Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saatlar (film, 2002)
"Saatlar" (ing. The Hours) — Stiven Doldrinin filmi, Maykl Kanningemin eyniadlı romanın ekranizasiyası. Hekayə 3 qadının həyatından bir günü — onların oyanışından axşama gədər olan müddəti təsvir eləyir. Onların həyatı 100 illiklər bölür: Nikol Kidman depressiyalardan əziyyət çəkən və buna görə özünəqəsd etmək istəyən Britaniyalı yazıçı Virciniya Vulfu oynayır; Culianna Mur 1951-ci ildən Los-Ancelesdə yaşayan, eyni həyat tərzindən bezən Lora Braun adlı evdar qadın rolunu oynayır, Meril Stripin qəhrəmanı — homoseksual nəşr evinin redaktorudur. O 2001-ci ildən Nyu-Yorkda yaşayır, bütün bunlardan belə o əvvəlki sevgilisi — QİÇS xəstəliyindən əziyyət çəkən, Lora Braunun oğlu Riçarda baxır. Bütün bu, il baxışdan bir-birindən fərqli həyatlar əslində Virciniya Vulfun "Missis Dellouey" romanında qarşılıqlı əlaqəyə malikdirlər: Vulfun günü onla başlayır ki, o öz romanı ilə işləməyə başlayır, Lora Braun özünün "ideal malikanəsində" bu romanı oxuyur və nəhayət, Missis Delouey — bu Meril Stripin oynadığı qəhrəmana verildiyi addır. Bütün bu hadisələr finalda qəribə şəkildə və bununla belə təəccüblü, parlaq süjetə çevrilir: 3 qəhrəmanın taleləri zamansal və məkan fərqlərinə baxmayaraq identik saplarla bağlanılır. Film aşağıda adı çəkilən mükafaları qazanmışdı: Часы — Internet Movie Database saytında. Часы AllMovie saytında "Рецензия в журнале [[Искусство кино (журнал)|«Искусство кино»]]" (ingilis). 2008-10-03 tarixində arxivləşdirilib.
Saatsaz
Saatsaz — saatların təmiri və düzəldilməsi ilə məşğul olan şəxs.
Sartlar
Sart (özb. Savdogar) — Orta Asiyada köçərilərin və yarıköçərilərin oturaq, daha çox şəhər əhalisinə verdikləri ad. Sartlar ənənəvi olaraq ticarətlə və başqa şəhər peşələri, özbəkcə savdogarlıq, ilə məşğul olurdular. Sartlar əsasən Özbəkistanda və qismən Tacikistanda, Qızğızıstanda və Qazaxıstanın cənubi şəhərlərində yaşayırdılar. SSRİ vaxtında sartlar daha çox özbəklər kimi qeydiyatdan keçirdilər.
Skatlar
Skatlar - Batomorpha dəstəüstü. Skatların çoxu dib həyatı keçirir. Bununla əlaqədar olaraq bədənləri bel qarın istiqamətində yastılaşıb. 5 cüt olan qəlsəmə yarıqları qarın tərəfdə yerləşir. Bu balıqlarda spirakulum dəliyi yaxşı inkişaf edib, o nasos vəzifəsini yerinə yetirərkən suyu qəklsəmələrə ötürür. Skatların dişləri yastı və kütdür, bədəni çılpaq və ya üzəri sərt törəmələrlə örtülüdür. Yaxşı inkişaf etmiş döş üzgəcləri başı da əhatə edir. Bir çox növlərin bel və quyruq üzgəcləri çox kiçilib, anal üzgəci tamamilə yoxdur. Əsas hərəkət orqanı döş üzgəcləridir: bu üzgəclərin dalğavari hərəkəti balığın hərəkətini təmin edir. Dib heyvanları olduqları üçün bədənləri bel-qarın istiqamətində yastılaşmışdır.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Saada
Saada (ərəb. صعدة‎) — Yəməndə şəhər.
Samandar Kukanov
Samandar Kukanov (1945, Özbəkistan) — Özbəkistan SSR Ali Sovetinin deputatı (1989–1992). Samandar Kukanov 1945-ci ildə Özbəkistanın Cizak vilayətinin Feriş rayonunda anadan olmuşdur. 1989-cu ildə Özbəkistan SSR Ali Sovetinə deputat seçilmişdir. O, 1992-ci ildə iqtisadi cinayətlərdə – müxalifətdə olan "Ərk" Partiyasını maliyyələşdirməkdə ittiham olunaraq, Özbəkistan dövlət təhlükəsizlik qurumları tərəfindən tutulmuşdur. 24 noyabr 2016-cı ildə həbs müddəti başa çadığı üçün azadlığa çıxmışdır.
