Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güllük
Güllük — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == •Kəndin əhalisin 64%-i Azərbaycanlılardır. 24%-i qaraçı, 12%-i isə saxur mənşəlidir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 672 təsərrüfatda hər iki cinsdən toplam 2.431 nəfər əhali yaşayır. •Kənddə 6 tabun (məhəllə) vardır və hər bir tabun orada yaşayan əsas aparıcı nəslin adı ilə adlanır: Oba tabun, nemeslər tabun,qaraşıxlar tabun, daşlı tabun,pakuliy tabun-(əhalisini saxurlar təşkil edir). == Toponəmikası == Güləük oyk., sadə. Qax r-nunun eyniadlı i.ə.və-də kəd. Alazan Əyrılıay çökəkliyinn. dəDağıstanın Saxu kənıdindən köçüb gəlmiş ailələrin Güllük adlanən yerdə məskunlaəması nəticğsində yaranməşdır. Toponılmışgüıl, çiçək olan ərazi" mənasındadır.
Güllük bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Küllük (İğdır)
Küllük — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 15 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Tarixi == Kənd əhalisi 1915-ci il hadisələrində erməni daşnaqlarının zülmündən qaçmaq məcburiyyətində qalır. Onlar Xoy, Van və Ağrı bölgələrinə köç etmişlər. Cümhuriyətin elanından sonraki dönemde geri dönüş başlamışdır. == Coğrafiya == İğdırdan 15 km uzaqlıqdadır. Kəndin şərqində Yaycı, Hakmehmet ve Quzugüdən, qərbində Çalpala, cənubunda isə Yuxarıçarıqçı, şimalında Bayraqtutan kəndləri yerləşir. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. == Təsərrüfat == Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir.
Küllük yaşayış yeri
Küllüklər yаşаyış yеri — Şərur rаyоnunun Kоsаcаn kəndindən şərqdə, hаzırdа mövcud оlаn su kаnаlının аlt tərəfində yеrləşir. Yаşаyış yеrinin sаhəsi düzənlik оlduğu üçün əkin sаhəsinə çеvrilmişdir. Hаzırdа аbidənin ərаzisində kül qаlıqlarına, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа pаrçаlаrınа rаstlаnır. Yаşаyış yеrinin ərаzisində аz miqdаrdа bişmiş kərpic pаrçаlаrı dа vardır. Аşkаr оlunаn аrхеоlоji mаtеriаllаr Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrləri üçün хаrаktеrikdir. Аrхеоlоji tаpıntılаrа əsаsən yаşаyış yеrini XV-XVIII əsrlərə аid еtmək оlаr.
Rüblük maliyyə hesabatı
Rüblük maliyyə hesabatı — səhmli kağızların emitenti tərəfindən fəaliyyəti barədə məlumatların məcburi şəkildə açıqlanması. Məcburi hesabat tətbiq edilməzdən əvvəl investorlar qiymətli kağızları aldıqları emitentlərin şəffaf olmaması ilə qarşılaşdılar. 1990-cı illərin ortalarında xəbər agentlikləri, emitentlərin maliyyə hesabatlarının bir təşkilat üçün 50-100 dollardan satılması ilə məşğul idilər. Bundan əlavə, qeyri-rəsmi olaraq paylanmış hesabatlar etibarsız ola bilər. Bir çox şirkət bir neçə seçim hazırlamışdır: daxili istifadə üçün, vergi orqanı və digər maraqlı tərəflər üçün. Məcburi ictimaiyyətə açıqlama tətbiqi ədalətsiz hesabat satış tətbiqetmələrini dayandırdı. Emitentlərdən mənfəət və zərər hesabatları və balans hesabatları daxil olmaqla rüblük hesabatlar hazırlamaq və dərc etmək tələb olunur. Beləliklə, məlumatların vaxtında açıqlanması riskləri minimuma endirir və investorların hüquqlarının qorunmasına yönəlib. "Qiymətli kağızlar bazarı haqqında" Federal Qanun, səhmdar qiymətli kağızlar emitentinin bir neçə formada məlumatları açıq şəkildə təqdim etməsini tələb edir: emitentin rüblük hesabatı (rüblük hesabat); emitentin konsolidə edilmiş maliyyə hesabatları; maddi fəaliyyət faktlarına dair mesajlar. Qanuni tələb, xəbər agentliklərinin xəbər lentində yayımlandıqdan bir gün sonra mümkün olan bir neçə səbəbdən biri ilə qüvvəyə minir: qiymətli kağızlar buraxılışının etibarsız və ya etibarsız sayılması barədə qərarın qəbul edilməsi (qüvvəyə minməsi), prospektin qeydiyyatının etibarsız sayılması barədə qərarın qəbul edilməsi, Rusiya Bankının emitentin məlumatları açıqlama öhdəliyindən azad etməsi barədə qərarı ilə prospektin qeyd edildiyi buraxılışa dair bütün qiymətli kağızların geri alınması.
