Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kələntərlik
Kələntərlik — Ali inzibati məmurları, naibləri və s. saxlamaq üçün toplanan vergi. Kələntərlik əsasən Qarabağ xanlığında toplanırdı.
Kələntərli
Kələntərli — Azərbaycan Respublikasının Bərdə rayonunun Kələntərli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Yaşayış məntəqəsi ilk dəfə həmin ərazidə məskunlaşmış kələntərli nəslinin adını daşıyır. Etnotoponimdir.
Asif Kələntərli
Asif Süleyman oğlu Kələntərli (1954, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini. == Həyatı == Asif Süleyman oğlu Kələntərli 1954-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər Cəlil Məmmədquluzadə adına 2 nömrəli orta məktəbində almışdır. Orta təhsilini bitirdikdən sonra Suraxanı Neft Mədənlərində operator işləmişdir. Daha sonra hərbi xidmətdə olmuş Asif Kələntərli Naxçıvan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olaraq ali təhsilini 1978-ci ildə tamamlamışdır. O, ali təhsilini tamamladıqdan sonra Naxçıvan MSSR Mədəniyyət Nazirliyində metodist, elmi işçi, inspektor, 1987-ci ildən 1991-ci ilin sentyabr ayınadək Naxçıvan Məktəblilər Sarayının direktor müavini vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == Asif Kələntərli rəhbərliyində 1970-ci illərdə Naxçıvan Muxtar Respublikasında İbrahim İbrahimli, Arif Rəhimli, Asəf Quliyev və daha bir neçə şəxs tərəfindən gizli fəaliyyət göstərmiş "Azadlıq" adlı təşkilat təsis edilmişdir. Asif Kələntərli Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. Asif Kələntərli 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 14 nömrəli Naxçıvan şəhər 28 may seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir. Heydər Əliyevin Azərbaycan Xalq Cəbhəsi üzvü deputatlardan da dəstək alaraq Naxçıvan Ali Məclisinin sədri seçilməsindən sonra Heydər Əliyevin də dəstəyi ilə bu hadisədən sonra Asif Kələntərli Ali Məclis sədrinin müavini seçilmişdir.
Aydın Kələntərli
Aydın İslam oğlu Kələntərli (24 oktyabr 1932, Lənkəran – 24 yanvar 1994, Bakı) — Azərbaycan Elmlər Akademiyasının prezidiumunun qərarı ilə "neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə Baş elmi işçi adına müvəffəq olmuş, neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alim. == Həyatı == Aydın Kələntərli Lənkəran şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. 1950-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini gümüş medalla bitirib, elə həmin ildə Azərbaycan Sənaye Universitetinin "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" fakültəsinə qəbul olmuşdur. 1954-cü ildən Azərbaycan Elmlər Akademiyasının neft kəşfiyyatı laboratoriyasına baş laborant vəzifəsinə qəbul edilmişdir. 1966-cı ildə geologiya-mineralogiya elmlər namizədliyini müdafiə edərək Azərbaycan Elmlər Akademiyasının qərarı ilə alimlik dərəcəsi almışdır. Azərbaycan Elmlər Akademiyasının prezidiumunun qərarı ilə 1969-cu ildən neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə Baş elmi işçi adına müvəffəq olmuşdur. Neft hasilatının öyrənilməsi sahəsində mükəmməl elmi ixtiranın və bir çox elmi əsərlərin müəllifi olmuşdur. Aydın Kələntərli 24 yanvar 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Haşım Kələntərli
Haşım Səmədbəy oğlu Kələntərli (1899, Lənkəran, Lənkəran qəzası – 1987, Bakı) — xanəndə-müğənni, Azərbaycanın əməkdar artisti, məşhur muğam və xalq mahnılarının mahir ifaçısı. == Həyatı == Haşım Səməd oğlu 1899-cu ildə Lənkəran şəhərində dünyaya gəlib. 24 may 1984-cü il 85 yaşında Bakıda vəfat edib. Əksər muğamları və xalq mahnlarını təkrarsız ifası və məlahətli səsi ilə sınaqdan çıxarıb. Lakin oxuduğu muğamlar içində bir muğam da var ki, onu Haşım Kələntərlisiz təsəvvür etmək olduqca çətindir. Bu "Segah" muğamıdır. O "Segahı" sol tonnalığında oxuduğu üçün musiqi ədəbiyyatında bu muğam "Haşım segahı" kimi dəyərləndirilib.. Orta məktəbi Lənkəranda bitirən H. Kələntərli sonralar bacıları ilə birgə Bakıya köçür. Çox ağrılı-acılı həyat yolları keçib bu qardaş və bacılar çox gənc yaşlarından valideynlərini itirblər. Haşım Kələntərli 1924–1933-cü illərdə Azərbaycan Opera və Balet Teatrının.
Kələntər Kələntərli
Kələntər Şıxkərim oğlu Kələntərli (20 mart 1933 – 22 noyabr 2012) — Azərbaycan şairi, publisisti, dramaturqu. == Həyatı == Kələntər Kələntərli 1933-cü ildə mart ayının 20-də Qusar rayonunun Sudur kəndində kolxozçu ailəsində anadan olmuşdur. Atasını erkən yaşlarından itirən K.Kələntərli burada orta məktəbin 7-ci sinfini bitirdikdən sonra 5 il kolxozda işləmişdir. Sonra o, 1950-1954-cü illərdə Quba Pedaqoji Texnikumunda təhsil almağa başlamışdır. Azərbaycan şairi Səməd Vurğunla məhz bu illərdə tanış olmuşdur. 1954-1958-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsində təhsil almışdır. Lakin ağır, çətin ailə vəziyyətinə görə ali təhsili başa vura bilməmiş və dördüncü kursdan çıxıb işləməyə məcbur olmuşdur. == Fəaliyyəti == 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Kitabxanasında şöbə müdiri, 1960-cı ildə "Mübariz keşikdə" qəzetində şöbə müdiri, 1961-1962-ci illərdə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində işləmişdir. K.Kələntərli 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1963-1964-cü illərdə Natəvan klubunun direktoru olmuşdur.
Kələntərli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kələntərli məscidi
Kələntərli məscidi — Bərdənin Kələntərli kəndində yerləşən məscid. XIX əsrin əvvəllərində inşa edilən məscid Azərbaycanda sovet hakimiyyəti qurulana qədər əsas ibadət yeri olub.
Münəvvər Kələntərli
Münəvvər Səməd qızı Kələntərli (21 dekabr 1912, Lənkəran, Lənkəran qəzası – 5 fevral 1963, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940). Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda anadan olub. Təhsilini Lənkəranda alan aktrisa 17 yaşında ikən Bakıya gəlib. Gözəl səsə sahib olan Münəvvər Kələntərli qardaşı Haşım ilə birgə konsertlərdə xalq mahnılarını, "Aman nənə", "Kişmiri şal" və "Lolo" kimi el nəğmələrini ifa edirdi. Eyni zamanda tarzən Qurban Pirimovun, kamançaçı Qılman Salahovun və qarmonçalan Teymur Dəmirovun müşayiəti ilə muğam da oxumuşdur. Bundan xəbər tutan bəstəkar Müslüm Maqomayev 1933-cü ildə onu Opera Teatrına dəvət edir və beləliklə də Münəvvər Kələntərli 1933-cü ildən etibarən səhnə fəaliyyətinə başlayır. Opera Teatrında səhnə fəaliyyətinə başlayan Münəvvər Kələntərli Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli və Leylinin anası, "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun"da Sənəm obrazlarını yaratmışdır. Öz arzusu ilə fəaliyyətini Musiqili Komediya Teatrında davam etdirən aktrisa burada F.Əmirovun "Gözün aydın", S.Ələsgərovun "Ulduz", T.Quliyevin "Qızıl axtaranlar", S.Rüstəmovun "Durna", A.Rzayevin "Aya səyahət" və başqa tamaşalarda uğurla çıxış etmişdir. Münəvvər Kələntərli kino sənətinə Böyük Vətən müharibəsi illərində çəkilməyə başlayan, 1945-ci ildə ekranlara çıxan və dünyanın 136 ölkəsində nümayiş etdirilən "Arşın mal alan" filmində canlandırdığı Cahan xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi.
Yavər Kələntərli
Yavər Abbas qızı Kələntərli (26 mart 1902, Şamaxı – 5 fevral 1979, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940). Yavər Kələntərli 26 mart 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır. 1932–1937-ci illərdə Azərbaycan radiosununun və 1937–1941, 1945–1951-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Leyli, Leylinin anası ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir. Yavər Kələntərlinin qızlıq soyadı Zamanova olmuşdur. Xudaverdi Kələntərli ilə evlənmişdir. Şair Abbas Səhhət Yavərin doğma bibisi oğlu idi. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940 Yavər Kələntərli Yavər Kələntərli Yaver Kalantarli — 70 (1972) Yaver Kalantarli — "Shur" Mircəfər Bağırovun bayquş adlandırdığı məşhur xanəndə.