Sətdar Mehtiyev
Salatlar və qəlyanaltılar
Azərbaycan salatı
Antun Saada
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
El Sadar
Yaqub Satar
Yaqub Satar(d. 11 mart 1898, Krım – v. 2 aprel 2008, Əskişəhər) — Türkiyə İstiqlaliyyət müharibəsində və Birinci Dünya müharibəsinin İraq cənhəsində döyüşən, İstiqlal medalı sahibi və İstiqlal veteranı. Yaqub Satar 1898-ci ildə Rusiya imperiyasının müstəmləkəsi olan Krımda anadan olmuşdur. Rusiya imperiyasının türklərə göstərdiyi təzyiqlərə görə 5 yaşında ailəsi ilə birlikdə Əskişəhərə köç etmişdir. Osmanlı imperatorluğunun Birinci Dünya müharibəsinə girdiyi illərdə hərbi xidmətə çağırılmışdır. Müharibədən sonra və çavuş mayoru rütbəsinə çatdıqdan sonra Satar altı övladı ilə əkinçilikdən yaşadığı Eskişehir şəhərində 2 aprel 2008-ci ildə 110 yaşında ağciyər xərçəngindən vəfat edənə qədər yaşadı. illər. 4 Növbəti gün hərbi ehtiramla dəfn edildi.6 aprel 2008-ci ildə Əskişəhərdə dünyasını dəyişmişdir. Alman komandirinin xüsusi bir missiya üçün seçdiyi 200 əsgər arasında idi və Gizli Qaz İttifaqı adlanan bu komanda ilə kimyəvi silah olaraq istifadə edilə bilən zəhərli qazlar üzərində təlimlər keçmişdir.
Saadat Həsən Manto
Səadət Həsən Manto (urd dilində ‏‏سعادت حسن منٹو‎, ingiliscə Saadat Hasan Manto; d. 11 may, 1912-ci il, Sambrala, Britaniya Hindistanı — ö.18 yanvar, 1955-ci il, Lahor, Pakistan) — Hind-Pakistan jurnalisti, dramaturqu, ssenaristi, tərcüməçi və rəssamı. Milliyyətcə kəşmirlidir. Bir povest, 22 hekayələr toplusu, 5 radiopyesin, 3 esse toplusunun, bir sıra məqalə və kinossenarilərin və 2 eskiz albomunun müəllifidir. Yazıçının məşhur hekayələri "Yeni qanun", "Səs", "Təhqir", "Mozel", "Qoxu", "Soyuq ət", "Tobatek Sinq" və b. əsərlərdir. Urdu dilində yazıb. 6 dəfə ədəbsizlikdə ittiham olunubː 3 dəfə Birtaniya Hindistanınıda, 3 dəfə də Pakistanda. Hər dəfəsində də bəraət alıb. Pakistanın ali dövlət mükafatı - Nişan-e İmtiyaz ilə təltif olunub.
Sabolç-Satmar-Bereq
Sabolç-Satmar-Bereq (mac. Szabolcs-Szatmár-Bereg) — Macarıstanın şərqində yerləşən medye. İnzibati mərkəz — Nyiredxaza. 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir.
Əl-Sadar stadionu
Əl-Sadar — İspaniyanın Navarra əyalətinin Pamplona şəhərində yerləşən futbol stadionu. 1967-ci ildə tikilmiş stadion 23 516 nəfərlik tamaşaçı tutumuna malikdir və "Osasuna" futbol klubunun ev stadionudur. == Adı == Stadion 1967-ci ildən 2005-ci ilə qədər və 2011-ci ildən sonra stadionun yaxınlığındakı Sadar çayına görə "Əl-Sadar" kimi tanınıb. 2005-ci ildən 2011-ci ilə qədər isə stadionu sponsoru olan Navarra Hökuməti "Reyno de Navarra" kimi adlandırıb. == Tarixi == Əl-Sadar stadionunun açılışı 2 sentyabr 1967-ci ildə "Real Saraqosa" və Portuqaliyanın "Vitoriya" klubları arasında keçirilən matçla baş tutub və matç heç-heçə yekunlaşıb. Stadion bir il əvvəl satılmış San-Xuan stadionunu əvəz edib. Açılış zamanı stadion 25 000 nəfərlik tamaşaçı tutumuna malik idi və yalnız 7 000 tamaşaçının oturması nəzərdə tutulmuşdu. Açılış gününün sabahı "Osasuna" "Vitoriya"nı 3–0 hesabı ilə məğlub edərək yeni stadionundakı ilk qələbəsini əldə edib. Əl-Sadarda "Osasuna" üçün ilk qolu 28-ci dəqiqədə ispan futbolçu Fernando Osaba Qoni vurub. 5 iyun 1996-cı ildə Bon Jovi "These Days Tour" çərçivəsində stadionda çıxış etmişdir.