Güllük kənd məscidi
Güllük kənd məscidi və ya Güllük Cümə məscidi — 1727-ci ilə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Qax rayonunun Güllük kəndində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Güllük kənd məscidi 1727-ci ildə Azərbaycanın Qax rayonunun Güllük kəndində yerli əhalinin dəstəyi ilə tikilib. Məscidin fasadında inşa edildiyi tarixlə bağlı məlumat verən kitabə mövcuddur. Kitabədə məscidin hicri təqvimlə 1139-cu ildə Əl-Cınıği tərəfindən inşa edildiyi qeyd olunub. Bir neçə dəfə dağılan məscid dəfələrlə bərpa olunub. Son dəfə XIX əsrdə ilisulu usta Məhəmməd Eldaroğlu tərəfindən bərpa edilib. Məscidin dam örtüyünün alınması üçün Hacı Zeynalabdin Tağıyev maddi dəstək olub. Məscidin həyətyanı sahəsində bir neçə qəbir və türbə də mövcuddur.
Güllük Dağı Milli Parkı
Güllük Dağı Milli Parkı və ya Termessos Milli Parkı — Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunda yerləşən milli park. 1970-ci ildə açılmışdır və sahəsi 6.702 ha-dır. == Haqqında == Milli park arxeoloji, botanik, geoloji və geormorfoloji quruluşa malikdir. Güllük dağının (Solimos dağı) yamaclarında Anadolunun yerli xalqı olan solimlər tərəfindən qurulmuş Termessos antik şəhərinin qalıqları yerləşir. Şəhərin yaxınlığında dərin vadilər və təpələr vardır. Termessos antik şəhərinin qalıqları yaxşı mühafizə edilmişdir. Güllük dağının cənub-qərbində 1150 m yüksəklikdə salınmışdır. Ən yaxşı qorunmuş qalıqlar ellinist dövrünə aid məzarlardır. Digər əsərlər Roma dövrünə aiddir. Qüllələr, səddlər, aqora, kral yolu, teatr, su anbarları, məzarlar ən əhəmiyyətli əsərlərdir.
Şulbus
Suluk
Toponimlər
Seyri-süluk
Seyri-süluk — ərəb sözü olub mənası gəzmək deməkdir. Təsəvvüfdə isə cəhalətdən elmə, əxlaqi-zəmimdən əxlaqi-həmidəyə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkətdir. Süluk lüğətdə girmək və getmək, təriqət əhlinə görə isə saliki vüsala hazırlayan əxlaq tərbiyəsidir. İfadə etdikləri mənalar baxımından bir-birinə çox yaxın olan bu iki termin təriqətə girən şəxsin bütün mənəvi dərəcələri tamamlayanadək keçdiyi səyahətə verilən addır. Seyrin əvvəli süluk, sonu vüsaldır.
