Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teodor Svedberq
Teodor Svedberq (isv. Theodor Svedberg; 30 avqust 1884[…] – 25 fevral 1971[…], Erebru) — İsveç fiziki-kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1926). Balboda (Evleborq dairəsi) (1884- 1971) anadan olmuşdur. Svedberq Teodor 1907-ci ildə Uppsala Universitetini bitirmişdir. 1921-ci ildə professor elmi adı almışdır. Dispers sistemlər sahəsində mühüm tədqiqatlarına görə, S.Teodor 1926-cı ildə Nobel mükafatına layiq görülmüşdür. Teodor Svedberq 26 fevral 1971-ci ildə vəfat edib.
Albers-Şenberq xəstəliyi
Osteopetroz, Albers-Şenberq xəstəliyi və ya sümüklərin "mərmər" xəstəliyi – osteoklastların funksiyasının pozulması, sümük toxuması bərkləşir, kirəcləşir, kövrəkləşir, sümük iliyi məsafəsi daralır.
Lederq
Lederq (fr. Lédergues, oks. Ledèrgas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rekista kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12127. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 31 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 708 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 370 nəfər (15-64 yaş) arasında 266 nəfər iqtisadi cəhətdən, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə 64.1%).
Senerq
Senerq (fr. Sénergues, oks. Senèrgas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Konk kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12268. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 140 km şimal-şərqdə, Rodezdən isə 30 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 487 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 279 nəfər (15-64 yaş) arasında 199 nəfər iqtisadi fəal, 80 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.3%, 1999-cu ildə 66.1%).
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş, Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Anders Sandberg
Anders Sandberg (3 may 1968 – 23 yanvar 2024) — İsveç musiqiçisi.
Arnold Şönberg
Arnold Frans Valter Şönberq (alm. Arnold Franz Walter Schoenberg‎, əvvəlcə Schönberg; 13 sentyabr 1874 — 13 iyil 1951) — avstriyalı və amerikalı bəstəkar, pedaqoq, musiqişünas, dirijor. Musiqidəki ekspressionizmin görkəmli nümayəndəsi, Yeni Vyana Məktəbinin banisi, dodekafoniya (12 tonluq) və seriyalı texnika kimi musiqi texnikalarının müəllifi. == Həyatı == Arnold Şönberq 13 sentyabr 1874-cü ildə Vyanada dünyaya gəlib. 8 yaşında skripkada çalmağı öyrənəndən sonra musiqi bəstələməyə başlayıb. Musiqi sahəsindəki nəzəri biliklərinin əksəriyyətinə heç kimin köməkliyi olmadan təkbaşına yiyələnib. 1894-cü ildə özündən 3 yaş böyük bəstəkar Aleksandr fon Semlinskidən kontrapunkt dərsləri alıb. 1901-1903-cü illərdə Berlində orkestr drijoru işləyib. 1904-cü ildən də Vyanada müəllimlik etməyə başlayıb. Anton Vebern, Alban Berq onun tələbələri olublar.
Arnold Şönberq
Arnold Frans Valter Şönberq (alm. Arnold Franz Walter Schoenberg‎, əvvəlcə Schönberg; 13 sentyabr 1874 — 13 iyil 1951) — avstriyalı və amerikalı bəstəkar, pedaqoq, musiqişünas, dirijor. Musiqidəki ekspressionizmin görkəmli nümayəndəsi, Yeni Vyana Məktəbinin banisi, dodekafoniya (12 tonluq) və seriyalı texnika kimi musiqi texnikalarının müəllifi. == Həyatı == Arnold Şönberq 13 sentyabr 1874-cü ildə Vyanada dünyaya gəlib. 8 yaşında skripkada çalmağı öyrənəndən sonra musiqi bəstələməyə başlayıb. Musiqi sahəsindəki nəzəri biliklərinin əksəriyyətinə heç kimin köməkliyi olmadan təkbaşına yiyələnib. 1894-cü ildə özündən 3 yaş böyük bəstəkar Aleksandr fon Semlinskidən kontrapunkt dərsləri alıb. 1901-1903-cü illərdə Berlində orkestr drijoru işləyib. 1904-cü ildən də Vyanada müəllimlik etməyə başlayıb. Anton Vebern, Alban Berq onun tələbələri olublar.
