Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İran sözünün etimologiyası
İran sözü, ilk dəfə Nəqşi-Rüstəmdəki I Ərdəşirin qabartmalı yazılarında Orta farscada Ērān, Pəhləvicə ʼyrʼn sözlərindən əmələ gəlmişdir. Burada Orta Farscadakı yazılarda müşahidə edilən Parf dilindəki yazıda kral üçün ardašīr šāhān šāh aryān (Pahlavi: ... ʼryʼn) ifadəsi istifadə edilərkən, kralın Orta Farscadakı yazılardakı adı ardašīr šāhān šāh ērāndır.
Dalnı adası
Dalnı adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Sakit okean suları ilə əhatələnmişdir. Ada Şikotan adası sahilində yerləşən Dimitrov buxtasında yerləşir. Şikotan adasından 100 metr aralıda yerləşir. Bu buxtanın şimal-qərbində digər kiçik ada olan Srednı yerləşir. Adanın adı buxtada yerləşən mövqeyi ilə əlaqədardır.
Aldın payını, çağır dayını
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Aldın payını, çağır dayını (teatr tamaşası)
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Hema Malini
Hema Malini (ing. Hema Malini, tam. ஹேமமாலினி, hind. हेमा मालिनी; 16 oktyabr 1948) — Hind aktrisası, rejissor və prodüseri. Hema Malini 16 oktyabr 1948-ci ildə Mədrəsdə doğulub. Öyrədilmiş Bharat Natyam rəqqası, 1968-ci ildə Rac Kapurun "Sapnon Ka Saudagarı" ilə film ilə debüt edib. Aktrisa Zita və Gita filmində əkiz bacıları oynadığına görə "Ən yaxşı aktrisa mükafatını" aldı. Hema Malini Hindistan kinosuna töhfəsinə görə 1999-cu ildə Padma Bhushan Mükafatı ilə təltif edildi. Hal-hazırda isə Dharmendra ilə evlidir və iki qızı var.
Mordellistena dolini
Mordellistena dolini — Sərtqanadlılar dəstəsinə, Mordellistena cinsinə aid böcək növü. Azərbaycanın endemik canlısıdır. Odnosum tərəfindən 2005-ci ildə qeydə alınmışdır.
Mark Dalin
Dalin Mark (tam adı: Dalin Mark Aleksandroviç; 25 mart 1906, Bakı – 1996, Moskva) — texnika elmləri doktoru (1953), professor (1959), Azərbaycan EA-nın həqiqi üzvü (1959), Əməkdar elm xadimi (1964), SSRİ Dövlət mükafatı (2 dəfə) laureatı. Dalin Mark 25 mart 1906-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Texnoloji fakültəsini bitirmişdir. Dalin Mark 1930-cu ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu bitirdikdən sonra Elmi Tədqiqat Neft Emalı İnstitutunda işləmişdir. 1934–1960-cı illərdə SSRİ KSXK-nin nəzdində olan Azərbaycan "Sintetik kauçuk" zavodunda baş mühəndis, direktor müavini, direktor vəzifələrini icra etmişdir. 1935-ci ildən "Sintetik kauçuk" təcrübə zavodunda dünya təcrübəsində ilk dəfə olaraq qazayırıcı qurğuda soyutma yolu ilə piroliz qazlarında qatılaşdırılmış etilenin alınma prosesini həyata keçirmişdir. II Dünya müharibəsi illərində müdafiə əhəmiyyətli məhsulların alınması işində çalışmışdır. Dalin Mark 1960–1964-cü illərdə Azərbaycan SSR EA-nın Kimya elmləri bölməsinin akademik-katibi, habelə Azərbaycan Dövlət Elmi-Tədqiqat Olefinlər İnstitutunda elmi işlər üzrə direktor müavini olmuşdur. O, 1964–1987-ci illərdə aşağımolekullu olefinlərin alınması və emalı üzrə Ümumittifaq Elmi-tədqiqat Texnologiya (UİET Olefin) İnstitutunun və Təcrübə zavodunun direktoru, 1987–1996-cı illərdə UİET Olefin İnstitutunda məsləhətçi-baş elmi işçi işləmişdir. Dalin Mark 1938-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1953-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Typhlodromus dalii
Typhlodromus dalii (lat. Typhlodromus dalii) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus dalii Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Saat Qabağı
Saat Qabağı — Təbrizin ən önəmli meydanının adıdır və qədim zaman oraya Milli Məclis deyərmişlər, amma indi bələdiyyə tikintisidir.
Su qabağı
Su qabağı (lat. Lagenaria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Adenopus Benth. Sphaerosicyos Hook.f.
Abşeron qabanı
Abşeron qabanı (lat. Sus apscheronicus), həmçinin və ya Abşeron donuzu və ya Binəqədi donuzu — müasir Şərqi Cənubi Qafqaz ərazisində orta pleystosen dövründə yaşamış çöl donuzunun nəsli kəsilmiş növü. Qalıqlar Azərbaycanın Binəqədi yaşayış məntəqəsi yaxınlığında dördüncü dövr çöküntülərində aşkar edilmişdir. Bu növ qaban yeni endemik növə aiddir. Şərqi Asiya zolaqlı donuzlar (Sus vittatus) qrupu ilə çox oxşarlıqlara malik olsa da, bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Xüsusilə, bu növ olduqca böyük bullae ossae ilə seçilir. Gözyaşı sümüyünün kvadrata yaxın forması var (uzunluğun eninə nisbəti – 0,75). Abşeron çöl qabanının kəllə sümüyündə alveolun kökündə nisbi qalınlıq göstəricisi (yuxarı-aşağı diametrin ön-arxaya nisbəti) 66,6, digər çöl donuzlarının kəllələrində isə (Sus cristatus, Sus vittatus, Sus scrofa nigripes, Sus scrofa attila) 75 ilə 81,8 arasında dəyişir. Həmçinin, Abşeron qabanının Sus scrofa kəllələrindəki yuxarı köpək dişləri ilə müqayisədə yuxarı köpəyin aşağı səthində daha kəskin və daha aydın uzununa yivlər və qabırğalar vardır. Abşeron qabanının iki alt çənəsindəki dişlər qorunmamışdır.
Darçını
Darçını — Azərbaycanın milli rəqsi. Rəqs mübaliqəli aram tempdə səslənən rəqsdir. Onun qüvvətli hissəsində zərblər və vurğuların səsi aydın seçilir.
Balınc
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Diz qapağının sınıqları
Diz qapağının sınıqları — diz qapağı adətən ona düz istiqamətdə təsir edən zərbədən (yıxılma zamanı) baş verir. Nadir hallarda xarici impuls ilə provokasiya edilmiş, gözlənilmədən, cəld, sərt diz oynağında ayağın bükülməsi nəticəsində ola bilər. Diz qapağının sınıqlarında hərəkət zamanı güclənən ağrı, şişkinlik, diz qapağında aktiv hərəkətin məhdudlaşması meydana çıxır. Diz qapağında yara olduqda ona aseptik sarğı qoyulur. Sınmış sümük fraqmentlərinin öz istiqamətini dəyişməməsi məqsədilə nəqliyyat immobilizasiyası olunur. Dizi açılmış (bükülməmiş) vəziyyətdə Kramer ya improvizə edilmiş (əlaltı vasitələrdən) şina vasitəsilə fiksə edirlər. Şina arxadan daban sümüyündən başlayaraq sağrı nahiyəsinə qədər qoyulur. Diz qapağının sınıqları ilə zədələnmişlər təcili olaraq xərəkdə xəstəxananın cərrahi şöbəsinə çatdırılmalıdır. Qabırğa sümüyü; Sınıqlar; Zədə; Yara; Sarğı.
Qabaqdibi
Qabaqdibi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Qaraqınıq
Qaraqınıq (lat. Origanum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir.
Qabaqlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
Calın
Talın
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Adi su qabağı
Adi su qabağı (lat. Lagenaria siceraria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin su qabağı cinsinə aid bitki növü. Vətəni Afrikadır. Birevli, bircinsiyyətli çiçəkləri yarpaq qoltuğunda tək-tək yerləşir. Meyvəsinin uzunluğu 20—90 sm, diametri orta hesabla 20—30 sm-dir. Hər iki yarımkürənin tropik və subtropiklərində qədimdən yetişdirilir. Azərbaycanın bir çox rayonlarında meyvəsinə görə, bəzən də dekorativ bitki kimi becərilir. Cucumis bicirrha J.R.Forst. ex Guill. Cucumis lagenaria (L.) Dumort.
Azərbaycan qadını
Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir. Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkənin tarixində böyük iz qoymuşdur. Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bunun, nəticəsində Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.
Balına mahıları
Balına mahnıları — Balinakimilərin əlaqə qurmaq məqsədilə buraxdığı səslər. Mahnı sözü onunla əlaqədər işlədilir ki, bu səslər həzmliyi ilə seçilir və insanların ifa etdiyi mahnılara bənzəyir. Səsin istifadəsini aktuallaşdıran əsas səbəb suda görmənin məhtudluğu, iyin isə quruya nisbətdə daha zəif yayılmasından irəli gəlir. Belə düşünülür ki, ən qəliz mahnılar Qozbel balina və dişsiz balinaların bir necə növündə müşahidə edilir. Bu güçlü səslər əsasən nikah mövsümündə çıxarılır. Nisbətən zəif səslər isə il boyu səsləndirilir. Görünür bu səslər ya rabitə ya da naviqasiya rolunu oynayır. Dişli balinalar (Osalar belə daxil olaraq) bu səslərin exolokasiya rolunu oynayır. Dişsiz balinalarda dişin olmaması səbəbindən səslər udlaqda formalaşır. Onlarda səs tellərinin olmaması bu səslərin formalaşma mexanizmini dəqiq söyləməyə imkan vermir.
Bel balığı
Bel balığı (lat. Hucho), Qızılbalıqkimilər dəstəsindən Qızılbalıqlar fasilədindən bir balıq cinsidir. Sibir və Uzaq Şərq bölgələrin əksər göllərində və çaylarında yaşayır. Bu balıqlara ayrıca Altayın bəzi çaylarında, Monqolustanın Xövsgöl bölgəsinin şimal çaylarında rast gəlmək olar.
Buxar maşını
Buxar maşını — istilik maşını olub, istilik enerjisini qismən mexaniki enerjiyə çevirir. Tarixdə ilk buxar maşının ixtirası I əsrdə yaşamış, antik dövr mühəndisi İsgəndəriyyəli Herona məxsusudur. Onun düzəltdiyi Aeolipile adlı qurğu oyuncaq kimi tətbiq olunmuşdur. Ondan sonra Denis Papin və Tomas Savery XVII əsrin sonunda bir sıra sınaqlar aparmışlar. Ancaq ilk dəfə praktikada tətbiq oluna biləsək buxar maşını XVIII əsrin əvvəlində ingilis mühəndisi Tomas Nyukomen (ingl. Thomas Newcomen) tərəfindən hazırlanmışdır. Nyukomenin buxar maşınının işləmə prinsipi istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanır. Maşının işçi kamerası içərisində kolba yerləşdirilmiş silindrdən ibarətdir (şəkil 1). Silindrin alt tərəfində, içərisində su qaynayan çən yerləşdirilir. Çənlə silindr ventil vasitəsilə əlaqələndirilir.
Cənnət balığı
Macropodus opercularis(Cənnət balığı) – Xanıkimilər dəstəsindən balıq növü. Böcəklər, onurğasız heyvanlar və bala balıqları yeyirlər. Həbidə idi və ana vətəni: Şərqi Asiyada Çin, Koreya, Tayvan bölgələri Bəslənmə forması: Heyvanlar ilə bəslənən və bitkilər ilə bəslənən Davranış forması: Təcavüzkar olmayan . Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan. Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Üzmə Səviyyəsi: Orta – Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və quyruqları daha uzundur. Artım: Su səthində köpük yuva edərlər. Çıxarılması asandır. Hazır bir cüt ayrı bir akvariuma alınar, su səviyyəsi aşağı tutular, istilik 28 dərəcə edilər.
Cənub Balığı
Cənub Balığı (lat. Piscis Austrinus) — göyün cənub yarımkürəsində bürc.
Dalcılı (Xoy)
Dalcılı (fars. دلجلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (62 ailə).
Dağlıq dazısı
Dağlıq dazısı (lat. Hypericum montanum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. Adenosepalum montanum (L.) Fourr.
Dağınıq skleroz
Dağınıq skleroz (lat. sclerosis disseminata) — sinir sisteminin iltihabi xəstəliyi olub , baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır. Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda xəstəlik çox sürətlə irəliləyir. Klinik müayinələr göstərir ki, xəstələrin MSS-də zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Diaqnozun təsdiqlənməsi üçün yeganə bir patoqnomonik test mövcud deyil və xəstənin sağlığında çox nadir hallarda onu təsdiq edən histoloji müayinə mümkün olur. DS-nin yayılmasında coğrafi amillərlə (iqlim) yanaşı sosialiqtisadi, ekoloji və etnoqrafik amillər, xüsusən əhali tərəfindən istifadə edilən qida məhsulları da müəyyən əhəmiyyət kəsb edə bilər.
Dağınıq suincilosu
Gövdəsi 150 sm-ə qədər uzunluqda, nazik, çılpaq olan çoxillik ot bitkisidir. Yarpaqları açıq-yaşıl rənglidir, nazikdir; yarpaq ayasının uzunluğu 3–4 sm-dir, üçqat-üç hissəyə bölünmüş tükşəkilli payları vardır. Çiçəklərinin diametri 8–10 mm-dir. Çiçək saplağı yarpaqlardan uzun və ya ona bərabərdir. Ləçəkləri əksinəyumurta-şəkillidir, ağ rənglidir, demək olar ki, kasa yarpaqlarından iki dəfə uzundur. Meyvələrinin sayı 15–30 ədəddir, yuxarı hissədə bozumtul-cod tüklüdür. Aprel Aprel-İyul BQ (Quba), BQ şərq, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. Oval. Ovalıqdan yuxarı dağ qurşağına qədər.
Durna balığı
Durnabalığıkimilər (lat. Esociformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Uzunluğu 1,5 m, kütləsi 35 kq-a çatan sümüklü balıqlardır. Dəstədə 3 fəsilə var: durnabalıqlar, umbrokimilər və ya evduşkokimilər və dalliekimilər. Xəzər hövzəsində, o sıradan Azərbaycanın su hövzələrində durnabalığlar fəsiləsinin nümayəndələri yaşayır.
Eniqma maşını
Eniqma maşınları — kommersiya, diplomatik və hərbi rabitəni qorumaq üçün XX əsrin əvvəllərindən ortalarına qədər istifadə olunmuş və inkişaf etdirilmiş elektromexaniki rotor şifrələyici maşınlar seriyası. Eniqma birinci dünya müharibəsinin sonunda Alman mühəndisi Artur Şerbius tərəfindən kəşf edilib. İlk yaradılmış modellər 1920-ci illərin əvvəllərindən kommersiya baxımından istifadə olunurdu. Bu maşın ikinci dünya müharibəsindən əvvəl və müharibə zamanı bir çox ölkələrin xüsusilə də Faşist Almaniyasının hərbi və dövlət xidmətləri tərəfindən istifadə olunmağa başlayıb. Bir neçə müxtəlif Eniqma modelləri istehsal olunub, ancaq Alman hərbi modelləri daha çox tanınırdı. Lakin, Yaponiya və İtaliya modelləri də istifadə olunmuşdur. Eniqma maşınında şifrələnmiş Alman hərbisinin məlumatları ilk dəfə 1932-ci ilin dekabrında Polşa Şifrə Bürosu tərəfindən sındırılıb. Bu Polşa hərbi kəşfiyyatı üçün çalışan Marian Reevskiy, Eji Rojiskiy və Henrix Zıqalskiy adlı üç Polşalı kriptoqrafın işlərinin nəticəsi idi. Reevskiy Fransız hərbi kəşfiyyatının maddi təchizatı və nəzəri riyaziyyatdan istifadə edərək, qurğu üzrə əks mühəndis idi. Sonralar bu üç riyaziyyatçı Eniqma şifrələrinin, o cümlədən kriplocik bombanın sındırılması üçün mexaniki qurğular işləyib hazırladı.
