Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səksənillik müharibə
Niderland burjua inqilabı və ya Səksən illik müharibə (1568–1648) (nid. Tachtigjarige Oorlog) — Niderlandda Avropanın ilk uğurlu burjua inqilabı. Xarici istibdad altında olan ölkədə baş verən bu inqilab, müstəqillik uğrunda mübarizə formasını almış və kalvinizmin ideoloji bayrağı altına keçmişdi. İnqilab ancaq ölkənin şimalında qalib gəldi, çünki burada onun qələbəsi üçün bütün sosial, iqtisadi, siyasi şərtlər yetişmişdi. XV əsrdə Niderland Burqund dövlətinin tərkibinə daxil idi, onun dağılmasından sonra isə (1477) sülalə uniyasına görə Habsburqların hakimiyyəti altına keçdi. XVI əsrdə Niderland, hazırkı ərazisindən başqa, Belçikanın, Lüksemburqun və qismən Fransanın ərazisini də əhatə edirdi. Ölkə 17 əyalətdən ibarət idi. Onlardan ən böyükləri bunlar idi: Eno (Qeneqau), Artua, Lüksemburq, Namür, Flandriya, Brabant, Niderland, Zelandiya, Frislandiya, Utrext, Helder. V Karlın taxt-tacdan imtinasından sonra Niderland II Filip İspaniyalının dövlətinə daxil oldu. V Karl və II Filip hökumətləri Niderlandda mütləqiyyət qaydalarını qurmaq istəyi ilə, çoxşahəli bürokratik aparat yaratdılar, hansı ki II Filipin vaxtında ona Parmalı Marqarita başçılıq edirdi.
Səksəncək döyüşü
Səksəncək döyüşü - 1526-cı ildə Ustaclı tayfasından olan Köpək sultan Ustaclı ilə rumlulardan Div sultan Rumlu arasında vəkalət müharibəsi nəticəsində baş verən döyüşlərdən biri. Şah İsmayılın vəfatından sonra oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin bu zaman Təhmasib Mirzə 10 yaşında idi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, I Təhmasibin lələsi (atabəyi) Div sultan ələ keçirdi. Lakin ustaclı tayfasının Köpək sultan və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Div sultan özbəklərin Xorasana basqınını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarşı qoşun toplamaq üçün Təbəristanla sərhəddə yerləşən Lar yaylağına yola düşdü. İsfahan hakimi Çuxa sultan Təkəli, Həmədan hakimi (tiyuldarı) Qaraca sultan Təkəli,Məşhəd hakimi Burun sultan Təkəli, Şiraz hakimi Əli sultan Zülqədər və başqaları onun çağırışı ilə öz qoşunları ilə bura gəldilər. Div sultan hədiyyələr və vədlər verməklə onları öz tərəfinə çəkdi və Köpək sultan Ustaclı əleyhinə ittifaq bağladı. Şamlı tayfasının iki görkəmli əmiri – Herat hakimi Durmuş xan və Astrabad hakimi Zeynal xan şəxsən Div sultana qoşulmasalar da, onun vəkilliyə olan iddialarını müdafiə etdilər. Div sultan bununla da kifayətlənmədi.
Seksilik
Cinsi cazibə, cinsi cəzb etmə və ya cinsi cazibədarlıq bir fərdin başqalarının cinsi və ya erotik maraqlarını cəlb etmək qabiliyyətidir. Bu, cinsi seçimdə və ya yoldaş seçimində bir amildir. Cazibə digər amillərdən əlavə bir insanın estetikasında, hərəkətlərində, səsində və ya qoxusunda da vurğulanır. Cazibədarlığı bir insanın bəzəkləri, geyimləri, ətri və ya tərzi ilə artırmaq mümkündür.