Şıxlar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Şıxlar | |
---|---|
39°26′35″ şm. e. 46°51′50″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.042 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin qərb tərəfində sıldırım qayalarla əhatə olunmuş "Qala yeri" adlanan qədim qalanın qalıqları və qalanın arxasındakı qayalarda yonulmuş "Küfüllər" adlanan mağaralar bu ərazilərdə qədim insanların ən azı IX əsrdən əvvəl yaşadıqlarını göstərir. Qalanın qalıqlarına diqqətlə baxdıqda, burada müxtəlif 2 qalanın nə vaxtsa mövcud olduğuna asanlıqla əmin oluruq ki, bu da qala tarixinin daha qədim olduğuna işarədir Şıxlar kəndində XIII əsrdə inşa olunmuş Şıx Baba türbəsi 1993-cü il erməni işğalına qədər qorunub saxlanmışdı. Bəzi mənbələrdə kəndin XVII əsrdə ermənilər tərəfindən yandırıldığı bildirilir. [mənbə göstərin] 2 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Şıxlar kəndini yandırmış, əhalinin əmlakını talan etmiş, heyvanlarını aparmışlar. 1919-cu ilin qışında Dalanlar kəndinin erməniləri yenidən Şıxlar kəndini yandırmış və əhalinin əmlakını qarət etmişlər[1]
2020-ci ilin 22 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Şıxlar Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqr. 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII-XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur.[2]
Kəndin ərazisində eramızdan əvvəlki dövrə aid mağaralar, eramızın ilk dövrlərinə aid qala və orta əsrlərə aid şəhər ("şəhərgə") xarabalıqları mövcuddur. 1972-ci ildə nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyasında Şıxlar kəndinin tarixi abidələrindən Şıx Baba türbəsi, Xudafərin körpüləri və İmanqazan təpələri göstərilmişdi. Kəndin şimalında "Dulusxana" karxanasının xarabalığı mövcuddur.
Şıxlar kəndi Cəbrayıl rayonunun Sirik kədinin inzibati ərazi vahidində yerləşir. Qarabağ silsiləsinin ətəyindədir. Kənd Cəbrayıl rayonunun şimal-qərb sərhəddində, dağlıq ərazidə yerləşir. Quru mülayim iqlimə malik olub, vulkanik mənşəli təpələrlə əhatə olunmuşdur. Ərazisində endemik bitkilərdən ağ yemişan, mərmərik (qaragilə), çağala (yabanı ərik) və bir çox ot bitkiləri yetişir
1993-cü ilin avqustunda kənd əhalisinin sayı 360 nəfərə yaxın olmuşdu.
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, dulusçuluq, toxuculuq və əkinçilik olmuş, son dövrlərdə üzümçülük inkişaf etmişdi.
Cəbrayıl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |