Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mustafa Sarıgül
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən). == Həyatı == 15 noyabr 1956-cı ildə doğulub. === Uşaqlıq və gənclik dövrü === Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər. Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir. === Ailəsi === İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi.
Şaqul
Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır. == Tarix == Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır.İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı. == İstifadə == Səthin şaquli olub olmamasını təyin etmək lazım olan hallarda istifadə olunur.
Sadeq Xalxali
Məhəmməd Sadeq Xalxali (fars. صادق خلخالی‎; 27 iyul 1926-cı il, Qivi, Xalxal, Ərdəbil ostanı — 26 noyabr 2003-cü il, Tehran) — İranın dini lideri və teokratik siyasətçisi, ayətullah və hakim, İslam inqilabının lideri Ayətullah Xomeyninin yaxın silahdaşı. 1979–1980-ci illərdə — İslam İnqilab Məhkəməsinin sədri. İslam respublikasının teokratik rejiminin əleyhdarlarına qarşı dövlət terroru siyasəti yürüdürdü. O, şəxsən yüzlərlə adama ölüm hökmünü çıxararaq, "adam asan hakim" ləqəbini qazanıb. Korrupsiya ittihamı ilə istefaya göndərilmişdir. 1983–1991-ci illərdə — Ekspertlər Şurasının üzvü olmuşdur. 1989-cu ildə Seyyid Əli Hüseyni Xameneini İranın Ali Rəhbəri vəzifəsinə namizədliyi təklifini vermişdir. == Xomeyni hərəkatında == Sadeq Xalxalinin doğulduğu yerə gəlincə, bu barədə məlumatlarda uyğunsuzluq mövcuddur. Belə ki, onun rəsmi tərcümeyi-halına görə, o, İranın şimalında — Xalxal şəhərinin yaxınlığındakı Qivi kəndində (Xalxal şəhristanı, Ərdəbil ostanı) anadan olmuşdur.
Şaqul xətti
Şaqul xətti - Ağırlıq qüvvəsinin təsiri üzrə olan xəttdir Şaqul xəttinin istiqaməti hər bir nöqtədə ucundan yük (ağırlıq) asılmış sapla müəyyən edilir.
Sadeq Qotbzadə
Sadeq Qotbzadə (fars. صادق قطب‌زاده‎) - İranlı siyasi və dövlət xadimi. 1978-ci ildə Fransaya sürgün edilən zaman Ayətullah Xomeyninin yaxın köməkçisi və silahdaşı kimi tanınmışdır. İran İslam İnqilabından sonra İran girov böhranı müddətində qısa bir müddət ölkənin Xarici İşlər Naziri vəzifəsində çalışmışdır. Qotbzadə 1982-ci ildə Ayətullah Xomeyniyə qarşı sui-qəsd və İran İslam Respublikasında dini rejimi devirmək ittihamı ilə həbs edilərək bir müddət sonra güllələnərək edam edilmişdir. == Həyatı == Sadeq Qotbzadə İranın İsfahan ostanlığının mərkəzi şəhəri olan İsfahanda 1936-cı ilin 24 fevral tarixində anadan olmuşdur. Özündən başqa bir bacısı və qardaşı var idi. Atası İsfahanda taxta materiallarının satışı ilə məşğul idi. Milli Cəbhənin üzvü olan Sadeq Qotbzadə sonrakı illərdə müxalif siyasi fəaliyyətinə görə bir neçə dəfə polis tərəfindən saxlanılır. 1959-cu ildə atası onu təhsilini davam etdirmək üçün ABŞ-a yollayır.