Emma Syoberq
Emma Syoberq (isv. Sjöberg, 13 sentyabr 1968, Danderyud[d], Stokholm leni[d]) isveçli model və aktrisadır. İsveçin Stokholm şəhərində anadan olmuşdur. 175.5 sm boyunda mavi gözlü sarışındır.1994–2000-ci illərdə Ace of Base qrupunun yaradıcılarından biri olan Ulf Ekberqlə evli olmuşdur. Aktrisa karyerasına 1995-ci ildə və 4 Taksi filmində (1998–2007) çəkilməklə Fransanın populyar aktrisalarından birinə çevrilmişdir. Öz vətənində isə Emma daha çox teleaparıcı və model kimi tanınır. I 12 fevral 2003-cü ildə Hans Viklundla evlənmişdir və iki övladları var.
Feliks Çelberq
Heyberq adaları
Heyberq adaları — Kara dənizində yerləşən adalar qrupu. Taymır уarımadası ilə Şimal Torpağı arasında yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir (Rusiya). Arxipelaqa 4 elədə böyük olmayan ada daxildir: Severnıy, Zapadnıy, Srednıy və Vostoçnıy. Böyük Arktik qoruğu ərazisinə daxildir. Adalar Frityof Nansen tərəfindən kəşf edilir və Norveç Fram qütb ekspedisiyasını maliyyələşdirən Aksel Heyberqin şərəfinə adlandırılır. == Tarixi == 1940-cı ildə arxipelaqda Şimal Dəmiz yolunda naviqasiyanı təmin etmək məqsədilə qütb stansiyası quraşdırılmışdır.
Karl Sandberq
Karl Sandberq – amerikalı şair. == Həyatı == Karl Sandberq "Çikaqo haqqında şeirlər" (1916), "Taxıldöyənlər" (1918), "Tüstü və polad" (1920) toplularında sosial mövzular mühüm yer tutur. "Bəli, xalq" (1936) poeması sol qüvvələrə rəğbətlə yazılmışdır. Sərbəst şerin tanınmış nümayəndələrindəndir: "Amerika nəğmələri kitab" (1927), A. Linkolnun tərcümeyi-halına dair əsəri (c. 1-6, 1926-39), "Xatirələr qayası" (1948) roman, "Bal və duz" (1963) fəlsəfi şerlər toplusu var. 1913-cü ildən Çikaqodakı "System" jurnalının redaktoru olmuşdur. Bütün şeirlərinin toplusu 1951-ci ildə işıq üzü görmüşdür. O, 1967-ci ildə vəfat edib.
Qriqori Lemberq
Qriqori Moiseyeviç Lemberq (rus. Григорий Моисеевич Лемберг; 1873-30 iyul 1945) — SSRİ operatoru və fotoqrafı. Qriqori Lemberqin əsl sənəti fotoqrafdır. 1911-1917-ci illərdə operator kimi 30-dan çox bədii film çəkmişdir. Həmçinin Petroqraddakı Fevral inqilabını çəkən yeganə operatordur. 1923-cü ildən "Dövlətkino"da işləmiş və elmi-kütləvi filmlər çəkmişdir. Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) Arvad (film, 1916) (tammetrajlı bədii film) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) (tammetrajlı bədii film) Ayaqyalın məhəbbət (film, 1916) (qısametrajlı bədii film) Bir alçalmanın tarixi (film, 1919) (tammetrajlı bədii film) Knyaz Dəmir Bulat (film, 1916) (tammetrajlı bədii film) Neft və milyonlar səltənətində (film, 1916) (tammetrajlı bədii film) Ölümünə bir saat qalmış (film, 1916) (tammetrajlı bədii film) Yeni tərzdə köhnə əhvalat (film, 1916) (qısametrajlı bədii film) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Robin Şernberq
Robin Şernberq — İsveç müğənnisi.
Şerburq-Oktevil
Şerburq-Oktevil şəhəri (fr. Cherbourg-Octeville) — Fransanın şimal-qərbində yerləşən Manş (Aşağı Normandiya rayonu) bölgəsinin liman şəhəri. La Manş boğazının sahillərində Kotentin yarımadasının şimalında yerləşən şəhərin ərazisi 6,9 km²-dir. Şəhərin əhalisi isə təxminən 118000 nəfərdir.
