Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çəkisiz/çəkili indekslər
Paris və Londonda qara qəpiksiz
Paris və Londonda qara qəpiksiz (ing. Down and Out in Paris and London) – Corc Oruellin ilk işi. 1933-cü ildə nəşr olunmuşdur. Yazıçı bu romanında Paris və Londonda səfalətli keçən günlərini təsvir etmişdir. == Məzmun == Birmadakı (indiki Myanmar) müstəmləkə polisi vəzifəsindən ayrılıb yazıçı olmağa qərar verən Corc Oruell Paris və Londonda çox ağır və yoxsulluq içində həyat keçirir. Ədəbi tənqidçilərin çoxu avtobioqrafik olaraq qəbul etsələr də, bu ağır günlərdən bəhs edən və 1933-cü ildə qələmə alınmış "Paris və Londonda qara qəpiksiz" əsərindəki hadisələrin gerçək, yaxud uydurma olduğu hələ də mübahisə mövzusudur. İkihissəli bu əsərdə Parisdəki pulsuz və ağır işlərdə işləməyə məhkum günlər ilə Londonda – tüfeylilər arasında və müvəqqəti sığınacaqlarda keçən günlərdən bəhs edilir. == Nəşri == 1930-cu ilin oktyabrında tamamlanan kitabın ilk versiyası "Qabyuyanın gündəliyi" adlanırdı və sadəcə Paris fəsillərindən ibarət idi. 1931-ci ilin yayında kitabı Jonathan Cape nəşriyyatına təqdim etdi, amma payızda nəşriyyat kitabı rədd etdi. Bir il sonra London fəsillərinin də daxil olduğu kitabı Faber and Faber nəşriyyatına təqdim etdi, lakin kitab yenə rədd edildi.
Zəfər seçkisi
Azərbaycanda prezident seçkiləri (2024) və ya hökumətyönümlü mənbələrcə Zəfər seçkisi — Azərbaycanda 2024-cü il fevralın 7-də Azərbaycan prezidentini müəyyən etmək üçün keçirilmiş növbədənkənar prezident seçkiləri. == Zəmin == === 2016-cı il referendumu və 2018-ci il seçkiləri === 2016-cı ildə keçirilmiş Azərbaycanda konstitusiya referendumundan sonra qəbul olunan dəyişikliklərə əsasən Azərbaycan Prezidenti 7 il müddətinə seçilir. Referendumdan sonra prezidentlik müddətinin 2018-ci ilin oktyabr ayında bitməsinə baxmayaraq İlham Əliyev növbədənkənar seçki qərarı almışdır. Beləliklə, 11 aprel 2018-ci il tarixində növbədənkənar seçkilər keçirilmiş və prezident İlham Əliyev 3 394 898 (86.02%) səs toplayaraq seçkiləri 1-ci sırada başa vurmuş, 4-cü dəfə və 7 illiyinə Azərbaycan Respublikasının prezidenti seçilmişdir. === 2020-ci il parlament seçkiləri === === COVID-19 pandemiyası === === II Qarabağ müharibəsi === === Həbs dalğası === Seçkilərin elanından öncə Azərbaycanda həbs dalğası vüsət almışdır. Belə ki, 24 iyul 2023-cü il tarixində rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu haqqında Nərimanov Rayon Məhkəməsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmişdir. Onun həyat yoldaşı İradə Bayramova onların maşınının önünün kəsildiyini, İbadoğlunun maşından düşürüldüyünü, xanımının isə fiziki zoralığa məruz qaldığını söyləmişdir. ABŞ-nin Azərbaycandakı səfirliyi isə bu həbsi qınamışdır. Hökumətyönümlü mediada və Türk mediasında İbadoğlunun Fətullahçı Terror Qruplaşması ilə əlaqəli olduğu yazılmışdır. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi onun həbsinin Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə keçirilmiş FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat çərçivəsində olduğunu açıqlamışdır.
Azərbaycanda təkrar parlament seçkisi (18 fevral 1996)
Azərbaycanda təkrar parlament seçkiləri — 21 saylı Binqədi seçki dairəsi üzrə keçirilmiş 4 fevral 1996-cı il tarixli təkrar parlament seçkisinin ikinci tur seçkiləri. == Zəmin == 1995-ci il parlament seçkiləri 100 birmandatlı seçki dairəsindən 42 saylı Xankəndi seçki dairəsi xaric 99-da baş tutmuşdur. Həmin dövrdə qüvvədə olan qanunlara görə birmandatlı seçki dairələri üzrə keçirilən seçkilərdə lider namizəd mövcud səslərin 50+1%-ni toplamalı və iştirakçılıq ən az 50+1% olmalı idi, lakin 20 seçki dairəsi üzrə bu reallaşmadığı üçün 26 noyabr 1995-ci il tarixinə, digər 8 seçki dairəsindən 4-ündə seçki aktivliyinin 50%-dən artıq olması şərtinin ödənilməmiş olduğu üçün, 3-ündə seçki qanunu pozuntuları aşkarlandığı üçün, 1-ində isə (Gəncə şəhərində) seçki materialları silahlı və maskalı şəxslər tərəfindən oğurlandığı üçün 4 fevral 1996-cı il tarixinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 2 fərqli təkrar seçkilər təyin olunmuşdur. Nəticələri ləğv olunan 8 seçki dairəsindəki namizədlər eyni seçki dairəsindən yox, nəticəsi ləğv olunan başqa seçki dairələrindən namizəd olma haqqına sahib idilər. İkinci tura qalan seçki dairələrində isə seçkilər ən çox səs alan iki namizəd arasında keçirildi. 26 noyabr 1995-ci il tarixində 20 seçki dairəsi üzrə təkrar seçkilər keçirilmişdir. Rəsmi şəxslərə əsasən seçici fəallığı 61% olmuşdur. 5 seçki dairəsində bu seçkilərdə də lazım olan seçki aktivliyi 50+1% müddəasını yerinə yetirməmiş və 2 seçki dairəsi üzrə seçki qanunu pozuntuları səbəbi ilə seçki nəticələri ləğv edilmişdir. Bu 7 seçki dairəsi və 12 noyabr 1995-ci il tarixində keçirilmiş seçkilərdə nəticələri ləğv olunmuş 8 seçki dairəsi ilə birgə 1996-cı ilin fevral ayına təkrar seçkilər təyin olunmuşdur. 4 fevral 1996-cı il tarixli seçkilərdə 21 saylı Binəqədi seçki dairəsi üzrə namizədlərdən heç biri 50%-dən səs toplamadığı üçün seçkilərin ikinci tura qalmış və 18 fevral 1996-cı il tarixinə lider 2 namizəd, yəni Yeni Azərbaycan Partiyası namizədi Toğrul İbrahimli və Azərbaycan Milli İstiqlal Partiyası namizədi Elşad Musayev arasında seçkilər təyin olunmuşdur.