Azərbaycanda təkrar parlament seçkisi (18 fevral 1996)

Azərbaycanda təkrar parlament seçkiləri — 21 saylı Binqədi seçki dairəsi üzrə keçirilmiş 4 fevral 1996-cı il tarixli təkrar parlament seçkisinin ikinci tur seçkiləri.

Azərbaycanda təkrar parlament seçkiləri
18 fevral 1996
Namizəd Toğrul İbrahimli Elşad Musayev
Partiya YAP AMİP

Nəticə Yeni Azərbaycan Partiyasının namizədi Toğrul İbrahimli Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı seçilmişdir.

1995-ci il parlament seçkiləri 100 birmandatlı seçki dairəsindən 42 saylı Xankəndi seçki dairəsi xaric 99-da baş tutmuşdur. Həmin dövrdə qüvvədə olan qanunlara görə birmandatlı seçki dairələri üzrə keçirilən seçkilərdə lider namizəd mövcud səslərin 50+1%-ni toplamalı və iştirakçılıq ən az 50+1% olmalı idi, lakin 20 seçki dairəsi üzrə bu reallaşmadığı üçün 26 noyabr 1995-ci il tarixinə, digər 8 seçki dairəsindən 4-ündə seçki aktivliyinin 50%-dən artıq olması şərtinin ödənilməmiş olduğu üçün, 3-ündə seçki qanunu pozuntuları aşkarlandığı üçün, 1-ində isə (Gəncə şəhərində) seçki materialları silahlı və maskalı şəxslər tərəfindən oğurlandığı üçün 4 fevral 1996-cı il tarixinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 2 fərqli təkrar seçkilər təyin olunmuşdur.[1][2] Nəticələri ləğv olunan 8 seçki dairəsindəki namizədlər eyni seçki dairəsindən yox, nəticəsi ləğv olunan başqa seçki dairələrindən namizəd olma haqqına sahib idilər. İkinci tura qalan seçki dairələrində isə seçkilər ən çox səs alan iki namizəd arasında keçirildi.[2]

26 noyabr 1995-ci il tarixində 20 seçki dairəsi üzrə təkrar seçkilər keçirilmişdir. Rəsmi şəxslərə əsasən seçici fəallığı 61% olmuşdur. 5 seçki dairəsində bu seçkilərdə də lazım olan seçki aktivliyi 50+1% müddəasını yerinə yetirməmiş və 2 seçki dairəsi üzrə seçki qanunu pozuntuları səbəbi ilə seçki nəticələri ləğv edilmişdir. Bu 7 seçki dairəsi və 12 noyabr 1995-ci il tarixində keçirilmiş seçkilərdə nəticələri ləğv olunmuş 8 seçki dairəsi ilə birgə 1996-cı ilin fevral ayına təkrar seçkilər təyin olunmuşdur.[1]

4 fevral 1996-cı il tarixli seçkilərdə 21 saylı Binəqədi seçki dairəsi üzrə namizədlərdən heç biri 50%-dən səs toplamadığı üçün seçkilərin ikinci tura qalmış və 18 fevral 1996-cı il tarixinə lider 2 namizəd, yəni Yeni Azərbaycan Partiyası namizədi Toğrul İbrahimliAzərbaycan Milli İstiqlal Partiyası namizədi Elşad Musayev arasında seçkilər təyin olunmuşdur.[3]

Seçkilərdən öncə qəbul edilmiş "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər" haqqında Qanunda birmandatlı seçki dairələri üzrə seçkilərin nəticələri haqqında bölmədə aşağıdakı müddəalar qeyd olunmuşdur:[4]

Maddə 74. Birmandatlı seçki dairələri üzrə seçkilərin nəticələrinin müəyyən edilməsi

  • Birmandatlı seçki dairələri üzrə seçkilər o zaman baş tutmuş sayılır ki, seçkilərdə müvafiq seçki dairəsinin seçicilər siyahısına daxil edilmiş seçicilərinin 50 faizindən çoxu iştirak etmiş olsun. Seçkilərdə iştirak etmiş seçicilərin yarıdan çoxunun lehinə səs verdiyi namizəd seçilmiş sayılır.
  • Seçki dairəsi üzrə ikidən çox namizəd səsə qoyulmuşdursa və onların heç biri deputat seçilməmişdirsə, Mərkəzi seçki komissiyası bu Qanunun tələblərinə əməl etməklə uzağı iki həftə ərzində təkrar səsvermə keçirir. Təkrar səsvermədə birinci səsvermə zamanı ən çox, səs toplamış iki namizəd iştirak edir. Lehinə daha çox seçicinin səs verdiyi namizəd təkrar səsvermədən sonra seçilmiş hesab edilir. hər iki namizədin lehinə bərabər sayda səs verilərsə, təkrar seçkilər keçirilir.
  • Birmandatlı seçki dairəsi üzrə səsvermədə seçicilərin əlli faizindən azı iştirak etdikdə və ya iki namizəd səsə qoyulduqda və onların heç biri seçilmədikdə, üç aydan gec olmayaraq təkrar seçkilər keçirilir.

Seçki qanununa əsasən birinci turda ən çox səs toplamış 2 namizəd ikinci turda yarışmalıdır.[4] Onlar isə Yeni Azərbaycan Partiyası namizədi Toğrul İbrahimliAzərbaycan Milli İstiqlal Partiyası namizədi, partiyanın təşkilati işlər üzrə katibi Elşad Musayev olmuşdur. Elşad Musayev birinci turda ümumi səslərin 49,3%-ni toplamışdır.[3]

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə seçkilərdə 50%-dən artıq səs toplayan Yeni Azərbaycan Partiyası üzvü Toğrul İbrahimli Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı seçilmişdir.[3][5]

  1. 1 2 modern.az. "Müstəqil Azərbaycanın qalmaqallı seçki tarixi: statistika nə deyir?". modern.az (az.). 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  2. 1 2 "Azerbaijan, Parliamentary Elections and Constitutional Referendum, 12 November 1995: OSCE/UN Report" (PDF). 27 February 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 June 2022.
  3. 1 2 3 moderator.az. ""Mənim bu əhaliyə bir vəfa borcum var"". moderator.az (az.). 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-14.
  4. 1 2 Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-14.
  5. "İBRAHİMLİ Toğrul Əsəd oğlu". İBRAHİMLİ Toğrul Əsəd oğlu (az.). 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-14.