Sətdar Raqif oğlu Mehtiyev (18 avqust 1993; Hacıqabul, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Sətdar Mehdiyev | |
---|---|
Sətdar Raqif oğlu Mehtiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hacıqabul Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Hacıqabul Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Səttar Mehtiyev 1993-cü il avqustun 18-də Hacıqabul şəhərində dünyaya gəlmiş, şəhər 4 saylı şəhid Natiq Ağayev adına orta məktəbi bitirib.[2]
Sətdar Mehdiyev 2011–2013-cü illərdə Goranboy rayonu ərazisində həqiqi hərbi xidmətdə olduqdan sonra Tərtər rayonunda kəşfiyyat taborunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sətdar Mehdiyev 2020-ci il sentyabrın 29-da Murovdağ zirvəsinin alınması ilə nəticələnən döyüşdə rəşadət göstərmişdir. 2020-ci ilin oktyabrın 3-də Madagiz-Suqovuşan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Hacıqabul Şəhidlər Xiyabanında dəfn edilmişdir.[3][4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttar Mehtiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttar Mehtiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]