Kamilla Lekberq
Jean Edith Camilla Läckberg Sköld (İsveç dilində tələffüz: [kaˈmɪ̂lːa ˈlɛ̂kːbærj]; 30 avqust 1974) — isveçli kriminal yazıçıdır. 2010-cu illərin əvvəlindən onun əsərləri 60 ölkədə 40-dan çox dilə tərcümə edilmişdir. Ona "Nordic noir-in rok ulduzu" ləqəbi qoyuldu. == Yazı texnikası == Lekberq gənc yaşlarında atasının kitabxanasında bu tip ədəbiyyatı kəşf etdiyi üçün özünü cinayət yazmaq üzrə mütəxəssis hesab edir. O vaxtdan bəri bu, onun üçün cazibə mənbəyi olaraq qalır. Lekberq'in kitabları təfərrüat və "dərin xarakteristikaya" görə xüsusi təriflər aldı. Bəzən İsveç'in Aqata Kristi'si adlandırılan Lekberq əri və valideynləri onu Milad hədiyyəsi olaraq yaradıcı yazıçılıq kursuna yazdırdıqdan sonra yazıçı oldu. O, özünü vizual yazıçı kimi təsvir edir: "Əslində, mənim üçün müəyyən görüntülər — anlıq görüntülər — ilk növbədə gəlir və sonra hekayə o kiçik parçalardan bir araya gəlməyə başlayır. "Mən yazanda çox vizual oluram, hekayəni şəkillərdə "görürəm" və kitab yazmaq 7/24 beynimdə bir filmin işləməsinə bənzəyir." Onun işləri "İsveç sahillərinin atmosferik təsviri, yaxşı çəkilmiş personajlar və (ən yaxşı halda) mürəkkəb və psixoloji nüanslı süjetləri ilə seçilir" kimi təsvir edilmişdir. "Vaşinqton Post"un "The Preacher" (2012) romanı ilə bağlı icmalında tənqidçi qeyd edib ki, "ağıllı süjet qurma və dərin xarakteristikalar "The Preacher" əsərini digər bir çox trillerlərdən üstün tutan yeganə keyfiyyətlər deyil.
Anita Ekberq
Anita Ekberq (isv. Kerstin Anita Marianne Ekberg; 29 sentyabr 1931, Malmö — 11 yanvar 2015, Rokka-di-Papa) — İsveç aktrisası və fotomodeli. == Həyatı == Ekberqin Hollivud karyerası 1951-ci ildə İsveç gözəli qismində Dünya Gözəllik müsabiqəsində iştirak etmək üçün ABŞ-yə gəlməsindən sonra başlayıb. O, Con Ueyn, Frank Senatra, Bob Hop və Henri Fonda kimi Hollivud ulduzları ilə filmlərdə çəkilib və 1956-cı ildə ən perspektivli gənc aktrisa kimi Qızıl Qlobus mükafatının qalibi olub. Anita Ekberq Trevi fontanında məşhur səhnələri ilə tanınan “La Dolce Vita” filmindəki roluna görə dünya şöhrətli kino ulduzuna çevrilmişdir. 1960-cı ildə italiyalı rejissor Federiko Fellininin çəkdiyi klassik “La Dolce Vita” filmində rolu ilə məşhurlaşan isveç aktrisası Anita Ekberq 83 yaşında vəfat edib.
Aksel Heyberq adası
Aksel-Heyberq (ing. Axel Heiberg Island) — yaşayışı olmayan ada olaraq Kanada Arktik arxipelaqı daxildir. Adadan qərbdə Elsmir adası yerləşir və ondan Yurika boğazı vastəsi ilə ayrılır. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktani regionuna daxildir. == Coğrafiyası == Qərbdən Mien adasından Sverdrup boğazı vastəsi ilə ayrılır. Sverdrup və Kraliça Yelezaveta adaları qrupuna daxildir. Sahəsi 43,178 km² təşkil edərək, Adaların dünyada sahəsinə görə sıralamasında 32-ci yerdə gedir. Dağların hündürlüyü 2000 metri keçir. == Tarix == Ada əvvəllər inuitlər məskunlaşmışdı. Adanın Otto Sverdrup tərəfindən kəşf edilərkən ərazidə həyat əlaməti yox idi.
Aksel Heyberq buzlağı
Antarktidadakı Aksel Heyberq buzlağı Antarktik platosunun yüksəkliklərindən Ross şelf buzlağına (təxminən dəniz səviyyəsinə) doğru alçalan, Kraliça Mod dağlarındakı Don Pedro Kristofersen və Herbert silsilələri arasında yerləşən 48 km uzunluğundakı vadi buzlağı. Bu nəhəng buzlaq 1911-ci ilin noyabrında norveçli qütb səyyahı Roald Amundsen tərəfindən kəşf edilmiş və onun tərəfindən buzlağa çox sayda Norveç qütb tədqiqatına töhfəsini verən alim və norveçli biznesmen Aksel Heyberqin adı verilmişdir. Amundsen buzlaqdan uğurlu Cənub qütbü ekspedisiyası ərzində qütb platosu üzərindən öz marşrutunu tapmaq üçün istifadə etmişdi.