Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Similan adası
Similan adası-(tay เกาะสิมิลัน) — Andaman dənizinin adası. İnzabiti cəhətdən Pxanqnqa əyalətinə daxildir ki, elə o əyalətin 70 km qərbində yerləşir. Yavi dilindən tərcümədə "doqquz" mənasını verir. Belə ki, burada olan adaların sayına görə adlandırılır. == Adaları == Cənubdan şimala adaların siyahısı: Huyonq (เกาะหูยง/Koh Hu Yong); Payanq (เกาะปายัง/Koh Payang); Payan (เกาะปาหยัน/Koh Payan); Mianq (เกาะเมียง/Koh Miang); Ха (เกาะห้า/Koh Haa); Paya (เกาะปายู/Koh Payu); Xin-Pusar (เกาะหินปูซาร์/Koh Hin Pusar); Similan (เกาะสิมิลัน/Koh Similan); Banqu (เกาะบางู/Koh Ba Ngu), Bon (เกาะบอน/Koh Bon), Taçay (เกาะตาชัย/Koh Tachai). == Coğrafiyası == Adanın sahəsi- 140 кm²-dir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən-244 m yüksəklikdədir. İllik yağıntıların miqdarı isə 3560 mm-dir. 2004-cü ildə baş verən sunamidə bu adalar çox zərər çəkmişdir. == Turizm == Adalarda və ətraf sularda toxunulmayan təbiətə rast gəlinir.
Fraktal sıxılma
Fraktal, müxtəlif miqyaslı və ölçülü oxşar forma və rəsmlərdə təşkil olunmuş strukturdur. İlk dəfə olaraq bu termini Benua Mandelbrot, bir çox strukturlarda rast gəldiyi təkrar olunan rəsmləri təsvir etmək üçün işlətmişdir. O, müəyyən etdi ki, fraktalları riyazi təsvir etmək mümkündür və onları çox sadə alqoritmlərlə yaratmaq olar. Əgər hər hansı bir döşəməyə nəzər salsaq, orada çoxlu sayda oxşar, təkrar olunan fraqmentlərə rast gəlmək olar. Bu halda, döşəmənin səthinin necə olması heç bir əhəmiyyət kəsb etmir. Döşəmənin parketdən, betondan olmasından, xalçayla döşənməsindən və s. asılı olmayaraq, şəkillər ən kiçikdən tutmuş, lap böyüyə qədər təkrarlanacaq. Əgər döşəmənin səthinin bir hissəsinin üzünü köçürsək, demək olar ki, eynilə bu hissədən döşəmənin başqa yerində də tapmaq olar. Bundan başqa, əgər bir hissənin ölçülərini dəyişsək, firlatsaq və ya güzgü əksini alsaq, onda oxşar hissələrin sayı daha da çox olacaq. Onda bütün oxşar sahələri və kopyanın üzərində aparılmış bütün (riyazi) çevirmələri saymaq olar.
Yıxılqan (Maku)
Yıxılqan (fars. يخلقان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (27 ailə).
Uzunmüddətli sıxılma sindromu
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. == Tarixi == Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). == Kliniki əlamətləri == Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). == Yaranma səbəbəi == Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. == Uzunmüddətli sıxılma sindromu dövrə ayrılır == Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Qırılan çiçəklər (film,1919)
Qırılan çiçəklər — 1936-ci il istehsalı İngilis dram filmidir. John Brahm'ın rejissorluğu ilə və Emlyn Williams, Artur Margetson, Basil Radford və Edith Sharpe'nin rolları ilə çəkilib. Bernard Vorhaus həm rejissor həm də texniki nəzarətçi idi.
Qırılan çiçəklər (film, 1936)
Qırılan çiçəklər — 1936-ci il istehsalı İngilis dram filmidir. John Brahm'ın rejissorluğu ilə və Emlyn Williams, Artur Margetson, Basil Radford və Edith Sharpe'nin rolları ilə çəkilib. Bernard Vorhaus həm rejissor həm də texniki nəzarətçi idi.
