EŞŞƏKARISI

is. zool. Zərqanadlılar fəsiləsindən arıya bənzər sarı, parlaq qanadı olan, iynəli böcək.
EŞŞƏK
EŞŞƏKBELİSINDIRDI
OBASTAN VİKİ
Yaponiya nəhəng eşşəkarısı
Yaponiya nəhəng eşşəkarısı (Vespa mandarinia japonica) dünyanın ən böyük eşşəkarısı olan Asya nəhən eşşəkarısının (V. mandarinia) yarımnövüdür. Yetginliyə çatdıqlarında uzunluğu 4,5 sm-dən və qənəd açıqlığı 6 sm-dən çox olur. Böyük gözləri olan iri sarı başı, tünd qəhvəyi rəngli thorax (sinə) və sarı-qəhvəyi çizgili qarnı vardır. Başının üstündə iki gözün arasında əlavə üç ədəd kiçik sadə gözə sahibdir. Adından da məlum olduğu kimi bu növ yanlızca Yaponiya adalarına endemikdir. Kənd ərazilərində ağac oyuqlarında yuva qururlar. Yaponiyada ōsuzumebachi (オオスズメバチ(大雀蜂、大胡蜂) adı ilə bilinir ki, hərfi tərcümədə "böyük sərçə arısı" deməkdir İşcilər süfrəni qidalandırmaq üçün yem axtarar. Onların qidası həşəratın müxtəlif növlərindən, o cümlədən bitki zərərvericilərindən ibarətdir və bu səbəbə görə eşşək arıları faydalı hesab olunur. İşcilər şikarının bədənini yalınızca uçuş əzələləri kimi qida cəhətdən zəngin olan parçaları yuvaya apardıqları üçün qalan hissələri atırlar. Yuvada işcilər süfrəni qidalandırmadan əvvəl gətirdikləri qida parçalarını çeynəyib onu xüsusi bir mayeyə çevirirlər.

Значение слова в других словарях