Baş Ştatlar
Baş Ştatlar — XIV–XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı. Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına qarşı mübarizədə silklərin yardımını almaq məqsədilə yaradılmışdır. Bu, ruhanilərin, zadəganların və varlı şəhərlilərin nümayəndələrinin yığıncağı idi. Hər bir silkin nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir silkin bir səsi var idi. Ruhanilərin və zadəganların bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə güzəştə getmək məcburiyyətində idilər. Silklər arasındakı fikir ayrılığı Baş Ştatların dövlət işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar. Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis adlandırmışlar.
Birləşmiş Ştatlar
ABŞ (ing. USA) və ya Amerika (ing. America), ya da rəsmi adı ilə Amerika Birləşmiş Ştatları (ing. United States of America), yaxud da qısaca Birləşmiş Ştatlar (ing. United States) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
Konfederativ Ştatlar
Amerika Konfederativ Ştatları (həmçinin Konfederativ Ştatlar, Konfederasiya, AKŞ, ing. Confederate States of America, The Confederacy, CSA) — de-fakto müstəqil, tanınmamış dövlət. 1861–1865-ci illərdə ABŞ-nin quldarlıq tərəfdarı olan 11 cənub ştatının ABŞ-nin tərkibindən çıxdıqlarını elan edərək (sesessiya) yeni dövlətdə birləşmələri nəticəsində yaranmışdır. Həmin illəri əhatə edən vətəndaş müharibəsi nəticəsində məğlub olan Konfederativ Ştatların ərazisi ABŞ tərəfindən ələ keçirilərək 10 ildən artıq davam edən Cənubun rekonstruksiyası prosesindən sonra təkrarən ABŞ-nin tərkibinə qatılmışdır. == Tarixi == === Yaranması === Amerika Konfederativ Ştatları 1860-cı il prezident seçkilərində quldarlığın qatı əleyhdarı Avraam Linkolnun ABŞ prezidenti seçilməsinin təsdiqlənməsindən dərhal sonra, yəni 4 fevral 1861-ci ildə 6 cənub ştatı (Cənubi Karolina, Missisipi, Florida, Alabama, Corciya və Luiziana) tərəfindən elan olunmuşdur. Bu 6 ştat və martın 2-də onlara qoşulan Texas ABŞ-nin tərkibindən çıxdıqlarını və 1787-ci il Konstitusiyası ilə federal hökumətə həvalə edilən hüquqların ştatların öhdəsinə geri qaytarıldığını elan etdilər. Bu hüquqlara ştatların ərazisindəki hərbi obyektlər, limanlar və gömrüklər üzərində nəzarət, vergi və rüsumların yığılması daxil idi. AKŞ-nin yaranmasından bir ay sonra, martın 4-də ABŞ-nin 16-cı prezidenti Avraam Linkoln səlahiyyətlərinin icrasına başladı. Öz inauqurasiya çıxışında o, sesessiyanı hüquqi cəhətdən əsassız adlandırdı və cənub ştatlarına qarşı hərbi əməliyyatlara başlanmayacağını, lakin federal mülkiyyətin qorunması və vergi yığımı üzərindəki nəzarətin qorunması üçün güc tətbiq edilə biləcəyini bildirdi. 12 aprel 1861-ci ildə Cənubi Karolina ştatının qoşunları general Pyer Boreqarın rəhbərliyi altında ştatın ərazisindəki Çarlston limanında yerləşən Samter hərbi istehkamını bombalayaraq, buradakı qarnizonu təslim olmağa məcbur etdi.
Şanidar mağarası
Şanidar — İraqın Ərbil mühafəzəsində neandertalların qalıqlarının aşkar edildiyi mağara. Tapıntıların təxmini yaşı 50–70 min ildir. Zaqros dağlarında yerləşir. Üst Paleolitdə burada Zarzi mədəniyyətinə aid müasir tipli insanların məskəni yaranmışdır. Epipaleolit dövründə (e.ə. IX minillik) ən qədim əkinçilik mədəniyyəti olan Şanidar-Kərim-Şahir mədəniyyətinin təbəqələrinə burada rast gəlinmişdir. 2006-cı ildə əvvəllər mağarada tapılan sümüklər arasında Şanidar-10 təyinatı ilə neandertala aid ayaq sümükləri tapılmışdır. 21 sentyabr 2018-ci ildə Britaniya arxeoloqları Şanidar mağarasında (Şanidar-11 və Şanidar-12) iki yetkin neandertalın qalıqlarının aşkar edildiyini elan etmişdilər. "Цветы в пещере Шанидар. Кто виноват — Человек или пчёлы?".