Ən çox satılan kitablar
Bu siyahıda bu günə kimi ən çox tirajlarla satılan kitablar yer almışdır. Bu siyahıda komikslər və dərslik kitabları yer almayıblar. Bibliya, Quran çox güman ki, ən çox yayılmış kitablardır. Amma bu kitabların nüsxələrinin sayını dəqiq bilmək mümkün olmadığından, onlar bu siyahıya daxil edilməyiblər. Siyahıdan eləcə də bəzi siyasi kitablar çıxarılıblar. Məsələn Adolf Hitlerin və Mao Tszedunun yazdıqları kitablar: "Üç muşketyor", "Pinokyo", "Alisa möcüzələr ölkəsində", "Don Kixot" kimi əsərlər də hansı tirajla satıldıqları məlum olmadığı üçün siyahıda yoxdurlar. Harri Potterin 7 kitabının isə hər birinin ayrı ayrılıqda satış tirajı bilinmədiyindən siyahıda hamısı bir seriya kitab kimi yer alıblar. Həmçinin bax: Biznes Kitabları ilə özünü inkişaf etdir. == Ən çox satılan bir cildlik kitablar == === 100 milyon nüsxədən çox === === 50–100 milyon nüsxə === === 30–50 milyon nüsxə === === 20–30 milyon nüsxə === === 10–20 milyon nüsxə === === Satış tirajı məlum deyil === Qeyd: Bu kitabların satış tirajları məlum deyil, amma ən azı 10 milyon dənə nüsxələri olduğu sübut olunduğundan bu siyahıda yer alırlar.
Similaun
Similaun 3599 m hündürlüyə malik, buzla örtülmüş Avstriya (Tirol) ilə İtaliya (Cənubi Tirol) sərhəddində yerləşən Alp silsiləsinə aid dağ. Dağa ilk turist marşurutu 1834 cü ildə olmuşdur. Məhz bu dağda Ötzi mumiyası tapılmışdır.
Sisian
Sisian və ya Qarakilsə — Ermənistan Respublikası ərazisində şəhər. Sisian rayonunun mərkəzi. == Tarixi == Qarakilsə şəhərindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. Qarakilsə İndiki Sisyan rayonun mərkəzi, şəhərtipli qəsəbəsidir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı ərazidəki albanlara məxsus qara rəngli kilsənin adı əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 02.03.1940-cı il fərmanı ilə adı dəyişdirilərək Sisavan, sonradan Sisyan adlandırılmışdır. == Əhalisi == Ermənilərlə yanaşı burada 1831-ci ildə 63 nəfər, 1873 - cü ildə 197 nəfər, 1886-cı ildə 297 nəfər, 1897-ci ildə 481 nəfər, 1914 - cü ildə 866 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünün qurbanı olmuşdur.
Şırlan
Şırlan — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Şırlan kəndi Çaykənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şırlan kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şırlan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Şırlan kəndi yaşayış məntəqəsi kimi xəlfəli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd öz adını yaxınlıqdakı Şırlan adlı şəlalənin adından almışdır. Şırlan hündür yerdən tökülən çay, şəlalə, şırşır deməkdir. == Tarixi == Şırlan kəndi fransız, ingilis, rus, fars, ərəb və digər səyyahların marağına səbəb olub. Məşhur türk sərkərdələri Ənvər Paşa, Nuru Paşa bu kənddə qonaq olublar.
Şıxlar
Azərbaycanda Şıxlar (Göyçay) — Göyçay rayonunda kənd. Şıxlar (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Şıxlar (Qax) — Qax rayonunda kənd. Şıxlar (Qaradağ) — Qaradağ rayonunda kənd. Şıxlar (Masallı) — Masallı rayonunda kənd. Şıxlar (Sabirabad) — Sabirabad rayonunda kənd. Şıxlar (Yardımlı) — Yardımlı rayonunda kənd. Şıxlar (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Şıxlar (Xaçmaz) — Xaçmaz rayonunda kənd. Şıxlar (Ağdam) — Ağdam rayonunda kənd.
Ən çox satılan kitabların siyahısı
Bu siyahıda bu günə kimi ən çox tirajlarla satılan kitablar yer almışdır. Bu siyahıda komikslər və dərslik kitabları yer almayıblar. Bibliya, Quran çox güman ki, ən çox yayılmış kitablardır. Amma bu kitabların nüsxələrinin sayını dəqiq bilmək mümkün olmadığından, onlar bu siyahıya daxil edilməyiblər. Siyahıdan eləcə də bəzi siyasi kitablar çıxarılıblar. Məsələn Adolf Hitlerin və Mao Tszedunun yazdıqları kitablar: "Üç muşketyor", "Pinokyo", "Alisa möcüzələr ölkəsində", "Don Kixot" kimi əsərlər də hansı tirajla satıldıqları məlum olmadığı üçün siyahıda yoxdurlar. Harri Potterin 7 kitabının isə hər birinin ayrı ayrılıqda satış tirajı bilinmədiyindən siyahıda hamısı bir seriya kitab kimi yer alıblar. Həmçinin bax: Biznes Kitabları ilə özünü inkişaf etdir. == Ən çox satılan bir cildlik kitablar == === 100 milyon nüsxədən çox === === 50–100 milyon nüsxə === === 30–50 milyon nüsxə === === 20–30 milyon nüsxə === === 10–20 milyon nüsxə === === Satış tirajı məlum deyil === Qeyd: Bu kitabların satış tirajları məlum deyil, amma ən azı 10 milyon dənə nüsxələri olduğu sübut olunduğundan bu siyahıda yer alırlar.
