Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərtqanadlılar
Sərtqanadlılar (lat. Coleoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Bu dəstənin başqa dəstələrin nümayəndələrindən fərqləndirən ən mühüm əlamətlərindən biri — onların qanadlarının quruluşudur ki, bu da dəstənin adında öz əksini tapmışdır. Qanadüstü adlanan yuxarı cüt qanadlar, demək olar ki, həmişə sərt, çoxt vaxt qabarıq, az və ya çox dərəcədə iri qabarlar və ya çuxurlarla örtülmüş və ya uzununa qabırğalarla zolaqlanmışdır ki, bu da onlara daha çox möhkəmlik verir. Qanadüstləri tısbağa zirehi kimi daha zərif, şəffaf və ya yarımşəffaf qanadları örtür. Bunların köməyilə böcəklər uçur. Ancaq elə növlər, cinslər, hətta fəsilələr də vardır ki, onlarda qanadlar bitişmiş, alt qanadlar reduksiya olunmuşdur və bu böcəklər uçmur. Dinclik halında qanadlar elə yığılır ki, qanadüstləri onları tamamilə örtür. Uçmazdan əvvəl böcək qanadüstlərini qaldırır, qanadlarını açır, az və ya çox vızıltı ilə havaya qalxır. Böcəklərin əksəriyyəti parlaq və rəngarəng boyanmışdır.
Dəriqanadlılar
Dəriqanadlılar (lat. Dermaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. == Ümumi məlumat == Dəriqanadlılar və ya qulağagirənlər xalq arasında çox pis ad çıxarmış, özünəməxsus görkəmi ilə fərqlənən nisbətən kiçik (0,5-5 sm) cücülərdir. Bədəni uzunsov, yüngülcə yastılanmış, qarıncığın zirvəsində dəstə üçün səciyyəvi olan iki uzun qısqac formalı sıx törəməsi vardır. Erkəklərdə qısqaclar dişilərdəkindən xeyli güclü inkişaf etmişdir. Qulağagirənlər bitki və heyvan qalıqları ilə qidalanırlar. Bəzi növləri canlı mədəni bitkiləri yeyərək onlara nəzərəçarpacaq dərəcədə ziyan vururlar. Onların yaşayış evlərinə girib yorğan-döşəyi və paltarları zədələməsi, çörəyi gəmirməsi halları da məlumdur. Hazırda Yer kürəsində 1800 növə yaxın qulağagirən məlumdur.
Zərqanadlılar
Pərdəqanadlılar (lat. Hymenoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Pərdəqanadlılar dəstəsi həşarat sinfinin ən böyük dəstələrinin biri olub, 100 000-dən çox növü vardır. Bir cüt iri gözə və 3 gözcüyə malikdir. Bığcıqları 3-dən 70-ə qədər buğumlardan təşkil olunmuşdur.