Suluk (Suriya)
Süluk (ərəb. سلوك‎‎) — Suriyanın Ər-Rəqqə mühafəzəsinin Təll-Abyad rayonuna daxil olan qəsəbə. Süluk Suriyanın Türkiyə ilə olan sərhədinə çox yaxındır. Süluk 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. YPG bu zaman qəsəbə sakinlərinə qəddarlıq etmək, yaxınlıqlardakı kəndləri məhv etmək və yerli ərəblərə etnik təmizləmə tətbiq etmək ilə təqsirkar bilinmişdir. Buna baxmayaraq, YPG bu iddiaları yalanlamışdır. 27 fevral 2016-cı il tarixində İraq Şam İslam Dövlətinin döyüşçüləri Süluk qəsəbəsinə, Hamam ət-Türkman kəndinə və Təll-Abyad qəsəbəsinə hücum etmişdir. Buna hücumün nəticəsində YPG qüvvələri Süluk və Hamam ət-Türkmanı tərk etmişdir. YPG qüvvələri çox keçməmiş hücumçuları mühasirəyə almış və yaşayış məntəqələrini 3 mart 2016-cı il tarixində tamamilə ələ keçirmişdir. Hamam ət-Türkmanda yaşayan 15 sakin "İŞİD ilə əməkdaşlıq etməkdən imtina etmək və daha əvvəl YPG-yə yardım etmək" ilə təqsirkar bilinərək İŞİD döyüçüləri tərəfindən edam edilmişdir.
Suluk xan
Suluk xan (çin. 蘇祿; VII əsr – 738, Suyab) — Türgiş sərkərdəsi və hökmdarı. Ərəb mənbələrində adı Suzegen kimi də keçir. Suluk xan hərbi fəaliyyətinə sərkərdə kimi başlamışdı. Çjen xaqanın sərkərdəsi olmuş, lakin onun 711-ci ildə göytürklərin və Qapağan xaqanın hücumuna məruz qalması və məğlub olması nəticəsində Türgiş tayfalarının başçısına çevrilmişdir. Çox keçmədən elə 715-ci ildə Suluk xan Türgiş tayfalarının xaqanı elan olundu. Hakimiyyəti Göytürklər və Çinlilər tərəfindən təhdid olunurdu. Buna görə də Suluk xaqan çox gecikmədən Bilgə xaqanın qızı ilə evləndi, bacısı isə Bilgə xaqanın oğlu ilə evləndirilmişdi. Bundan əlavə Tibetlə də ittifaq qurulmuşdu, Suluk xaqan 734-cü ildə Tibet imperatoru Tride Tsüqsanın qızı şahzadə Drönmalon ilə evlənmişdi. Çinlilərlə mübarizə aparmaq üçün isə 727-ci ildə Çin vassalı Kuçanı mühasirəyə almışdı.
Şullu Çırqal-ool Sat
Şullu Çırqal-ool Sat (tuvaca: Шулуу Чыргал-оол Сат, 15 sentyabr 1926, Uluğhem[d] – 18 may 1992) – Tuvanın Uluğhem kojuununa bağlı Çaa-Höl beldesinin Kaşpal kəndində anadan olan tuvalı elm xadimi, ilk tuvalı professor, filoloq və yazıçı. Tuva Dövlət Universitetinin Tuva dili və ədəbiyyatı fakültəsinin qurucusu və ilk dekanıdır. 15 sentyabr 1926-cı ildə Tuvanın Uluğhem kojuununa bağlı Çaa-öl beldesinin Kaşpal kəndində anadan olmuşdur. Uşaqlığı Ürbün, Kaşöal, Doozunnug, Adannıg-Art, Çinge deyilən yerlərdə keçmişdir. Çaa-Hölün yay məktəbində təhsil almağa başlamışdır. Çaa-Höl məktəbindən sonra Şagaan-Arlq məktəbinı keçmişdir. 1947-ci ildə Qızıl şəhərindəki Lenin adına məktəbi bitirmişdir. Satın təhsil həyatı Leninqrad Dövlət Universiteti Şərqşünaslıq fakültəsində davam etmişdir. Universiteti bitirdikdən sonra Kaa-Hem kojuunun Sarıg-Sep orta məktəbində Tuva dili və vətən ədəbiyyatı müəllimi təyin edilmişdir. Bundan sonra elmi fəaliyyətini Tuva dili və ədəbiyyatı tarixi üzrə cəmləmişdir.