuxarı, orta və aşağı vidaci limfa düyünlərinə limfogen yolla metastazlar verir.
Myth & Roid
Myth & Roid (ミス アンド ロイド) – Yaponiya musiqi qrupu. Media Factory nəşriyyatı ilə əməkdaşlıq edir. Qrup dörd nəfərdən ibarətdir: Tom-H@ck (Tom Oşima), hotaru və KIHOW. Qrup 2015-ci ildə buraxdığı "L.L.L." adlı sinql ilə debüt etmişdir. Qrupun mahnıları "Overlord", "BBK/BRNK", "Saga of Tanya the Evil" və "Re:Zero -Starting Life in Another World-" kimi animelərdə səsləndirilmişdir. Qrupun rəsmi saytına görə qrupun adı iki hissədən ibarətdir: "myth" keçmişi, "android" isə gələcəyi simvolizə edir. Qrupun fikrincə bu iki aspekt "yeni dünya"nın yaradılmasında kömək edəcək. Qrup 2015-ci ildə buraxdığı "L.L.L." ("Leashed Luminous Love") adlı sinql ilə debüt etmişdir. Bu mahnı "Overlord" animesinin bağlanış mahnısı olmuşdur. Sinql Oricon-un həftəlik çartlarında 29-cu yerə qədər yüksəlmişdir və iTunes-in Yaponiya yüklənmə reytinqlərində 3-cü yerə qədər çatmışdır. Qrupun ikinci sinqlı "Anger/Anger" 24 fevral 2016-cı ildə buraxılmışdır.