Adi qaraqınıq
Adi qaraqınıq (lat. Origanum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. Dalamzkimilər fəsiləsinin Qaraot cinsindən olan çoxillik ot bitkisidir. Bitki tam olaraq qısa tüklüdür, kökü sürünəndir. Gövdəsi 30-60 sm hündürlükdə, dördkünc, budaqlıdır. Yarpaqları qarşılıqlı, qısa saplaqlı, uzunsov, yumurtavaridir. Xırda, çəhrayitəhər çiçəkləri gövdəsinin və budaqlarının uclarında sıx salxım şəklində formalaşmışdır. Meyvəsi dörd xırda qozcuqdan ibarətdir. Otun iyi ətirli, dadı acı ədviyyəli, azacıq büzüşdürücüdür. İyun-avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında meyvə verir.
Ecanan Şabadini
Şabadin (hal-hazırkı adı: Eğek və yaxud Yeğek erm. Եղեգ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzi inzibati-ərazi vahidi tərkibində yerləşən kənd. Tarixən Ecanan Şabadini adı ilə də tanınan kənd 1988-ci ilin noyabr ayına kimi azərbaycanlılar yaşayan kənd olub. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidi tərkibində olmuş kənd Qafan şəhərindən 13 km şimal-şərqdə, Qafan-Gorus yolunun sol tərəfində, meşəlik ərazidə yerləşir. Qafan ərazisində tarixən iki Şabadin kəndi olub: Oxçu Şabadini və Ecanan Şabadini. 1886-cı il kameral siyahıyaalınmasına əsasən Yelizavetpol quberniyası, Zəngəzur qəzasının III şöbəsinin Arçevanik kənd icması tərkibinə daxil olan Şabadin-Eqink (rus. Шабадин-Егинкъ) kimi göstərilən Ecanan Şabadini kəndində 48 evdə şiə etiqadlı Azərbaycan tatarlarından ibarət 261 nəfər (147 nəfəri kişi, 114 nəfəri qadın) əhali yaşayırdı. 1988-ci ilə kimi azərbaycanlılar yaşayan kənddə hal-hazırda ermənilər yaşayır. Çox güman ki, bu kənd Oxçu Şabadinindən köçən insanlar tərəfindən salınmışdır. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı olmuşdurş.
Qaragüni (Heris)
Qaragüni (fars. قره گوني‎) və ya Qaragüney - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (9 ailə).
Qaragüni (Xudafərin)
Qaragüni (fars. قره گوني‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (13 ailə).
Oxçu Şabadini
Oxçu Şabadini — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 4 km şimalda, Oxçuçayın sahilində yerləşirdi. Toponim türkmənşəli "oxçu" etnonimi ilə, türk dilində "uçurum, yamac, dağın döşü", "iki dağarası çökəklikdə yüksəklik" mənasında işlənən "çap" (→şab) sözündən və monqol dilində "maldar köçərinin təsərrüfatı" mənasında işlənən "adin" sözündən əmələ gəlmişdir. Kənddə 1831-ci ildə 65 nəfər, 1873-cü ildə 371 nəfər, 1886-cı ildə 582 nəfər, 1897-ci ildə 433 nəfər, 1904-cü ildə 789 nəfər, 1914-cü ildə 516 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Şəhər qaçqını
Şəhər qaçqını — şəxsin qaçdığı ölkədə və ya ərazidəki qaçqın düşərgəsində deyil, şəhər ərazisində məskunlaşmaq qərarına gələn və ya bunu məcburi şəkildə edən olan qaçqın. Dünyanın qaçqın əhalisinin 60%-dən çoxu və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) mandatı altında olan məcburi köçkünlərin 80%-i şəhər mühitində yaşayır. 2009-cu ildə onların sayı təxminən 5,5 milyon nəfər idi. "Şəhər qaçqını" Qaçqınların Statusuna dair BMT Konvensiyasında tanınmış hüquqi termin deyil. Bununla belə, BMT QAK 2009-cu ildə "Qaçqınların Müdafiəsi və Şəhər Ərazilərində Həll Yolları üzrə Siyasət" qəbul etmişdir. Təxminən 2017-ci ildən bəri BMT QAK şəhər qaçqınlarını qaçqın düşərgələrində yaşayan qaçqınlar əvəzinə onları məskunlaşmaq üçün prioritetləşdirir. Məsələn, Keniyada məskunlaşma yerləri üçün Kakuma və ya Dadaab qaçqın düşərgəsində yaşayan qaçqınlara yox, yalnız Nayrobidə yaşayan qaçqınlar təqdim olunur. Bununla belə, Keniyanın dövlət səviyyəsindəki qaçqın siyasəti bütün qaçqınların düşərgələrdə yaşamasını tələb edir, baxmayaraq ki, bu tələb ciddi şəkildə yerinə yetirilmir.
Avl Qabini
Avl Qabini (lat. Aulus Gabinius; e. ə. II əsr, Qədim Roma – e.ə. 47, Salona[d]) — Roma Respublikasının siyasətçisi və sərkərdəsi. O, əsasən Pompeyin himayəsi sayəsində eramızdan əvvəl e.ə. 58-ci ildə konsulluqla başa çatan mühüm bir karyeraya sahib idi. Onun adı daha çox e.ə. 67-ci ildə pleblərin tribunası kimi qəbul edilən "lex Gabinia" ilə əlaqələndirilir. Bu qanun Pompeyə Aralıq dənizində quldurlarla mübarizə aparmaq üçün fövqəladə komandanlıq vermişdir.
Oyunun ustası
Oyunun ustası (ing. Master of the Game) — Sidni Şeldonun 1982-ci ildə yazdığı romandır. Əsər bir çox dünya dillərinə tərcümə olunmuş və bir neçə dəfə nəşr edilmişdir. 1984-cü ildə bu əsərin əsasında CBS studiyası tərəfindən mini-serial çəkilmişdir. Əsər Triller janrında yazılmışdır.
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Dalida
Dalida (fr. Dalida, ərəb. داليدا‎; əsl adı İolanda Kristina Cilyotti, it. Iolanda Cristina Gigliotti; 17 yanvar 1933 – 3 may 1987) — İtaliya əsilli, Misirdə doğulan fransız müğənnisi. Milliyyətcə italyan olsa da, Misirdə doğulub-böyümüş, həyatının böyük bir hissəsini isə Fransada keçirmişdir. 800-ə yaxın mahnısını fransız dilində, 200-ə yaxın mahnısını doğma italyan dilində, 200-ə yaxın mahnısını isə digər 8 dildə — alman, ərəb, ingilis, ispan, yapon, ivrit, yunan, flamand dillərində ifa edib. Dalidanın bütün dünyada 130 milyondan çox səs yazısı satılıb. İolandanın işsiz babası Cüzeppe Cilyotti XX əsrin əvvəlində iş tapmaq üçün İtaliyadan Qahirəyə köçür. Ona görə ki, Misir Kalabriyaya yaxın idi və yollar ucuz başa gəlirdi. Cüzeppe dərzilik edir, paltarlarını satırdı.
Daləki
Daləki— İranın Buşehr ostanının Dəştistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,861 nəfər və 1,637 ailədən ibarət idi.
Darlinq
Darlinq (ing. Darling) — Avstraliyanın cənub-şərqindən axan çay, Murrey çayının sağ qolunu təşkil edir. Uzunluğuna görə Avstraliyanın ikinci çayıdır. Yuxarı axarlarda Kalqoa çayı ilə birləşənə qədər Dumerik, Makintayr və Bauron adlanır. Başlanğıcını Nyu-İnqlend silsiləsindən Bourk şəhəri yaxınlığından götürür. Çayın uzunluğu 2740 km təşkil edir. Hövzəsinin sahəsi 710000 km²-dir. Əsasən yağış və yer altı suları ilə qidalanır. Səviyəsi 6–8 m arasında dəyişir. Quraq illərdə aşağı axarları quruyur.