Şilan
Şilan (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Gərd-i Şilan (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.
Andrey Sipilin
Andrey Sipilin (Andrey Vladimiroviç Sipilin) — Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin sabiq köməkçisi (2019—2022). == Həyatı və təhsili == 1995—1999-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, 2000—2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000—2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetində hüquq, Azərbaycan Dövlət İqtisad Universitetində isə biznes idarəetməsi və audit ixtisası üzrə təhsil alıb. == Əmək fəaliyyəti == 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004—2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2019—2022-ci illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi çalışıb. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.
Simiran (Əsədabad)
Simiran (fars. سمیران‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 191 nəfər yaşayır (60 ailə).
Sipidan şəhristanı
Sepidan şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərdəkan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 87,801 nəfər və 20,127 ailədən ibarət idi.
Sisiyan rayonu
Sisian və ya Qarakilsə rayonu — Ermənistan Respublikasında rayon. Rayon mərkəzi Sisian şəhəridir. == Tarixi == Qarakilsə rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisian rayonu adlandırılıb. Ərazisi 1719 kv. km-dir. Rayon mərkəzi Qarakilsə (dəyişdirilmiş adı Sisian) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. == Coğrafi mövqeyi == Coğrafi vəziyyətinə görə Qarakilsə rayonu dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri və Sünik yaylası ilə əhatə olunub. Bazarçay çayı rayon boyu axıb gedir.
Siziman buxtası
Siziman buxtası — Yapon dənizində, Xabarovsk diyarı sahillərində yerləşən buxta. Buxta Tatar boğazının Nitusi burnu rayonunda qərarlaşır. İnzibati cəhətdən Xabarovsk diyarının Vaninski rayonu ərazisində yerləşir. Meşədaşıyıcılarına aid yolla Vısoqorski qəsəbəsi arasında məsafə 176 km, dəniz yolu ilə Vanino qəsəbəsi arasında məsafə isə 108 mildir. Buxtada naviqasiya aprel ayından başlayır və donmanın həcmindən asılı olaraq dekabra qədər davam edə bilir. Buxta şərq hissədən dalğa və küləklər üçün açıqdır. Bu baxımdan nisbətən əlverişsizdir. İqlimi sərin, mussondur. Əsassən isti yağışlı yay və soyuq qışı ilə seçilir. Orta illik temperatur 0 °C yaxındır.
Borisovka (Sisian)
Borisovka — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Honuba Şıxlar
Honuba Şıxlar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yaşayış məntəqəsi XIX əsrdə Honuba kəndindən çıxmış şıxlar nəslinə mənsub ailələrin bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Qarağan Şıxlar
Qarağan Şıxlar — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qarağan Şıxlar kəndi Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Sisian (şəhər)
Sisian və ya Qarakilsə — Ermənistan Respublikası ərazisində şəhər. Sisian rayonunun mərkəzi. == Tarixi == Qarakilsə şəhərindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. Qarakilsə İndiki Sisyan rayonun mərkəzi, şəhərtipli qəsəbəsidir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı ərazidəki albanlara məxsus qara rəngli kilsənin adı əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 02.03.1940-cı il fərmanı ilə adı dəyişdirilərək Sisavan, sonradan Sisyan adlandırılmışdır. == Əhalisi == Ermənilərlə yanaşı burada 1831-ci ildə 63 nəfər, 1873 - cü ildə 197 nəfər, 1886-cı ildə 297 nəfər, 1897-ci ildə 481 nəfər, 1914 - cü ildə 866 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünün qurbanı olmuşdur.
Sisian rayonu
Sisian və ya Qarakilsə rayonu — Ermənistan Respublikasında rayon. Rayon mərkəzi Sisian şəhəridir. == Tarixi == Qarakilsə rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisian rayonu adlandırılıb. Ərazisi 1719 kv. km-dir. Rayon mərkəzi Qarakilsə (dəyişdirilmiş adı Sisian) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. == Coğrafi mövqeyi == Coğrafi vəziyyətinə görə Qarakilsə rayonu dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri və Sünik yaylası ilə əhatə olunub. Bazarçay çayı rayon boyu axıb gedir.
