Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sədrəzam
Sədrəzəm və ya Vəzir-i əzəm (osm. صدر اعظم, وزیر اعظم) — Osmanlı dövləti dönəmində padşahın adına dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi ünvandır. Bugünki baş nazir vəzifəsi ilə eynidir. Osmanlı dövlətinin quruluş dönəmində sadəcə vəzir ünvanı işlədilmişdir. Orxan Qazi səltənətində 4 vəzir elmiyyə sinifindən seçilmişdir. I Murad səltənətində Çandarlılar, qazılıqdan vəzirliyə yüksəlmiş, eyni dönəmdə vəzirlərin sayı artdığından əvvəlcə I. vəzir, II. vəzir ifadələri, daha sonra vəzir-i əzəm və nəhayət Bab-ı Əlinin qurulması ilə sədrəzəm ünvanı işlədilmişdir. 15. əsrin sonlarına qədər vəzir sayı üçü keçməmişdir. Vəzirlər Divan-ı Hümayun məclisi üçün Topqapı Sarayının Qübbəaltı adlanan hissəsində yığışdıqları üçün adətən onlara qübbə vəziri və ya qübbəaltı vəziri adlanırdılar. Sədrəzəm hökmdarın mütləq vəkili olduğu üçün həmişə sultanın tuğralı möhrünü gəzdirirdi.