Böyük Şantar
Böyük Şantar adası — Şantar adaları qrupuna daxil olan ən böyük ada. Ada 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları" yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir. Ada Oxot dənizi suları ilə əhatlənmişdir. İnzibati cəhətdən isə Rusiya Federasiyasının Xabarovsk diyarı ərazisinə daxildir. Adanın şimal-şərqində Yakşin körfəzi sahilində meteoroloji stansiya yerləşir. == Ümumi məlumat == Adanın sahəsi 1766 km² təşkil edir. Ada şimaldan cənuba 65 kilometr, şərqdən qərbə isə 55-ci paralel boyunca 47 kilometr. Adanın şimalında Severnı, cənubunda Filipp, qərbində Radujnıy, mərqində isə Şimal-Şərq burunkarı yerləşir. Adanın şimal-şərqində Bolşoye gölü yerləşir.
Kiçik Şantar
Kiçik Şantar — Şantar adaları qrupuna daxil olan üçüncü böyük ada. Böyük Şantar adasından 8 km aralıda qərarlaşır. Şimaldan cənuba uzanır və balığa bəngər quruluşa malikdir. Adanın sahəsi 100 km², uzunluğu 19 km, eni isə 1,5–6 km arasında dəyişir. Materikdən Lindholm boğazı, Beliçi adası adasından isə Opasnı boğazı ilə ayrıllr. Adanın şimal nöqtəsi Uspeniya burnu, cənub nöqtəsi isə Qaykovski burnudur. Bütünlüklə tayqa meşələri ilə örtülüdür. 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları" yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Şantar adaları
Şantar adaları — Oxot dənizinın suları ilə əhatələnən arxipelaq, ətrafında Ud körfəzi, Turuq körfəzi və Akademii körfəzləri vardır. Materikdən Şantar dənizi və Lindholm boğazı ilə atrılır. İnzibati cəhətdən Rusiyanın Xabarovsk diyarı Tuquro-Çumikan rayonu ərazisinə daxildir. Adalar ilk dəfə polkovnik Yakov Aqeeviç Elçinin rəhbərlik etdiyi 1718—1719 illər ekspedisiyası zamanı kəşf edilmişdir. Arxipelaqa 15 ada daxildir: Böyük Şantar, Feklistov adası, Kiçik Şantar, Beliçi adası, Medveji adası, Ptiçi adası, Saxarnaya Qalava, Kusov adası, Feklistov adası, Siviçi Daşları, Suxotina adası, Severnıy Srednıy Yujnıy adaları və Diomid Daşları. Adaların ümumi sahəsi 2,5 min. km² təşkil edir Adaların relyefi dağlıqdır. Maksimal hündürlüyü 720 metrdir, digər məlumatlarda bu hündürlük 701 m-dir. Ən hündür zirvə Veselaya dağı Böyük Şantar adasında yerləşir. İri adalarında iynəyarpaqlı və elni yarpaqlı meşələrə rast gəlinir.
Şantar dənizi
Şantar dənizi (rus. Шантарское море — dəniz Rusiyanın şərqində, Oxot dənizinin şimal-qərbində yerləşir. İki dənizin akvatoriyası bir-biri ilə Şantar adaları ilə ayrılır. Şimalda Böyük Şantar, şərqdə Kiçik Şantar, cənubda, Tuqur körfəzi, qərbdə isə Ud estuarisi ilə əhatələnir. Dəniz 1853-1874-cü illər ərzində Balina ovunu həyata keçirən Amerikan balinaovlayan gəmilərinin məskəninə çevrilir. Bölgədə əsasən Qrenlandiya balinasının ovu həyata keçirilirdi. Atlas SSRİ // SSRİ Nazirlər Soveti yanında geodeziya və kartoqradiya üzrə idarə. Moskva.
La-Kondamin-Şatlar
La-Kondamin-Şatlar (fr. La Condamine-Châtelard, oks. La Condamina e lo Chastelar) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barselonnet kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04062. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 149 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 101 yaşında (15-64 yaş arasında) 78 nəfər iqtisadi fəal, 23 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77,2%, 1999-cu ildə 76.9%). Fəal 78 nəfərdən 75 nəfər (44 kişi və 31 qadın) işləyir, 3 nəfər işsizdir (1 kişi və 2 qadın).
Ptiçi (Şantar adaları)
Ptiçi adası — Şantar adaları qrupuna daxil olan ada. Ada materikdən 12 km aralıda qərarlaşır. Uzunluğu 2,5 km, eni isə ən gen hissəsə 1,5 km təşkil edir. Ada ərazisində nəhəng eynəkli təmizçi koloniyası var. Burada Uria lomvia yuva qurur. 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları» yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.