Sofulu (Sisian)
Sofulu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. == Tarixi == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan-Sisakan) rayonunda kənd. Alışar, Pisak (danışıqda Pisək və ya Püsək şəklinə təhrif olunmuşdur) və Qıvraq kəndlərinin 1940-cı illərdə birləşdirilməsi əsasında yaradılıb. Pisak kəndi Alban knyazının yaylaq məskəni anlamındadır, qədim yerləşmə sahəsi olduğuna dair çoxlu işarələr (daş abidələr, xarabalıqlar) vardır. Alışar və Qıvraq toponimlərinə Naxçıvanda və Anadoluda rast gəlinir. Pisak – Sak nəslindən hakim adıdır (Favst Buzand, III kitab, 20-ci fəsil). Türkcə pi – “başçı”, “knyaz”, “şahzadə” (166, II, 97) və sak, çar sözlərindəndir. Sisyan rayonunun adında qalan Sisakan toponimi “Si” və “Sakan” hissələrindən ibarətdir və “Si sakları” mənasını verir. “Sakan” komponenti Sak etnoniminə və - an şəkilçisinə ayrılır. Rusiyanın aqressiv antitürk siyasəti yeritdiyi zamanda Alışar, Pisak (Püsək) və Qıvraq toponimləri yerinə Sofulu toponimini seçməsi düşündürücü haldır (?!).
Şıxlar (Ağdam)
Şıxlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1994-cü il aprelin 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020 tarixində rəşadətli Azərbaycan ordusu tərəfindən bütün Ağdam rayonu ilə bərabər Şıxlar kəndi də işğaldan azad olundu.
Şıxlar (Cəbrayıl)
Şıxlar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Kəndin qərb tərəfində sıldırım qayalarla əhatə olunmuş "Qala yeri" adlanan qədim qalanın qalıqları və qalanın arxasındakı qayalarda yonulmuş "Küfüllər" adlanan mağaralar bu ərazilərdə qədim insanların ən azı IX əsrdən əvvəl yaşadıqlarını göstərir. Qalanın qalıqlarına diqqətlə baxdıqda, burada müxtəlif 2 qalanın nə vaxtsa mövcud olduğuna asanlıqla əmin oluruq ki, bu da qala tarixinin daha qədim olduğuna işarədir Şıxlar kəndində XIII əsrdə inşa olunmuş Şıx Baba türbəsi 1993-cü il erməni işğalına qədər qorunub saxlanmışdı. Bəzi mənbələrdə kəndin XVII əsrdə ermənilər tərəfindən yandırıldığı bildirilir. [mənbə göstərin] 2 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Şıxlar kəndini yandırmış, əhalinin əmlakını talan etmiş, heyvanlarını aparmışlar. 1919-cu ilin qışında Dalanlar kəndinin erməniləri yenidən Şıxlar kəndini yandırmış və əhalinin əmlakını qarət etmişlər 2020-ci ilin 22 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. == Toponimikası == Şıxlar Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur.
Şıxlar (Cəlilabad)
Şıxlar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şıxlar oyk., sadə. Ağdam rayonunun Qərvənd i.ə.v.-də kənd. Qarabağ düzündədir; Bakı şəhəri Qaradağ r-nunun Ələt qəsəbə i.ə.v.-də köçəbə; Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqribən 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII-XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur; Cəlilabad r-nunun Komanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir; Goranboy r-nunun Xınalı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Qarağaclar olmuşdur; Xaçmaz r-nunun Qımılqışlaq i.ə.v.-də kənd.
Şıxlar (Goranboy)
Şıxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Kələk kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xınalı kənd inzibati-ərazi vahidinin Şıxlar kəndi Kələk kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Qarağaclar olmuşdur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 237 nəfər əhali yaşayır.
Şıxlar (Göyçay)
Şıxlar, Cəyirli (?-2005) — Azərbaycan Respublikasının Göyçay rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Çərəkə kənd inzibati ərazi dairəsi tərkibindəki Cəyirli kəndi Şıxlar kəndi adlandırılmışdır. == Coğrafiyası == == Əhalisi == == Məşğuliyyəti == Kənd əhalisi əsasən heyvandarlıq, üzümçülük, taxılçılıq, pambıqçılıq və bağçılıqla məşğul olur.
Şıxlar (Masallı)
Şıxlar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Şıxlar kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kəndi mərkəz olmaqla Şıxlar kənd Soveti yaradılmışdır. == Toponimiyası == Şıx sözü şeyx sözü ilə eynidir. Şeyx sözünün ərəbcə mənası qoca, ağsaqqal deməkdir. Bu ad orta əsrlərdə qəbilə, tayfa, təriqət başçılarına, görkəmli ilahiyyatçılara, hörmətli adamlara deyilir. Şıxlar — ərəbcə şeyxlər olub, mənası başçı, rəhbər deməkdir. Bu tipli coğrafi adlar "şeyxlərə məxsus", "şeyxlər yaşayan yer", "şeyxlərin nəsli", "şeyxlərin dəfn olunduğu yer" və s. mənasındadır. Əvvəllər Nəzər deyilən şeyx yaşadığından buranın adı Nəzərkənd olub. == Tarixi == === Tarixi abidələri === Burada Pirzadə ziyarətgahı yerləşir.
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom)