Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sufrilik
Sufrilik — xariciliyin təriqətlərindən biridir. Digər təriqət və məzhəblərdən fərqli olaraq, sufrilər dinsizlərin və xaricilərin təşkil etdiyi üsyanlarda fəal iştirak etməyən şəxslərin və onların ailə üzvlərinin qətlə yetirilməsinin əleyhinə çıxırdılar. Hər bölgənin öz imamı olmasını qəbul edən sufrilər Xilafətə qarşı mübarizə aparan, özünəməxsus ehkam və ayin, habelə siyasi tələblər ilə çıxış edən qüvvəyə çevrilmişdilər.
Xələf bəy Süfrəçi
Xələf bəy Süfrəçi (?-1638)—I Şah Abbas Səfəvinin süfrəçibaşısı, Qızılbaş sərkərdəsi, qurucu. == Həyatı == Xələf bəy I Şah Abbas Səfəvinin süfrəçibaşısı, həm də Qızılbaş sərkərdəsi idi. Bir çox döyüşlərdə iştirak etmişdi. O, əslən Arazbardan olub, Qaracadağ sufilərindən idi. Gənc yaşında Fərhad xan Qaramanlının mülazimi olmuş, bacarıq və qabiliyyətinə görə süfrəçibaşı məqamına yüksəlmiş, əsgəri təşkilatda çərxçibaşı kimi məsul hərbi vəzifədə də olmuşdu.Xələf bəy Süfrəçi 1622-ci ildə I Şah Abbasın Qəndəhar səfərinə qatılmışdı.Məhəmməd Məsumun məlumatına əsasən, türklər ciddi müqavimət göstərdiyinə görə mühasirə uzanmış və Səfəvi ordusu İrəvan altında dörd ay dayandıqdan sonra I Şah Səfi ramazan ayının 25-də (5 mart 1636) qalaya hücum əmrini vermişdi. Orduya yeni komandan təyin edilmiş Xələf bəy üç gün davam edən ağır döyüşdən sonra şəhərə əsas ordunun yolunu aça bilmişdi.1636-cı ildə İrəvanın fəthindən sonra Xələf bəy süfrəçibaşı Hillə qalasına yol çəkmək üçün göndərildi. Burada yol çəkilişində bir çox evlər plana düşüb sökülmüş və əhaliyə məxsus xeyli xurma ağacı kəsilmiş, nəticədə ev və bağ sahiblərinə külli miqdarda ziyan dəymişdi. Təxminən ev və xurma ağacı sahiblərinə 4300 tümən zərər dəymişdi. Şahın göstərişi ilə ev və bağ sahiblərinə dəymiş zərər tam ödənildi. İsfahandan Şah Səfinin ordusu Bağdada yola düşür.
Sufilik
Təsəvvüf (ərəbcə: تصوف) və ya Sufilik (ərəbcə: صوفية) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır. == Mənbəyi == Sufilərin mənəvi inkişaf yolu Məhəmməd peyğəmbər, onun əhli-beyti və ilk səhabələrinin örnəyinə uyğun olmalıdır. Buna görə də, digər İslam elmlərində olduğu kimi sufiliyin qaynağı da Quran və hədislərdir.